Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə51/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

202 

 



Bəli, ser. O və atası böyük məmnuniyyətlə 

sizinlə axşam şam edəcəklər. 

-  Hm...  -  Puaro  dərindən  düşünərək  söhbətinə  başlamazdan  qabaq 

mızıldandı. O, şokoladını 

içdi,  fincanla  nəlbəkini  səliqə  ilə  məcməyinin  düz  ortasına  qoyub, 

xidmətçidən çox, öz-özüylə astadan danışmağa başladı. 

-  Dələ,  mənim  əziz  Corcum,  findıq  toplayır.  O,  payızda  qışın 

ehtiyatını görür ki, sonradan 

onlardan  istifadə  etsin.  Uğur  əldə  etmək  üçün,  Corc,  insanlar  gərək 

heyvanlar aləminin onlara göstərdiyi nümunələrdən bəhrə götürməyi 

bacarsınlar.  Şəxsən  mən  həmişə  belə  etmişəm.  Siçan  yuvasını 

gözləyən  pişik  olmuşam.  İzləri  axtaran  it  olmuşam.  Eyni  zamanda, 

əziz  Corcum,  dələ  də  olmuşam.  Mən  kiçik  faktları  bir-  bir  yığaraq 

ehtiyat  toplamışam.  İndisə  öz  anbarıma  gedib  oradan...  qoy  bir 

xatırlayım... 

düz  on  yeddi  il  əvvəl  qoyduğum  bir  fındığı  çıxarım.  Siz  məni  başa 

düşürsünüzmü, Corc? 

- Heç ağlıma gəlməzdi ki, fındıq belə uzun müddət qala bilər, ser, - 

Corc  cavab  verdi,  -  baxmayaraq  ki,  konservləşdirmə  ilə  hər  bir 

möcüzə mümkündür. 

Puaro ona baxdı və gülümsədi. 

57 Hərfi mənada. 

58 Dəhşət dərəcədə dəbdəbəli. 59 Böyük aristokrat. 

XXVIII 


FƏSİL 

Puaro dələ oyununu oynayır 

Naharın hazırlanmasına Puaro cəmi on beş dəqiqə ayırdı. Bunun da 

öz  səbəbi  var  idi.  İlk  öncə,  o,  Monte-Karloya  deyil,  Kap-Martenə  - 

ledi Templinin villasına gedərək miss Qreyi çağırtdırdı. Miss əynini 

downloaded from KitabYurdu.org




203 

 

dəyişirdi və Puaroya kiçik qonaq otağında gözləməsini söylədilər. Üç- 



dörd dəqiqədən sonra bura Lenoks Templin daxil oldu. 

-  Ketrin  hələ  hazır  deyil,  -  o  dedi.  -  Sizin  nəsə  ismarışınızı  ona 

çatdırımmı, yoxsa onun aşağı düşməsini gözləyəcəksiniz? 

Puaro sanki düşünürmüş kimi bir dəqiqəliyinə ona baxdı. Görünür, bu 

sadə sualın cavabından çox şey asılı idi. 

Xeyr,  -  nəhayət,  o  dilləndi.  -  Yaxşı  olar  ki,  mən  madmazel 



Ketrinin gəlişini gözləməyim. 

Yəqin ki, bu, lap yaxşı oldu. Bəzən bu cür işlər çox çətin olur. 

Lenoksun üzündə təəccüb əks olundu. 

-  Mənim ona bir xəbərim var, - Puaro davam 

etdi. 

- Rəfiqənizə müsyö Ketterinqin bu axşam 



arvadını öldürdüyünə görə həbs olunduğunu çatdıra bilərsinizmi? 

Siz Ketrinə bunu mənim xəbər verməyimi 



istəyirsiniz?  -  Lenoksun  nəbzi  sürətlə  döyünməyə  başladı,  sanki  o, 

indicə qaçırmış. Üzü gərginləşdi və rəngi qaçdı. 

Əgər, mümkündürsə, madmazel, - Puaro 



dedi. 

Axı  sizi  nə  narahat  edir?  -  qız  soruşdu.  -  Düşünürsünüz  ki, 



Ketrinin əhvalı pozulacaq? 

Sizcə, o, Derekə vurulub? 

- Bilmirəm, madmazel. Açıq etiraf edirəm. Bir qayda olaraq, mən hər 

şeyi  bilirəm,  amma  indiki  halda...  Olsun  ki,  siz  məndən  daha  çox 

xəbərdarsınız. 

-  Düzdür,  -  Lenoks  razılaşdı,  -  amma  mən  sizə  heç  nə  danışmaq 

fikrində  deyiləm.  -  O,  qaşlarını  çataraq  bir  neçə  saniyə  susdu  və 

sonradan  buna  baxmayaraq,  yenə  maraqlandı.  -  Siz  onun  bunu 

downloaded from KitabYurdu.org



204 

 

törətdiyinə inanırsınız? 



Puaro çiyinlərini çəkdi: 

- Polis belə iddia edir. 

-  Cavabdan  boyun  qaçırırsınız,  elə  deyilmi?  -  Lenoks  yenidən 

qaşqabağını tökdü. - Deməli, 

burada gizlətməli nəsə var. 

-  Siz Derek Ketterinqi çoxdanmı tanıyırsınız? - 

detektiv mehribancasına soruşdu. 

- Uşaqlıqdan, - qız acıqla cavab verdi. Puaro susaraq başını tərpətdi. 

Lenoks  stulu  çəkdi  və  dirsəyini  masaya  dayayaraq  sanki  üzünü 

ovucları ilə saxlayırmış kimi əyləşdi. 

Onların Derekin  əleyhinə nələri var?  - O, masanın  üstündən 



həmsöhbətinə baxaraq sual 

verdi. - Güman edirəm ki, əsas var. Bəlkə o, arvadının ölümündən 

sonra çoxlu pul miras alıb. 

- İki milyon. 

Əgər arvadı ölməsəydi, o, müflis olardı? 



-Bəli. 

- Amma bu azdır axı, - Lenoks bildirdi. - Mən bilirəm ki, Derek arvadı 

ilə eyni qatarda gedib, lakin bu, öz-özlüyündə heç nə demək deyil. 

- Missis Ketterinqin kupesində ona aid olmayan, üzərində “K” inisialı 

olan portsiqar tapılıb, iki 

nəfər isə Derek Ketterinqi qatar Liona çatmamış onun kupesinə daxil 

olarkən və kupedən çıxarkən görüb. 

- O adamlar kimlərdir? 

-  Rəfiqəniz miss Qrey və rəqqasə madmazel 

Mirel... 

-  Bəs Derek özü nə deyir? - Lenoks məsələnin 

downloaded from KitabYurdu.org




205 

 

məğzini tamam öyrənməyə çalışırdı. 



- O, ümumiyyətlə, arvadının kupesinə daxil olduğunu inkar edir. 

-  Axmaq! - qız sərt şəkildə dedi. - Deyirsiniz, Liona çatmamış? Bəs 

onun... onun nə vaxt 

öldüyünü kimsə bilir? 

-  Tibb işçilərinin təxmini həmişə doğru çıxmır, - Puaro dedi. - Onlar 

ölümün Liona çatmamış baş 

verdiyinə inanırlar. Biz isə bilirik ki, qatar Liondan  yola düşdükdən 

bir neçə dəqiqə sonra missis Ketterinq ölü idi. 

- Haradan bilirsiniz? 

Puaronun dodaqlarında qəribə təbəssüm parladı: 

-  Bir nəfər kupeyə girib və onun ölü olduğunu - 

görübmüş. 

- Həmin “bir nəfər” də heç kimə xəbər verməyib? 

- Xeyr. 


- Nəyə görə? 

-  Şübhəsiz ki, bunun üçün o adamın öz səbəbi 

var imiş. 

Qız acıqlı halda ona baxdı: 

- Siz də o səbəbləri bilirsiniz? 

- Ehtimal edirəm ki, bəli. 

Lenoks dərin fikrə getdi. Puaro susaraq onu müşahidə edirdi. Nəhayət, 

qız  başını  qaldıranda  onun  yanaqlarında  yüngül  qızartı  əmələ 

gəlmişdi, gözləri isə işıqla parıldayırdı. 

- Siz hesab edirsiniz ki, onu sərnişinlərdən kimsə öldürüb, amma bu, 

mütləq deyil. Qatar Lionda dayanarkən qatilin vaqona minməsinə nə 

mane ola bilərdi? O, Rut Ketterinqin kupesinə daxil olub onu boğub 

öldürə və daş-qaşları da götürüb gözə dəymədən aradan çıxa bilərdi. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə