166
- Çox gözəl, çox gözəl! Güman edirəm ki, bu,
kifayətdir. Salamat qalın, madmazel.
Ada Meyson otaqdan səssiz çıxaraq qapını bağladı.
Puaro məmnun təbəssümlə milyonçuya baxdı. Van Aidin quruyub
qalmışdı.
- Siz fikirləşirsiniz., fikirləşirsiniz ki, bu, Derekdir.
- O dilləndi. - Axı bütün faktlar bunun başqası
olduğunu göstərir. Axı qrafı artıq əlində yaqutlarla tutublar!
- Xeyr!
- Axı siz mənə danışdınız ki...
- Sizə nə danışdım?
-Yaqutlarla bağlı əhvalatı. Siz onları mənə göstərdiniz.
-
Xeyr!
Van Aidinin gözləri ona dikilib qaldı.
- Demək istəyirsiniz ki, onları mənə göstərməmisiniz?
-
Xeyr!
- Dünən, kortda?
-
Xeyr!
- Bizim ikimizdən hansımız dəliyik, müsyö Puaro, siz, yoxsa mən?
- Nə siz, nə də mən, - detektiv cavab verdi. - Siz mənə sual verirsiniz,
mən də cavab verirəm. Siz deyirsiniz ki, mən dünən sizə yaqutları
göstərmişəm? Mən də cavab verdim ki, xeyr. Mənim sizə göstərdiyim,
müsyö Van Aidin, birinci dərəcəli təqliddir, onun saxtalığını isə ancaq
və ancaq peşəkar ayırd edə bilər.
XXIV
FƏSİL Puaro məsləhət verir
Puaronun söylədiklərini başa düşmək üçün milyonçuya bir neçə
dəqiqə lazım gəldi. O, karıxmış halda detektivə baxdı. Balaca adam
mehribanlıqla onun üzünə gülümsədi:
downloaded from KitabYurdu.org
167
- Bu, bəzi şeyləri dəyişdirir, elə deyilmi?
- Saxta! - O, qabağa əyildi. - Müsyö Puaro, siz bunu bilirdinizmi?
Bütün bu zaman ərzində məhz buna işarə edirdiniz? Siz qraf de la
Roşun qatil olduğuna heç vaxt inanmamısınız?
- Mən şübhə edirdim, - Puaro sakit halda cavab verdi. - Mən bu
barədə sizə söyləmişdim. Güc tətbiq etməklə qarət etmək və adam
öldürmək...
- o, başını qızğın surətdə tərpətdi. - Xeyr, bunu təsəvvür etmək
çətindir. Bu, qraf de la Roşun
şəxsiyyətilə uzlaşmır.
-Amma siz onun yaqutları oğurlamaq istədiyinə ki, inanırsınız?
-
Əlbəttə! Buna şübhəm yoxdur. İndi mən sizə vəziyyəti necə
təsəvvür etdiyimi danışacağam.
Yaqutlar barədə xəbər tutaraq, qraf yazdığı kitab barəsində yalan
uydurur və yaqutları gətirmək üçün qızınızı dilə tutur. Özü isə daşların
saxta surətini çıxartdırır ki, əsli ilə dəyişdirsin. Madam - sizin qızınız
daş-qaşlar üzrə mütəxəssis deyildi. Bəlkə də baş verənlərdən agah
olana
kimi xeyli vaxt keçəcəkdi. Lakin bu halda da qrafı məhkəməyə
verəcəyini düşünməzdim. Çox şey üzə çıxardı. Axı onun əlində
madamın məktubları var idi. Qraf de la Roşun nöqteyi- nəzərincə plan
qüsursuz idi - ola bilsin ki, o, daha əvvəllər də bu cür fırıldaqlar
törədib.
- Mən indi hər şeyi başa düşdüm, - milyonçu
dərdli-dərdli söylədi.
- Bu, qraf de la Roşa tam uyğun gəlir, - Puaro
əlavə etdi.
- Hə, amma indi... - milyonçu sual dolu baxışlarla Puaroya baxdı. -
downloaded from KitabYurdu.org
168
Bəs əslində nə baş verib? Danışın, müsyö Puaro.
- Hər şey çox sadədir! - Puaro çiyinlərini çəkdi.
- Kimsə qrafı qabaqlayıb.
Uzun bir sükut çökdü.
Sanki Van Aidin eşitdiklərini həzm edirdi.
Yenidən danışmağa başlayanda isə onun səs tonu sakit idi.
- Mənim kürəkənimdən nə vaxtdan bəri - şübhələnirsiniz?
- Lap əvvəldən. Onun əsası və imkanı var idi. Hamı kupeyə daxil olan
kişinin qraf de la Roş olduğunu güman edirdi. Mən özüm də elə
düşünürdüm. Ancaq siz bir dəfə dediniz ki, qrafı kürəkəninizə
bənzədərək səhv etmişdiniz. Mən belə qərara gəldim ki, onların ikisi
də eyni boydadır, bədən quruluşları və saçları oxşardır. Bu, mənə bir
maraqlı ideya verdi. Qulluqçu sizin qızınızın yanında az müddət
işləyib. Çətin ki, o,
müsyö Ketterinqi üzdən tanıya bilərdi, çünki o, Kerzon-stritə çox az-
az gəlirdi. Bundan əlavə qatardakı kişi tanınmaması üçün əlindən
gələni edib.
- Siz onun Rutu öldürdüyünə inanırsınız? - Van Aidin xırıltılı səslə
soruşdu.
Puaro cəld əllərini qaldırdı.
- Xeyr, xeyr, mən bunu söyləmədim, lakin bu cür ehtimal istisna deyil
və tamamilə mümkündür. O, küncə sıxışdırılmışdı, onu müflis olma
təhlükəsi gözləyirdi. Və ancaq bircə yol var idi.
- Əgər bu belədirsə, bəs onda yaqutları neynədi?
- Bunu öyrənəcəyik. Bir neçə variant var. İndi Nitsada ona kömək
edə biləcək bir adam var,
mən onu sizə tennis kortunda göstərdim.
Van Aidin ayağa qalxdı və ağır əlini balaca belçikalının çiyninə
downloaded from KitabYurdu.org
169
qoydu. O dilləndi və onun səsi içini dolduran hisslərlə titrəyirdi:
- Rutun qatilini tapın! Mənim sizdən yeganə
xahişim ancaq budur.
- Bunu Erkül Puaronun öhdəsinə buraxın, - o, sinəsini qabağa verib
qürrələnərək dedi. - Qorxmayın. Mən həqiqəti öyrənəcəyəm.
Puaro şlyapasını başına qoydu, milyonçunun üzünə gülümsədi və
otaqdan çıxdı. Bununla belə, o, pilləkənlə düşdükdə özündənrazı
təbəssüm onun üzündən silindi.
“Bütün bunlar çox yaxşıdır, - o, burnunun altında söylədi. - Amma
çətinliklər var. Bəli, böyük çətinliklər var”.
Oteldən çıxarkən Puaro qəflətən dayandı. O, Ketrin Qreyin əyləşdiyi
maşını gördü. Yanında isə Derek dayanaraq ona ciddi-ciddi nəsə
deyirdi.
Bir-iki dəqiqədən sonra maşın tərpəndi. Dereksə olduğu yerdə qalaraq
onun arxasınca baxırdı.
Onun sifət ifadəsi qeyri-adi idi. Sonra o, əlacsızcasına çiyinlərini
çəkdi, köksünü ötürdü və geri çevrildi...
Qarşısında dayanmış Erkül Puaronu gördü. Adətinə zidd olaraq Derek
hirsləndi. Onlar bir- birinə baxdılar - Puaro sakit və anlaşılmaz,
Dereksə meydan oxuyurcasına. O dillənəndə səsi həmişəki kimi bir
qədər istehzalı idi.
- Yaxşı qızdır, düzdür?
- Bəli. - Puaro fikirli-fikirli söylədi. - Madmazel Ketrinə məhz bu söz
ən çox uyğun gəlir. Bu söz çox ingilissayağıdır, madmazel Ketrinin
özü də çox ingilissayağıdır.
Derek susdu.
-
Həm də çox sympathique48, elə deyilmi?
-
Bəli, - Derek söylədi, - onun kimiləri daha
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |