Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə146/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   142   143   144   145   146   147   148   149   ...   154

440 

 

ki,  Albertonun  hər  qüsurunu  bağışlamağa  hazır  idi.  Ad  gününün 



sahibəsi  isə  gülməyini  güclə  saxlayırdı.  Elen  Amundsen  qədəhini 

qaldırıb danışmağa başladı: 

- Hörmətli Alberto Knoks, xoş gəlmisiniz! Əziz qonaqlar, bildirmək 

istəyirəm  ki,  bu  cənab  mənim  sevgilim  deyil.  Ərim  çox  vaxt  xaricdə 

olsa da, bu aralar başqa bir sevgilim yoxdur. Bu cənab Sofinin fəlsəfə 

müəllimidi. Yəni fişəng yandırmaqdan 

başqa  məziyyətlərə  də  malik  olan  bir  insandı.  Məsələn,  qara  silindr 

papağın içindən canlı bir dovşan çıxara bilir. Yoxsa qarğa idi, Sofi? 

Alberto qalxıb “Sağ olun, sağ olun!” - deyərək əyləşdi. 

Sofinin:  “Onun  sağlığına!”  -  deməsilə  hamı  içində  Cola  olan 

qədəhləri qaldırdı. 

Uzun müddət toyuq və salatlardan yedilər. Sonra Coanna qəfildən 

yerindən qalxıb qətiyyətli addımlarla Jurgenə yanaşdı və bərkdən onun 

dodaqlarından öpdü. Jurgensə buna yaxşı cavab vermək üçün Coannanı 

çevirib masanın üstünə uzatdı. 

- İlahi, mənim halım xarablaşır! - xanım İngebriqtsen dilləndi. 

Xanım Amundsen isə yalnız bu sözləri dedi: 

Masanın üzərində olmaz axı, uşaqlar! 



Alberto ona tərəf dönüb: Niyə də yox? - soruşdu. Nə qəribə sualdı. 

Əsl filosofun sual verməsi heç vaxt qəribə deyil - bu vaxt Sofi sözə 

qarışdı. 

Bu  arada  öpüşməkdən  doymayan  bəzi  uşaqlar  toyuq  sümüklərini 

havaya  tullamağa  başladılar.  Sofinin  anası  indi  də  bu  uşaqlara  tərəf 

çevrildi: 

Xahiş edirəm, uşaqlar! Toyuq sümükləri evin damına düşər! 

Bağışlayın,  -  uşaqlardan  biri  dedi.  Bundan  sonra  sümükləri  daha 

möhkəm tullamağa başladılar. Axırda xanım Amundsen dedi: 

Nimçələri yığıb tortu kəsməyin vaxtı gəldi. 

Kim qəhvə istəyir? 

Cənab  və  xanım  İngebriqtsen,  Alberto  və  qonaqların  bir  neçəsi 

əllərini qaldırdılar. 

Sofiylə Coanna mənə kömək edə bilərlər? - Sofinin anası dedi. 

downloaded from KitabYurdu.org



441 

 

Mətbəxə gedəndə iki rəfiqə öz aralarında danışdılar: 



Jurgeni niyə öpdün? 

Dodaqlarına  baxanda  birdən  onları  öpmək  istədim.  Elə  gözəl 

görünürdülər ki! 

Heç olmasa, dadı yaxşı idi? 



Fikirləşdiyimdən bir az fərqli idi... 

Yəni birinci dəfədi öpüşürsən, hə? 



Hə, amma dəqiqdi ki, sonuncu dəfə deyil! 

Çox keçməmiş qəhvələr və pirojnalar masaya gəlmişdilər. Alberto 

uşaqlara  fişəng  paylayırdı  ki,  bu  vaxt  Sofinin  anası  qəhvə  fincanını 

qaldırdı: 

Uzun danışmayacağam. Bu gün yeganə qızımın ad günüdü. Onun 

doğulmasından on beş il, bir həftə, bir gün keçir 

və bir də belə olmayacaq. Tortun üzərində 24 qat var. Hər adama biri 

düşür. Kim tələssə, iki qat götürə bilər. Başdan başladığına görə, qatlar 

getdikcə  böyüyəcək.  Eynilə,  həyatımız  kimi.  Sofi  də  əvvəllər  balaca 

addımlarla gedirdi. İllər keçdikcə böyüdü. İndi isə bu şəhərin o başına 

gedib qayıdır. On beş yaşın mübarək, Sofi! 

Çox gözəl! - xanım İngebriqtsen dedi. 

Sofi  onun  bununla  anasınımı,  çıxışımı,  24  qatlı  tortumu  nəzərdə 

tutduğunu  bilmirdi.  Qonaqlar  alqışladılar.  Oğlanlardan  biri  armud 

ağacına  fişəng  atdı.  Coanna  ayağa  qalxıb  Jurgenin  stulunun  başını 

didişdirməyə  başladı.  Çox  keçməmiş  çəmənlikdə  uzanıb  öpüşməyə 

başladılar.  Sonra  çəmənliklə  dığırlana-dığırlana  böyürtkən  kolluğuna 

düşdülər. 

İqtisadiyyat müvəkkili: 

Günümüzdə təşəbbüsü qadınlar ələ alır, - dedi və qalxıb böyürtkən 

kolluğuna tərəf getdi. Qalanları da onun ardınca. Yalnız Alberto ilə Sofi 

masada  oturmuşdular.  Tezliklə  bütün  qonaqlar  Coanna  və  Jurgenin 

ətrafında dairəvi çəpər 

çəkmişdilər.  Onlarsa  bu  vaxt  öpüşməyi  dayandırmış,  bir-  birlərinin 

bədənlərinə toxunmağa başlamışdılar. 

Çox da qürurlu sayılmayacaq bir səslə xanım İngebriqtsen dedi: 

downloaded from KitabYurdu.org




442 

 

-  Biz heç nə edə bilmərik. 



Əri isə cavabında: 

-  Nəsi nəsli izləyir. 

Öz aləmində çox möhtəşəm olan bu sözlərə cavab almayanda əlavə 

etdi: 


Buna nə edəsən? Heç nə etmək olmaz. 

Sofi oturduğu yerdən Jurgenin Coannanın otlar yapışmış köynəyinin 

düymələrini  açmağa  çalışdığını  gördü.  Coannanın  əli  isə  Jurgenin 

şalvarının kəmərində idi. 

- Ehtiyatlı olun, uşaqlar, sizə soyuq olar! - xanım İngebriqtsen dedi. 

Sofi matı-qutu qurumuş halda Albertoya baxırdı. 

Hər  şey  təsəvvür  etdiyimdən  sürətli  gedir,  -  Alberto  dedi,  -  Tez 

buradan getməliyik. Qısa bir çıxış edib aradan çıxım. 

Bu sözlərdən sonra Sofi əl çaldı: 

- Uşaqlar, çılpaqfən gəlib yerlərinizdə oturun! Albeto çıxış edəcək. 

Coanna və Jurgendən başqa, hamı gəlib masanın arxasına keçdi. 

- Doğrudanmı  çıxış  edəcəksiniz?  Necə  də  böyük  nəzakət!  -  Elen 

Amundsen dedi. 

-Təşəkkür edirəm. 

- Gəzməkdən xoşunuz gəlir, eləmi? Adamın formada qalması üçün 

gəzmək  çox  faydalıdı.  Hələ  itlə  gəzmək  lap  xoş  olur.  İtinizin  adı 

Hermesdi, elə deyilmi? 

Alberto ayağa qalxıb qəhvə fincanını qaldırdı: 

Əziz  Sofi!  Bu,  fəlsəfi  şənlik  olduğuna  görə,  mən  də  fəlsəfi  çıxış 

etmək istəyirəm. 

Bu sözləri demişdi ki, qonaqlar onu möhkəm alqışladılar. 

Bu  hay-küylü  şənlikdə  bir  az  məntiqli  söhbətlər  etsək,  pis  olmaz. 

Amma yenə də əvvəlcə Sofinin ad gününü təbrik etmək istəyirəm, təbii 

ki. 


Alberto bu sözlərini bitirməmiş təyyarə gurultusu eşidildi. Təyyarə 

endikcə enir, lap bağın üstünə gəlirdi. Təyyarənin 

arxasından “15 yaşın mübarək!” yazılmış plakat asılmışdı. Bu daha da 

güclü alqışa səbəb oldu. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə