DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə45/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

_______Milli Kitabxana_______ 
 
136 
2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Proqramını göstərmək 
olar. Proqram çərçivəsində 269 mlrd.AZM vəsaitin dövlət 
büdcəsindən ayrılması nəzərdə tutulmuşdur. 
Proqramda təhsilin  əsas problemləri kimi aşağıdakılar 
göstərilmişdir: 
-
 
4513 ümumtəhsil məktəblərinin 3256-sı (72,3%) müasir 
tələblərə cavab verməyən, sanitar-gigiyenik normaları 
ödəməyən uyğunlaşdırılmış binalarda yerləşmişdir (o 
cümlədən, 204 təlim-tərbiyə üçün minimum şəraiti yoxdur); 
-
 
Ölkədə 590 yeni məktəb binasının təxirəsalınmadan tikintisi 
zəruridir; 
-
 
1991-ci ildən başlayaraq ümumtəhsil məktəblərinin təmirinə 
ayrılan vəsaitlərin kəskin şəkildə azaldılması nəticəsində əsaslı 
təmirə olan tələbat ciddi problem kimi ortaya çıxmışdır. 2003-
cü ildə 1899 (42%) məktəbin əsaslı təmirə ehtiyacı var idi; 
-
 
Bakı  şəhərinin ümumtəhsil məktəblərində  şagird sıxlığı 
müəyyənləşdirilmiş normadan dəfələrlə artıqdır. Ayrı-ayrı 
məktəblərdə isə şagird sıxlığı daha yüksəkdir və bəzi hallarda 
bir növbəyə 40-45 nəfər  şagird düşür. 3 növbədə  fəaliyyət 
göstərən məktəblərin sayı 25-dən 135-ə çatmışdır. 2, 3 və 4-cü 
növbədə təhsil alan şagird kontingenti ümumi sayın 33,7% (o 
cümlədən, kənd yerlərində 30,4%) təşkil edir; 
-
 
Məktəblərin 90%-i müasir kompüterlərlə təmin edilməmişdir. 
Proqramın icrası  məqsədilə (2005-ci ildə) 62 məktəbin 11 
mindən artıq yeni əlavə sinif otaqları inşa edilmişdir. Ümumiyyətlə, 
ölkə üzrə 2005-ci ildə 164 məktəb binası inşa edilmişdir ki, 
bunlardan yalnız 20-si dövlət proqramı  əsasında həyata 
keçirilmişdir.   
 Ümumən təhsil sahəsində (DSK) statistik materialların təhlili 
göstərir ki, son illərdə ali təhsili olan şəxslərin sayı nisbətən azalır, 
orta pedaqoji təhsili olan şəxslərin sayı isə  əksinə artır. Bu hal 
məktəblərdə təhsil alan şagirdlərin təhsilinin səviyyəsinə fikrimizcə, 
mənfi təsir göstərir. Digər tərəfdən  şagirdlərin sayının (1 mln. 632 
min nəfər) müəllimlərin sayına (173 min nəfər) olan nisbəti hər 
müəllimə 9,4 nəfər  şagird düşür. Bu isə kifayət qədər yüksək 
göstərici hesab edilmir.  


_______Milli Kitabxana_______ 
 
137 
Təhsilin digər problemlərindən olan ümumtəhsil 
məktəblərində pedaqoji kadr çatışmazlığı problemini 2005-2009-cu 
illərdə  həll etmək məqsədilə  İnkişaf Proqramı  qəbul edilmişdir. 
Proqramın qəbul edilməsi səbəbləri kimi 4546 ümumtəhsil 
məktəblərindən 2128-də (46,8%) müxtəlif ixtisaslı pedaqoji kadrlara 
real tələbatın olduğu göstərilir. Həmçinin proqramda kadr 
çatışmazlığı  səbəbindən ölkənin 469 məktəbində xarici dilin tədris 
edilmədiyi, 1748 məktəbdə isə 14 fənn üzrə 54 min saatdan çox dərs 
yükünün 4956 nəfər qeyri-ixtisaslı kadrların üzərinə düşdüyü qeyd 
olunur.  
Proqramın əsas vəzifələri kimi vətəndaşların konkret iş yerləri 
ilə  təminatı, ümumtəhsil məktəbləri  şəbəkəsində kadrlarla bağlı 
dövlət sifarişinin təmin olunması, tədrisin keyfiyyətinin 
yaxşılaşdırılması, müəllim korpusunun maddi və sosial təminatının 
yaxşılaşdırılması göstərilir. Proqramın icrası məqsədilə son 2005-ci 
ildə 2841 nəfər müəllim işlə  təmin edilmişdir. Bu isə müsbət meyil 
kimi qəbul edilə bilər.  
Azərbaycan Respublikasında yeni informasiya 
texnologiyalarından istifadə etməklə 
təhsilin keyfiyyətini 
yüksəltməyə xidmət edən, bütün pillə  və  səviyyələrdə  vətəndaşlara 
təhsil almaqda bərabər imkanları təmin edən, ölkə təhsil informasiya 
sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid 
təhsil informasiya mühitini yaratmaq və 
əhalini 
informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə Azərbaycan 
Respublikasında ümumtəhsil məktəblərinin informasiya və 
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci 
illər) təsdiq edilmişdir. Proqramın maliyyə mənbələrindən biri kimi 
dövlət büdcəsi xərcləri göstərilmişdir. Bu məqsədlə, 2005-ci ildə 20 
mlrd. AZM vəsait ayrılmış 200-dən artıq məktəb kompüter və 
avadanlıqla təmin edilmişdir.  
Cədvəl 3.6-dan göründüyü kimi təhsil xərclərinin dövlət 
büdcəsində xüsusi çəkisi son bir neçə ildə 19-23% arasında 
dəyişmişdir. Lakin, yuxarıdakı məqamlardan göründüyü kimi büdcə 
xərclərinin beşdə birinin təhsilə yönəldilməsinə baxmayaraq bu 
sahədə görüləsi işlər çoxdur.   
  
 
 
 
      


_______Milli Kitabxana_______ 
 
138 
Cədvəl 3.6 
 2001 
2002 2003 2004 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Təhsil  
xərcləri 
931,1 23,0 956,2 20,5 1174,2 19,0 1470,5 19,6 
 
Təhsil sahəsində sadalanan proqramların təhlili göstərir ki, 
qeyd olunan proqramların nəticələri haqqında yekun hesabatlar tərtib 
edilməmişdir (proqramın icrası ilə bağlı yuxarıda sadalanan 
məqamlar hökumətin hesabatında öz əksini tapır). İki proqram üzrə 
dövlət büdcəsi tərəfindən yönəldilən vəsaitlərin həcmi 
göstərilməmişdir. Ümumiyyətlə, təhsil sahəsində hazırlanan 
proqramların strukturunun təkmilləşdirilməsinə baxmayaraq qeyd 
olunan tədbirlərin icrası ilə bağlı  hər hansı informasiya rəsmi 
sənədlərdə öz əksini tapmır. Faktiki olaraq, proqramların icra 
mexanizmləri mövcud deyil.  
Qeyd.  Bu halda, tətbiq ediləcək mütərəqqi metod dövlət 
büdcəsinin məqsədli proqramlar əsasında icrasıdır (bax. Büdcə 
prosesləri).  
2006-cı il üzrə proqnozlaşdırılan təhsil xərclərinin strukturu 
aşağıdakı formada təqdim edilir: 

 
Məktəbəqədər və ibtidai təhsil  köməkçi bölməsinə 
məktəbəqədər və  ibtidai təhsilin təmin edilməsi, 
məktəbəqədər    ibtidai təhsili təmin edən məktəblərin 
və digər təhsil müəssisələrinin saxlanılması  və onlara 
kömək göstərilməsi daxildir

 
Natamam və orta təhsil  köməkçi bölməsinə  natamam 
orta (5-9-cu siniflər) və orta (10-11-ci siniflər) təhsilin 
təmin edilməsi,  natamam və orta təhsili təmin edən 
məktəblərin və digər təhsil müəssisələrinin saxlanılması 
xərcləri aid edilir

 
İnternat və xüsusi məktəblər  köməkçi bölməsinə 
aşağıdakı paraqraflar internatlar – bütün tiplərdən olan 
(xüsusi rejimli və idman təmayüllü internat 
məktəblərindən başqa) internat məktəblərinin 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə