Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə57/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

226 

 

Ümid  edirəm  ki,  Siz  cansağlığı  ilə  yaşayırsınız  və  ingilis  qışı  sizin 



üçün çox darıxdırıcı keçmir. Mənə gəldikdə isə bütün var qüvvəmlə 

təhqiqata  davam  edirəm.  Elə  fikirləşməyin  ki,  mən  burada 

istirahətdəyəm.  Çox  tezliklə  mən  İngiltərəyə  gələcəyəm  və  yenidən 

Sizi  görmək  şərəfinə  nail  olacağıma  ümid  edirəm.  Londona  çatan 

zaman mən sizə yazacağam. Siz bu işdə bizim kolleqa 

olduğumuzu  unutmamısınız  ki?  Mənim  Sizə  səmimi  və  dərin 

ehtiramımın olduğuna inanmağınızı istərdim. 

Erkül Puaro”. 

Ketrin bir qədər tutuldu. Sanki məktub onu çaşdırdı və marağına səbəb 

oldu. 


-  Bu  Tommi  Sandersi  və  Albert  Doksu  özümüzlə  meşəyə  seyrə 

aparmaq  olmaz,  -  miss  Vaynerin  səsi  eşidildi.  -  Onları  xordan 

çıxarmayanacan  mən  bir  penni  də  xərcləməyəcəyəm.  Bazar  günləri 

onlar  kilsədə  elə  hoqqalardan  çıxırlar  ki!  Tommi  oxuyurdu:  “Tanrı, 

bizi  xilas  et”,  vəssalam,  bir  daha  ağzını  açmırdı,  Albert  də  əgər 

ağzında 


nanəli konfet sormurdusa onda mənim burnum əvvəlki qoxunu daha 

tuta bilmir. 

- Onlar həqiqətən də dözülməzdir, - Ketrin razılaşdı. 

O, ikinci məktubu açdı və yanaqları qəflətən qızardı. Ona elə gəldi ki, 

miss Vaynerin səsi uzaqlardan gəlir. 

Ketrin özünə gələndə miss Vayner qalibiyyətlə növbəti monoloqunu 

bitirdi: 

-  “Heç də elə deyil, - mən ona dedim, - Miss 

Qrey ledi Templinin əmisi qızıdır”. 

- Siz məni müdafiə etdiniz? Bu, sizin tərəfinizdən mənə qarşı böyük 

lütfdür. 

downloaded from KitabYurdu.org




227 

 

-  Əgər istəyirsinizsə, bunu belə də adlandıra bilərsiniz. Bununla belə, 



o qadın və vikarın 

arvadı paxıl pişiklərdir. Yüksək təbəqəyə yolu özünüz üçün pulla satın 

almağınıza eyham vurmaq! 

-  Ola bilsin ki, bu, həqiqətdən elə də çox uzaq 

deyil. 

-  Sizə baxmaq kifayətdir, - miss Vayner davam 



etdi. 

-  Məgər  siz  əlçatmaz  bir  ledi  kimi  özünüzü  apararaqmı  geri 

qayıtdınız? Xeyr, siz əvvəlki kimi yun corablı və möhkəm ayaqqabılı 

həmin  təvazökar  qızsınız.  Elə  dünən  mən  bu  barədə  Ellenə  dedim: 

“Bir miss Qreyə bax, o, yüksək təbəqədə gəzir, amma ətəyini sənin 

kimi  dizlərinə  kimi  qaldırmır.  Özü  də  sənin  kimi  gülünc,  biçimsiz 

ayaqqabılar və ilmələri getmiş ipək corablar geyinmir”. 

Ketrin  gülümsədi.  Söhbət  qabaqcadan  əmələ  gəlmiş  hansısa  mənfi 

rəydən  gedəndə  miss  Vayner  çaxmaq  daşına  dönürdü.  Qoca  ledi 

vəcdlə sözünə davam edirdi. 

- Sənin başının gicəllənmədiyini biləndən sonra mən çox rahat nəfəs 

aldım. Mən kəsib saxladığım qəzet parçalarına elə dünən baxdım. 

Yadımdadır ki, ledi Templinə və onun hərbi hospitalına aid bir neçə 

qəzet kəsiklərim olmalı idi, amma heç cür onları tapa bilmədim. Bəlkə 

sən  baxasan,  əzizim,  sənin  gözlərin  məndən  itidir.  Bütün  parçalar 

bürodadır. 

Ketrin  əlindəki  məktuba  baxdı,  nəsə  demək  istədi,  amma  özünü 

saxladı və büroya tərəf getdi. 

O, qəzet parçalarını həmin dəqiqə tapdı və çeşidləməyə başladı. 

Sent-Meri-Midə  gəldiyi  gündən  bəri  o,  miss  Vaynerin  mətanətinə 

heyran olmuşdu. 

downloaded from KitabYurdu.org




228 

 

O, bilirdi  ki,  bu qoca ledi  üçün çox az köməklik edə  bilər, lakin öz 



təcrübəsindən  bilirdi  ki,  bu  cür  “az  köməklik”  qocalar  üçün  çox 

dəyərlidir. 

Budur,  tapdım,  -  Ketrin  tezliklə  dilləndi.  -  “Nitsadakı  öz 



villasında hospital quran ledi 

Templin sensasion qarətin qurbanı olub - onun cəvahiratları oğurlanıb. 

Onların  arasında  Vikont  Templinin  ailəsinə  məxsus  olan  məşhur 

qədimi zümrüdlər də var idi”. 

Ola bilsin ki, onlar sadəcə süni daş-qaşlar imiş, - miss Vayner qeyd 



etdi. - Yüksək 

təbəqənin qadınları tez-tez belə daş-qaşları əsl cəvahiratların əvəzinə 

taxırlar. 

- Biri də var. Fotoqrafiya: “Füsunkar ledi Templin öz balaca qızı ilə”. 

- Ver, bir baxım! Qızın  üzü, demək olar ki,  heç  görünmür, düzdür? 

Amma fikirləşirəm ki, bu, daha yaxşıdır. Həyatda qəribə təzadlar olur: 

qəşəng analar çirkin qızlar dünyaya gətirirlər. Əlbəttə ki, fotoqraf qızı 

arxaya qoyanda bunu başa düşürmüş - bu, onun üçün edə biləcəyi ən 

yaxşı iş imiş. 

Ketrin güldü: 

- Daha başqası da var: “Bu mövsümdə Riveruya baş çəkən valehedici 

qonaqlardan biri 

ledi Templin. Onun yanındakı böyük miras 



almış əmisi qızı miss Qreydir”. 

Elə bunu tapmaq istəyirdim, - miss Vayner dedi. - Sənin qəzetdən 



kəsdiyim bir dənə də 

şəklin olmalı idi, amma mən onu itirmişəm. Orada nəsə belə bir şey 

yazılmışdı:  “Miss  filankəs  haradasa  filan-filan  şeylər  edir”.  Çoxları 

üçün yəqin ki, əslində kimə oxşadıqlarını görmək böyük sınaqdır. 

downloaded from KitabYurdu.org



229 

 

Ketrin susurdu. O, qəzet parçalarını eşələməyə davam etdi. Qəflətən 



onun  üzündə  həyəcanlı  və  çaşbaş  qalmış  bir  ifadə  əks  olundu.  O, 

zərfdən ikinci məktubu çıxardı və yenidən oxudu. 

-  Miss  Vayner!  Riveruda  tanış  olduğum  bir  nəfər  dostum  mənə  baş 

çəkmək istəyir. 

- Kişi? - miss Vayner ciddi surətdə soruşdu. -Bəli. 

O kimdir? 



-Amerikalı milyonçu Van Aidinin katibi. 

Adı nədir? 



- Nayton. Mayor Nayton. 

-  Hm...  Milyonçunun  katibi...  Bura  gəlmək  istəyir.  İndisə,  Ketrin, 

qulaq  as,  gör  xeyrin  üçün  mən  sənə  nə  deyirəm.  Sən  yaxşı  qızsan, 

xeyirxah  qızsan,  necə  hərəkət  etmək  lazım  olduğunu  özün  bilirsən, 

amma  hər  bir  qadın  həyatında  bir  dəfə  də  olsun  səfeh  hərəkət  edir. 

Mərc  gələrəm  ki,  bu  adam  sənin  pullarının  ovuna  çıxıb.  -  İşarə  ilə 

etiraz etmək istəyən Ketrini ağzını açmağa qoymadı. - Mən bu cür 

hadisəni  gözləyirdim.  Milyonçunun  katibi  nə  cür  adamdır?  Mərc 

gələrəm  ki,  bu  gənc  adam  yüngül  həyatı  sevir.  Yaxşı  ədaları, 

zənginliyə məhəbbəti olan cavan adam həm də təbii ki, quşbeyin və 

bacarıqsız olur. Onun üçün milyonçunun yanında işləməkdənsə, varlı 

qadınla  evlənməkdən  yaxşı  nə  ola  bilər?!  Mən  demirəm  ki,  sənin 

tanışın  məhz  beləsidir,  mən,  sadəcə,  ehtimal  edirəm.  Demirəm  ki, 

kişilər səni sevə bilməz. Sən o qədər də gənc deyilsən. Baxmayaraq 

ki, sənin  gözəl bədən quruluşun var, sən elə də  gözəl deyilsən. Ona 

görə də bax, sənə nə deyirəm: axmaq olma, əgər artıq axmaq olmağa 

qərar  vermisənsə,  onda  heç  olmasa,  qoy  pulların  sənin  üçün  ehtiyat 

olaraq qalsın. İndisə mən susuram. Buna nə deyəcəksən? 

- Heç nə! O, bura gəlsə narazılıq etməzsiniz? 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə