Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə58/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

230 

 

-  Mən yaxamı kənara çəkirəm, artıq öz borcumu 



yerinə  yetirmişəm.  Bir  şey  olsa  özün  cavab  verəcəksən.  Sən  onu 

nahara,  yoxsa  lençə  dəvət  etmək  istəyirsən?  Zənnimcə,  əgər  Ellen 

başını tamam itirməsə, düz-əməlli bir yemək hazırlaya bilər. 

-  Düşünürəm  ki,  lenç  daha  yaxşı  olar.  Bu,  sizin  tərəfinizdən  çox 

böyük lütfdür, miss Vayner. 

Mayor  Nayton  ona  zəng  etməmi  xahiş  edir.  Belə  də  edəcəyəm  və 

deyəcəyəm  ki,  biz  onun  lençə  gəlməsinə  şad  olarıq.  O,  şəhərdən 

maşınla gələcək. 

-  Ellen tomat sousunda əti pis hazırlamır, - miss 

Vayner  dedi.  -  Demək  olmaz  ki,  bunu  əla  hazırlayır,  amma  digər 

yeməklərinə baxanda bu, 

heç olmasa onlardan pis olmur. Tort bişirə bilmir, əli ağırdır, kremi 

qarışdırmağı  bacarmır,  amma  onun  havalı  pudinqləri  yaxşı  alınır. 

Ebbotdan  silton67  almaq  olar.  Eşitmişəm  ki,  centlmenlər  siltonu 

sevirlər. Birdə ki, bizim atamdan qalma çoxlu şərabımız var, ola bilsin 

ki, hətta “qığılcım saçan Mozelle” də var. 

-  Xeyr-xeyr, miss Vayner, buna ehtiyac yoxdur. 

-  Boş sözdür, qızım. Heç bir centlmen yemək yeyərkən nəsə içməzsə 

özünü xoşbəxt hesab 

etməz.  Əgər  onun  viskiyə  üstünlük  verdiyini  fikirləşirsənsə,  onda 

bizim  müharibəyə  qədər  hazırlanmış  viskimiz  də  var.  Ona  görə  də 

sənə  nə  deyirəmsə  onu  et,  mübahisə  etmə.  Şərab  zirzəmisinin  açarı 

paltar şkafının üçüncü siyirtməsindədir, sol tərəfdən. 

Ketrin sözə qulaq asaraq şkafa sarı getdi. 

İkinci  sırada,  -  miss  Vayner  əlavə  etdi,  -  üçüncüdə  mən 



brilliant sırğalarımı və filiqran68 

broşumu saxlayıram. 

downloaded from KitabYurdu.org



231 

 



Bəs onları niyə mücrüdə saxlamırsınız? - 

Ketrin təəccübləndi. 

Miss Vayner dedi: 

- Yox a! Çox sağ ol, əzizim. Mənim yadımdadır ki, atam necə seyfi 

alıb  birinci  mərtəbəyə  qoymuşdu.  O,  uşaq  kimi  sevinirdi  və  anama 

dedi:  “Meri,  indi  sən  hər  axşam  öz  cəvahirat  mücrünü  mənə 

gətirəcəksən  və  mən  də  onları  buraya  qoyub  gecə  qıfıllayacağam”. 

Anam  ədəbli  qadın  idi,  bilirdi  ki,  centlmenlər  öz  istədikləri  kimi 

davranmağı sevirlər, ona görə də 

axşam atama zinət əşyalarını gətirib verirdi. Bir dəfə evimizə oğrular 

girdi və təbii ki, ilk növbədə seyfin işinə baxdılar. Atam bütün kənddə 

öyünürdü, sanki orada çar Solomonun almazlarını saxlayırdı. Oğrular 

seyfi  silib-  süpürmüşdülər-gümüş  qab-qacaqları,  hədiyyə  olunmuş 

qızıl nimçələri və mücrünü aparmışdılar. Anamın venesilsayağı dəsti, 

bir neçə çox gözəl daş-qaşı, solğun çəhrayı rəngli mərcanları və çox 

böyük brilyantı olan iki üzüyü var idi. Atam dərddən az qalırdı ölsün. 

Və onda anam ona etiraf etdi ki, öz zinət əşyalarını paltarların arasında 

gizlədibmiş, ona görə də oğrular onu tapmayıb. 

- Deməli, mücrü boş idi? 

- ...Ah, xeyr, əzizim. - Miss Vayner cavab verdi. 

Onda atam hər şeyi anlayardı ki, anam çox 



ağıllı qadın idi, o əvvəldən hər şeyi düşünübmüş. Mücrüdə düymələr 

var idi, çoxlu düymələr. Amma ən maraqlısı o idi ki, atam - anamdan 

incidi,  dedi  ki,  onu aldadanda heç xoşu gəlmir.  Sənin  də lap başını 

qatdım. Get dostuna zəng vur. Sonra da bir parça yaxşı ət seç və Ellenə 

de ki, lenç zamanı qulluq edərkən deşik-deşik corablarını geyinməsin. 

Onun adı Ellendir, yoxsa Hellen? Mən elə 



bilirdim ki... 

downloaded from KitabYurdu.org




232 

 

Miss Vayner gözlərini yumdu: 



-  Mən  “H”  hərfini  yaxşı  tələffüz  etməyi  bacarıram,  əzizim.  Amma 

Hellen qulluqçuya yaraşan ad deyil. İndiki zəmanədə aşağı 

təbəqədən olan analar öz uşaqlarına necə gəldi ad qoyurlar. 

Nayton kottecə yaxınlaşanda yağış artıq kəsmişdi. Günəşin solğun 

şüaları  qonağı  qapıda  qarşılayan  Ketrinin  saçlarını  parıldadırdı. 

Nayton uşaq kimi tələsik addımlarla qızın yanına getdi. 

- Ümidvaram ki, sizi narahat etmirəm. Mən, sadəcə, sizi görməli idim. 

Sizin rəfiqəniz narazı olmadı ki? 

-  İçəri girin və onunla tanış olun, - Ketrin dəvət 

etdi. 


-  O, tez-tez əbəs yerə narahat olur, amma siz tezliklə onun çox yaxşı 

qəlbi olduğuna şahid 

olacaqsınız. 

Miss Vayner vüqarla qonaq otağında əyləşmişdi. 

Onu ailəyə məxsus olan kameya daşları bəzəmişdi, yeri gəlmişkən, bu 

daşlar da oğrulardan xilas olunmuşlardan idi. O, Naytonu hər bir kişini 

ümidsizliyə  qərq  edəcək  bir  rəsmiyyətlə  salamladı.  Amma  buna 

baxmayaraq,  Nayton,  qarşısında  adamın  çətin  tab  gətirdiyi 

məftunedici ədalara sahib idi və on dəqiqə sonra miss Vayner yavaş-

yavaş əriməyə başladı. Lenç şən keçdi, Ellen, ya da Hellen isə bir dənə 

də  olsun ilməsi  olmayan təzə  ipək corablarda masaya təriflərə layiq 

surətdə qulluq etdi. Yemək bitdikdən sonra Ketrinlə Nayton gəzməyə 

yollandılar,  qayıdaraq  tate-a-tate  çay  içdilər,  çünki  miss  Vayner  öz 

otağında istirahət edirdi. 

Qonaq  gedəndən  sonra  Ketrin  səs  salmamağa  çalışa-çalışa  yuxarı 

çıxdı. Miss Vayner onu səslədi və Ketrin onun yataq otağına keçdi. 

- Dostun getdi? 

downloaded from KitabYurdu.org




233 

 

- Bəli. Çox sağ olun ki, onu dəvət etməyə icazə verdiniz. 



-Təşəkkürə  ehtiyac  yoxdur.  Sənin  fikrincə,  mən  heç  kimə  heç  nə 

etməyən o xəsis qoca qarılardanam? 

- Məncə, siz əsl möcüzəsiniz, - Ketrin dedi. 

- Hm, - miss Vayner sakit halda dedi. 

Ketrin  otağı  tərk  etməyə  hazırlaşanda  miss  Vayner  yenidən  onu 

səslədi: 

- Ketrin. 

-Bəli. 


-  Mən  bu  adam  barədə  düşündüklərimdə  haqsız  imişəm.  Kişilər 

qadına yaltaqlıq etmək istəyəndə çox nəzakətli, ədəbli və məftunedici 

ola  bilirlər.  Ancaq  kişi  doğrudan  da  aşiq  olanda  o,  qoyun  kimi 

görünür. Mən öz sözlərimi geri götürürəm. Bu, əsl məhəbbətdir. 

67 Pendir növü. 

68 Qızıl və başqa metaldan hörülmüş bəzək əşyası. 

XXXI 

FƏSİL Mister Aarons lenç edir 



- Ah! - mister Cozef Aarons razı halda ucadan dedi. Pivə bakalından 

böyük  bir  qurtum  alıb,  dərindən  nəfəsini  buraxaraq  onu  masaya 

qoydu,  dodaqlarından  köpüyü  sildi,  qarşısında  əyləşmiş  Erkül 

Puaroya gülümsədi və dedi: - Ən yaxşı sümüksüz əti bir bakal pivə ilə 

mənə  verin  və  bütün  o  fransız  qəlyanaltılarını,  omletləri  və 

bildirçinləri özünüzə saxlaya bilərsiniz. Amma əsl ət tikəsi verin! 

İndicə onun arzularını yerinə yetirmiş Puaro - gülümsədi. 

- Amma qızardılmış yeməklərə və pudinqə də pis demirəm, - mister 

Aarons davam etdi: - Alma piroqu? Bəli, zəhmət olmasa, miss, bir də 

bir bardaq qaymaq. 

Yemək davam edirdi. Nəhayət, mister Aarons növbəti dəfə dərindən 

nəfəs aldı və qaşıq- çəngəli kənara qoyub, söhbətə keçməzdən əvvəl 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə