Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə15/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   154

44 

 

yağmursuz idi. 



Məktubda yazılmışdı: 

Taleyə inanırsan? 

Xəstəlik tanrıların verdiyi cəzadırmı? 

Tarixin gedişini hansı qüvvə idarə edir? 

Sofi  taleyə  inanırmı?  Dəqiq  bilmirdi.  Amma  o,  taleyə  inanan  çox 

adam  tanıyırdı.  Onların  sinfində  bir  qız  həmişə  jurnallardan  ulduz 

fallarını  oxuyurdu.  Belələri  astrologiyaya  inanırlarsa,  çox  güman  ki, 

Taleyə  də  inanırlar,  çünki  astroloqlar  ulduzların  düzülüşünün  Yerdə 

yaşayan insanlara təsir göstərdiyini bildirirlər. 

Əgər qabağından keçən qara pişiyin pis əlamət olmasına inanırsansa, 

-  onda  Taleyə  inanırsan,  elədir?  Bu  haqda  düşünəndə  başqa  bir  neçə 

nümunə  də  ağlına  gəldi.  Niyə  adamlar  qulaqlarını  çəkib  taxtanı 

taqqıldadırlar? Ayın 13-ünün 

cüməyə düşməsi niyə pis gün sayılır? Sofi eşitmişdi ki, bir çox otellərdə 

13 nömrəli otaq olmur. Niyə? Ona görə ki, çox adam xürafatla yaşayır, 

batil inanclı olur. 

“Xürafat”,  “batil  inanc”.  Necə  də  qəribə  sözlərdi.  Əgər  sən 

Xristianlığa, yaxud İslama inanırsansa, buna “inanc” deyirlər. Amma 

sən astrologiyaya, yaxud ayın 13-ü - cümə gününə inanırsansa, bu batil 

inancdır! Başqalarının inancını batil adlandırmaq kimin haqqıdır? 

Hər  halda  Sofi  bir  şeyə  əmin  idi.  Demokrit  taleyə  inanmayan 

materialist idi. Yalnız atomlara və boş fəzaya inanırdı. 

Sofi digər suallar haqda fikirləşməyə cəhd etdi. 

“Xəstəlik tanrıların verdiyi  cəzadırmı?” Əlbəttə, günümüzdə  buna 

heç kəs inanmır. O an ağlına gəldi ki, əksər insanlar sağalmaq üçün dua 

edirlər,  deməli,  hansısa  dərəcədə  onlar  Tanrının  insanların  səhhəti 

üzərində gücü olduğuna inanırlar. 

Sonuncu suala cavab vermək bir qədər çətin idi. Sofi tarixin gedişini 

nəyin idarə etməsinə heç vaxt fikir verməmişdi. 

Əlbəttə,  tarixin  gedişini  insanlar  idarə  edir,  məgər  belə  deyil?  Əgər 

Tanrı və ya Tale olsaydı, insanların azad iradəsinə yer qalmazdı. 

Azad  iradə  ideyası  ağlına  gələn  kimi  Sofi  başqa  bir  şey  haqda  da 

downloaded from KitabYurdu.org



45 

 

düşündü. Axı niyə o, bu sirli filosofun onunla siçan- pişik oynamasına 



izin verir? Niyə Sofi ona məktub yaza bilmir? O, çox güman ki, gecə 

və ya sabah səhər poçt qutusuna yenə böyük bir məktub qoyacaq. Sofi 

elə  edə  bilər  ki,  filosof  məktubu  qoyanda  orada  Sofinin  hazır 

məktubunu görsün. 

Dərhal  işə  keçdi.  Heç  vaxt  görmədiyi  bir  adama  məktub  yazmaq 

çətin  idi.  O,  heç  həmin  adamın  qadın,  ya  yoxsa  kişi  olduğunu  belə, 

bilmirdi. Cavandı, ya qoca? Sirli filosof Sofinin artıq tanıdığı bir adam 

da ola bilərdi. 

Sofi yazmağa başladı: 

“Çox hörmətli filosof

Sizin fəlsəfəyə dair bu comərd kursunuzu yüksək qiymətləndiririk. 

Lakin kim olduğunuzu bilməmək bizi narahat edir. Ona görə də rica 

edirik ki, bütöv adınızı yazasınız. Əvəzində qonaqpərvərlik edərək, sizi 

evimizə qəhvə içməyə 

dəvət  edirəm,  amma  yaxşı  olardı  ki,  anam  evdə  olanda  gələsiniz.  O, 

bazar edəsindən cüməyə, səhər 7.30-dan axşamüstü 5-ə qədər işdə olur. 

Həmin  günlər  mən  məktəbdə  oluram,  dördüncü  günlərdən  başqa, 

həmişə 2.15-də qayıdıram. Özüm də, qəhvəni yaxşı hazırlayıram. 

Minnətdarlıq hiss ilə

diqqətcil tələbəniz, 

14 yaşlı Sofi Amundsen”. 

Məktubun başlığında isə yazdı: “Çılpaqfən cavablayın”. 

Sofi  gördü  ki,  məktubu  həddən  adıq  rəsmi  alındı.  Lakin  sifəti 

gözünün önündə olmayan bir adama məktub yazarkən sözləri seçmək 

çətindi.  Məktubu  çəhrayı  bir  zədə  qoydu  və  ünvan  yerində  yazdı: 

“Filosofa”. 

İndi  onu  elə  bir  yerə  qoymalıydı  ki,  anası  görməsin.  Bunun  üçün 

anasının  evə  gəlməsini  gözləyə  və  o  içəri  girəndən  sonra  məktubu 

qapıya qoya bilərdi. Səhər poçtalyon qəzetləri gətirməzdən əvvəl poçt 

qutusuna baxmağı yaddan 

çıxarmamalı idi. Həmin axşam və ya gecə boyunca ona təzə  məktub 

gəlməsə,  onda  çəhrayı  zərfi  geri  götürməliydi  ki,  poçtalyon  gələndə 

downloaded from KitabYurdu.org



46 

 

onun əlinə düşməsin. 



Niyə hər şey bu qədər mürəkkəb olmalıydı axı? 

Cümə günü olsa da, həmin axşam Sofi otağına erkən qalxdı. Anası 

onu pizza və televizorda gedən qorxulu filmlə şirnikləşdirməyə çalışsa 

da, Sofi yorğun olduğunu, sadəcə uzanıb kitab oxumaq istədiyini dedi. 

Anası  televizorun qarşısında oturan  kimi öz  məktubuyla gizlicə  poçt 

qutusunun yanına qaçdı. 

Anasının  narahat  olduğu  göz  qabağındaydı.  Ağ  dovşan  və  silindr 

şlyapa  məsələsindən  sonra  Sofiylə  bir  az  başqa  səslə  danışmağa 

başlamışdı.  O,  anasını  nigaran  qoymaq  istəmirdi,  amma  sadəcə 

pilləkənlə otağına qalxıb yuxarıdan poçt qutusuna göz qoymalıydı. 

Saat on bir ərəfəsində anası otağa gələndə Sofi pəncərənin qarşısında 

oturub yola baxırdı. 

Burda oturub gözünü poçt qutusuna zilləmisən, dur ayağa, bəsdi ora 

baxdın! - anası dedi. 

Nəyə istəsəm, baxaram! - Sofi cavab qaytardı. 

Məncə,  sən  doğrudan  aşiq  olmusan,  Sofi.  Amma  o,  sənə  məktub 

gətirəcəksə, ola bilməz ki, bunu gecəyarı eləsin. 

Uf! Sofi sevgi-məhəbbət barədə bu sentimental söhbətdən iyrəndi. 

Amma anasının buna inanması yaxşıydı. 

Bu,  sənə  ağ  dovşan  və  silindr  barədə  danışan  həmin  o  adamdı?  - 

anası soruşdu. 

Sofi başıyla təsdiqlədi. 

O, narkoman deyil, hə? 

Sofinin ürəyi yumşaldı, anasına rəhmi gəldi. İstəməzdi ki, anası belə 

narahat  olsun,  amma  kiminsə  bir  az  qeyri-adi  ideyasına  görə,  dərhal 

belə fikrə düşmək də onun təqsiri idi. 

Eh,  böyüklər  bəzən  həqiqətən  də  axmaq  olurlar.  Sofi  üzünü  anasına 

tutdu: 


Ana,  mən  sənə  bir  dəfə  və  həmişəlik  söz  verirəm,  heç  vaxt  elə 

şeylərə əl vurmayacam. O da. O, sadəcə olaraq, fəlsəfəylə maraqlanır. 

Səndən böyükdür? 

Sofi başıyla yox dedi. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə