Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə56/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

222 

 

-  Siz  bunu  yeddi  dəfə  etmisiniz.  Gəlin  baxaq.  -  Cibindən  qeyd 



dəftərçəsini çıxardı və baxdı. - Bəli, ən azı yeddi dəfə. İndi mən özüm 

onları  sayacağam.  -  O,  sakit  və  ədəbli  səs  tonu  ilə  yeddi  hadisəni 

sadalamağa başladı. İppolit mat qalmışdı. 

- Lakin mən bu keçmiş söhbətlər barədə danışmaq istəmirəm, - Puaro 

sözünə  davam  etdi.  -  Sadəcə,  əziz  dostum,  özünüzü  ən  ağıllı  hesab 

etməkdən əl çəkin. Məni dəqiq olaraq bir yalan maraqlandırır - qraf 

de la Roşun bu villaya on dörd yanvar səhər vaxtı gəldiyini yalandan 

bildirməyiniz çox maraqlıdır. 

-Amma,  müsyö,  bu,  düzdür.  O,  bura  çərşənbə  axşamı  günü  səhər-

səhər gəlib çatıb. Elə deyilmi, Meri? 

Qadın qızğın surətdə başını tərpətdi: 

- Bəli-bəli, yaxşı yadımdadır. Özüdür ki, var. 

- Bəs həmin gün səhər yeməyində siz 

sahibinizə hansı yeməyi verdiniz? - Puaro xəbər aldı. 

- Mən... - Meri susaraq fikrini toplamağa çalışdı. 

-  Qəribədir, - Puaro bildirdi, - insanlar necə bir şeyi yadda saxlayır, 

lakin digərini yadından 

çıxarır. 

Qəfildən o, irəli əyildi və yumruğu ilə stula çırpdı və qəzəblə gözlərini 

parıldatdı: 

-  Siz yalan deyirsiniz və elə bilirsiniz, bu haqda heç kim bilməyəcək? 

Lakin bu haqda iki nəfər bilir - Allah... - o, əli ilə göyü göstərdi, sonra 

kreslonun  kürəkliyinə  söykənərək  və  nəzərlərini  yerə  yönəldərək 

təvazökarlıqla dedi: - Və Erkül Puaro. 

-  Əmin edirəm ki, müsyö, siz yanılırsınız. Müsyö qraf Parisdən bazar 

ertəsi günü axşam çıxıb... 

-  Düzdür, - Puaro onun sözünü kəsdi. - Sürət qatarı ilə. Bilmirəm öz 

downloaded from KitabYurdu.org




223 

 

səfərini harada yarımçıq qoyub, amma bura o, çərşənbə axşamı deyil, 



çərşənbə günü səhər gəlib çıxıb. 

-  Siz səhv edirsiniz, müsyö, - Meri inadla cavab 

verdi. 

Detektiv ayağa durdu: 



Onda qoy qanun öz işini görsün, - o dedi. - 

Çox təəssüf. 

- Nədən danışırsınız, müsyö? - Meri narahatçılıqla soruşdu. 

- Siz ingilis ledisi missis Ketterinqin qətlində əlbir olduğunuza görə 

həbs olunacaqsınız. 

- Qətl?! 

Nökərin  üzü  tabaşir  kimi  ağardı,  dizləri  əsdi.  Meri  oxlovu  əlindən 

salıb hönkürdü. 

-Axı bu, mümkün deyil. Elə fikirləşdim ki... 

-  Öz  iddianızda  israr  etdiyiniz  üçün  artıq  sizinlə  danışmalı  heç  nə 

yoxdur. Zənnimcə, ikiniz də ağılsız davranırsınız. 

Puaro qapıya tərəf döndü, lakin nökərin həyəcanlı səsini eşidərək ayaq 

saxladı: 

- Dayanın,  müsyö! Mən belə  bir məsələnin  olduğunu heç ağlıma 

da gətirmirdim. Mən... mən 

fikrləşdim ki, bu, sadəcə, qadınla əlaqədar polislə qrafın arasında nəsə 

xoşagəlməzlik var. Amma qətl - tamam başqa məsələdir. 

Mənim səbrim çatmır! - detektiv bağırdı. Üzünü İppolitə tutaraq 



onu yumruğu ilə 

hədələdi.  -  Məgər  mən  burda  bütün  günü  iki  kəmağıllı  ilə  vaxtımı 

keçirməliyəm? Mənə həqiqət lazımdır. Əgər onu mənə söyləməsəniz, 

özünüzdən küsün.  Sonuncu dəfə soruşuram,  qraf  “Marina” villasına 

nə vaxt gəlib çatıb: çərşənbə axşamı, yoxsa çərşənbə günü? 

downloaded from KitabYurdu.org




224 

 

- Çərşənbə günü, - İppolit etiraf etdi və Meri də başı ilə bunu sakitcə 



təsdiq etdi. 

Puaro onları gözləri ilə süzdü: 

-  Siz  ağıllı  hərəkət  etdiniz,  balalarım.  Əks  halda  sizi  çox  ciddi 

narahatçılıqlar  gözləyərdi.  -  O,  öz-  özünə  gülümsəyərək  “Marina” 

villasını tərk etdi. 

- Bir təxminim təsdiq olundu. İndi isə o birini yoxlayaq. 

Erkül Puaronun vizit vərəqəsini Mirelə gətirəndə axşam saat altı idi. 

Bir müddət rəqqasə susqun halda vərəqəyə baxdı, sonra başı ilə işarə 

etdi. Detektiv içəri daxil olaraq onu otaqda var-gəl edərkən gördü. 

-  İndi  nə  olub?  -  rəqqasə  qəzəblə  xəbər  aldı.  -  Məgər  mənə  əzab 

vermək  sizi  bezdirmədi?  Məgər  siz  məni  yazıq  Derekimi  ələ 

verməyə 


məcbur etmədinizmi? Sizə başqa nə lazımdır? 

-Təkcə  bir  xırda  məsələ,  madmazel.  Qatar  Liondan  çıxıb  gedəndən 

sonra siz missis Ketterinqin kupesinə girəndə... 

- Nə-nə? 

Puaro ona yüngül məzəmmətlə baxdı və yenidən sözünə başladı: 

- Siz missis Ketterinqin kupesinə girəndə... 

Mən ora girməmişəm! 



Və onu ölü görəndə... 

- Belə şey olmayıb! 

Ah,  sacre66!  -  Puaro  elə  sərt  bağırdı  ki,  Mirel  geri  hoppandı.  -  Siz 

mənə yalan demək istəyirsiniz? Mən nə baş verdiyini elə yaxşı bilirəm 

ki, sanki orada özüm olmuşam! Siz 

madamın  kupesinə  girdiniz  və  onun  ölü  olduğunu  gördünüz.  Mənə 

yalan demək təhlükəlidir. Ehtiyatlı olun, madmazel! 

Rəqqasə gözlərini kənara çəkdi: 

downloaded from KitabYurdu.org




225 

 



Mən... - o, inamsız halda sözə başlamaq 

istədi, lakin həmin an susdu. 

Məni ancaq bir şey maraqlandırır, - Puaro dedi. - Siz axtardığınızı 



tapdınızmı, yoxsa... 

- Yoxsa nə? 

- Yoxsa siz gələnə kimi orada kimsə olmuşdumu? 

-  Daha  mən  sizin  heç  bir  sualınıza  cavab  verən  deyiləm!  -  rəqqasə 

qışqırdı. Onu saxlamağa çalışan Puaronun əlindən çıxıb, özünü 

döşəməyə atdı və isterika içərisində çırpınmağa başladı. 

Qorxmuş  qulluqçu  qız  qaçıb  gəldi.  Erkül  Puaro  çiyinlərini  çəkdi, 

qaşlarını dartdı və sakit halda otaqdan çıxdı. 

O, məmnun görünürdü. 

64 


Dalğın, fikirli. 

65  Mənim inancım. 

66  Lənətə gəlmiş! 

XXX 


FƏSİL 

Miss Vayner qərar verir 

Ketrin miss Vaynerin yataq otağının pəncərəsindən baxdı. Zəif, lakin 

kəsmək  bilməyən  xırda-xırda  yağış  yağırdı.  Pəncərədən  bağ 

görünürdü:  yazda  qərənfilin,  mavi  sünbülçiçəyinin  və  qızılgüllərin 

açdığı cığır boyu düzülmüş səliqəli çiçək ləklərindən ibarət bağ. 

Miss  Vayner  böyük  viktorian  çarpayısında  uzanmışdı.  Səhər 

yeməyinin qalıqları kiçik masanın bir küncünə itələnmişdi. Onun başı 

məktubların açılmasına qarışmışdı və bu məşğuliyyətini acı şərhlərlə 

müşayiət etdirirdi. 

Ketrin  əlində  tutduğu  məktubu  ikinci  dəfə  oxuyurdu.  Bu  məktub 

Parisdəki “Rit” otelindən göndərilmişdi. 

“ Əziz madmazel Ketrin! 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə