DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə35/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

_______Milli Kitabxana_______ 
 
106 
müəyyənləşdirildi. Eyni zamanda, avtonəqliyyat vasitələri, o 
cümlədən taksi ilə  sərnişin və yük daşımalarını  həyata keçirən 
şəxslər 10%-lə verginin ödəyiciləri hesab olunurdu. Bir sıra 
fəaliyyət növləri ilə məşğul olan şəxslər həmin verginin ödəyiciləri 
kimi fəaliyyət göstərməməsi də dəqiqləşdirildi: 
-
 
aksizli mallar istehsal edən şəxslər; 
-
 
kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli 
kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar; 
-
 
qeyri-dövlət pensiya fondları; 
-
 
əmlakın icarəyə verilməsindən və royaltidən gəlir  əldə 
edənlər; 
-
 
mülkiyyətində 5 mlrd.AZM-ə qədər əmlakı olan şəxslər. 
Aparılan islahatlar nəticəsində vergi ödəyicilərinin 85%-i 
(2003-cü ilin 1 iyuluna 71660 hüquqi və fiziki şəxs) bu verginin 
ödəyicilərinə çevrildilər). Lakin proqnoz göstəricisi 85,5% icra 
olunmuş  və dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 1,5% təşkil 
edirdi. Bu isə bir sıra vergi ödəyicilərinin ötən ilə nisbətən öz 
dövriyyələrini azaltması ilə bağlı olmuşdur.  
Lakin, vergi qanunvericiliyinin dəyişdirilməsi nəticəsində 
vergitutma bazasının genişləndirilməsi bu vergi üzrə büdcəyə 
daxilolmaların dinamikasına təsir etmiş  və 2003-cü ildə daxilolma 
2001-ci ilə nisbətdə 3 dəfə artmışdır. 
Sadələşdirilmiş vergi üzrə dövlət büdcəsinə daxilolmaların 
dinamikası. 
                                                             
Cədvəl 2.23 
 
 
2001 2002  2003  2004 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də 
(%) 
Mlrd.  
AZM 
Büdcə 
gəlirlə 
rin 
də 
(%) 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də 
(%) 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də 
(%) 
Sadələşdi- 
rilmiş vergi 
üzrə 
büdcəyə  
daxilolmala
20,5
0,5
12,6 0,3
63,3
1,0 81,9 1,0 
 


_______Milli Kitabxana_______ 
 
107 
1 yanvar 2004-cü ildən vergitutma bazasında yenidən 
dəyişiklik edildi. Dövriyyə 123,75 mln.AZM həddində 
müəyyənləşdirildi. Mülkiyyətində 5,5 mlrd.AZM qədər əmlakı olan 
şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaqdan azad edilirdilər. 
Avtonəqliyyat vasitələrinin sahibləri bu verginin ödəyicisi hesab 
edilmirdilər və avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş 10% 
dərəcə ləğv edilirdi.  
Vergi Məcəlləsinə diqqət yetirsək vergi ödəyicisinin 1 yanvar 
2003-cü il tarixdən  əməliyyatlarının ümumi məbləği  əvvəlki 12 
təqvim ayı  ərzində 500 mln.AZM-dən çox deyilsə, vergi ödəyicisi 
ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğvi olunmasına dair 45 gün 
ərzində ərizə ilə müraciət edə bilər. Vergi ödəyicisi 1 yanvar 2003-
cü ilədək  ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmişdirsə  həmin 
şəxsin  ƏDV ödəyicisi kimi fəaliyyətini dayandırması 158.2 
maddəsinə  əsasən tənzimlənir. Bu maddəyə görə  ƏDV-yə  cəlb 
olunan  əməliyyatların ümumi məbləği  əvvəlki təqvim ayı  ərzində 
dövriyyəsi 247,5 mln.AZM-dək olan ödəyicilər  ƏDV-nin 
məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 
bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına 
dair  ərizə verə bilərdilər (əvvəlki illərin qanunvericiliyində bu 
müddət iki il göstərilirdi və bu da sahibkarlar üçün müəyyən 
problemlər yaradırdı).  
2005-ci ildən sadələşdirilmiş vergi ilə bağlı qanunvericiliyə 
növbəti əlavə və dəyişikliklər edilmişdir.  
Bu dəyişikliklərin sırasında ilk növbədə sadələşdirilmiş vergi 
ödəyiciləri hər il aprel ayının 20-dən gec olmayaraq müvafiq 
bəyannaməni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı 
məlumatı uçotda olduqları vergi orqanına təqdim etməli olduğunu 
göstərən müddəanı qeyd etmək olar. Vergi Məcəlləsində başqa 
hallar nəzərdə tutulmamışdırsa vergi ödəyicisinin təqvim ilinin 
sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi 
ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı 
təqdim etmədikdə vergi orqanı vergi ödəyicisinin  əvvəlki vergi 
ilində seçdiyi metodu tətbiq edilir. İl  ərzində yeni fəaliyyətə 
başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd 
etdiyi metodu tətbiq edir.  


_______Milli Kitabxana_______ 
 
108 
Mülkiyyətində  və ya istifadəsində olan avtonəqliyyat 
vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) 
Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını 
(o cümlədən, taksi ilə) həyata keçirən  şəxslər sadələşdirilmiş 
verginin ödəyiciləri hesab edilir. 
Mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (avtomobil 
nəqliyyatı vasitələri, o cümlədən taksi ilə  sərnişin və yük 
daşımalarını, mülkiyyətində  və ya istifadəsində olan nəqliyyat 
vasitələri ilə  və yaxud həmin daşımaları müqavilə  əsasında digər 
şəxslər vasitəsi ilə  həyata keçirən  şəxslər istisna olmaqla) qalıq 
dəyəri  şərti maliyyə vahidinin 1000000 mislindən artıq olanlar 
sadələşdirilmiş verginin ödəyicisi hesab edilə bilməz. 
Avtomobil nəqliyyatı vasitələri ilə  sərnişin və yük 
daşımalarını  həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş 
vergi aşağıdakı kimi müəyyən edilir:  
Cədvəl 2.24 
Fəaliyyət növü 
Sadələşdirilmiş 
verginin tətbiq 
edildiyi 
ölçü vahidi 
Sadələşdirilmiş 
verginin aylıq məbləği
(şərti maliyyə vahidinin
misli ilə) 
Sərnişin daşınması  
(taksi istisna olmaqla), 
oturacaq yerlərinin sayın
görə: 
- 13-dək 
 
- 13-dən 30-dək 
 
 
- 31-dən yuxarı 
 
1 oturacaq yeri 
 
 
1,5 misli 
 
 
18 misli + 13-cü yerdən
başlayaraq hər oturacaq
yeri üçün 0,5 misli 
 
27 misli + 31-ci yerdən 
başlayaq hər oturacaq 
yeri üçün 0,3 misli 
Taksi ilə 
sərnişin
daşınması
1 ədəd nəqliyyat 
vasitəsi

Yük daşımaları 
1 ton yükgötürmə 
qabiliyyəti 

 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə