Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə48/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

190 

 



Sizi nəsə narahat edir? - Puaro soruşdu. 

Nayton təəccüblə dilləndi: -Tamamilə haqlısınız! Haradan bildiniz? 

Bu ki açıq-aşkardır, - Puaro soyuq tərzdə 



bildirdi. 

-  Bilməzdim ki, mənim fikirlərimi oxumaq belə - 

asanmış. 

Fizioqnomika mənim sənətimin ayrılmaz 



hissəsidir, 

- balaca adam şərəflə cavab verdi. 

-  İndi sizə hər şeyi danışaram, müsyö. Siz o rəqqasə Mirel barədə bir 

şey eşitmisiniz? 

-  Müsyö Dereklə chere amie olanı deyirsiniz? 

Bəli, o. Bunu bildiyinizə  görə, mister Van  Aidində  nə  üçün ona 



qarşı belə pis fikir 

yarandığını  başa  düşürsünüz.  Mirel  mister  Van  Aidinə  məktub 

yazaraq  onu  qəbul  etməsini  istəmişdi.  O  isə  Mirelə  nəzakətlə  rədd 

cavabı vermək üçün göstəriş verdi və təbii ki, mən də belə etdim. Bu 

gün səhər isə o, bizim qaldığımız otelə gəldi, vizit vərəqəsinin üzərinə 

mister Van Aidinlə təcili görüşmək istədiyini yazaraq ona göndərdi. 

- Maraqlıdır, - Puaro qeyd etdi. 

- Mister Van Aidin qəzəbləndi. Və söylədiyi heç də ədəbli olmayan 

sözləri  ona  çatdırmağımı  istədi.  Mən  onunla  razılaşmamağa  risk 

etdim. 


Mənə  elə  gəlir  ki,  Mirelin  çox  dəyərli  bir  məlumatı  var.  O,  Mavi 

qatarda olub və bizim üçün həyatı vacib olan nəyisə görmüş ola bilər. 

Mənimlə razısınız, müsyö Puaro? 

- Razıyam, - Puaro soyuq cavab verdi. - Müsyö Van Aidin özünü, əgər 

belə demək olarsa, son dərəcə axmaq kimi aparıb. 

downloaded from KitabYurdu.org




191 

 

- Sizin bu cür fikirdə olmağınıza şadam. Mən sizə bir şeyi danışmaq 



istəyirəm.  Mən  mister  Van  Aidinin  davranışının  yanlış  olduğuna  o 

qədər əmin idim ki, aşağı düşərək onun istəyini 

rəqqasəyə çatdırmaq əvəzinə onunla söhbət etdim. 

- Eləmi? 

- Mənim üçün çətin idi, o, mister Van Aidinlə şəxsən görüşməyi tələb 

edirdi. Düzünə qalsa, mən mister Van Aidinin ismarışlarını bir qədər 

dəyişdirdim.  Dedim  ki,  hazırkı  vəziyyətdə  mister  Van  Aidin  çox 

məşğuldur  və  o,  mənimlə  danışa  bilər.  Amma  buna  baxmayaraq, 

Mirel  bunu  istəmədi  və  heç  nə  demədən  çıxıb  getdi.  Lakin,  müsyö 

Puaro, məndə qəti fikir yarandı ki, o qadın nəsə bilir. 

- Bu, artıq ciddi məsələdir, - Puaro sakit halda dedi. 

- Siz onun harada qaldığını bilirsiniz? 

Bəli, - mayor Nayton otelin adını söylədi. 



Lap yaxşı! Biz dərhal ora yollanacağıq. 

Katib tərəddüd etdi: 

Bəs mister Van Aidin? - o, inamsızlıqla 



söylədi. 

Müsyö  Van  Aidin  uzunqulaq  kimi  tərsdir,  -  Puaro  soyuq  tərzdə 



bildirdi. - Mən tərs 

adamlarla  mübahisə  etmirəm.  Mən  onlara  zidd  hərəkət  edirəm.  Biz 

dərhal  o  qadının  yanına  gedəcəyik.  Deyəcəyəm  ki,  biz  işlərini 

aparmaq üçün müsyö Van Aidin tərəfindən tutulmuş vəkillərik, siz isə 

buna qarşı çıxmağı ağlınıza da gətirməyin. 

Nayton hələ də tərəddüd içərisindəydi, lakin Puaro ona heç məhəl də 

qoymadı. 

Oteldə onlara dedilər ki, madmazel öz otağındadır, Puaro da üzərinə 

“mister Van Aidindən” yazıb, vizit kartını ona yolladı. 

downloaded from KitabYurdu.org




192 

 

Tezliklə  Puaroya  və  Naytona  Mirelin  onları  qəbul  edə  biləcəyini 



söylədilər. 

Onlar  rəqqasənin  otağına  daxil  olanda  Puaro  hakimiyyəti  öz  əlinə 

götürdü. 

-  Madmazel,  -  o,  hörmətlə  təzim  edərək  dedi,  -  biz  müsyö  Van 

Aidinin tapşırığı ilə gəlmişik. 

- Ah! Bəs o özü niyə gəlməyib? 

-  O, özünü yaxşı hiss etmir, - Puaro yalan dedi. 

-  Riveruda  soyuqlayıb,  lakin  mən  və  katibi  mayor  Nayton  onun 

adından iş görməyə vəkil tutulmuşuq. Əgər, əlbəttə ki, madmazel iki 

həftə gözləmək istəyirsə... 

Əgər Puaronun inamla əmin olduğu yeganə bir şey vardısa, o da Mirel 

kimi qadınlar üçün “gözləmək” sözünün qəbuledilməz olduğu idi. 

-  Eh  bien,  deyəcəyəm,  müsyö,  -  o  bağırdı.  -  Mən  dözdüm.  Özümü 

saxladım. Nəyin naminə? 

Məni  təhqir  etsinlər  deyə?  Bəli,  təhqir  etdilər!  Məgər  Mirellə  belə 

davranmaq olar? Onu köhnə  əlcək kimi  tullamaq? Hələ  heç bir kişi 

məndən bezməyib. Onlardan həmişə mən bezmişəm! 

O, otaqda iti addımlarla o baş, bu başa gəzişirdi, qamətli bədəni isə 

qəzəbdən  tir-tir  əsirdi.  Onun  ayağı  kiçik  masaya  ilişdi.  Rəqqasə  də 

masanı götürüb divara çırpdı. 

- Bax, onunla da belə edəcəyəm! - o qışqırdı. - Bax belə! - O, səhləb 

çiçəyi ilə dolu güldanı 

götürüb buxarının dəmir barmaqlığına çırpdı və güldan çilik-çilik olub 

yerə səpələndi. 

Nayton  qadına  əsl  ingilisə  xas  olan  soyuqqanlı  narazılıqla  baxırdı. 

Onun halı özündə deyildi. Puaroda isə hər şey əksinə idi, gözlərində 

alışan yaşıl parıltıdan səhnənin onu sevindirdiyini düşünmək olardı. 

downloaded from KitabYurdu.org




193 

 

-  Bu,  möhtəşəmdir!  -  detektiv  ucadan  dedi.  -  O  saat  bəlli  olur  ki, 



madmazel coşqun təbiətlidir. 

-  Mən  aktyoram.  Hər  bir  aktyorda  da  coşqunluq  olmalıdır.  Mən 

Derekə  xəbərdarlıq  etdim,  amma  o,  mənə  qulaq  asmadı.  -  O  birdən 

Puaroya sarı sıçradı və soruşdu: - Düzdür ki, Derek o ingilis 

qızla evlənmək istəyir? 

Puaro boğazını arıtladı: 

-  On ma dit, - deyə rəqqasəyə gileyləndi. - O, 

qızdan ötrü tamam başını itirib. 

Mirel yerində dikəldi: 

-  O, öz arvadını öldürüb, - dişlərini qıcayaraq 

dedi. 

-  Bilirsiniz!  O,  hələ  qabaqcadan  onu  öldürmək  istədiyini  mənə 



demişdi. O, küncə qısılmışdı. O, 

ən asan yolu seçdi. 

-  Siz iddia edirsiniz ki, müsyö Ketterinq arvadını 

öldürüb? 

- Bəli, bəli, bəli! Bəs mən sizə nə deyirəm? 

-  Polis, - Puaro dedi, - bu... iddianı təsdiq edən 

sübut tələb edəcək. 

-  Sizə  deyirəm  axı,  mən  həmin  gecə  onu  arvadının  kupesindən 

çıxarkən gördüm. 

- Nə vaxt? - Puaro cəld soruşdu. 

- Düz Liona çathaçatda. 

- Siz and içməyə hazırsınızmı, madmazel? 

Bu, artıq başqa Puaro idi. O, kəskin və qərarlı danışırdı. 

-Bəli. 


Otağa  sükut  çökdü.  Mirel  ağır-ağır  nəfəs  alırdı.  Onun  qəddar, 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə