Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə52/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

206 

 

Eyni zamanda, onu Lion dayanacağında da öldürə bilərdilər. Bu halda, 



Derek onun kupesinə 

daxil  olarkən  qadın  sağ  ola  bilərdi  və  dediyiniz  həmin  o  biri  adam 

kupeni yoxlayanda isə artıq Rut ölmüş ola bilərdi. 

Puaro havanı sinəsinə çəkərək stulun kürəkliyinə söykəndi, sonra da 

qıza baxıb, üç dəfə başını tərpədərək ağır-ağır nəfəsini alıb verdi. 

-  Madmazel,  -  o,  ayağa  duraraq  dilləndi,  -  siz  söylədiklərinizlə 

tamamilə  haqlısınız.  Mən  qaranlıqda  azmışdım,  sizsə  mənə  işığı 

göstərdiniz. Bir məqam var idi ki, mənim üçün qaranlıq qalırdı, lakin 

siz məni aydınlığa çıxartdınız. 

- Bəs Derek? - Lenoks əl çəkmədi. 

-  Kim  bilir?  -  Puaro  çiyinlərini  çəkdi.  -  Sizə  bir  şeyi  etiraf  edim, 

madmazel:  mən  -  Erkül  Puaro  məmnun  deyiləm.  Ola  bilsin  ki,  bu 

axşam mən daha çox şey öyrənə bildim. Heç olmasa, nəsə etmək üçün 

cəhd edəcəyəm. 

- Siz kiminləsə görüşəcəksiniz? 

-Bəli. 


- Nəsə bilən bir adamla? 

-  Ola  bilsin  ki,  bilir.  Belə  işlərdə  hər  şeyi  yoxlamaq  yaxşıdır.  Au 

revoir, madmazel. 

Lenoks onu qapıya kimi ötürdü. 

- Mən... sizə kömək etdim? 

Puaro qapının astanasında dayanan qıza üzünü çevirdi və onun üzü 

yumşaldı: 

- Bəli, madmazel, kömək etdiniz. Əgər halınız xarab olsa, onda bunu 

xatırlayın. 

Maşın yerindən tərpənəndə balaca belçikalı pərt halda fikrə qərq oldu. 

Lakin  onun  gözləri  daima  qələbədən  xəbər  verən  yaşıl  parıltı  ilə 

downloaded from KitabYurdu.org




207 

 

işıqlanırdı. 



O, bir neçə dəqiqə gecikdi və gəlib gördü ki, müsyö Papapolous qızı 

ilə birlikdə artıq gəlib. O, ən təmtəraqlı metaforalara müraciət edərək 

canfəşanlıqla üzrxahlıq etdi. Bu axşam Papapolous, sanki həyatının nə 

qədər şərəfli və qüsursuz olduğunu nümayiş etdirirmiş kimi, xüsusilə 

əzəmətli görünürdü. Zia gözəlliyi ilə göz qamaşdırırdı və yaxşı əhvali-

ruhiyyədə idi. Menyu xüsusi zövqlə seçilmişdi, şərab isə əla növ idi. 

Yemək mərasimi xoş təəssüratlarla 

keçdi.  Puaro da  yaxşı  formada idi. O, zarafatlaşır,  Zia Papapolousa 

xoş iltifatlar göstərir və karyerasının maraqlı epizodlarını xatırlayaraq 

danışırdı. 

Yeməyin sonunda antikvar ədəblə maraqlandı 

- Mənim məsləhətim necə oldu? Siz o ata pul qoydunuz? 

Mən e-e... öz bukmeykerlərimlə əlaqə 



saxladım, - Puaro cavab verdi. 

Kişilər bir-birinin üzünə baxdılar. 

- At məşhurdurmu? 

Xeyr, - detektiv başını yellədi. - İngilis dostlarımızın dediyi kimi, 



o, qara atdır. 

- Hm! - Papapolous fikrə getdi. 

-  İndi isə kazinoya gedək və bəxtimizi ruletkada 

sınayaq, - Puaro şən halda təklif etdi. 

Kazinoda  qoca  harasa  getdi,  Puaro  ilə  Zia  isə  oyuna  pul  qoymağa 

başladılar. 

Puaronun bəxti gətirmədi, Zia isə tezliklə bir neçə min frank udmağa 

başladı. 

-  Fikrimcə, indi oyuna son verməyin əsl vaxtıdır, 

- qız soyuq tərzdə bildirdi. 

downloaded from KitabYurdu.org



208 

 

Detektivin gözləri parladı: 



-  Çox gözəl! - o, ucadan dedi. - Siz əsl atanızın qızısınız, madmazel 

Zia.  Nə  vaxt  dayanmağı  bacarmaq  əsl  bacarıqdır.  -  O,  gözlərini 

otaqda 

gəzdirdi.  -  Nəsə  sizin  atanızı  heç  yerdə  görmürəm.  Gedim  sizin 



plaşınızı gətirim, madmazel, sonra da gedib bağda gəzək. 

Lakin  Puaro  həmin  dəqiqə  qarderoba  getmədi.  Onun  iti  baxışları 

Papapolous  getməmişdən  əvvəl  bir  şey  sezmişdi,  indisə  o,  hiyləgər 

yunanın hara yollandığını aydınlaşdırmaq istəyirdi. Puaro onu böyük 

vestibüldə  tapdı.  Qoca  sütunun  yanında  dayanaraq,  təzəcə  gəlmiş 

xanımla söhbət edirdi. Bu xanım - Mirel idi. 

Divar  boyunca  astadan  sürüşərək  gəlib  sütunun  digər  tərəfində 

dayanan Puaro yerini elə rahatladı ki, onu digər tərəfdə başı söhbətə 

qarışmış cütlük görə bilməsin. Daha çox rəqqasə danışırdı, qoca isə 

qısa qeydlərlə və mənalı jestlərlə kifayətlənirdi. 

- Təkrar edirəm, mənə vaxt lazımdır, - Mirel israr edirdi. - Mənə vaxt 

verin ki, pulu tapım. 

Yunan çiyinlərini çəkdi: 

- İndi gözləmək bir qədər çətindir. 

-  Bir  azca!  -  həmsöhbəti  onu  dilə  tuturdu.  -  Bir  həftə,  on  gün  vaxt 

verin, ancaq bunu xahiş 

edirəm. Narahat olmayın, siz pulunuzu alacaqsınız. 

Papapolous həyəcanla  ətrafa boylanarkən məsumcasına  gülümsəyən 

Puaronu gördü. 

-  Ah! Vous voila60, müsyö Papapolous. Mən də sizi axtarırdım. Siz 

mənə madmazel Zia ilə bir 

qədər  bağda  gəzməyə  icazə  verərsinizmi?  Axşamınız  xeyir, 

madmazel. - O, Mirelə təzim etdi. - Sizi o dəqiqə görmədiyim üçün 

downloaded from KitabYurdu.org




209 

 

min dəfə üzr istəyirəm. 



Rəqqasə onun üzrxahlığını aydın əsəbiliklə qəbul etdi. Onların tate-a-

tate61  söhbətlərinə  müdaxilə  onun  heç  ürəyincə  olmamışdı.  Puaro 

eyhamı tez başa düşdü. Papapolous ancaq “əlbəttə, əlbəttə”, - deyib 

qurtarmamış Puaro yox oldu. 

O, Zianın plaşını verdi və onlar bağa çıxdılar. 

- Burada tez-tez intiharlar baş verir, - Zia bildirdi. 

Balaca belçikalı çiyinlərini çəkdi: 

-  Elə  deyirlər.  İnsanlar  səfehdir,  elə  deyilmi,  madmazel?  Yemək, 

içmək,  təmiz  hava  ilə  nəfəs  almaq  elə  xoşdur  ki!  Bütün  bunları 

pulsuzluğa, ya da mənəvi çatışmamazlığa görə atmaq 

ağılsızlıqdır. L'amour62 çox bədbəxtçiliklər bəxş edir. 

Zia güldü. 

Puaro onu barmağı ilə hədələdi: 

-  Məhəbbəti ələ salmayın, madmazel. Axı siz 

hələ gənc və gözəlsiniz. 

-  Mənim otuz üç yaşım olduğunu unutmayın, müsyö. - Zia dərindən 

köksünü ötürdü. - Mən açığını deyirəm, çünki yalan deməyin mənası 

yoxdur. Sizin də atama dediyiniz kimi, Parisdə 

bizə göstərdiyiniz xidmətdən bəri düz on yeddi il keçib. 

- Sizə baxdıqda mənə elə gəlir ki, daha az vaxt keçib, - Puaro yüksək 

nəzakətlə  bildirdi.  -  Siz o  zaman  da,  demək  olar  ki,  indi  olduğunuz 

kimi 


idiniz, - ola bilsin ki, bir balaca arıq, bəniziniz daha solğun və daha 

ciddi  idi.  Sizin  on  altı  yaşınız  var  idi  və  pansiondan  təzəcə 

qayıtmışdınız.  Artıq  petitə  pansionnaire63  deyildiniz,  bununla  belə 

hələ təcrübəli qadın da deyildiniz. Siz füsunkar idiniz, madmazel Zia. 

Şübhəsiz ki, başqaları da belə düşünürdü. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə