Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə63/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   56   57   58   59   60   61   62   63   64

250 

 

deyil. 



Puaro  geri  qayıtdığı  zaman  uzun-uzadı  üzrxahlıq  etdi  və  o  qədər 

ruhdan  düşmüş  görünürdü  ki,  hər  hansı  bir  sərt  kəlmə  adama  artıq 

görünürdü. 

Van Aidin dinməzcə başını tərpədərək onun üzrxahlığını qəbul etdi və 

əlavə tikanlı söz deməkdən özünü saxladı. 

Onlar vaqon-restoranda yemək  yedikdən sonra Puaro təəccüblənmiş 

yol yoldaşlarına Van Aidinin kupesinə yığışmağı təklif etdi. 

Milyonçu maraqla ona baxdı: 

- Siz bizdən nəsə gizlədirsinizmi, müsyö? 

- Mən? - Puaro gözlərini geniş açdı. - Bu nə fikirdir ağlınıza gəlib? 

Van Aidin susdu, ancaq cavabdan razı qalmadı. 

Bələdçiyə  söylədilər  ki,  yatağı  salmaq  lazım  deyil.  Onun  heyrətini 

Van Aidinin verdiyi bəxşiş yox etdi. 

Kişilərin  üçü  də  sakit  əyləşmişdilər.  Detektiv  əsəbi  halda  yerində 

qurcalanırdı. O, birdən katibə müraciət etdi: 

- Mayor Nayton, sizin kupenizin qapısı bağlıdır? 

Bəli, ser, indicə özüm bağladım. 



Əminsiniz? - Puaro xəbər aldı. 

- İstəyirsinizsə gedim yoxlayım, - Nayton gülümsədi. 

- Xeyr, xeyr, narahat olmayın. Mən özüm baxaram. 

Puaro qonşu kupeyə getdi və bir neçə saniyədən sonra başını tərpədə-

tərpədə geri qayıtdı: 

- Bəli, bəli, haqlısınızmış. Qocanın qəribəliyini üzrlü hesab edin. - O, 

iki kupe arasındakı qapını bağlayaraq yerində oturdu. 

Saatlar  bir-birini  qovurdu.  Üç  kişinin  üçü  də  yuxulayır,  vaqon 

silkələdikdə  isə  oyanırdılar.  Bəlkə  də  hələ  indiyə  kimi  heç  bir  vaxt 

dəbdəbəli qatarda yataq üçün pul ödəmiş hansısa bir sərnişin bu qədər 

downloaded from KitabYurdu.org




251 

 

baha başa gələn rahatlıqdan imtina etməmişdi. 



Puaro vaxtaşırı saatına baxır, başını tərpədir və yenidən mürgüləməyə 

başlayırdı.  Bir  dəfə  də  Puaro  cəld  ayağa  durdu,  tez  qonşu  kupenin 

qapısını  açdı,  içəriyə  baxdı  və  başını  yellədərək  qayıdıb  öz  yerində 

oturdu. 


-  Nə məsələdir? - Nayton xəbər aldı. - Nəsə 

baş verəcəyini gözləyirsiniz? 

- Mənim əsəblərim oynayıb, - Puaro etiraf etdi. 

-  Özümü dağılmış damın üstündəki pişik kimi hiss edirəm. Hər bir 

tıqqıltı məni yerimdən 

sıçramağa vadar edir. 

Nayton əsnədi. 

-  Bu, mənim həyatımda indiyə kimi etdiyim ən 

narahat səfərdir, - o, burnunun altında 

gileyləndi.  -  Ümid  edirəm  ki,  nə  etdiyinizi  yaxşı  bilirsiniz,  müsyö 

Puaro. 

Puaro  on  dördüncü  dəfə  saatına  baxanda  milyonçu  və  katib 



yuxulamağa davam edirdilər. Detektiv Van Aidinin çiynindən tutub 

silkələdi. 

- Nədir? Nə oldu? 

- Beş-on dəqiqədən sonra biz Liona çatacağıq, müsyö. 

- İlahi! - Van Aidinin üzü tutqun işıq şüaları altında ağarmış və əzab 

çəkirmiş  kimi  görünürdü.  -  Yəqin  ki,  yazıq  Rutu  bu  vaxtlarda 

öldürüblər. 

O, görməyən baxışlarla uzaqlara baxdı. Bu dəhşətli fəlakətin xatirəsi 

beynində canlandıqca onun dodaqları titrəyirdi. 

Əyləclərin  cırıltısı  eşidildi,  qatar  sürətini  azaltdı  və  dayandı.  Van 

Aidin pəncərəni aşağı saldı və bayıra baxdı. 

downloaded from KitabYurdu.org




252 

 

-  Əgər  sizin  yeni  nəzəriyyəniz  düzdürsə  və  qatil  Derek  Ketterinq 



deyilsə, onda o kişi qatarı məhz burada tərk edib. 

Amma Puaro narazılıqla başını yellədi: 

- Xeyr,  -  o,  fikirli  halda  söylədi.  -  Qatardan  düşən  kişi  deyildi... 

mən düşünürəm ki, qatardan 

düşən qadın idi. 

Nayton içini çəkdi. 

Qadın? - Van Aidin sərt şəkildə soruşdu. 



Bəli, qadın. - Puaro başı ilə təsdiq edərək dedi. - Ola bilsin ki

siz xatırlamırsınız, müsyö 

Van Aidin, amma miss Qrey öz ifadəsində qeyd 

etmişdi ki, platformaya düşən zaman əynində çiyinlik və kepka olan 

bir  nəfər  gənc  görmüşdü,  -  yəqin  ki,  gəzişməyə  çıxıbmış.  Mən 

düşünürəm ki, bu gənc, əslində, qadın imiş. 

- Axı o kim imiş? 

Milyonçunun  üzündən  şübhə  oxunurdu,  lakin  buna  baxmayaraq, 

detektiv ciddi və əmin halda cavab verdi: 

- Onun adı, daha doğrusu, uzun müddət məşhurluqla tanınan adı Kitti 

Kiddir,  lakin  siz,  müsyö  Van  Aidin,  onu  Ada  Meyson  kimi 

tanıyırsınız. 

Nayton hoppanaraq ayaq üstə qalxdı: 

- Nə?! - o qışqırdı. 

Puaro üzünü ona çevirdi: 

-Ah, yadımdan çıxmamış... 

O, cibindən üzərində “K” inisialı həkk olunmuş portsiqarı çıxararaq 

Naytona uzatdı: 

- İcazə verin, sizə öz portsiqarınızdan siqaret təklif edim. Parisətrafı 

yolda qatara əyləşərkən portsiqarınızı salmaq sizin tərəfinizdən böyük 

downloaded from KitabYurdu.org




253 

 

ehtiyatsızlıq idi. 



Nayton  lal-dinməz  halda  ona  baxaraq  mat  qalmışdı.  Qəflətən  o 

tərpəndi, lakin Puaro xəbərdarlıqla əlini qaldırdı. 

Xeyr, xeyr, tərpənməyin, - o, oğrun-oğrun 



söylədi. 

Qonşu  kupenin  qapısı  açıqdır  və  bu  andan  etibarən  siz 



nişangahdasınız. Biz Parisdən 

çıxanda mən dəhliz qapısını aralı qoydum və 

bizim polis dostlarımız da qonşu kupeyə yerləşdilər. Ümid edirəm ki, 

fransız polisinin sizi çoxdan bəri axtardığını bilirsiniz, mayor Nayton, 

daha doğrusu, müsyö Markiz? 

XXXV 


FƏSİL İzahat 

- İzahat? 

Puaro  gülümsədi.  O,  Van  Aidinin  “Neqresko”dakı  otelində  masa 

arxasında  milyonçuyla  üzbəüz  əyləşmişdi.  Van  Aidin  böyük  bir 

gərginlikdən qurtulmuş, lakin dərin kədər yaşayan bir görkəm almışdı. 

Puaro stulun kürəkliyinə söykəndi, siqaret yandırdı və tavana baxaraq 

danışmağa başladı: 

- Yaxşı, mən indi hər şeyi sizə izah edərəm. Bu, məni çaşbaş salan bir 

detaldan  başladı.  Bilirsinizmi  nədən?  Tanınmaz  hala  salınmış 

sifətdən. Cinayət işinin araşdırılması zamanı bu cür məsələlər ilə tez-

tez  qarşılaşılır  və  o  dəqiqə  də  qurbanın  tanınması  məsələsi  ortaya 

çıxır.  Təbii  ki,  hər  şeydən  əvvəl,  ağlıma  gələn  fikir  bu  oldu. 

Öldürülmüş qadın həqiqətənmi missis Ketterinq idi? Lakin miss Qrey 

qəti  və  qərarlı  şəkildə  meyiti  tanıdığını  bildirdiyi  zaman  mən  bu 

fikirdən daşındım. Öldürülmüş qadın, şübhəsiz ki, Rut Ketterinq idi. 

Bəs qulluqçudan nə zaman şübhələnməyə 



başladınız? 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə