Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə54/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

214 

 

Zia başını tərpətdi: 



-  Mənə  maraqlı  idi.  Onun  haqqında  çox  danışırdılar,  axı  o,  adi 

oğru deyil, daha çox 

romantik bir fiqur idi. 

Yəqin ki, belədir, - detektiv razılaşdı. 



- Lakin mənim demək istədiklərim bu deyil, - Zia əlavə etdi. - Sadəcə, 

mən bir kiçik fakt barədə düşündüm, hansı ki... sizin üçün faydalı ola 

bilər. 

- Elə? - Puaro onu cəsarətləndirdi. 



- Dediyim kimi, yaqutları atama Nitsada verdilər. Mən gətirən adamın 

kim olduğunu görmədim, ancaq... 

- Bəli? 

-Ancaq bilirəm ki, yaqutları gətirən qadın idi. 

60 

Bu da siz. 



61  Təkbətək danışıq. 

62 


Məhəbbət. 

63  Kiçik pansionlu qız. 

XXIX 

FƏSİLEvdən məktub 



“Əzizim Ketrin! 

Titullu  şəxslərin  arasında  yaşayaraq,  yəqin  ki,  Siz  bizi  artıq 

unutmuşunuz, amma mən həmişə bilirəm ki, Siz incəqəlbli, həssas bir 

qızsınız, ümid edirəm ki, elə olduğunuz kimi də qalmısınız. Bizdə hər 

şey əvvəl olduğu kimidir. 

Yeni keşiş bizi xeyli təlaşa saldı: o, dəhşətli dərəcədə özündən razıdır. 

Mənim  nöqteyi-  nəzərimdə  o,  adi  romalı  kimidir.  Bu  Vikar  barədə 

hamı danışırdı, amma sən özün bizim Vikarı 

bilirsən də, onda əsl xristian qəlbi var. Son zamanlar bu qulluqçu məni 

əsəbiləşdirir.  Bu  Enni  lap  həyasızdır.  Tumanı  topuğundan  yuxarı 

downloaded from KitabYurdu.org



215 

 

geyinir, özü də ayaqlarına yun corablar da geymir. Bu haqda da ona 



deyəndə  adama  heç  qulaq  asmır.  Bir  də  ki,  məni  revmatizm  çox 

narahat edir. Həkim Harrison London mütəxəssisinə müraciət etməyi 

məsləhət görüb... Üç geniya xərcləmək və üstəgəl dəmiryol xərcləri, 

mən  ona  elə  belə  də  dedim.  Baxmayaraq  ki,  çərşənbə  gününü 

gözləyərək mən daha ucuz bilet ala bilərdim. 

Amma  bununla  belə,  mən  yenə  də  getdim.  Londonlu  həkimin  ağzı 

açıla  qaldı  və  sözü  dolandırmağa  başladı  -  ta  mən  ona  belə  deyənə 

kimi: “Mən sadə qadınam, həkim sözü birbaşa 

deyəndə  xoşuma  gəlir.  Bu,  xərçəngdir,  yoxsa  yox?”  Əlbəttə,  cavab 

verməli  oldu  ki,  bu,  xərçəngdir  və  lazımi  qulluq  vasitəsilə  mən 

ömrümü  bir  ilə  qədər  uzada  bilər  və  ağrılardan  əziyyət  çəkməyə 

bilərəm. Nə isə, əminəm ki, mən də digər xristianlar kimi ağrılara tab 

gətirə  biləcəyəm.  Hərdən  həyat  mənə  tənha  gəlir,  çünki  dostlarımın 

çoxu ya ölüb, ya da ki, köçüb gediblər. Mən çox istərdim ki, əzizim, 

siz  Sent-  Meri-Middə  olaydınız.  Əgər  siz  böyük  miqdarda  miras 

almasaydınız  və  yüksək  təbəqəyə  düşməsəydiniz,  mən  sizə  yazıq 

Emmanın verdiyi məvacibin ikiqatını təklif edərdim ki, yanımda qalıb 

mənə qulluq edəsiniz. Amma mümkün olmayacaq, mümkün olmayanı 

arzulamağın  nə mənası  var? Ancaq sizin  işləriniz pisdirsə, belə şey 

mümkündür axı... 

Mən varlı qızlarla evlənib, onların pullarını ələ keçirən, sonra da onları 

kilsə  siçanları  kimi  yoxsul  qoyub  atan  saxta  aristokratların 

əhvalatlarını çox eşitmişəm. Əlbəttə, Sizin başınıza belə bir hadisənin 

gəlməməsi üçün Siz yetərincə ağıllısınız, amma kim bilə bilər. Siz ki, 

bu  vaxta  kimi  kişilər  tərəfindən  özünüzə  qarşı  çox  da  diqqəti 

görməmisiniz, indisə bu cür şeylər Sizin başınızı asanlıqla gicəlləndirə 

bilər. Belə halda yadınızda saxlayın, əzizim, Sizin üçün burada daima 

downloaded from KitabYurdu.org




216 

 

ev  var,  bilirsiniz  ki,  mən  sözü  düz  üzə  deyən  qadınam,  ürəyim 



yumşaqdır. 

Səmimiyyətlə, 

Sizin Ameliya Vayner. 

P.S.  Mən  Sizin  və  əmiqızınız  vikontessa  Templinin  adı  çəkilən  bir 

qəzeti tapmışam, yazını kəsib gizlətmişəm. Bazar günü mən dua etdim 

ki, Tanrı Sizi qürrədən və təkəbbürdən qorusun”. 

Ketrin məktubu iki dəfə oxudu, sonra onu kənara qoydu və öz yataq 

otağının  pəncərəsindən  Aralıq  dənizinin  mavi  sularına  baxdı.  O, 

boğazında  qəribə  düyün  hiss  etdi  və  birdən  Sent-Meri-Mid  üçün 

möhkəm  darıxmağa  başladı.  Bütün  bu  gündəlik  əhəmiyyətsiz 

xırdalıqlar  ona  dəhşətli  dərəcədə  tanış  və  yaxın  gəldi.  O,  başını 

əllərinin üstə qoyub doyunca ağlamaq istəyirdi. 

Bu an içəri daxil olan Lenoks onu bu hərəkətdən yayındırdı: 

- Salam, Ketrin! Sənə nə olub? 

- Heç nə, - Ketrin cəld miss Vaynerin məktubunu çantasına qoyaraq 

cavab verdi. 

-  Sən  nəsə  qəribə  görünürsən,  -  Lenoks  bildirdi.  -  Ümid  edirəm  ki, 

dostun Puaronu zəng edib Nitsada bizimlə birgə lençə dəvət etdiyim 

üçün narazı deyilsən. Mən dedim ki, sən onu görmək istəyirsən, çünki 

mənə görə gəlməyəcəyini fikirləşdim. 

- Demək, əslində sən onu görmək istəyirsən? - Ketrin dəqiqləşdirdi. 

- Bəli, - Lenoks başını tərpətdi. - Mən onun dərdindən dəliyəm. Heç 

vaxt gözləri pişik gözləri 

kimi yaşıl olan kişiyə rast gəlməmişəm. 

-  Yaxşı,  -  Ketrin  fikirli  halda  cavab  verdi.  Son  bir  neçə  gün  çox 

darıxdırıcı keçirdi. Derek Ketterinqin həbsi söhbətlərin əsas mövzusu 

idi və Mavi qatarın sirri hər yerdə müzakirə olunurdu. 

downloaded from KitabYurdu.org




217 

 

- Mən maşın sifariş etmişəm, - Lenoks xəbər verdi. 



- Anama da yalandan nəsə dedim, dəqiq yadımda deyil, amma onsuz 

da  o,  heç  nə  yadında  saxlamadı.  Əgər  anam  hara  getdiyimizi  bilsə 

bizimlə gedər və müsyö Puaronu boğaza yığar. 

Ketrin  və  Lenoks  “Neqresko”ya  çatanda  detektiv  artıq  orada  onları 

gözləyirdi. 

O,  özünü  başdan-ayağacan  qaliyalı  kimi  apararaq  qızlara  o  qədər 

iltifat  göstərdi  ki,  onlar  özlərini  gülməkdən  saxlaya  bilmədilər. 

Bununla belə, yemək zamanı onların ovqatı çox şən keçmədi: Ketrin 

dalğın  görünürdü,  Lenoksun  cümlələri  isə  uzunmüddətli  pauzalarla 

müşayiət olunurdu. Onlar terasda əyləşib qəhvə içəndə Lenoks özünü 

saxlaya bilmədi: 

İşlər necə gedir? Nəyi nəzərdə tutduğumu 



bilirsiniz. 

Puaro çiyinlərini çəkdi: 

- Öz axarı ilə gedir, - o cavab verdi. 

Siz də onların belə davam etməsinə icazə 



verirsiniz? 

Detektiv kədərli halda Lenoksun üzünə baxdı: 

-  Siz  gəncsiniz,  ona  görə  də  tələsirsiniz,  amma  üç  şey  var  ki,  onu 

tələsdirmək olmur - Allahı, təbiəti və qocaları. 

Boş sözdür! - qız kəskinliklə cavab verdi. - 



Siz qoca deyilsiniz. 

- Bunu eşitməyimə şadam. 

-  Bu da mayor Nayton! - Lenoks ucadan dedi. Ketrin cəld boylandı 

və  həmin  an  başını  geri  çevirdi.  -  O,  mister  Van  Aldinlədir,  - 

Lenoks 

davam etdi. - Mən mayordan bir söz soruşmaq istəyirəm. İndi gəlirəm. 



downloaded from KitabYurdu.org


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə