Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə55/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

218 

 

Puaro Ketrinlə tək qalaraq irəli əyildi və astadan dedi: 



-  Siz distraite64, madmazel. Sizin xəyallarınız 

uzaqlarda dolaşır. 

İngiltərədən  uzaqda  deyil.  -  Qəfil  hissə  qapılaraq  çantasından 



məktubu çıxardı və detektivə uzatdı. - Bu, keçmiş həyatımdan 

gələn ilk xəbərdir. Nədənsə o, mənə ağrı verdi. 

Puaro məktubu oxudu və Ketrinə qaytardı: 

Demək, siz Sent-Meri-Midə qayıtmağı 



düşünürsünüz? 

- Xeyr! Nəyə görə bunu etməliyəm? 

-  Görünür,  mən  səhv  etmişəm,  -  Puaro  dedi.  -  Məni  bağışlayın,  bir 

dəqiqəyə gəlirəm. 

O, Lenoks Tempimin Van Aidin və Naytonla danışdığı yerə yollandı. 

Amerikalı  yorğun  və  qocalmış  görünürdü.  O,  başı  ilə  Puaronu 

salamladı və ona başqa heç bir diqqət göstərmədi. 

Milyonçu Lenoksa cavab vermək üçün üzünü çevirəndə Puaro onun 

katibini kənara çəkdi: 

- Müsyö Van Aidin yaxşı görünmür, - o bildirdi. 

Bu  sizi  təəccübləndirir?  -  Nayton  dilləndi.  -  Derek  Ketterinqin 



həbsi ilə bağlı qalmaqal son 

damla  oldu.  O,  hətta  sizdən  həqiqəti  aşkara  çıxartmağı  xahiş  etdiyi 

üçün peşmandır. 

-  Mister Van Aidin İngiltərəyə qayıdır? - Puaro 

xəbər aldı. 

- Biz birisi gün getməyə hazırlaşırıq. 

-  Yaxşı  xəbərdir.  -  Detektiv  tərəddüd  içərisində  Ketrinin  əyləşdiyi 

terasa  nəzər  saldı.  -  Mən  istərdim  ki,  siz  bu  barədə  miss  Qreyə 

xəbər 

downloaded from KitabYurdu.org




219 

 

verəsiniz. 



- Nə barədə? 

- Sizin... yəni müsyö Van Aidinin İngiltərəyə qayıdacağı barədə. 

Nayton çaşqın görünürdü, lakin buna baxmayaraq, o dönüb Ketrinə 

sarı yollandı. 

Puaro məmnun halda başını tərpətdi və amerikalı ilə Lenoksun yanına 

getdi. Bir neçə dəqiqə sonra onlar digərlərinə qoşuldular. Bir müddət 

ümumilikdə söhbət etdikdən sonra milyonçu və katibi çıxıb getdilər. 

Puaro da getməyə hazırlaşdı. 

- Qonaqpərvərliyiniz üçün çox minnətdaram, - o, qızlara təşəkkürünü 

bildirdi. - Lenç həqiqətən də əla idi. Ma foi65, mənim buna ehtiyacım 

var idi. - O, sinəsini gərib ovcu ilə döyəclədi. - İndi isə mən özümü 

aslan  kimi  hiss  edirəm!  Ah,  madmazel  Ketrin,  siz  məni  bəzən 

olduğum kimi 

heç görməmisiniz! Siz mülayim və ürəyiyumşaq qocanı görmüsünüz, 

lakin başqa Erkül Puaro da var. İndi o, hədələməyə, hücum etməyə, 

ona  qulaq  asanların  qəlbinə  qorxu  səpməyə  gedir!  -  Və  balaca 

belçikalı özündənrazı halda qızlara baxdı. 

Elə  bil  ki,  onun  sözləri  qızlarda  təəssürat  yaratdı,  baxmayaraq  ki, 

Lenoks  dodaqlarını  dişləyir,  Ketrinin  isə  dodaqları  şübhəli  şəkildə 

titrəyirdi. 

- Və  mən müvəffəqiyyət qazanacağam,  - detektiv ciddi bir  əlavə  də 

etdi.  O,  bir  neçə  addım  atdı  və  Ketrinin  səsi  onu  dayanmağa  vadar 

etdi: 

-  Mən  sizə  demək  istəyirəm  ki,  müsyö  Puaro,  siz  tamamilə  haqlı 



imişsiniz. Mən mümkün qədər 

tez İngiltərəyə qayıtmağa hazırlaşıram. 

Puaro diqqətlə qızın üzünə elə baxdı ki, o qızardı: 

downloaded from KitabYurdu.org




220 

 

- Anlayıram. 



- Anladığınızı sanmıram, - Ketrin etiraz etdi. 

- Mən sizin düşündüyünüzdən də çox şey bilirəm, 

- Puaro sakitcə söylədi. 

O,  dodaqlarına  qonmuş  qəribə  bir  təbəssümlə  qızlardan  aralandı  və 

onu gözləyən maşına əyləşərək Antibə yollandı. 

“Marina” villasında İppolit - qraf de la Roşun nökəri sahibinin yazı 

masasının şüşəsini 

silməklə  məşğul  idi.  Qraf  de  la  Roşun  özü  isə  Monte-Karloya 

getmişdi. 

Təsadüfən pəncərəyə baxan İppolit iri addımlarla giriş qapısına doğru 

irəliləyən bir adam gördü. Onun zahiri görkəmi o qədər qeyri- adi idi 

ki,  hətta  İppolit  kimi  təcrübəli  adam  da  onun  əsl  məşğuliyyətini 

təxmin edə bilmədi. 

Arvadı Merini mətbəxdən çağıraraq onun diqqətini “tip” adlandırdığı 

bu adama yönəltdi: 

-  Yenə də polis? - Meri narahatçılıqla soruşdu. 

- Özün bax, - İppolit cavab verdi. 

Meri pəncərəyə baxdı. 

-  Allaha şükür ki, bu, polis deyil, - o, rahat nəfəs 

aldı. 


Əslinə qalsa, onlar bizi o qədər də narahat etmir, - İppolit qeyd 

etdi. - Əgər müsyö qraf bizi 

xəbərdar etməsəydi, mən heç vaxt şərab dükanındakı yad adamın polis 

olduğunu başa düşə bilməzdim. 

Qapının zəngi çalındı və İppolit qapıları geniş açdı: 

- Təəssüf ki, müsyö qraf evdə deyil. 

İri bığlı balaca adam sakit halda güldü: 

downloaded from KitabYurdu.org



221 

 

-  Bilirəm. Siz İppolit Flevalsınız, elə deyilmi? 



- Bəli, müsyö. 

-Və sizin Meri Fleval adında arvadınız da var, düzdür? 

- Bəli, müsyö, amma... 

- Mən sizin hər ikinizlə də söhbət etmək istəyirəm

- yad adam sözünü deyərək, qulluqçunun yanından yavaşca sivişib 

holla keçdi. - Sizin 

arvadınız, deyəsən, mətbəxdədir. Mən ora gedərəm. 

İppolit  nəfəsini  dərməyə  macal  tapmamış  qonaq  holldakı  lazımi 

qapını tapıb, dəhliz boyu gedərək mətbəxə keçdi.  Yad adamı görən 

Meri ağzıaçıq qalaraq gözlərini ona zilləyib qaldı. 

-  Voila,  -  yad  adam  taxta  kresloya  əyləşərək  dedi.  -  Mən  Erkül 

Puaroyam. 

- Bəli, müsyö? 

- Siz bu adı eşitmisinizmi? 

Heç vaxt eşitməmişəm, - İppolit söylədi. 



- İcazə verin, qeyd edim ki, siz kifayət qədər savadlı deyilsiniz. Bu ad 

dünyanın ən məşhur adlarından biridir, 

-  Puaro dərindən nəfəs aldı və əllərini sinəsində 

çarpazladı. 

İppolit və Meri təlaşla qonağa baxırdı. Onlar bu gözlənilməz və qəribə 

qonaq barədə nə düşünəcəklərini bilmirdilər. 

- Müsyö nə arzu edir? - nökər qeyri-iradi maraqlandı. 

-  Mən bilmək istəyirəm ki, siz nəyə görə polisə 

yalan söyləmisiniz? 

-  Müsyö! - İppolit ucadan dedi. - Mən heç vaxt 

bu cür iş görməmişəm! 

Puaro başını yellədi: 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə