Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə60/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   56   57   58   59   60   61   62   63   64

238 

 

Puaro ilə Ketrin “Savoy”da masa arxasında üzbəüz əyləşmişdilər. 



- Siz dəyişmisiniz, madmazel, - detektiv gözlənilmədən söylədi. 

- Hansı mənada? 

- Madmazel, bu nüansları izah etmək çətindir. - Mən yaşlanmışam. 

Bəli, siz yaşlanmısınız. Lakin mən saçların ağarmasını, yaxud 



da qırışların əmələ gəlməsini 

nəzərdə  tutmuram.  Mən  sizi  ilk  dəfə  görəndə,  madmazel,  siz  həyatı 

kənardan müşahidə edirdiniz. Sizin zalda əyləşib pyesi izləyən sakit, 

hər şeylə maraqlanan tamaşaçı görkəminiz var idi. 

- Bəs indi? 

- İndi sizin tamaşaçı baxışınız yoxdur. Bəlkə də mən indi səfeh fikir 

söyləyəcəyəm,  amma  siz  hansısa  gərgin  oyunda  iştirak  edən 

idmançıya bənzəyirsiniz. 

Mənim qoca ledim bəzən çox çətin olur,  -  Ketrin gülümsədi,  - 



amma sizi əmin edirəm ki

mən onunla nə ölüm, nə də həyat bahasına mübarizə aparmıram. 

Siz nə vaxtsa gəlib onunla 

tanış  olmalısınız,  müsyö.  Məncə,  siz  onun  qoçaqlığını  və  möhkəm 

ruhunu qiymətləndirə biləcəksiniz. 

Ofisiant  onlara  pour  en  casserol  poulet69  gətirən  müddətdə  ortalığa 

sükut çökdü. O, uzaqlaşanda Puaro soruşdu: 

- Mən sizə dostum Hastinqs barədə danışmışam? O, məni ilbiz adam 

adlandırır. Eh bien, madmazel, mən sizin simanızda özümə tay olan 

bir  rəqib  gördüm.  Siz  məndən  daha  çox  tənha  oynamağı  üstün 

tutursunuz. 

Siz nə danışırsınız, boş sozdur! - Ketrin 



qayğısız halda söylədi. 

İnanın ki, heç vaxt Erkül Puaro boş söz 



downloaded from KitabYurdu.org


239 

 

danışmaz. Hər şey dediyim kimidir. 



Onlar yenidən susdular. Sonra Puaro sükutu pozdu: 

-İngiltərəyə  qayıdandan  bəri  Riverudakı  dostlarınızdan  kimisə 

görmüsünüzmü, madmazel? - o maraqlandı. 

-Ancaq Mayor Naytonu görmüşəm. 

- Belə de! 

Detektivin qıyılmış gözləri nədənsə Ketrini baxışlarını aşağı dikməyə 

vadar etdi. 

- Deməli, mister Van Aidin Londondadır? -Bəli. 

- Gərək ya sabah, ya da birisi gün ona baş çəkməyə çalışım. 

- Onun üçün təzə xəbəriniz var? 

Niyə belə düşünürsünüz? 



Mən... sadəcə, soruşdum. 

Puaro diqqətlə ona baxdı: 

- Görürəm ki, madmazel, siz məndən çox şey soruşmaq istəyirsiniz. 

Niyə də olmasın axı? Məgər Mavi qatar işi mənimlə sizin birgə roman 

policier deyilmi? 

Mən doğrudan da sizdən bir şeyi 



soruşmalıyam. 

- Eh bien? 

Ketrin ani qərarla başını dik tutdu: 

Siz Parisdə nə edirdiniz, müsyö? 



Detektiv gülümsədi: 

- Mən rus səfirliyinə baş çəkdim. 

- Hara-hara? 

Görürəm  bu  sizə  heç  nə  demir.  Ancaq  mən  ilbiz-adam 



olmayacağam və ilbizlərdən fərqli 

olaraq, bütün kartlarımı açacağam. Mənim Derek Ketterinqin ittiham 

downloaded from KitabYurdu.org



240 

 

edilməsindən məmnun olmadığımdan şübhələnirsiniz, elə deyilmi? 



Nitsada mənə elə gəldi ki, siz bu məsələni 

bitirmisiniz... 

-  Siz  hamısını  axıra  kimi  demirsiniz,  madmazel,  amma  mən  özüm 

əvvəlcədən hər şeyi etiraf edirəm. Mənim təhqiqatım Derek Ketterinqi 

həbsə salmağa gətirib çıxardı. Əgər mən olmasaydım, magistrat hələ 

də bu cinayəti qraf de la Roşun boğazına asmaq üçün əlindən gələni 

edərdi.  Eh  bien,  madmazel,  mən  etdiklərim  üçün  peşman  deyiləm. 

Mənim bir 

məqsədim var idi - həqiqəti bilmək və mənim axtarışım da gətirib düz 

mister  Ketterinqə  çıxardı.  Amma  mən  burada  qurtardımmı?  Polis 

hesab  edir  ki,  bəli,  amma  mən  -  Erkül  Puaro  razı  qalmamışam.  -  O 

susdu  və  bir  qədər  sonra  davam  etdi.  -  Mənə  deyin  görüm,  siz 

madmazel Lenoksdan xəbər almamısınız ki? 

- Yalnız bir qısa məktub. Fikrimcə, mən İngiltərəyə qayıtdığım üçün 

o, məndən inciyib. 

Puaro başını tərpətdi: 

-  Ketterinq  həbs  olunan  gün  onunla  söhbət  etdim.  Söhbət  bir  çox 

mənada  maraqlı  idi.  -  O,  yenidən  susdu  və  Ketrin  onun  fikrini 

dağıtmadı. - Mən bir incə məsələyə toxunmaq istəyirəm, madmazel, - 

detektiv,  nəhayət,  dilləndi.  -  Mənə  elə  gəlir  ki,  -  əgər  yanılıramsa 

mənim səhvimi 

düzəldin - bir qadın Derek Ketterinqi sevir. Onun naminə ümid etmək 

istəyirəm  ki,  mən  haqlıyam,  polis  isə  yanılır.  Siz  kimi  nəzərdə 

tutduğumu bilirsiniz? 

- Düşünürəm ki, bəli, - Ketrin uzun çəkən pauzadan sonra dilləndi. 

Puaro irəli əyildi: 

-Təkrar  edirəm,  madmazel,  mən  məmnun  deyiləm.  Əsasən,  faktlar 

downloaded from KitabYurdu.org



241 

 

müsyö Ketterinqi göstərir. Lakin bir məsələni nəzərə qatmayıblar. 



- Hansı? 

- Qurbanın sifətinin tanınmaz hala salınmasını. 

Mən öz-özümdən min dəfə soruşmuşam, madmazel: “Derek Ketterinq 

kimi bir adam qətli törətdikdən sonra belə dəhşətli zərbələr vura 

bilərdimi?  Bu,  hansı  məqsədlə  edilib?  Bu,  Ketterinqin  təbiətinə 

uyğundurmu? Bu sualın cavabı, madmazel, məni qətiyyən qane etmir. 

Mən  təkrar-təkrar  nə  səbəbə  bunun  belə  olduğunu  başa  düşməyə 

çalışıram. Bu sualın da həllində mənə kömək edən yeganə bir şey var. 

Bax bu. 

O, cibindən qeyd dəftərçəsini çıxarıb açdı və arasından baş və şəhadət 

barmaqları arasında sıxdığı bir neçə teli ehtiyatla çıxardı. 

-Yadınıza düşürmü, madmazel, bu saçları mən kupedə şalın üstündən 

götürmüşdüm? 

Ketrin qabağa əyilərək diqqətlə saç tellərinə baxdı. 

Puaro başını asta-asta tərpətdi: 

-  Görürəm  ki,  bunlar  sizə  heç  nə  demir,  madmazel.  Amma  bununla 

belə, mənə elə gəlir ki, çox şeyi anlayırsınız. 

- Mənim bəzi maraqlı ideyalarım var idi, - Ketrin astadan dilləndi. - 

Parisdə nə etdiyinizi ona görə xəbər aldım. 

- Mən sizə məktub yazanda... 

- “Rit” otelindən? 

Puaronun dodaqlarında qəribə təbəssüm oynadı: 

-  Bəli,  bəli,  düz  deyirsiniz,  “Rit”  otelindən.  Mən  bəzən  təmtərağı 

sevirəm - nə vaxt ki, bunun 

üçün milyonçular pul ödəyəndə. 

Rus  səfirliyi...  -  Ketrin  astadan  dedi.  -  Xeyr,  sizin  nəyə  işarə 



etdiyinizi başa düşə bilmirəm. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə