DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə51/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

_______Milli Kitabxana_______ 
 
154 
Fitosanitar Nəzarəti Xidməti və “Aqrolizinq” Açıq Səhmdar 
Cəmiyyəti aid edilir
-
 
Meşə  təsərrüfatı xərcləri; 
-
 
Balıqçılıq və ovçuluq təsərrüfatı xərcləri; 
-
 
Ətraf mühitin mühafizəsi xərcləri;  
-
 
Hidrometeorologiya xərcləri. 
Meşə, balıqçılıq və ovçuluq təsərrüfatı,  ətraf mühitin 
mühafizəsi və hidrometeorologiya xərcləri yalnız bir struktur 
Azərbaycan Respublikasının Ekologiya və  Təbii Sərvətlər Nazirliyi 
tərəfindən bu istiqamətdə 
həyata keçirilən tədbirlərin 
maliyyələşdirilməsinə yönəldilir.  
 
3.1.1.9.  Sənaye, tikinti və faydalı qazıntılar 
 
Sənaye xərcləri.  Məlumdur ki, ölkədə  sənayenin, xüsusilə 
neft maşınqayırmasının keçən  əsrin 70-80-ci illərində inkişafı 
yüksək olmuşdur. Hazırkı, dövrdə isə  sənayenin (o cümlədən, 
maşınqayırma) sahələrinin inkişafı ötən dövrlərlə nisbətdə  aşağı 
düşmüşdür.  
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən: 
-
 
sənayedə çalışan işçilərin sayı 2004-cü ildə, 1995-ci ilə 
nisbətən 47,6% azalmışdır; 
-
 
sənaye məhsulunun ümumi həcm indeksi (1990-cı il 100% 
götürmüş olsaq) 2000-ci ildə 32%, 2002-ci ildə 35%, 
2003-cü ildə 37%, 2004-cü ildə 39% təşkil etmişdir. 
Xüsusilə bu rəqəm emal sənayesi üzrə  aşağı olmuşdur: 
2000-ci ildə 23% və 2002-ci ildə 24%, 2003-cü ildə 30%, 
2004-cü ildə 33%.  
Müasir dövrdə Azərbaycan Respublikasında mövcud 
potensialı  aşkar etmək və  həmin sahələrin inkişafını yenidən bərpa 
etmək üçün dövlət müəyyən proqramlar hazırlayır. Bu sahədə qəbul 
edilmiş proqramlardan biri də Azərbaycan Respublikasının Nazirlər 
Kabinetinin 15 oktyabr 2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 
Azərbaycan Respublikasında maşınqayırma sənayesinin 2002-2005-
ci illərdə İnkişaf Proqramıdır.  


_______Milli Kitabxana_______ 
 
155 
Proqramın 
əsas məqsədi 
rəqabətqabiliyyətli məhsul 
istehsalının təmin edilməsi, maşınqayırma sənayesi məhsullarına 
olan daxili tələbatın ödənilməsinə nail olunması, maşınqayırma 
sənayesinin inkişafı  əsasında digər istehsal və xidmət sahələrinin 
inkişaf etdirilməsi və ölkənin ixrac potensialının artırılması 
göstərilir. Proqramın maliyyə  təminatı bir neçə  mənbədən alınan 
vəsaitlər hesabına təmin edilir. Bu vəsaitlərdən bir qismini dövlət 
büdcəsinin xərclərindən bu istiqamətə ayrılan təxsisatlar təşkil edir.  
Dövlət büdcəsindən 2004-2005-ci illərdə  sənaye məqsədləri 
üçün yönəldilən vəsaitlər Azərbaycan Respublikasının Ekologiya və 
Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət 
Tikinti və Arxitektura Komitəsi  tərəfindən bölüşdürülürdü. 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
vasitəsilə bölüşdürülən vəsaitlər 2004-2005-ci illərdə    geoloji 
kəşfiyyat və 
təbiətdən istifadəyə 
nəzarət tədbirlərinin 
maliyyələşdirilməsinə  sərf edilir. Yeni təsnifata görə 2006-cı ildən 
(dövlət büdcəsi haqqında qanunun tətbiq edilməsi haqqında 
fərmana görə) geoloji kəşfiyyat və  təbiətdən istifadəyə  nəzarət 
tədbirlərinin maliyyələşdirilməsi məqsədilə yönəldilən xərclər 
faydalı qazıntılar köməkçi bölməsinə aid edilir. Nəticə etibarı ilə 
sənaye köməkçi bölməsində  hər hansı bir maliyyələşmənin 
aparılması nəzərdə tutulmur. Yuxarıda adı çəkilən proqram üzrə isə 
2004-2005-ci illərdə faktiki olaraq maliyyə vəsaitləri ayrılmamışdır. 
Tikinti xərcləri. Ölkədə tikinti sahəsinə yönəldilən vəsaitlərin 
böyük hissəsi investisiya şəklində  təsərrüfat subyektlərinə qoyulur. 
Son illərdə tikinti sektorunun inkişafında dövlət büdcəsi vasitəsilə bu 
sahəyə yönəldilən maliyyə  vəsaitlərin artımı da müsbət təsir 
göstərmişdir.  
Belə ki, dövlət büdcəsi xərclərində bu istiqamətə yönəldilən 
vəsaitlərin həcmi son illər üzrə 2001-ci ildə 13,8 mlrd.AZM-dən 
2004-cü ildə 497,6 mlrd.AZM-ə yüksəlmişdir. 
2004-cü ildə investisiya xərcləri büdcə  məxaricində tikinti 
xərclərinin alt maddəsi kimi göstərilir (Bu məqamı  əsas götürərək 
investisiya xərcləri tikinti maddəsində göstərilir).  
   
 
 


_______Milli Kitabxana_______ 
 
156 
Cədvəl 3.11 
  2001 2002 2003 2004 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Sənaye 
və 
tikinti 
xərcləri 
13,8 0,3 16,1 0,3 81,0 1,3 497,6 6,6 
  
13  yanvar  1995-ci ildə qəbul edilmiş “İnvestisiya fəaliyyəti 
haqqında” Azərbaycan Respublikası Qanunu ölkə iqtisadiyyatına 
investistisiyaların intensiv surətdə  cəlb olunmasına, beynəlxalq 
iqtisadi  əməkdaşlığın və inteqrasiyasının inkişafına və mülkiyyət 
formasından asılı olmayaraq bütün investorların hüquqlarının 
bərabər surətdə qorunmasına yönəldilmişdir [7].  
Qanuna  əsasən, investisiya dedikdə, gəlir (mənfəət) və ya 
sosial səmərə  əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət 
növləri obyektlərinə qoyulan maliyyə vasitələri, eləcə  də maddi və 
intellektual sərvətlər nəzərdə tutulur [7]. 
1995-ci ildən iqtisadi inkişafa başlamış Azərbaycan 
Respublikası investistisiyaların cəlbediciliyi baxımdan yüksək 
qiymətləndirilə bilər. Belə ki, 1994-cü ildən 2002-ci ilə  qədər ölkə 
iqtisadiyyatına 12,5 mlrd.dollardan artıq investisiya qoyulmuşdur. 
Məlumdur ki, bu investisiyaların böyük hissəsini xarici investisiyalar 
təşkil edir.  
1998-2003-cü illərdə iqtisadiyyata yönəldilən ümumi 
investisiyaların 75% (10 mlrd.dollar) xarici investisiyaların payına 
düşür. Xarici investisiyaların 72,4% (son beş ildə) neft sənayesinə 
yönəldilmişdir. 
 
İqtisadiyyata yönəldilən daxili investisiyaların payı 2000-
514,4 mln.dollar, 2001-470 mln.dollar, 2002-561,7 mln.dollar, 2003-
893,4 mln.dollar, 2004-1318,1 mln.dollar təşkil etmişdir. 
 
“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 
qanununa  əsasən investisiya fəaliyyətinin maliyyələşdirilməsi 
mənbələrindən biri kimi büdcədən və büdcədənkənar fondlardan 
investisiya məqsədli təxsisatların ayrılması göstərilir.  


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə