Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə50/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

198 

 

- Daş-qaşlar? Hansı daş-qaşlar? 



- Böyük Yekaterinanın yaqutları. Bir haldakı belə çox şey eşitmisiniz, 

bəlkə onlar barədə də nəsə bilirsiniz? 

- Mən heç bir daş-qaş barəsində heç nə bilmirəm, - Mirel cəld cavab 

verdi. 


O,  otaqdan  çıxaraq  qapını  bağladı.  Müsyö  Kau  öz  yerinə  qayıtdı. 

Müsyö Karrej dərindən nəfəs aldı. 

Acıdil  qadın!  -  o  dedi.  -  Amma  diablement  chic58!  Maraqlıdır, 



görəsən, düzmü deyir? 

Məncə, bəli. 

-  Əlbəttə ki, onun sözlərində hansısa həqiqət 

var,  -  Puaro  dedi.  -  Miss  Qrey  də  bunu  təsdiqləyir.  Qatar  Liona 

çatmamış o, dəhlizə çıxıb və müsyö Ketterinqin arvadının kupesinə 

girdiyini görüb. 

- Ona qarşı ittiham irəli sürüldüyü açıq-aydındır, 

komissar köksünü ötürərək dedi. - Və çox 



təəssüf, - o, burnunun ucunda mızıldandı. 

- Nə demək istəyirsiniz? - Puaro soruşdu. 

-  Uzun illərdir ki, qraf de la Roşu həbsə atmağı arzulayıram. Artıq 

az qala qərar vermişdim ki, o, 

əlimizə düşüb. Ketterinqin həbsi isə çətin ki, mənə həzz versin. 

Müsyö Karrej burnunun ucunu qaşıdı: 

-  Əgər burada nəsə düz olmasa, onda çox pis 

olacaq, 


- o, təəssüflə dedi. - Müsyö Ketterinq aristokratdır. Qəzetlər bu barədə 

yazacaq. Əgər səhv etsək... - O, yerində qurcalandı. 

-  İndisə daş-qaşlar barədə, - komissar dedi. - 

Necə düşünürsünüz, onları neyləyib? 

downloaded from KitabYurdu.org



199 

 

-  Əlbəttə,  o,  daş-qaşları  onları  gözdən  pərdə  asmaq  üçün  götürüb,  - 



müsyö  Karrej  cavab  verdi.  -  Çox  ehtimal  ki,  onlar  ona  mane  olur, 

onlardan yaxa qurtarmaq asan deyil. 

Puaro gülümsədi: 

-  Daş-qaşlara aid mənim gözəl fikrim var. Mənə deyin, müsyö, siz 

Markiz deyilən adam barədə 

nə bilirsiniz? 

Komissar təlaşla irəli əyildi: 

-  Markiz! Həmin o Markiz? Siz düşünürsünüz ki, 

onun bu işə aidiyyəti var? 

-  Mən  onun  barəsində  nə  bildiyinizi  soruşdum.  Komissar  ifadəli 

şəkildə üz-gözünü turşutdu. 

İstədiyim qədər çox şey bilmirəm, - o, 



təəssüflə dedi. 

O,  pərdə  arxasında  oynayır,  məni  başa  düşürsünüz?  Xırda 



əlaltıları onun əvəzinə kirli 

işləri görürlər. O, özü isə... Biz onun cinayət aləmindən deyil, yüksək 

təbəqədən çıxdığına şübhə etmirik. 

- O, fransızdır? 

- B-bəli... Daha doğrusu, biz belə düşünürük. Lakin əmin deyilik. O, 

Fransada da, İngiltərədə də, Amerikada da pis əməllər törədib. Keçən 

payız  İsveçrədə  izlərin  ona  gətirib  çıxardığı  silsilə  oğurluqlar 

olmuşdu.  Bütün  cinayətlərdə  o,  grand  seigneur59  kimi  göstərilir. 

İngilis dilində də, fransız dilində də təmiz danışır və onun milliyyəti 

sirr olaraq qalır. 

Puaro başını tərpətdi və ayağa duraraq getməyə hazırlaşdı. 

-  Əlavə etməyə başqa sözünüz yoxdur, müsyö 

Puaro? 

downloaded from KitabYurdu.org




200 

 

- komissar maraqlandı. 



-  Hazırkı məqamda yoxdur. Amma ola bilsin ki

oteldə məni təzə xəbərlər gözləsin. 

Müsyö Karrej qərarsızlıqla ona baxdı: 

- Əgər Markiz bu işlə əlaqəlidirsə... - O, sözünün gerisini saxladı. 

-  Bu, bizim versiyanı təkzib edir, - müsyö Kau 

cümləni bitirdi. 

- Lakin mənimkini etmir, - Puaro dedi. - Əksinə, məncə, mənimki ilə 

çox gözəl razılaşır. Au 

revoir, müsyö! Əgər vacib  məlumat  gəlsə, mən dərhal  sizinlə əlaqə 

saxlayacağam. 

Puaro  otelə  qaşqabaqlı  qayıtdı.  Onun  olmadığı  müddətdə  teleqram 

gəlmişdi.  Puaro  cibindən  çıxardığı  kağız  üçün  bıçaqla  onu  açdı. 

Teleqram uzun idi, amma onu iki dəfə oxudu, sonra cibinə qoydu. 

Yuxarıda onu Corc gözləyirdi: 

- Mən çox yorulmuşam, Corc. Mənə bir fincan isti şokolad sifariş verə 

bilərsiniz? 

Şokolad sifariş olundu və gətirildi, Corc da onu Puaronun qabağındakı 

kiçik  masanın  üzərinə  qoydu.  Corc  getməyə  hazırlaşanda  Puaro 

soruşdu: 

-Zənnimcə, siz, Corc, ingilis kübarlarına yaxşı - bələdsiniz? 

-  Fikrimcə, sizinlə razılaşa bilərəm, ser, - Corc 

özündənrazılıqla gülümsədi: 

Canilərin,  bir  qayda  olaraq,  cəmiyyətin  aşağı  təbəqəsinə  aid 



olduğunu hesab etmirsiniz ki

Corc? 


-  Həmişə  belə  deyil,  ser.  Mən  hersoq  Devayzın  kiçik  oğlu  ilə  baş 

verən  xoşagəlməz  hadisəni  xatırlayıram.  O,  oğurluqda  şübhəli 

downloaded from KitabYurdu.org



201 

 

bilindiyinə görə İtondan çıxmalı oldu, elə sonralar da bir 



sıra narahatçılıqlar törətdi. Polis bunun kleptomaniya olduğu nöqteyi-

nəzəri qəbul etmədi. Çox ağıllı gənc idi, ser, lakin qüsurları onu məhv 

etdi,  ümid  edirəm  ki,  ser,  məni  başa  düşürsünüz.  Hersoq  onu 

Avstraliyaya göndərdi. 

Eşitdim ki, o, orada özgə adla yaşayır. Qəribədir, ser, lakin bu belədir. 

Axı gəncin pula heç ehtiyacı da yox idi, ser. 

Puaro başını yelləyərək astadan dedi: 

- Macəra sevgisi və ola bilsin ki, psixologiyasında hansısa bir qüsur. 

Maraqlıdır... 

O, cibindən teleqramı çıxardı və yenidən oxudu. 

-Yaxud  da  ledi  Meri  Foksun  qızını  götürək,  -  xatirələri  canlanan 

xidmətçi  söhbətinə  davam  etdi.  -  O,  tacirləri  aldadırdı  və  iş  gəlib 

qalmaqala  çatdı.  Mən  yaxşı  ailələrdə  baş  vermiş  bir  neçə  başqa 

hadisələri də danışa bilərəm. 

-  Sizin  zəngin  təcrübəniz  var,  Corc,  -  Puaro  dedi.  -  Qəribədir  ki,  o 

qədər illər ərzində titullu ailələrdə xidmət göstərmiş bir adam sonralar 

mənim yanımda işləməyə razı olub. Görünür, bu da sizin tərəfinizdən 

keçirdiyiniz həyəcana məhəbbətdən irəli gəlir. 

Elə  deyil,  ser,  -  Corc  etirazını  bildirdi.  -  Mən  təsadüfən 



“Sosaeti  snayper”də  sizin  Bukinhem  sarayında  qəbul  edildiyinizi 

oxudum. Elə həmin 

vaxtlarda  mən  yeni  iş  yeri  axtarırdım.  Orada  deyilirdi  ki,  əlahəzrət 

sizinlə çox nəzakətli rəftar edib və sizin bacarıqlarınız haqda yüksək 

fikirlər söyləyib. 

Bəli,  - Puaro dedi.  - Səbəbi  bilmək həmişə  yaxşıdır.  - Və bir az 



susduqdan sonra xəbər 

aldı: - Madmazel Papapolousa zəng vurdunuz? 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə