DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə36/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

_______Milli Kitabxana_______ 
 
109 
Yük və sərnişin daşınmasının növündən və fəaliyyətin həyata 
keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşımalarını həyata 
keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı 
əmsallar tətbiq edilməklə müəyyən edilir: 
1.Bakı  şəhərində (kənd və  qəsəbələr daxil olmaqla) və Bakı 
şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında- 2,0 
2. Abşeron rayonu, Sumqayıt, Gəncə  şəhərlərində  və  həmin 
rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında-1,5 
3. Digər rayon və şəhərlər və həmin rayon və şəhərlərlə digər 
yaşayış məntəqələri arasında-1,0 
Avtomobil nəqliyyat vasitələrində (taksi istisna olmaqla) 
oturacaq yerlərinin sayı və ya yük götürmə qabiliyyəti avtomobilin 
nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən 
edilir. 
Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) 
oturacaq yerlərinin sayı  və ya yükgötürmə qabiliyyəti avtomobil 
nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə 
həmin göstəricilər müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 
verilmiş arayışlar  əsasında müəyyən edilir. Oturacaq yerlərinin 
sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və 
ya müvafiq icra hakimiyyəti orqanı  tərəfindən verilmiş arayışlar 
əsasında müəyyən etmək mümkün olmadıqda sadələşdirilmiş 
verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilməsi 
nəzərdə tutulur. 
Avtomobil nəqliyyat vasitələri yük və  sərnişin daşınmasını 
həyata keçirən vergi ödəyicisinin hər bir avtomobil nəqliyyatı 
vasitəsi üçün (taksi istisna olmaqla) sadələşdirilmiş vergi verginin 
tətbiq edildiyi ölçü vahidinin yuxarıda qeyd edilmiş verginin aylıq 
məbləğinə, habelə qeyd olunan əmsallara vurulmaqla hesablanır.  
Vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi  əsasında 
istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə  sərnişin və yük 
daşımaları  həyata keçirdikdə sadələşdirilmiş verginin ödənilməsinə 
nəqliyyat vasitəsini vəkalətnamə (etibarnamə) və ya icarə 
müqaviləsi ilə idarə edən  şəxslər məsuliyyət daşıyırlar. Digər 
hallarda sadələşdirilmiş verginin ödənilməsinə avtomobil nəqliyyatı 
vasitəsinin sahibi məsuliyyət daşıyır.  


_______Milli Kitabxana_______ 
 
110 
2006-cı ildən avtomobil nəqliyyatı vasitələri ilə  sərnişin və 
yük daşımalarını  həyata keçirən vergi ödəyicilərinə  fərqlənmə 
nişanlarının verilməsi nəzərdə tutulmuşdur.  
 
Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər: 
 
10. Gömrük rüsumları 
 
Gömrük rüsumlarının büdcəyə alınması Gömrük Məcəlləsi və 
“Gömrük tarifi haqqında” qanunlarla tənzimlənir, idxal və ixrac 
əməliyyatları  nəticəsində tutulur. İdxal olunan məhsullar üzrə 
gömrük rüsumları 97 qrup mallara tətbiq edilir. 
Gömrük Məcəlləsi gömrük işinin hüquqi, iqtisadi və təşkilati 
əsaslarını müəyyən edir, Azərbaycan Respublikasının iqtisadi 
təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasına, ölkə 
iqtisadiyyatının dünya təsərrüfatı ilə  əlaqələrinin genişlənməsinə, 
gömrük işi sahəsində  təsərrüfat subyektlərinin, fiziki şəxslərin və 
dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin olunmasına, 
onların öz vəzifələrini yerinə yetirmələrinə yönəlmişdir.  
“Gömrük tarifi haqqında” qanun Аzərbаycаn Rеspublikаsında 
daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə xarici 
ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük 
tarifinin formalaşdırılması  və  tətbiqi, həmçinin  Аzərbаycаn 
Rеspublikаsının gömrük sərhədindən keçən mallardan rüsum 
tutulması qaydalarını müəyyən edir. 
Qanunvericiliyə  əsasən gömrük tarifinin əsas məqsədləri 
Аzərbаycаn Rеspublikаsı üzrə idxalın  əmtəə strukturunu 
səmərəliləşdirmək,  Аzərbаycаn Rеspublikаsı  ərazisinə malların 
gətirilməsi və  çıxarılmasının, valyuta gəlirlərinin və  xərclərinin 
əlverişli nisbətini təmin etmək, valyuta sərvətlərinin  Аzərbаycаn 
Rеspublikаsının gömrük ərazisinə  gətirilməsi və bu ərazidən 
çıxarılması üzərində  səmərəli nəzarət etmək,  Аzərbаycаn 
Rеspublikаsında malların istehsalı  və istehlak strukturunda 
mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq, Аzərbаycаn 
Rеspublikаsının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən 


_______Milli Kitabxana_______ 
 
111 
qorumaq,  Аzərbаycаn Rеspublikаsı iqtisadiyyatının dünya 
təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq göstərilir.  
2000-ci ildə üzrə gömrük rüsumları üzrə daxilolmaların həcmi 
311,1 mlrd.AZM, 2001-ci ildə 260,6 mlrd.AZM, 2002-ci ildə 276,7 
mlrd.AZM, 2003-cü ildə 294,9 mlrd.AZM, 2004-cü ildə 384,8 
mlrd.AZM  təşkil etmişdir. 2004-cü il üzrə artım 2001-ci illə 
müqayisəsi 47,6% təşkil etmişdir. 
2002-ci ildə gömrük rüsumları üzrə büdcəyə daxilolmalara 
idxalın səviyyəsi və strukturu, xarici investisiyaların ölkəyə axını, 
2003-cü ildə isə idxal rüsumları sahəsində spesifik rüsumların 
tətbiqindən advalor rüsumların tətbiqinə keçid təsir göstərmişdir. 
 
2.1.2. Qrantlar   
 
2.1.2.1. Avropa Birliyinin Azərbaycan Respublikasına 
verdiyi qrant 
 
1996-cı ildən dövlət büdcəsinin gəlirlərində Avropa Birliyinin 
Azərbaycan Respublikasına verdiyi qrant maddəsi öz əksini tapır. 
İlk dövrlərdə bu məbləğ 12-13 mlrd.AZM təşkil etmiş, sonrakı 
illərdə bir qədər artmış və ən yüksək həddinə 2000-ci ildə çatmışdır. 
2003-cü ildə bu göstərici 28,4 mlrd.AZM təşkil etmişdir. 
Qrant haqqında Azərbaycan Respublikasının 17 aprel 1998-ci 
il tarixli qanununa görə qrant haqqında müqaviləyə  əsasən qrant 
kimi alınan pul və (və ya) hər hansı digər maddi yardım bütün növ 
vergilərdən, rüsumlardan və dövlət büdcəsinə icbari ödənişlərdən 
azaddır. Lakin qrantdan istifadə zamanı layihə  və proqramların 
yerinə yetirilməsində  iştirak edən hüquqi şəxslər resipiyentdən 
(donorla münasibətlərində qrant alan resipiyent sayılır) aldıqları 
haqdan qüvvədə olan qanunvericiliyə müvafiq surətdə vergilər 
ödəyirlər.   
Qrantdan istifadə zamanı layihə  və proqramların yerinə 
yetirilməsində  iştirak edən fiziki şəxslərin resipiyentdən aldıqları 
haqdan mövcud qanunvericiliyə müvafiq olaraq gəlir vergisi tutulur. 
Fiziki  şəxslərə ödədiyi haqq müqabilində resipiyent icbari 
ödənişlərdən azaddır.  


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə