Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə53/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

210 

 

- İnsanlar on altı yaşda sadəlövh və avam olurlar



- Zia dedi. 

-  Ola  bilər,  -  Puaro  razılaşdı.  -  Onlar  deyilən  hər  şeyə  inanırlar,  elə 

deyilmi?  -Qızın  ona  baxdığı  çəp  nəzəri  gördüsə  də  özünü  o  yerə 

qoymadı və xəyalpərvər tərzdə sözünə davam etdi: - Bu, qəribə iş idi. 

Sizin atanız, madmazel, əsl həqiqəti heç bilmədi. 

- Doğrudan? 

-  O, məndən izahat istədikdə mən ona dedim: “Mən sizi qalmaqaldan 

xilas edərək itirdiyiniz 

şeyi  sizə  qaytardım.  Siz  suallar  verməməlisiniz”.  Bilirsinizmi, 

madmazel, mən niyə belə dedim? 

- Təsəvvür edə bilmirəm niyə? - qız soyuq səslə soruşdu. 

-  Çünki mənim arıq, solğun bənizli və ciddi kiçik 

pansionnaire yazığım gəldi. 

-  Nədən danışdığınızı başa düşmürəm, -Zia 

artıq əsəbi vəziyyətdə dedi. 

-  Doğrudanmı başa düşmürsünüz, madmazel? Məgər siz həqiqətən 

də Antonio Piretsionu 

unutmuşunuz? - Puaro onun dodaqlarından qopan asta iniltini duydu. 

- O, mağazada 

köməkçi  işləməyə  gəlmişdi.  Lakin  gəlişinin  məqsədi  bu  deyildi. 

Köməkçinin öz sahibinin qızına gözü düşə bilər, yoxsa yox? Xüsusən 

də  əgər  o,  yaraşıqlı,  gənc  və  şirindildirsə.  Lakin  onlar  daima  sevişə 

bilməzlər,  çünki...  zaman-  zaman  müxtəlif  şeylərdən,  eyni  zamanda 

onlar  üçün  maraqlı  olan  şeylərdən  danışırdılar.  Onlara  isə  müsyö 

Papapolousun müvəqqəti olaraq himayəsi altında olanlar çox maraqlı 

idi. Lakin siz demişkən, madmazel, gənclik sadəlövh və avam olur. 

Bir  dəfə  sahibinin  qızı  köməkçiyə  bir  əşyanı  və  onun  harada 

downloaded from KitabYurdu.org




211 

 

saxlanıldığının  yerini  göstərdi.  Sonra  isə  fəlakət  baş  verdi  -  həmin 



əşya yoxa çıxdı. Yazıq kiçik pansionnaire elə pis vəziyyətə düşdü ki! 

Yazıq  qız  necə  davranacağını  bilmirdi:  bütün  olanları  danışsın,  - 

yoxsa yox? Və bu anda yaxşı oğlan Erkül Puaro 

meydana çıxır və möcüzə baş verir, hər şey öz- özünə həll olur, əşya 

geri qaytarılır və heç kim əlavə suallar vermir. 

Zia tərs-tərs ona baxdı: 

-  Belə  çıxır  ki,  siz  bütün  bu  zaman  ərzində  hər  şeyi  bilirmişsiniz... 

Sizə bunları kim danışıb? 

Antonio? 

O, başını yellədi: 

-  Heç kim mənə heç nə danışmayıb. Mən özüm hər şeyi tapdım. Və 

təxminim də düz çıxıbmış, eləmi, madmazel? Bilirsiniz, əgər təxmin 

etməyi bacarmırsansa, onda detektiv olmağa dəyməz. 

Bir neçə dəqiqə qız susaraq addımladı: 

- İndi nə etmək niyyətindəsiniz? - nəhayət dilləndi. 

- Atama danışacaqsınız? 

- Əlbəttə ki, yox. 

Zia maraqla ona baxdı: 

- Sizə məndən nəsə lazımdırım? 

- Mənə sizin köməyiniz lazımdır, madmazel. 

-  Niyə mənim sizə kömək edə biləcək iqtidarda 

olduğumu düşünürsünüz? 

Düşünmürəm, yalnız ümid edirəm. 



Əgər imtina etsəm, hər şeyi atama 

danışacaqsınız? 

-  Əlbəttə  ki,  xeyr,  madmazel!  Bu  fikri  ağlınızdan  çıxarın!  Mən 

şantajçı deyiləm və sizin sirrinizin 

downloaded from KitabYurdu.org




212 

 

də üstünü açmaq fikrim yoxdu. 



Deməli, mən sizə kömək etməkdən imtina 

etsəm... 

Zia asta-asta fikrini ifadə etməyə başladı. 



Nə etməli, bununla razılaşmalı olacağam. 

Onda nəyə görə... - Qız sözünü bitirmədi. 



- İndi  mən  bunun  nəyə  görə  olduğunu  izah  edərəm.  Qadınlar, 

madmazel, bir qayda olaraq

ürəyiaçıq  olurlar.  Əgər  qadınlar  əvvəllər  ona  köməyi  dəymiş 

adama kömək etmək imkanına malikdirlərsə, onda bunu edirlər. Bir 

dəfə mən sizə qarşı xeyirxahlıq etmişəm, madmazel. Mən 

danışa bilərdim, lakin susdum, danışmadım. 

Araya növbəti sükut çökdü. 

- Atam bu günlərdə sizə məsləhət verdi. 

- Bu, onun tərəfindən böyük lütf idi. 

- Düşünmürəm ki, mən nəsə əlavə edə bilərəm, - Zia asta-asta söylədi. 

Puaro dilxor oldusa da bunu üzə vurmadı. Onun üzündə bir dənə də 

olsun əzələ tərpənmədi. 

Eh bien! - o, şən halda dedi. - Onda gəlin 



başqa şeydən danışaq. 

Onlar  söhbəti  davam  etdirdilər,  lakin  qız  dalğın  görünürdü,  suallara 

qeyri-şüuri  cavab  verirdi.  Onlar  kazinoya  qayıdanda  qız  artıq  qərar 

qəbul etmiş kimi görünürdü. 

Müsyö Puaro... 



Bəli, madmazel. 

Mən... mən sizə kömək etmək istəyərdim... 



Təbii ki, əgər bacarsaydım. 

- Siz çox lütfkarsınız, madmazel. 

downloaded from KitabYurdu.org



213 

 

Yenidən  sükut  çökdü.  Detektiv  qızı  tələsdirmirdi,  qıza  düşünməsi 



üçün vaxt vermək istəyirdi. 

-  Yaxşı!  -  Zia  cəsarətini  topladı.  -  Nəhayət,  niyə  də  sizə  bunu 

danışmamalıyam!  Mənim  atam  həmişə  çox  ehtiyatlıdır  -  daima 

sözlərinə diqqət yetirir. Lakin mən bilirəm ki, sizinlə danışarkən buna 

ehtiyac yoxdur. Siz bizə söylədiniz ki, ancaq qatili axtarırsınız, daş-

qaşlar sizi maraqlandırmır. Sizə inanıram. Siz düz təxmin etmisiniz, 

biz  Nitsaya  daş-qaşlar  üçün  gəlmişik.  Onları  razılaşdırılmış  plan 

əsasında bizə çatdırdılar. Onlar indi atamdadır. O, bizim müəmmalı 

müştərimiz barədə işarələri sizə bildirdi. 

- Markiz? - Puaro astadan danışaraq dəqiqləşdirdi. 

- Bəli, Markiz. 

Siz Markizi nə vaxtsa görmüsünüzmü, 



madmazel Zia? 

- Bir dəfə, - o, cavab verdi. - Yaxşı görə bilmədim, ancaq qapının 

dəliyindən baxırdım. 

- Bu həmişə çətin olur, - Puaro canıyananlıqla dedi. 

- Amma yenə də onu görmüsünüz. Siz onu görsəydiniz tanıyardınız? 

Qız başını yellədi: 

- O, maskada idi. 

- Cavan idi, yoxsa qoca? 

-  Onun  ağ  saçları  var.  Ola  bilsin  ki,  bu,  parikdir.  Amma  mən  onun 

qoca olduğunu düşünmürəm. Onun yerişi və səsi cavandır. 

Səsi? - Puaro fikrə getdi. - Bəs o səsi siz 



tanıya bilərsiniz, madmazel Zia? 

- Ola bilər, - qız cavab verdi. 

Əgər siz qapı dəliyindən ona baxmısınızsa, 



demək, o, sizi maraqlandırıb, eləmi? 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə