_______
Milli Kitabxana_______
25
5.
Büdcə layihəsi müvafiq icra hakimiyyəti orqanlarına büdcə
subyektlərinin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək imkanı
verən göstəricilər sistemi əsasında təqdim edilir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç
il üçün icmal büdcənin göstəriciləri cari ilin
sentyabr ayının 15-dək
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim edilir.
Paralel olaraq Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi
sentyabr ayının 10-dək növbəti büdcə ili və gələn il üç il
üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz
göstəricilərini, növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcəsinin,
habelə gələn üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq
mühüm investisiya layihələrini özündə əks
etdirən dövlət investisiya
proqramlarının layihələrini, Azərbaycan Respublikasının toplu
maliyyə balansını Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim edir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç
il üçün icmal büdcənin göstəriciləri və “Büdcə sistemi haqqında”
qanunla müəyyən edilən digər sənədlər
sentyabr ayının 25-dək
Azərbaycan Respublikasının Prezidentinə
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən təqdim edilir.
Qeyd. Bu əsasda konkret misalı nəzərdən keçirək. Azərbaycan
Respublikasının 2006-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin
göstəriciləri, Azərbaycan Respublikasının 2006-cı il və gələn üç il
üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri
haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23
sentyabr 2005-ci il tarixli qərarı imzalanmışdır. Nazirlər Kabineti
qərara alır Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin
əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq
proqramlar əsasında hazırladığı “Azərbaycan Respublikasının
2006-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və
sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi “Azərbaycan
Respublikasının 2006-cı il və gələn üç il üzrə iqtisadi və sosial
inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin. Həmçinin,
bu sənədlər və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası
_______
Milli Kitabxana_______
26
Qanunun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar
Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
Növbəti il üzrə dövlət büdcəsinin və icmal
büdcəsinin
layihələrinin və sonrakı üç il üçün icmal büdcənin tərtibi prosesində
iştirak edən təşkilatlar tərəfindən qanunvericiliklə müəyyən
edilən
sənədlərin vaxtında müvafiq icra hakimiyyəti orqanına təqdim
edilməməsi büdcənin tərtibi prosesinin pozulmasına səbəb olarsa,
həmin təşkilatların vəzifəli şəxsləri qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
1.2.2. Büdcə layihəsinin müzakirəsi və təsdiqi
Dövlət büdcəsinin təsdiqi –
ölkənin qanunverici orqanına
təqdim olunan dövlət büdcəsi haqqında qanun layihəsinin
müzakirəsi və təsdiqi.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi
ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin
oktyabrın 15-dən
gec olmayaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 2-ci bəndinə uyğun olaraq (Azərbaycan Respublikasının
Prezidenti tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsi)
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur.
Növbəti il üçün dövlət büdcəsinin layihəsi müvafiq sənədlərlə
birlikdə Azərbaycan Respublikasının
Milli Məclisinə daxil olduğu
tarixdən 10 gün ərzində mətbuatda dərc olunur. Növbəti büdcə ili
üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi (17 may 1996-
cı ildə qəbul edilmiş) Azərbaycan Respublikasının Milli Məclisinin
Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq dövlət
büdcəsi haqqında qanun üç oxunuşda qəbul edilir. Qəbul edilənə
qədər büdcə layihəsi Milli Məclisin daimi komissiyalarında
müzakirə edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
Azərbaycan Respublikasının Milli Məclisinin iclasında növbəti
büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti
orqanları iştirak edir.
_______
Milli Kitabxana_______
27
Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsi Azərbaycan
Respublikasının Milli Məclisində cari ilin
dekabr ayının 20-dən gec
olmayaraq təsdiq edilir.
Milli Məclisdə təsdiq edilmiş dövlət büdcəsi haqqında qanun
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan
Respublikasının Prezidenti tərəfindən imzalanır.
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən
olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra
hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə
ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc
maddələri üzrə tam) maliyyələşmənin aparılmasının müvəqqəti
qaydalarını müəyyənləşdirir. Eyni qayda büdcədənkənar dövlət
fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir.
Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə dövlət büdcəsinin
təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına uyğun
olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri
hallarda aylıq bölgüsünü müəyyən edir.
Təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və
xərclərin bölgüsü Maliyyə Nazirliyi tərəfindən bir ay müddətində
büdcə təşkilatlarına çatdırılır.
Qeyd. Hazırda Milli Məclisdə fəaliyyət göstərən 11 daimi
komissiyadan dövlət büdcəsi ilə bağlı hər hansı bir qərarın qəbul
edilməsinə daha çox aidiyyatı olan - iqtisadi siyasət daimi
komissiyasıdır (2001-ci ilə qədər Milli Məclisdə büdcə komissiyası
da fəaliyyət göstərirdi). İqtisadi siyasət daimi komissiyası dövlətin
maliyyə və vergi siyasətinin, iqtisadi siyasətinin formalaşdırılması və
həyata keçirilməsinə dair, habelə dövlət büdcəsinin təsdiq edilməsi
və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı daimi
komissiyadır.
İqtisadi siyasət daimi komissiyası:
- Dövlət büdcəsi, büdcə prosesi və quruluşu, pul emissiyası,
qiymət siyasətinin əsasları, bank fəaliyyəti, maliyyə,
mühasibat, sığorta, valyuta, kredit, gömrük tənzimlənməsi,
vergi siyasəti, rüsum və ödənişlər,
daxili və xarici iqtisadi
münasibətləri, təsərrüfat fəaliyyəti, sənaye, nəqliyyat,
rabitə, ticarət, birja, sahibkarlıq fəaliyyəti, antiinhisar