Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə47/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

186 

 

düşündünüz? 



Mənə  söylədikləriniz  haqda  düşündüm.  Derekin  gözlənilmədən 

rəngi qaraldı. 

-  Məndən  çox  şey  danışırlar,  əzizim,  əksəriyyəti  də  düzdür.  Eyni 

zamanda  heç  vaxt  sizə  danışmayacağım  şeylər  də  var.  Mən  həmişə 

qumarbaz olmuşam, oynamışam, həmişə də düzgün oynadığımı deyə 

bilmərəm.  Başqa  vaxt  olsaydı,  bunların  heç  birisini  sizə  deməzdim. 

Olan olub, keçən keçib. İstəyirəm ki, bir şeydə mənə inanasınız. Mən 

təntənəli surətdə and içirəm: mən arvadımı öldürməmişəm. 

O,  bu  sözləri  tamamilə  səmimi  söylədi,  lakin  eyni  zamanda  onun 

səsində dramatiklik duyulurdu. O, qızın həyəcanlı baxışlarını yaxaladı 

və sözünə davam etdi: 

-  Bilirəm ki, onda yalan dedim. Mən arvadımın 

kupesinə girmişdim. 

- Ah! - Ketrin astadan qışqırdı. 

-  Ora nəyə görə getdiyimi izah etmək çətindir, amma başa salmağa 

çalışacağam. Mən bunu ani gəldiyim qərara tabe olaraq etdim... mən 

arvadımı izləyirdim. Mirel mənə arvadımın qraf de la Roşla Parisdə 

görüşəcəyini  söyləmişdi,  mən  də  ona  görə  o  qatarla  getməyi 

qərarlaşdırdım.  Amma  gördüm  ki,  bu,  belə  deyil.  Mən  utandım  və 

düşündüm ki, sonraya saxlamadan münasibətlərimizi aydınlaşdıraq. 

Ona görə də onun qapısını açdım və içəri girdim. 

O susdu. 

-  Davam edin, - Ketrin mülayim səslə söylədi. 

-  Rut  böyrü  üstə  uzanaraq  yatırdı.  Mən  onun  üzünü  görmədim. 

Əlbəttə, onu oyada bilərdim. Lakin qəflətən yorğunluq duydum. Bir-

birimizə 

dediyimiz  o  qədər  sözlərdən  sonra  daha  nə  söyləyə  bilərdik  ki?  O, 

downloaded from KitabYurdu.org



187 

 

şirin-şirin yatırdı. Və mən kupedən bacardığım qədər səssiz çıxdım. 



-  Polisə niyə yalan dediniz? - Ketrin soruşdu. 

-  Mən  tamam  axmaq  deyiləm.  Mən  başdan  bilirdim  ki,  cinayəti 

törətmək üçün ən ideal əsas məndədir. Əgər o, qətlə yetirilməmişdən 

qabaq 


kupedə olduğumu etiraf etsəydim, axırım çatardı. 

- Anlayıram. 

O, doğrudanmı anlayır? Ketrin bu suala cavab verə bilmədi. O, Derekə 

qarşı sehrli bir cazibə duyurdu, eyni zamanda da nəyə görəsə ona qarşı 

çıxırdı. 

- Ketrin... 

-Hə? 

- Bilirsiniz ki, mən sizi sevirəm. Bəs siz... siz məni sevirsinizmi? 



- Mən... mən bilmirəm. 

Ketrin ümidsizliklə ətrafa boylandı, sanki kimdənsə kömək istəyirdi. 

Və birdən iti, lakin bir 

qədər axsayan addımlarla onlara sarı gələn ucaboy, sarışın, yaraşıqlı 

kişini gördü və yanaqları qızardı. Bu, mayor Nayton idi. 

Onu  salamlayarkən  qızın  səsində  gözlənilməyən  sevinc  və  rahatlıq 

hissi sezildi. 

Derek qaşqabaqlı halda ayağa durdu. 

- Ledi Templin oynayır? - o soruşdu. - Gərək gedib ona öz sistemimin 

üstünlüklərini başa salım. 

O, Ketrinə təzim etdi və kazinoya yollandı. 

Ketrin  yenidən  əyləşdi.  Onun  qəlbi  sürətlə  çırpınırdı,  lakin  yanında 

əyləşmiş  zahirən  ürkək  görünən  katiblə  adi  cümlələrlə  söhbətləşən 

zaman özünə nəzarəti bərpa olundu. 

Tezliklə  anladı ki,  Nayton da Derek kimi  ona qəlbini açır, lakin bir 

downloaded from KitabYurdu.org




188 

 

qədər başqa cür. 



Yazığın  həyəcandan  dili  tutulurdu.  Cümlələri  güclə  söyləyirdi  və 

cümlələrində natiqlərə xas olan səlislikdən əsər-əlamət yox idi. 

- Siz ilk gördüyüm vaxtdan bəri... ah... mən bu barədə danışacağımı 

güman etmirdim. Mister Van Aidinlə biz istənilən vaxtda çıxıb gedə 

bilərik və mən də bilirəm ki, belə fürsət əlimə düşməyəcək... Bilirəm 

ki, siz hələ məni sevmirsiniz, bu, mümkün də deyil. Mənim tərəfimdən 

özündənrazılıq olardı... amma bununla belə, mən ümid edirəm, amma 

çox deyil... Xeyr, xeyr, mənə indi cavab verməyin. Bilirəm ki, indi nə 

cavab verəcəksiniz. Mən 

istəyirəm ki, siz sadəcə biləsiniz ki, mən sizi sevirəm. 

Ketrin  sarsılmışdı  və  yalvarıcı  tərzdə  söylənilən  bu  monoloqdan 

təsirlənmişdi. 

- Bir də demək istəyirəm ki, əgər... əgər nə vaxtsa sizə kömək lazım 

gəlsə, mənə xəbər edin. Mən əlimdən gələn hər şeyi edəcəyəm. 

O, qızın əlini nəvazişlə öz əllərinin arasına aldı, bir müddət saxladı və 

sonra əlini buraxaraq arxasına baxmadan uzaqlaşdı. 

Ketrin tərpənmədən onun dalınca baxdı. 

Derek  Ketterinq,  Riçard  Nayton...  İki  müxtəlif  insan.  Naytonda 

güvəniləcək xeyirxah əməllər və başqa nəsə var idi. Derekə gəldikdə 

isə... 


Gözlənilmədən Ketrini qəribə hiss bürüdü. Ona elə gəldi ki, skamyada 

tək  oturmayıb,  onun  yanında  kimsə  var  və  bu  kimsə  Mavi  qatarda 

öldürülmüş  Rut  Ketterinqdir.  Ketrin  Rutun  ona  nəsə  söyləmək 

istədiyindən tamamilə əmin idi. Xəyal o qədər aydın və qeyri-adi idi 

ki, Ketrin onu qova bilmədi. O, Rut Ketterinqin ona həyati- vacib nəsə 

xəbər  vermək  istədiyinə  şübhə  etmirdi.  Xəyal  tutqunlaşdı  və  qeyb 

oldu.  Ketrin  bir  qədər  titrək  halda  skamyadan  qalxdı.  Rutun  ona 

downloaded from KitabYurdu.org




189 

 

demək istədiyi nə idi? 



55 Peşə. 

56 Bu, necə də ingilissayağıdır! 

XXVII 

FƏSİL Mirellə söhbət 



Ketrini orada qoyaraq Nayton Puaronu axtarmağa getdi və onu oyun 

zalında tapdı. Puaro nömrələrə kiçik məbləğdə pul qoyurdu. Nayton 

yaxınlaşanda otuz üçüncü nömrə düşdü və Puaro uduzdu. 

- Gətirmədi! - Nayton dedi. - Yenidən pul qoymaq istəyirsiniz? 

Puaro başını yellədi: 

- İndi yox. 

- Siz oyunun gözəlliyini duya bilirsiniz? 

- Ruletkada xeyr. 

Nayton ona nəzər saldı. Həyəcan ifadəsi onun üzündə parlayıb söndü. 

O, ehtiyat edə-edə söylədi: 

-  Müsyö Puaro, siz məşğulsunuz? Mən sizdən 

bir şey xahiş etmək istəyirdim. 

-  Qulluğunuzda hazıram. Bəlkə burdan çıxaq? 

Günəş altında söhbət etmək çox gözəldir. 

Onlar kazinodan çıxdılar, bir neçə dəqiqə danışmadan addımladılar. 

Nayton dərindən nəfəs aldı: 

-  Mən  Riverunu  sevirəm.  Bura  ilk  dəfə  on  iki  il  bundan  əvvəl  - 

müharibə zamanı məni ledi 

Templinin hospitalına göndərdikləri zaman gəlmişəm.  Flandriyadan 

sonra bura cənnət idi. 

- Təsəvvür edirəm, - Puaro dilləndi. 

-  Adama elə gəlir ki, müharibə çoxdan olub, - 

Nayton dalğın halda dedi. 

Onlar yenidən susdular. 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə