DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə44/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

_______Milli Kitabxana_______ 
 
133 
Respublikasının Maliyyə Nazirliyi vasitəsilə həyata keçirilir. 
Bu xərclərə: 
-
 
əhalinin əmanətlərinin indeksləşdirilməsi; 
-
 
  dövlət daxili uduşlu istiqraz vərəqələri; 
-
 
“Kapital Bank” Səhmdar Kommersiya Bankının zəruri 
kapitala və likvidliyə olan tələbini ödəmək üçün buraxılmış 
istiqraz vərəqələri; 
-
 
 mərkəzləşdirilmiş kredit resursları üzrə Milli Bankın 
silinmiş  əsas borcunu bağlamaq məqsədilə buraxılan 
istiqraz vərəqələri; 
-
 
 qısamüddətli dövlət istiqraz vərəqələri; 
-
 
 Nazirlər Kabinetinin müvafiq sərəncamına  əsasən 
hökumət zəmanəti ilə Beynəlxalq Bank tərəfindən 
“Azərenerji” Səhmdar Cəmiyyətinə verilmiş kreditlər üzrə 
xərclər; 
-
 
1992-1996-cı illərdə dövlət büdcəsi kəsirinin örtülməsi 
üçün Milli Bankdan istifadə edilmiş 345,2 mlrd.AZM 
mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq
 
məqsədilə 
buraxılan istiqraz vərəqələrinin dövriyyəyə buraxılması 
üzrə xidmət xərclərinin ödənilməsi aid edilir

 
Xarici borclar üzrə faizlərin və digər öhdəliklərin 
ödənilməsi.  
Qeyd.  Əhali  əmanətlərinin indeksləşdirilməsi məqsədilə 
həyata keçiriləcək tədbirlər bu sahədə qanunvericilik aktının qəbul 
edilməsindən sonra mümkün olacaqdır. Kitab çapa verildiyi tarixdə 
“Əhalinin əmanətlərinin indeksləşdirilməsi haqqında” qanun qəbul 
edilməmişdir. 
Büdcələrarası transfertlər  köməkçi bölməsinə  müxtəlif 
səviyyəli büdcələr arasında (dövlət büdcəsi, Naxçıvan Muxtar 
Respublikasının büdcəsi və yerli (bələdiyyə) büdcələr) ümumi 
xarakter daşıyan və konkret funksiyaya aid edilməyən transfertlərlə 
bağlı xərclər daxildir.  
Yerli büdcələrin öz maliyyələşdirmə  mənbələrinin olmasına 
baxmayaraq  yerli büdcələrin gəlir və  xərclərini  tənzimləmək 
məqsədilə dövlət büdcəsindən hər il dotasiyalar ayrılır.  


_______Milli Kitabxana_______ 
 
134 
“Büdcə sistemi haqqında” yeni qanuna əsasən (11.14) dövlət 
büdcəsindən maliyyə yardımı almaq istəyən bələdiyyələr cari ilin 
may ayının 1-dək müvafiq sənədləri və  məlumatları Maliyyə 
Nazirliyinə  təqdim edirlər. Bu sənədlərdə  bələdiyyələrə dövlət 
büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının 
həcmi 
əsaslandırılmalıdır. Dotasiyanın yuxarı 
həddinin 
hesablanmasında bələdiyyənin  ərazisində yaşayan  əhalinin sayı  və 
ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi 
və digər amillər nəzərə alına bilər. 2002-ci ildə bələdiyyə gəlirlərinin 
(25,0 mlrd.AZM) 39%, 2003-cü ildə (5,0 mlrd.AZM) 8,7%, 2004-cü 
ildə (9,9 mlrd.AZM) isə 10,7%-ni təşkil etmişdir.  
Qeyd.  1999-cu ilin bələdiyyə seçkilərinə  qədər ölkədə yerli 
özünüidarəetmə orqanları mövcud deyildi. 
 
3.1.1.2.  Təhsil 
 
Təhsil. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci 
maddəsinə  əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 
Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. 
Maddi vəziyyətindən asılı olmayaraq istedadlı  şəxslərin təhsili 
davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil 
standartlarını müəyyən edir.  
Yoxsulluğun Azaldılması  və  İqtisadi  İnkişaf üzrə Dövlət 
proqramı  təhsil sektorunda aparılan islahatların ümumi strateji 
məqsədləri kimi aşağıdakılar göstərilir: 

 
keyfiyyətli təhsil əldə etmək sahəsində bərabərliyin təmin 
edilməsi, o cümlədən,  şəhər və  kənd yerlərində  təhsilin 
keyfiyyətində mövcud olan fərqlərin aradan qaldırılması; 

 
təhsilin məzmununa yenidən baxılması  və  tədris 
metodlarının müasirləşdirilməsinin təmin edilməsi

 
məhsuldarlığın qiymətləndirilməsinə  əsaslanaraq,  əmək 
haqlarının artırılması; 

 
peşə  təhsilinin bazar iqtisadiyyatına müvafiq ixtisaslar 
verməsinin təmin edilməsi.  
Yuxarıda qeyd olunan fikirlər təhsil sahəsində bir sıra 
problemlərin olduğunu təsdiqləyir. Təhsil sahəsində mövcud olan 


_______Milli Kitabxana_______ 
 
135 
digər problemlərin aradan qaldırılması  məqsədilə bir neçə dövlət 
proqramı qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının 15 
iyun 1999-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Təhsil sahəsində 
islahat Proqramı”nda da təhsil islahatlarının aparılması üç mərhələdə 
nəzərdə tutulur: 
Hazırlıq mərhələsi (1999-cu il) Azərbaycan Respublikası 
vətəndaşlarının Konstitusiyada müəyyən olunmuş  təhsil almaq 
hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni 
təhsil sisteminin normativ hüquqi, iqtisadi və informasiya bazasını 
yaratmaq üçün təşkilati işlərin aparılmasını, eləcə  də onun 
infrastrukturu və kommunikasiya sisteminin müəyyən edilməsini 
nəzərdə tutulur. 
İkinci mərhələdə (2000 – 2003-cü illər) təhsil sahəsinin sosial-
iqtisadi stabilliyini təmin edən təxirəsalınmaz problemlərin həll 
olunması  və geniş miqyaslı islahatın aparılması üçün təşkilati-
hüquqi, kadr, maliyyə, maddi-texniki təminatının və yeni idarəetmə 
modelinin yaratması nəzərdə tutulur. 
Üçüncü mərhələ (2004-cü ildən) proqramda nəzərdə tutulan 
bütün tədbirlərin həyata keçirilməsi.  
Təhsil sahəsində islahat Proqramının  əsas məqsədi 
məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə  və ona uyğun 
əlavə  təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf 
etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ bazanı 
yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının 
Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş  tələbləri
siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə yönəltməkdən 
ibarətdir. 
Proqramın maliyyələşdirilməsi üçün 747 mlrd. AZM vəsait 
xərclənməsi nəzərdə tutulurdu. Bu vəsaitlərin 91,7%-i (685,0 mlrd. 
AZM) məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsinə 
yönəldilməli idi.  
Bu problemlərin aradan qaldırılması  və  həmin istiqamətdə 
işlərin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasında yeni 
ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin  əsaslı 
təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair 2003-
2007-ci illər üzrə Azərbaycan Respublikası Prezidentinin 17 fevral 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə