Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə43/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

170 

 

yoxdur. 



O,  bu  sözləri  elə  astadan  söylədi  ki,  sanki  öz-  özünə  deyirdi.  Puaro 

başını mənalı tərzdə tərpətdi. Sonra isə artıq başqa səs tonu ilə - 

sakit, kədərli, Derek üçün yeni olan tərzdə danışmağa başladı: 

-  Əgər deyəcəklərim sizi əsəbiləşdirərsə, onda 

məni 

-  qocanı  bağışlayarsınız.  Amma  yaxşı  bir  ingilis  atalar  sözünü 



yadınıza salmaq istəyirəm. O, 

təxminən bu cür səslənir: “Yeni sevgiyə başlamazdan əvvəl köhnəni 

bitirmək lazımdır”. 

Derek əsəbi baxışla ona baxdı: 

- Bu sözlərlə siz nə demək istəyirsiniz? 

- Siz mənə hirsləndiniz. - Puaro sakitliyini qoruyurdu. - Mən də məhz 

bunu gözləyirdim. Demək istəyirəm ki, müsyö, yaxınlıqda içində ledi 

olan daha bir maşın da var. Əgər geri çevrilsəniz, onu görərsinz. 

Derek üzünü çevirdi. Onun sifəti qəzəbdən qaraldı: 

- Mirel, onu görüm lənətə gəlsin, - deyə donquldadı. 

- Mən indi... 

Puaro  işarə  ilə  Derekin  etmək  istədiyi  hərəkəti  dayandırmağa  nail 

oldu. 

-  Məgər bunu burada etmək ağıllı işdirmi? - o, sakitləşdirici tərzdə 



söylədi. Onun gözləri yaşıl 

alovla parıldayırdı. 

Derek kəsik-kəsik nəfəs alırdı. O, özündən çıxmışdı. 

-  Mən onunla qurtarmışam, özü də bunu bilir, - 

o, qəzəbli halda qışqırdı. 

-  Siz onunla qurtarmısınız, bu, doğrudur, bəs o, 

sizinlə qurtarıbım? 

downloaded from KitabYurdu.org




171 

 

Derək iti, quru gülüşlə güldü: 



-  O, iki milyon funtla vidalaşa bilmir,  əgər bunu  əldə etməyə şansı 

qalıbsa. - O, sərt şəkildə 

söylədi. 

- Siz abırsızsınız. - Puaro qaşlarını dartdı. 

-  Mən? - Derek kədərli halda gülümsədi. - Mən qadınların bir-birinə 

bənzədiklərini  bilmək  üçün  kifayət  qədər  yaşamışam.  -  Onun  üzü 

qəfildən mülayimləşdi. - Ancaq birindən savayı. - O, düz 

Puaronun gözlərinə baxdı. Onun baxışlarında təlaş oynadı və dərhal 

da  yox  oldu.  -  O  bir  qadınsa...  -  əlini  gedən  maşının  istiqamətində 

yellədi. 

-  Ah! - Puaro qəsdən elə səs tonu ilə ucadan dedi ki, Dereki söhbəti 

davam etdirməyə təhrik 

etsin. 

-  Nə  demək  istədiyinizi  bilirəm,  -  Derek  cəld  söylədi.  -  Mənim 



sürdüyüm  həyat  tərzi  mənə  onunla  evlənməyə  haqq  vermir.  Mənim 

onun barəsində düşünməyə haqqım yoxdur. Deyə 

bilərsiniz ki, yaxşı itə pis ad vermək olmaz. Bilirəm ki, bunları indi - 

arvadımın  qətlindən  cəmi  bir  neçə  gün  keçmiş  danışmağım  düzgün 

deyil. 

O, sinəsinə daha çox nəfəs çəkmək üçün sözünü yarımçıq qoydu və 



Puaro şikayətedici tərzdə yaranmış pauzadan istifadə etdi: 

- Axı mən heç belə sözlər söyləmədim. 

- Amma deyəcəksiniz. 

- Nəyi? 


Mənim Ketrinlə evlənmək üçün heç bir 

şansımın olmadığını. 

-  Xeyr, - Puaro etiraz etdi, - mən bunu deməyəcəyəm. Düzdür, siz 

downloaded from KitabYurdu.org



172 

 

pis ad çıxarmısınız, amma bu, qadınları qorxutmur. Əgər siz çox lətif 



təbiətli, yüksək əxlaqlı, lazım olmayan işlərdən 

heç birini etməyən və olsun ki, ancaq nə lazımdırsa onu edən bir insan 

olsaydınız, o 

zaman  sizin  uğur  qazanacağınıza  şübhə  edərdim.  Mənəvi  sabitlik, 

başa  düşürsünüz,  romantik  deyil.  O,  yalnız  dul  qadınlar  tərəfindən 

qiymətləndirilir. 

Derek  Ketterinq  ona  baxa-baxa  qaldı.  Sonra  dabanlarının  üstündə 

fırlanaraq onu gözləyən maşına sarı getdi. 

Puaro  maraqla  onun  ardınca  baxırdı.  O,  çox  gözəl  bir  məxluqun 

maşından düşərək Derekə tərəf gəldiyini və danışdığını gördü. 

Lakin Derek Ketterinq dayanmadı. O, şlyapasını qaldırdı və qadının 

yanından ötüb keçdi. 

- Ca  y  est49,  -  Erkül Puaro qeyd etdi.  - Düşünürəm  ki,  chez moi50 

qayıtmağın lap vaxtıdır. 

O, evə qayıdanda öz otağında onun şalvarını ütüləyən Corcu gördü. 

- Əla gündür, Corc, bir az yorucu, lakin maraqlı. Lakin xidmətçinin 

ifadəsiz sifəti dəyişilmədi. 

- Doğrudur, ser. 

-Qatilin  şəxsiyyəti  maraqlı  məsələdir,  Corc.  Bir  çox  canilər  çox 

məftunedici olurlar. 

- Eşitmişəm  ki,  ser,  -  Corc dedi,  -  həkim Krippen51 çox şirindildir, 

amma bununla belə, o, öz arvadını xırda-xırda doğrayıb. 

- Sizin nümunə gətirməyiniz çox dəqiq olur, Corc. 

Xidmətçi susdu və bu anda telefon zəng çaldı. Dəstəyi Puaronun özü 

götürdü. 

-Alo, alo! Bəli, danışan Erkül Puarodur. 

- Naytondur. Sizin vaxtınız varmı? Mister Van Aidin sizinlə danışmaq 

downloaded from KitabYurdu.org




173 

 

istəyir. 



Bir dəqiqə sonra Puaro milyonçunun səsini eşitdi. 

- Puaro, bu sizsiniz? Mən ancaq sizə onu məlumat vermək istəyirəm 

ki,  indicə  Meyson  gəlmişdi.  Dedi  ki,  hər  şeyi  götür-qoy  edib  və 

əmindir  ki,  qatardakı  kişi  Derek  Ketterinq  imiş.  Söylədi  ki,  o  vaxt 

Derekin  sifəti  ona  tanış  görünübmüş,  amma  nə  ilə  olduğunu  anlaya 

bilməyibmiş. Meyson indi xeyli əmin görünürdü. 

-  Ah,  təşəkkür  edirəm,  müsyö  Van  Aidin.  Bu,  istintaqı  xeyli 

irəlilədəcək. 

O, dəstəyi asdı. Bir neçə saniyə ərzində qəribə təbəssüm dodaqlarını 

tərk etmədi. Corc sualını təkrar etməli oldu: 

- Necə? - Puaro təkrar soruşdu. - Nə dediniz? 

- Lençi burada verim, yoxsa siz harasa gedəcəksiniz? 

- Lenç nə burda, nə də başqa yerdə olmayacaq, - Puaro cavab verdi. - 

Yaxşı  olar  ki,  yatağıma  uzanım  və  trisane52  içim.  Gözlədiyim  baş 

verdi, belə olanda isə mən sakit qala bilmirəm. 

48 Suyuşirin, qəşəng. 49 Belə de! 

50  Bizə (evimizə), mənim yaşadığım yerə. 

51 Arvadının ölümünə görə hay-küylü prosesdən sonra Londonda 

edam edilmiş amerikalı həkim. 

52 


Otlardan hazırlanmış cövhər. 

XXV 


FƏSİL Meydan oxuma 

Derek maşının yanından keçəndə Mirel tez yerə düşdü. 

- Derek, mən sənə bir söz deməliyəm... 

Lakin Derek ayaq saxlamadan şlyapasını qaldırdı və ötüb keçdi. 

O, öz otelinə qayıdanda qapıçı ayağa durdu və ona xəbər verdi. 

- Sizi bir cənab gözləyir, müsyö. 

- O kimdir? 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə