DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə53/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

_______Milli Kitabxana_______ 
 
160 
İnkişaf büdcəsi vəsaitlərinin istifadə istiqamətləri kimi 
“İnkişaf büdcəsi haqqında” qanuna uyğun olaraq müsabiqə yolu ilə 
seçilmiş investisiya layihələrinin maliyyələşdirilməsi və Rusiya 
Federasiyası hökumətinin inkişaf büdcəsinin vəsaitləri hesabına 
investorlara verilmiş dövlət zəmanəti ilə bağlı öhdəliklərin icrası aid 
edilir.  
Beləliklə, hər iki dövlətin təcrübəsinin tətbiqində əsas məqsəd 
dövlət büdcəsinin sosial problemlərin həllində rolunun artırılması ilə 
yanaşı onun investisiya yönümlülüyünün qorunmasıdır.   
2006-cı il üzrə sənaye, tikinti və faydalı qazıntılar bölməsinin 
strukturu (Azərbaycan Respublikasının) dövlət büdcəsi haqqında 
qanununun tətbiq edilməsi fərmanda aşağıdakı kimi təqdim edilir: 
-
 
Tikinti xərcləri.  Bu köməkçi bölmə  üzrə  xərclərin böyük 
hissəsi dövlətin  əsaslı  vəsait qoyuluşuna yönəldildiyi 
halda, az bir hissəsi isə Azərbaycan Respublikasının 
Dövlət Tikinti və Arxitektura Komitəsi vasitəsilə 
bölüşdürülür
-
 
Faydalı qazıntılar  köməkçi bölməsi üzrə  vəsaitlər 
Azərbaycan Respublikasının Ekologiya və  Təbii Sərvətlər 
Nazirliyi tərəfindən geoloji kəşfiyyat və  təbiətdən 
istifadəyə  nəzarət tədbirlərinin maliyyələşdirilməsinə 
yönəldilir. 
Qeyd. Kitab çapa verildiyi tarixə qədər “İnvestisiya fəaliyyəti 
haqqında” Azərbaycan Respublikasının yeni qanunu qüvvəyə 
minmədiyi üçün həmin dövrdə tətbiq edilən sənədin müddəaları əsas 
götürülmüşdür.  
 
3.1.1.10.   Nəqliyyat və rabitə 
 
Cədvəl 3.12-dən göründüyü kimi nəqliyyat və rabitə 
xərclərinin büdcə mədaxilində xüsusi çəkisi son bir neçə ildə 2-4% 
arasında dəyişmiş, 2004-cü il üzrə göstərici 2001-ci ilin eyni 
rəqəmlərindən 2,8 dəfə çox olmuşdur. 
 
 
 


_______Milli Kitabxana_______ 
 
161 
Cədvəl 3.12 
 2001 
2002 
2003 
2004 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Nəqliyyat 
və rabitə 
xərcləri 
118,3 2,9 168,0 3,6 219,8 3,6 328,7 4,4 
 
Nəqliyyat və rabitə xərclərinin strukturunu təhlil etsək, dövlət 
büdcəsindən ayrılan vəsaitlərin bütövlükdə  nəqliyyat sektoruna 
yönəldilməsi diqqəti çəkir.  
Yalnız 2006-cı ildən rabitə sektoru ilə bağlı  xərclər bu 
maddədə  nəzərdə tutulmuşdur.  Rabitə  xərclərinə Azərbaycan 
Respublikası Rabitə  və  İnformasiya Texnologiyaları Nazirliyinə 
əsgər məktubları  və  əsgər bağlamalarına görə “Azərpoçt” dövlət 
müəssisəsində yaranan zərəri ödəmək üçün dövlət yardımı aid edilir.  
Nəqliyyat xərcləri maddəsindən qarşıdakı illərdə  aşağıdakı 
istiqamətlər üzrə vəsaitlərin yönəldilməsi nəzərdə tutulur: 

 
Azərbaycan Respublikası  Nəqliyyat Nazirliyinə ayrılan 
vəsaitlər.  Bu maddəyə avtomobil yolları  təsərrüfatı  və 
avtomobil nəqliyyatı  fəaliyyətinin tənzimlənməsi ilə bağlı 
xərclər aiddir; 

 
“Azərbaycan hava yolları” Dövlət Konserninə ayrılan 
vəsaitlər.  Bura Naxçıvan Muxtar Respublikasına edilən 
aviareyslərə görə yaranmış  zərərin ödənilməsi ilə bağlı 
xərclər aid edilir

 
Bakı Şəhər İcra Hakimiyyətinin yol təsərrüfatı xərcləri;  

 
Bakı Metropoliteni ilə bağlı  xərclər.  Bu halda metronun 
vaqon parkının təzələnməsi və metronun fəaliyyətini 
tənzimləmək üçün dövlət yardımlarının ayrılması  nəzərdə 
tutulmuşdur.   
 
3.1.1.11.   İqtisadi fəaliyyət 
 
Dövlət büdcəsinin  iqtisadi fəaliyyətlə bağlı sair xərclər 
maddəsinin strukturunda kiçik sahibkarlığa investisiya yardımı 


_______Milli Kitabxana_______ 
 
162 
maddəsi ilk dövrlərdə büdcədən bu istiqamət üzrə çox az vəsaitin 
yönəldildiyini göstərir.  
Lakin, 2002-ci ildə Prezident tərəfindən imzalanmış 
fərmanlardan sonra dövlət büdcəsindən sahibkarlığa yönəldiləcək 
vəsaitin həcmi artırıldı (Konkret olaraq bu halda Azərbaycan 
Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında 
Əsasnamənin təsdiq edilməsi (və SKMF-in vəsaitinin istifadəsi 
Qaydaları) barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 
2002-ci il Fərmanı nəzərdə tutulur).  
Belə ki, artıq 2002-ci ildə 13 mlrd.AZM, 2003-cü ilin dövlət 
büdcəsindən isə sahibkarlar üçün daha 50 mlrd.AZM vəsait 
ayrılması göstərilirdi.  
Bu fərmanların davamı olaraq ölkədə sahibkarlığın inkişafı ilə 
bağlı dövlət büdcəsindən yönəldilən vəsaitlərin Sahibkarlığa Kömək 
Milli Fondunda toplanması 
təsdiq edildi (Azərbaycan 
Respublikasının Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il qərarı 
ilə). Sahibkarlığın inkişafı ilə bağlı  vəsaitlər dedikdə “Kiçik 
sahibkarlığa investisiya yardımı”, “Fermer təsərrüfatlarına kredit 
güzəştləri fondu”, həmçinin məşğulluq tədbirlərinin 
maliyyələşdirilməsi çərçivəsində yeni iş yerlərinin yaradılması ilə 
bağlı  xərclər və dövlət  əmlakının özəlləşdirilməsi nəticəsində  əldə 
edilən pul vəsaitinin sahibkarlığa dövlət köməyinin 
maliyyələşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulan hissəsi aid 
edilir.  
Ümumiyyətlə, dövlət büdcəsindən 2003-cü ildə iqtisadi 
fəaliyyətlə bağlı sair xərclər üzrə 64,2 mlrd.AZM vəsait 
xərclənmişdir. Bunun 77,9% sahibkarlığın inkişafına yönəldilmişdir.  
2004-cü ildə iqtisadi fəaliyyətlə bağlı digər xərclər (142,2 
mlrd.AZM) maddəsinin strukturu aşağıdakı formada təqdim edilir: 

 
140,4 mlrd.AZM çoxsahəli inkişaf layihələri üzrə xərclər.  
Bu köməkçi bölməyə özəlləşdirmə ilə bağlı informasiya 
təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı 
sağlamlaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi, 
sahibkarlığın inkişafı  və ölkə daxilində kreditlərin verilməsi 
paraqrafları aiddir; 

 
1,5 mlrd.AZM turizm xərcləri;  


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə