Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə13/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   154

38 

 

Əlbəttə, o, təbiəti öyrənmişdi, lakin onun günümüzdə alimlərin etdiyi 



kimi kimyəvi təhlillər aparmaqdan ötrü avadanlığı olmayıb. 

Sofi  hər  şeyin  əsasının  torpaq,  hava,  od,  su  olduğuna  inanıb-

inanmadığını bilmirdi. Axı bu nə demək idi? Prinsipcə 

Empedokl  haqlı  idi.  Ağlımızı  kənara  qoymadan  gözlərimizi  işlətsək, 

görərik  ki,  təbiətdə  çevrilmələrin  mövcudluğunu  qəbul  etmək  üçün 

yeganə yol vahid ilkin substansiyadan daha çox substansiya olduğunu 

qəbul etməkdir. 

Sofi  gördü  ki,  fəlsəfə  ikiqat  maraqlıdır;  çünki  buradakı  bütün 

ideyaları  məktəbdə  keçdiklərini  yada  salmağa  ehtiyac  olmadan  öz 

ağlını  işlətməklə  başa  düşmək  olur.  Fəlsəfə  öyrənə  biləcəyin  bir  şey 

deyil; - sən fəlsəfi düşünməyi öyrənə bilərsən. 

DEMOKRİT 

...dünyanın ən gözəl oyuncağı... 

Sofi  naməlum  filosofun  göndərdiyi  bütün  kağızları  şirniy- 

yatqabının  içinə  qoydu  və  qapağını  kip  örtdü.  Kolların  arasından 

sürünə-sürünə  çıxdı,  bir  müddət  ayaq  üstə  dayanıb  bağa  tamaşa  etdi. 

Dünənki  hadisəni  xatırladı.  Anası  bu  səhər  də  yemək  vaxtı  “eşq 

məktubu” deyib ona sataşmışdı. Cəld poçt qutusunun yanına yüyürdü 

ki,  dünənki  hadisə  təkrarlanmasın,  məktub  anasının  əlinə  düşməsin. 

Dalbadal iki gün eşq məktubu - ağ olacaqdı. 

Orada yenə balaca ağ zərf vardı! Sofi məktublarda bir nizam sezdi: 

hər  gün  günortadan  sonra  o,  böyük  qəhvəyi  zərf  alırdı.  Məktubu 

oxuduğu müddətdə ola bilsin ki, filosof kiçik ağ zərflə xəlvətcə poçt 

qutusuna yanaşır. 

Həə, indi Sofi onun kim olduğunu öyrənə bilərdi. Əlbəttə, əgər özü 

gətirirsə!  Sofinin  otağından  poçt  qutusu  görünürdü.  Əgər  pəncərənin 

önündə  dayansa,  sirli  filosofu  görə  bilərdi.  Axı  ağ  zərflər  göydən 

düşmür! Qərara gəldi ki, səhəri gün oralara diqqətlə göz qoysun. Sabah 

cümə  günüydü,  bütün  həftəsonu  onun  qarşısındaydı.  Otağına  qalxıb 

zərfi açdı. Bu gün bircə sual gəlmişdi, amma əvvəlki üç sualdan daha 

axmaq sual idi. Niyə leqo konstruktoru dünyada ən ağıllı oyuncaqdır? 

Əvvəla,  Sofi  əmin  deyil  ki,  dünyanın  ən  ağıllı  oyuncağı  leqo 

downloaded from KitabYurdu.org



39 

 

konstruktorudur. Bu balaca plastik oyuncaqlarla axırıncı dəfə nə vaxt, 



neçə  il  əvvəl  oynadığı  yadına  gəlmirdi.  Bundan  başqa,  fəlsəfəylə 

oyuncağın nə əlaqəsi?! 

Amma o, dərsinə hörmət edən şagird idi. Otağındakı şkafın  ən üst 

rəfinə  dırmaşdı,  cürbəcür  forma  və  ölçülərdə  leqo  konstruktorlarıyla 

dolu çantanı tapdı. 

Uzun ayrılıqdan sonra onları qarşısına töküb quraşdırmağa başladı. 

Quraşdırdıqca ağlına leqo konstruktoru haqda bəzi fakirlər gəldi. 

Onları yığmaq əcəb asandır, - düşündü. Cürbəcür olsalar da, hamısı 

bir-birinə  uyğun  gəlir.  Onları  sındırmaq  da  olmur.  Heç  yerdə  sınıq 

leqoya rast gəlməmişdi. Hamısı çox illər əvvəl alındıqları gün olduğu 

kimi təzə və parlaq görünürdü. Ən yaxşı cəhəti odur ki, leqolardan hər 

şey düzəltmək mümkündür. Sonra isə onları bir-birindən ayırmaq və 

tam başqa bir şey düzəltmək olar. 

Bir  oyuncaq  daha  neynəməliydi  ki?!  Sofi  qərara  gəldi  ki,  leqo 

həqiqətən də dünyada ən ağıllı oyuncaqdır. Amma bunun fəlsəfəyə nə 

aidiyyatı var? 

Sofi leqolardan ev düzəltdi, - artıq bacasını yığırdı. Boununa almaq 

istəməsə  də,  uşaqlığında  belə  bu  oyuncaqdan  heç  bu qədər  çox  zövq 

almamışdı.  Niyə  insanlar  böyüyəndən  sonra  daha  oyuncaqla 

oynamırlar? 

Anası evə çatıb Sofinin nə etdiyini görəndə özünü saxlaya bilmədi: 

-  Əcəbdir!  Oyun  oynayırsansa,  deməli,  çox  da  böyüməmisən, 

sevindim. 

-  Mən  oyun  oynamıram,  -  Sofi  kəskin  cavab  qaytardı,  -  çox 

mürəkkəb fəlsəfi eksperiment aparıram! 

Anası ah çəkdi. Yəqin yadına ağ dovşanla silindr şlyapa düşdü. 

Səhərisi Sofi məktəbdən qayıdanda onun üçün yenə böyük qəhvəyi 

zərf və içində bir neçə vərəq vardı. Götürüb pilləkənlə otağına qalxdı. 

Onları  oxumaqdan  özünü  saxlaya  bilmirdi,  amma  eyni  zamanda 

pəncərədən poçt qutusuna göz qoymalıydı. 

“Atom nəzəriyyəsi 

Yenə mənəm, Sofi. Bu gün sən sonuncu böyük təbiət filosofu haqda 

downloaded from KitabYurdu.org



40 

 

oxuyacaqsan. Adı Demokritdir (e.ə. 460 - 370). 



O, Egey dənizinin şimal sahilində yerləşən kiçik Abdera şəhərindən 

idi. 


Əgər leqo konstuktorları haqda suala çətinlik çəkmədən cavab verə 

bilmisənsə,  bu  filosofun  layihəsinin  nə  olduğunu  da  başa  düşməkdə 

çətinlik çəkməyəcəksən. 

Demokrit  əslində  təbiətdə  heç  nəyin  “dəyişilməməsi”  faktına  görə 

çevrilmələrin  də  mümkünsüzlüyü  məsələsində  əcdadlarıyla  razı  idi. 

Buradan  da  belə  fərziyyə  yürüdürdü  ki,  hər  şey,  hər  biri  əbədi  və 

dəyişməz  olan  xırda  gözəgörünməz  hissəciklərdən  yaradılıb.  Bu  ən 

kiçik vahidləri atomlar adlandırırdı. 

“A-tom”  sözü  “bölünməz”  deməkdir.  Demokritə  görə,  hər  şeyi 

əmələ gətirən bu ən kiçik zərrəciklər özlərindən daha kiçik hissəciklərə 

bölünmür.  Əgər  bu  mümkün  olsaydı,  onlardan  konstruktor  kimi 

istifadə  etmək  mümkün  olmazdı.  Əgər  atomlar  sonsuz  olaraq,  daha 

kiçik hissəciklərə bölünsəydi, təbiət şorba kimi daim həll oluna-oluna 

əriyib gedərdi. 

Demokritə görə, təbiətin bu ən kiçik zərrəcikləri əbədidir, ona görə 

ki,  heçlikdən  heç  nə  yarana  bilməzdi.  Bu  məsələdə  o,  Parmenid  və 

Eleylilərlə  həmfikir  idi.  Bundan  başqa  da  inanırdı  ki,  bütün  atomlar 

möhkəm  və  sərtdir.  Lakin  onların  hamısı  eyni  cür  ola  bilməz.  Əgər 

bütün  atomlar  eyni  cür  olsaydı,  oyuncaqdan  zeytun  ağacına,  keçi 

dərisinə, insan saçına qədər 

hər  şeyin  formasını  almaq  üçün  onların  necə  birləşdiyinə  dair 

qənaətbəxş bir izah tapmaq olmazdı. 

Demokrit  inanırdı  ki,  təbiət  sonsuz  sayda  müxtəlif  atomlardan 

ibarətdir, onlardan bəziləri yumru və hamar, bəziləri isə əyri-üyrüdür. 

Məhz  bu  qədər  fərqləndiklərinə  görə  də  hər  cür  əşya,  gövdə,  bədən 

əmələ gətirmək üçün birləşə bilirlər. Amma formaca və sayca nə qədər 

sonsuz olsalar da, onların hamısı əbədi, dəyişməz və bölünməzdirlər. 

Hər hansı ağac, heyvan və insan öləndən sonra tədricən parkalanır, 

atomlar dağılır və yeni bədənlərdə yenidən birləşirlər. Atomlar fəzada 

hərəkət  edirlər  və  girintili-çıxıntılı  olduqlarına  görə,  ətrafımızda 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə