Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə62/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   56   57   58   59   60   61   62   63   64

246 

 

-  Bu, onun tərəfindən çox böyük xeyirxahlıqdır! 



Nayton qızğın surətdə ucadan dedi. - Bu dünyada heç kimsəsi 

olmayan deyingən qoca qarıya qulluq etmək üçün özünü adamlardan 

uzaq bir yerə qapayan çox az adam tapılar. 

- Mən heç nə demirəm, - Puaro gözlərini bir balaca qıyaraq söylədi. - 

Amma təkrar edirəm: bu cür alındığı üçün çox təəssüf edirəm. İndisə, 

müsyö, gəlin əsas məsələyə keçək. - Kişilərin ikisi də ona təəccüblə 

baxdı.  -  İndi  söyləyəcəklərim  sizi  təəccübləndirməsin  və  şoka 

salmasın. Müsyö Van Aidin, bütün bunlara baxmayaraq, təsəvvür edin 

ki, Derek Ketterinq öz arvadını öldürməyib. 

-Nə?! 

Hər iki kişi heyrətlə gözlərini ona dikdi: 



Mən dedim, tutaq ki, müsyö Ketterinq öz 

arvadını öldürməyib. 

Siz dəli olmusunuz, Puaro, - Van Aidin 



qışqırdı. 

- Xeyr,  - detektiv başını yellədi.  -  Mən dəli deyiləm.  Ola bilsin,  bir 

qədər  ekssentrikəm,  -  ən  azından  bəziləri  belə  hesab  edir,  -  lakin 

mənim  peşəmdən  söhbət  getdikdə  isə  mən  özümə  tay  gələn  birini 

tanımıram.  Müsyö  Van  Aidin,  mən  sizdən  soruşuram,  əgər 

söylədiklərim  düz  çıxarsa,  onda  siz  şad  olarsınız,  yoxsa 

kədərlənərsiniz? 

Heyrət doğurucu bir sükut çökdü. 

-Təbii  ki,  mən  şad  olardım,  -  nəhayət,  milyonçu  cavab  verdi.  -  Bu, 

sadəcə, ehtimaldır, yoxsa hansısa fakta əsaslanıb? 

Puaro tavana baxdı: 

- Ehtimal var ki, qatil qraf de la Roşdur. - O, sakit halda dedi. - Hər 

halda mən onun alibisini 

downloaded from KitabYurdu.org




247 

 

təkzib etməyə müvəffəq olmuşam. 



- Nə cür? 

Mənim öz üsullarım var. Bir qədər ağıl, bir 



qədər fənd, vəssalam, iş hazırdır. 

Axı qrafdakı yaqutlar saxta idi, - Van Aidin 



xatırlatdı. 

-  Bəli.  Qrafın  qətli  ancaq  yaqutlara  görə  törədə  biləcəyi  aydındır. 

Lakin  siz  bir  məqamı  nəzərdən  qaçırırsınız,  müsyö  Van  Aidin. 

Yaqutları qrafdan 

qabaq kimsə oğurlamış ola bilər. 

- Siz həqiqətən də bu cəfəngiyata inanırsınızım? - milyonçu xəbər aldı. 

-  Mənim sübutum yoxdur, - Puaro cavab verdi. 

Hələlik bu, sadəcə, nəzəriyyədir, lakin bunu araşdırmağa dəyər. 



Bütün bunları yerindəcə 

araşdırmaq üçün siz mənimlə Fransanın cənubuna getməlisiniz. 

Bunun,  doğrudan  da,  vacib  olduğunumu  düşünürsünüz?  Mən 



özümün getməyimi 

nəzərdə tuturam. 

-Zənnimcə, mənim istədiyimi siz də istəyirsiniz, - Puaronun səsində 

həmsöhbətinin nəzərindən qaçmayan məzəmmət duyuldu. 

- Bəli, bəli, əlbəttə, - Van Aidin başı ilə təsdiq etdi. - Nə vaxt getmək 

fikrindəsiniz, müsyö Puaro? 

Siz indi çox məşğulsunuz, ser, - Nayton 



xatırlatdı. 

Lakin milyonçu etiraza məhəl qoymadı, - o, artıq qərarını vermişdi. 

- Bu iş bütün işlərdən vacibdir. Yaxşı, müsyö Puaro, gəlin onda sabah 

gedək. Hansı qatarla yola düşəcəyik? 

-  Düşünürəm  ki,  Mavi  qatarla  gedəcəyik,  -  detektiv  söylədi  və 

downloaded from KitabYurdu.org




248 

 

gülümsədi. 



70 Müharibənin bura dəxli yoxdur. 

XXXIV 


FƏSİL Yenə də Mavi qatar 

Milyonçuların  qatarı  -  onu  bəzən  belə  də  adlandırırdılar  -  yüksək 

sürətlə  irəli  uçurdu.  Van  Aidin,  Nayton  və  Puaro  susaraq 

əyləşmişdilər.  Naytonla  milyonçu  ümumi  qapı  ilə  arakəsməsi  olan 

ikinəfərlik  kupedə  yerləşmişdilər  -  həmin  o  bədbəxt  sonluqla 

nəticələnən səfərdə Rut Ketterinqlə qulluqçusunun qaldığı kupe kimi. 

Puaronun kupesi isə dəhlizin o biri başındakı kupelərdən biri idi. 

Səfər  Van  Aidin  üçün  asan  deyildi,  çünki  onun  beynində  ağrılı 

xatirələr  oyadırdı.  Puaro  və  Nayton  onu  narahat  etməmək  üçün 

hərdənbir xəlvəti söhbət edirdilər. 

Nəhayət, qatar sürətini azaldaraq şəhərətrafı yollarla dolandı və Lion 

stansiyasına  çatdı.  Puaro  qəflətən  vurnuxmağa  başladı.  Van  Aidin 

başa  düşürdü  ki,  səfərin  məqsədlərindən  biri  də  cinayətin  təsvirini 

bərpa  etməkdir. Bütün  rolları Puaronun özü oynayırdı.  O, növbə  ilə 

gah qorxaraq tələsik  öz otağına qapanan qulluqçu, gah təəccüblə  və 

narahatçılıqla öz ərini tanıyan miss Ketterinq, gah da arvadının onunla 

eyni qatarda getdiyini öyrənən Derek Ketterinq olurdu. Puaro müxtəlif 

variantları sınaqdan 

keçirirdi,  məsələn,  ikinci  kupedə  daha  yaxşı  necə  gizlənmək 

mümkündür. 

Gözlənilmədən  o,  Van  Aidinin  əlindən  bərk  yapışdı,  sanki  ağlına 

hansısa təzə bir fikir gəlmişdi. 

-  Mon  Dieu,  mən  bunu  fikirləşməmişdim!  Biz  gərək  səfərimizi 

Parisdə dayandıraq. Gəlin, qatardan tez düşək. 

O, çamadanı  götürərək dəhliz boyunca tələsik qaçdı. Çaşbaş qalmış 

Van  Aidinlə  Nayton  da  tez  onun  dalınca  düşdülər.  Milyonçunun 

downloaded from KitabYurdu.org



249 

 

Puaronun  istedadına  dair  olan  fikirləri  yenidən  mənfiyə  doğru 



dəyişməyə  başladı.  Perronun  çıxışında  onları  saxladılar:  biletlər 

yaddan çıxaraq bələdçidə qalmışdı. 

Puaro nə qədər inandırıcı, səmimi və emosional izahat verməsinə və 

dil tökməsinə baxmayaraq, təmkinli dəmiryol işçisinə bunlar heç bir 

təsir göstərmədi. 

-  Gəlin  bu  fikirdən  daşınaq,  müsyö  Puaro,  -  Van  Aidin  kəskin 

söylədi. - Başa düşürəm ki, siz tələsirsiniz. Allah xətrinə, qoyun 

Kaladan bəri olan gediş haqqımızı ödəyək və bizi aparmaq 

istədiyiniz yerə gedək. 

Lakin  birdən  Puaronun  natiqliyi  sanki  yoxa  çıxdı  və  o,  heykəl  kimi 

dondu. Göyə doğru qaldırılmış əli iflic olmuş kimi havadaca quruyub 

qaldı. 


-  Mən necə də ağılsız olmuşam, - o, sakit halda söylədi. - Ma foi, bu 

gün mən başımı tamamilə 

itirmişəm. Gəlin yerimizə qayıdaq və rahatca 

səfərimizə davam edək. Əgər bəxtimiz gətirsə qatara gecikmərik. 

Xoşbəxtlikdən qatar hələ yerində idi. 

Onlar  elə  vaxtında  gəlib  çatdılar.  Sonuncu  olaraq  Nayton  əlində 

çamadanla vaqona hoppananda qatar yerindən tərpənirdi. 

Bələdçi məzəmmətlə onlara yüklərini öz kupelərinə aparmağa kömək 

etdi. 

Van  Aidin  susurdu,  lakin  detektivin  qəribə  hərəkətinə  qəzəbləndiyi 



açıq-aşkar görünürdü. Bir neçə dəqiqəliyinə Naytonla təkbətək qaldığı 

zaman o bildirdi: 

- Ağılsız iş idi, - dedi. - Bu adam fərasətini itirib. Bu vaxta kimi özünü 

yaxşı aparırdı, indisə 

qorxaq dovşantək özünü ora-bura vurur. Bu işdən yaxşı bir şey çıxan 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə