Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə59/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   56   57   58   59   60   61   62   63   64

234 

 

pendir yeməyə başladı. 



Sizin mənimlə nəsə işiniz var, elə deyilmi, müsyö Puaro? - o 

qeyd etdi. - Əlimdən gələn 

köməkliyi etməyə şad olaram. 

Bu, sizin tərəfinizdən lütfkarlıqdır, - Puaro 



dilləndi. 

-  Mən  öz-özümə  dedim:  “Aktyor  sənətinə  aid  nəyisə  bilmək 

lazımdırsa, onda ancaq mənim köhnə dostum mister Aaronsa müraciət 

etmək lazımdır. Ondan yaxşı bu işləri bilən kimsə yoxdur”. 

Siz  tamamilə  haqlısınız,  -  mister  Aarons  bildirdi.  -  Söhbətin 



keçmişdən,  bu  gündən  və  gələcəkdən  getməsindən  asılı  olmayaraq, 

Co 


Aarons məhz sizə lazım olan adamdır. 

Precisesmeml.  Mən bilmək istəyərdim  ki,  mister Aarons, siz 



Kidd soyadlı bir nəfər gənc 

qadını tanıyırsınızmı? 

- Kidd? Kitti Kidd? 

-Tamamilə düzdür, Kitti Kidd. 

-Yaradıcı  şəxs  idi.  Oxuyurdu,  rəqs  edirdi,  kişi  rollarını  ifa  edirdi... 

Qazancı  pis  deyildi,  heç  vaxt  anqajamentsiz  qalmazdı.  Təkcə  kişi 

rollarını deyil, xarakterik rollarında da ona tay gələn yox idi. 

-  Mən də belə eşitmişdim, - Puaro təsdiqlədi. - Amma o, çoxdan bəri 

çıxış etmir, doğrudurmu? 

-  Bəli.  Fransaya  getdi  və  orada  hansısa  aristokratla  qarşılaşdı. 

Düşünürəm ki, o, səhnədən həmişəlik ayrılıb. 

- Nə vaxtdan bəri? 

-  Qoyun bir fikirləşim... Üç il əvvəl. Bu, böyük itki 

idi 


downloaded from KitabYurdu.org


235 

 

- mənə inana bilərsiniz. 



- O, ağıllı idi? 

- Dəhşətli dərəcədə! 

Bəs siz onun Parisdə tanış olduğu adamın 



adını bilirsinizmi? 

-  Xeyr. Bircə onu xatırlayıram ki, ya qraf, ya da 

markiz idi. Bəli, deyəsən, markiz idi. 

O vaxtdan bəri siz onun haqqında heç nə 



eşitməmisinizmi? 

-  Heç nə. Hətta təsadüfən də rastlaşmamışam. Mərc gələrəm ki, o, 

indi hansısa şəhərkənarı 

kurortda  gününü  keçirir,  bəlkə  də  artıq  indi  markiza  olub.  Kittini 

barmağına dolaya bilməzsən. 

- Aydındır, - Puaro fikirli-fikirli dedi. 

-  Bağışlayın  ki,  sizə  əlavə  kömək  edə  bilmirəm,  müsyö,  -  mister 

Aarons dedi. - Mən sizə faydalı 

olmağı çox istərdim. Axı siz bir dəfə mənə yaman kömək etmisiniz. 

Bəli, amma indi biz əvəzləşdik. Siz də məni 



yaman qurtardınız. 

-  Deməli, doğrudan da ödəşdik, - mister Aarons 

güldü. 

-  Sizin sənətiniz çox maraqlı olar, - Puaro qeyd 



etdi. 

Aha, - mister Aarons cavabdan  yayınacaq tərzdə dedi. -  Bəxtin 



dönüklüyünə möhkəm 

dözə  bilirsənsə,  onda  yaşamaq  olar.  Ümumiyyətlə  götürəndə,  mən 

işimin öhdəsindən gələ bilirəm, lakin hər iki tərəfə də baxmaq lazım 

gəlir. Heç kim tamaşaçının növbəti dəfə nə tələb edəcəyini bilmir. 

downloaded from KitabYurdu.org



236 

 

- Son bir neçə ildir ki, rəqslər daha çox populyarlıq qazanaraq ön 



plana çıxıb, - Puaro 

bildirdi. 

- Mən heç vaxt bu rus baletlərində bir xüsusilik görməmişəm, amma 

camaatın xoşuna gəlir. Mənim nəzərimdə o, çox ötəridir. 

- Mən Riveruda bir rəqqasə ilə tanış oldum, madmazel Mirellə. 

- Mirel?  Partlayıcı  qarışıq  -  sözün  hər  mənasında.  Ona  həmişə 

kimsə maddi dəstək 

olur, amma o, rəqs etməyi bacarır. Həmişə ona pul axır və pul axdığı 

müddətdə, deməli, o, rəqs edəcək. Mən onu görmüşəm, ona görə də 

nə dediyimi yaxşı bilirəm. Mən özüm heç vaxt onunla işləməmişəm 

və Allaha şükür, çünki 

onun dözülməz xasiyyəti var. Coşqundur, tez özündən çıxandır... 

- Bəli, - Puaro fikirli halda dedi. - Mən lap yaxşı təsəvvür edirəm. 

- Temperament! - mister Aarons söylədi. - Temperament! Onlar bunu 

temperament, coşqun təbiətlilik adlandırırlar! Mənim arvadım mənə 

ərə  gələnə  kimi  rəqqasə  olub,  amma  şükür  Allaha  ki,  onun  heç  bir 

coşqun  təbiəti  yoxdur.  Siz  öz  evinizdə  coşqun  bir  təbiət  olmasını 

istərdinizmi, müsyö Puaro? Bu, artıq işdir. 

- Sizinlə razıyam, dostum. Ailədə coşqunluq, temperament yersizdir. 

-  Qadın sakit, suyuşirin olmalıdır və yaxşı yeməklər hazırlamağı 

bacarmalıdır, - mister 

Aarons qeyd etdi. 

-  Mirelin tamaşaçılar qarşısına çıxdığı elə çox 

vaxt deyil, hə? - Puaro soruşdu. 

-  İki il yarıma yaxındır, - mister Aarons cavab 

verdi. 


-  Onu  hansısa  fransız  hersoqu  səhnəyə  buraxıb.  Eşitmişəm  ki, 

downloaded from KitabYurdu.org




237 

 

indi də ona Yunanıstanın 



eks  baş  naziri  himayədarlıq  edir.  Bu  uşaqlar  puldan  səs-səmirsiz 

ayrılmağı yaxşı bacarırlar. 

Bu, mənim üçün təzə xəbərdir, - Puaro 



bildirdi. 

- Mirel  öz  şansını  əldən  verən  qadın  deyil.  Deyirlər  ki,  gənc 

Ketterinq ona görə öz arvadını 

öldürüb.  Bilmirəm,  bu,  doğrudurmu.  Bununla  belə,  həbsə  düşüb  və 

Mirel  də  tezcə  ona  əvəz  axtarıb  tapmalı olub.  Mən eşitmişəm  ki,  o, 

boynuna  göyərçin  yumurtası  böyüklüyündə  yaqut  taxır.  Söz  yox  ki, 

mən heç vaxt göyərçin yumurtası görməmişəm, amma mənə elə gəlir 

ki, bunların hamısı bədii əsərlərdə yazılır. 

- Göyərçin  yumurtası böyüklüyündə  yaqut! - Puaronun gözləri yaşıl 

qığılcımla parladı. - Maraqlıdır! 

-  Mənə  bunu  bir  dostum  danışdı,  -  mister  Aarons  izah  etdi.  -  Axı 

insanlar şişirtməyi xoşlayırlar. Əlbəttə ki, bu, sadəcə, adi rəngli şüşə 

də  ola  bilər.  Bütün  qadınlar  eynidir  -  həmişə  öz  daş-qaşları  ilə 

öyünməyi sevirlər. 

Mirel  iddia  edir  ki,  bu  daş-qaşda  lənət  var.  Deyəsən,  hətta  onu 

“Alovun qəlbi” adlandırır. 

- Bildiyimə görə, “Alovun qəlbi” boyunbağının mərkəzindəki daşdır. 

- Görürsünüz? Sizə deyirəm də, qadınlar həmişə öz daş-qaşları barədə 

yalan  danışırlar.  Mireldəki,  sadəcə,  platin  zəncirə  taxılmış  bir  ədəd 

daşdır. Mərc gələrəm ki, bu, şüşədir! 

-  Xeyr,  -  Puaro  başını  yellədi.  -  Mən  onun  şüşə  olduğunu 

düşünmürəm. 

XXXII 

FƏSİL 


Ketrin və Puaro yeni xəbərləri bölüşürlər 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə