Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə144/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   140   141   142   143   144   145   146   147   ...   154

434 

 



Deməli, sən fövqəltəbii şeylərə inanmırsan. 

- Bu barədə artıq danışdıq. “Fövqəltəbii” sözünün özü çoxmənaldı. 

Yox, mən yalnız bir təbiətin olmasına inanıram. 

Bu, özü də heyrətləndirici bir şeydi. 

Bəs mənə o kitablarda göstərdiyin sirli şeylər? 



- Əsl  filosofların  gözləri  açıq  olmalıdı.  İndiyə  qədər  heç  vaxt  ağ 

qarğa  görməsək  də,  onu  axtarmağı  dayandırmamalıyıq.  Gün  gələr, 

hətta mənim kimi skeptik də əvvəllər inanmadığı şeyləri qəbul etməli 

olar. Bu imkanı açıq saxlamasam, əsl filosof deyil, ehkamçı olaram. 

Alberto və Sofi bir müddət skamyada səssiz oturdular. Göyərçinlər 

sinələrini  qabağa  verib  gəzişir,  bəzən  bir  qəfil  hərəkətdən,  keçən 

velosipedlərdən ürkürdülər. Axırda Sofi dedi: 

Mən gedim şənliyə hazırlaşım. 



- Ayrılmazdan 

əvvəl 


sənə 

ağ 


qarğa 

göstərəcəyəm. 

Düşündüyümüzdən daha yaxındadı. 

Alberto  qalxdı,  kitab  dükanına  girdi.  Bu  dəfə  onlar  fövqəltəbii 

fenomenlərdən yazan kitabların yanından keçib dükanın dərinliyindəki 

nazik  rəflərdən  birinin  qarşısında  dayandı.  Rəfin  üzərindəki  kiçik 

lövhədə “Fəlsəfə” yazılmışdı. 

Alberto bir kitabı göstərdi, Sofi əyilib kitabın adına baxdı və ürəyi 

yerindən oynadı: “Sofinin dünyası”. 

İstəyirsən bunu sənə alım? - Alberto soruşdu. 



Nə deyəcəyimi bilmirəm. 

Bir azdan Sofi bir əlində kitab, o biri əlində şənlik üçün aldıqlarının 

olduğu kiçik çantayla evə tərəf gedirdi. 

Bağda şənlik 

...ağ qarğa... 

Hilde çarpayısına mıxlanıb oturmuşdu. Ağır qovluğu tutmaqdan əl-

qolu ağırlaşmışdı. Saat on birə iki-üç dəqiqə qalırdı. İki saatdan artıq 

oxumuşdu. Bəzən gözlərini mətndən ayırıb ucadan gülmüş, bəzənsə o 

biri böyrü üstə çevrilib doluxsunmuşdu. Yaxşı ki, evdə tək idi. Bu iki 

saatda nələr olmuşdu, nələr! Hər şey Sofinin mayorun diqqətini özünə 

cəlb etməyə çalışmasıyla başlamışdı. Axırda ağaca dırmaşmış, buradan 

downloaded from KitabYurdu.org



435 

 

onu qoruyucu mələk kimi Livandan gələn qaz Morten xilas etmişdi. 



İndi  üstündən  çox  illər  keçsə  də,  Hilde  atasının  ona  “Nil 

macəralarf’nı  oxuduğunu  unutmamışdı.  Ondan  bir  neçə  il  sonra 

atasıyla  birlikdə  özlərinə  həmin  kitabla  bağlı  gizli  dil  yaratmışdılar. 

İndi o, köhnə quş dostuyla yenidən qarşılaşırdı. 

Sonra  Sofinin  ilk  dəfə  təkbaşına  kafeyə  getməsi...  Hildeni  ən  çox 

Albertonun Sartr və Ekzistensializm haqda dedikləri təsirləndirmişdi. 

Alberto  az  qala  onu  ekzistensialist  edəcəkdi.  Baxmayaraq  ki, 

qovluqdan  əvvəl  də  buna  cəhd  etmişdi,  indi  isə  onu  demək  olar  ki, 

dəyişdirə bilmişdi. 

Bir dəfə, təxminən bir il əvvəl Hilde astrologiya haqqında bir kitab 

almışdı. Bir dəfə isə evə Taro kartlarıyla gəlmişdi. Bundan sonra isə 

spiritualizm haqda kitab almışdı. Hər dəfə atası ona mövhumat haqda 

mühazirə oxumuş, onu belə şeylərə tənqidi baxmağa çağırmışdı, amma 

son  zərbəni  indiyə  saxlayıbmış.  Görünür,  qızını  belə  şeylərə  qarşı 

hərtərəfli xəbərdar etmədən ürəyi dincəlmirdi. Tam əmin olmaq üçün 

dükandakı  televizor  ekranından  ona  əl  yelləmişdi.  Gərək  bu  qədər 

əziyyət çəkməyəydi... 

Amma  Hilde  daha  çox  Sofiylə  maraqlanırdı.  Sofi...  sən  kimsən? 

Haradan gəlirsən? Həyatıma niyə girmisən? 

Nəhayət,  Sofiyə  özü  haqda  yazılmış  kitab  verilmişdi.  Görəsən,  o 

kitabla  indi  Hildenin  əlində  olan  eyni  kitabdı?  Onun  əlindəki  kitab 

deyil, qovluq idi. Amma nə olursa olsun, adam 

özü  haqda  yazılmış  kitabın  içində  özü  haqda  kitab  görəndə  nə  hiss 

keçirər? Sofi o kitabı oxumağa başlasa, nə hiss edəcək? 

Bəs indi nə olacaq? Nə ola bilərdi? Qovluqda cəmi bir neçə səhifə 

qalmışdı. 

*** 

Sofi şəhərdən evə qayıdanda avtobusda anasıyla rastlaşdı. İlahi! İndi 



anası Sofinin əlindəki kitabı görüb nə deyəcək?! Sofi kitabı şənlik üçün 

aldığı bəzəkli kağızların və şarların olduğu çantaya dürtdü, amma kitab 

çantaya yerləşmədi. 

Salam, Sofi! Eyni avtobusa minmişik, nə gözəl! 



downloaded from KitabYurdu.org


436 

 



Salam! 

Kitab almısan? 



Yox, əslində almamışam. 

“Sofinin dünyası”... Nə maraqlı! 



Sofi yalan demək şansının olmadığını gördü. 

Alberto verdi. 



- Deməli, belə. Bu adamla görüşmək üçün səbrim çatmır artıq. Olar 

baxım? 


- Evə çatana qədər gözləmək istəmirsən? Həm də kitab mənimdi. 

- Bilirəm,  sənindi,  əlbəttə.  Sadəcə  birinci  səhifəsinə  baxıb 

qaytarıram, yaxşı? 

“Sofi  Amundsen  məktəbdən  evə  qayıdırdı.  Yolun  yarısını 

Coannayla gəzə-gəzə gəlmişdilər, söhbət robotlardan düşmüşdü...” 

Doğrudan, burada belə yazılıb? 



- Hə,  Sofi,  Müəllifin  adı  Albert  Knaq.  Yəqin  yeni  yazardı.  Yeri 

gəlmişkən, Albertonun familiyası necə idi? 

Knoks. 


- Onda  belə  çıxır  ki,  bu  qəribə  adam  sənin  haqqında  kitab  yazıb, 

təxəllüsdən istifadə edib. 

- O  deyil.  Niyə  təslim  olmursan  ki,  onsuz  da  məsələnin  nə  yerdə 

olduğunu başa düşməyəcəksən. 

- Yox,  başa  düşməyəcəyəm.  Şənliyimiz  sabahdı.  Sonra  hər  şey 

yerini alacaq. 

- Albert  Knaq  tamamilə  başqa  reallıqda  yaşayır.  Ona  görə  də  bu 

kitab ağ qarğadı. 

Dayan, bəsdi! Ağ dovşan deyildi? İndi qarğa oldu? 



Sən dayan! 

Böyük Mülklər küçəsinin sonundakı dayanacaqda enənə qədər daha 

heç nə danışmadlar. Küçədə qarşılarına bir nümayiş çıxdı. 

İlahi!  -  Elen  Amundsenin  dilindən  nida  qopdu,  -  Mən  də  biz 

tərəflərdə küçə siyasətçiləri olmur deyə sevinirdim. 

Nümayişçilərin  sayı  on-iyirmi  nəfər  olardı.  Əllərindəki  şüarlarda 

yazılmışdı: 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə