437
“Mayor gəlir!
“Gözəl 24 iyun yeməklərinə HƏ!”
“BMT-yə daha çox güc!””
Sofinin anasına az qala yazığı gəldi.
Çox qəribə nümayiş idi, Sofi. Absurd idi doğrudan da.
Xırda şeydi.
Dünya getdikcə sürətlə dəyişilir. Əslində çox da təəccüblənmirəm.
Təəccüblənmədiyinə təəccüblənməlisən əslində.
Qətiyyən yox. Zorakılıq nümayişi deyildi ki! Ümid edirəm, gül
kollarımızı tapdayıb tökməyiblər. Bağda nümayiş olmaz ki. Gəl tez
gedək, baxaq.
Bu, fəlsəfi nümayiş idi, ana. Əsl filosoflar gül kollarını tapdamazlar.
Gör, nə deyirəm, Sofi. Mən bu gün əsl filosofların olmasına
inanmıram. Bizim dövrümüzdə hər şey sintetikdi, sünidi.
Günortadan axşama qədər hazırlıq gördülər. Ertəsi gün süfrəni
bəzədilər. Coanna onlara baş çəkməyə gəldi.
Pis xəbər! - dedi. - Anamla atam da gəlirlər. Sənin təqsirindi, Sofi!
Qonaqların gəlməsinə yarım saat qalmış hər şey hazır idi. Ağaclar
bəzəkli kağızlar və yapon fanarlarıyla bəzədilmişdi. Bağın
darvazasından, giriş cığırındakı ağaclardan, evin önündən şarlar
asmışdılar. Axşam neçə saat Sofiylə Coanna
onları üfürmüşdülər. Masada toyuq, salat, cürbəcür ev çörəkləri
düzülmüşdü. Kişmişli peçenyelər və kremli pirojnalar, Danimarka
tortu, şokoladlı keks mətbəxdə idi. Masanın tən ortasına badamlı,
piramidaşəkilli ad günü tortunu yerləşdirmişdilər. Tortun başında
kilsəyə qəbul mərasimi əlbisəsində bir qız fiquru vardı. Anası onu əmin
etmişdi ki, bu, sadəcə on beş yaşlı bir qızın rəmzi kimi də başa düşülə
bilər, amma Sofi əmin idi ki, anası bunu onun kilsəyə girib-girməmək
məsələsində hələ qərarlı olmadığını dediyinə görə, qəsdən qoyub.
Anası bu torta baxanda sanki Sofinin kilsəyə qəbul mərasimini görürdü.
Şənlik başlamazdan əvvəlki yarım saatda anası bir neçə dəfə “Heç
bir xərcdən qaçmadıq” demişdi.
Qonaqlar gəlməyə başladı. Əvvəl Sofinin sinif yoldaşları olan qızlar
downloaded from KitabYurdu.org
438
gəldilər, yay köynəkləri, nazik jaketlər, uzun ətəklər geyinmiş,
gözlərinə yüngülvari sürmə çəkmişdilər. Bir azdan utancaqlıq və
özündənrazılıq hissləri bir-birinə qarışmış Ceremi və David
göründülər...
- Ad günün mübarək!
- Deməli, sən də böyüdün!
Sofi Coanna və Cereminin indidən mənalı-mənalı bir- birlərinə
baxdıqlarını gördü. Hava belə şeylərin havası idi. İyunun 24-ü idi.
Hərə bir hədiyyə ilə gəlmişdi. Bunun fəlsəfi şənlik olduğunu
bildiklərindən, çoxu gəlməzdən əvvəl fəlsəfənin nə olduğu ilə
maraqlanmışdı. Heç də hamısı fəlsəfi hədiyyə tapa bilmədiyindən,
açıqcalara fəlsəfi bir şey yazmağa çalışmışdılar. Hədiyyələrin arasında
üstünə “Mənim şəxsi fəlsəfi fikirlərim” yazılmış kilidli bir gündəlik
qeyd dəftəri də vardı.
Qonaqlar gəldikcə onlara uzun ayaqlı şərab badələrində alma suyu
verilirdi. Qulluğu Sofinin anası edirdi.
“Xoş gəlmisiniz... Bəs bu cavan oğlanın adı nədi? Deyəsən, səni
əvvəllər görməmişəm. Sesil, gəldiyinə görə, sevindim...”
Hamı bağda yerini tutmuş, əllərində alma şirəsi ilə ağacların altında
gəzişirdi ki, darvazanın qarşısında ağ “Mercedes” dayandı, içindən
Coannanın ata-anası düşdü. Cənab iqtisadiyyat müvəkili lap qutu kimi
düzgün boz kostyum
geyinmişdi. Xanım isə tünd qırmızı qaşlarla bəzədilmiş qırmızı köynək
və şalvarda idi. Sofi bu qadının əynində bu geyim olan barbi gəlinciyi
aldığına, sonra da gəlinciyi dərzisinə apararaq bu geyimin eynisini
onun üçün tikməsini istədiyinə əmin idi. Ya da gəlinciyi cənab
iqtisadiyyat müvəkkili almış, onu bir cadugərə verərək gəlincikdən
canlı qadın düzəltməsini istəmişdi. Realist olmadığından, Sofi dərhal
bu ehtimalı rədd etdi.
Cütlük gənclərin heyran baxışları arasında “Mercedeslərindən enib
bağa girdi. İngebriqtsen ailəsinin nazik, uzun bir paketdəki hədiyyəsini
Sofiyə təqdim edən isə iqtisadiyyat müvəkkili oldu. Sofi hədiyyəni
görəndə özünü güclə saxladı; bəli, bu, Barbi gəlinciyi idi. Coanna
downloaded from KitabYurdu.org
439
hirsləndi:
Dəli olmusunuz? Sofi gəlinciklə oynayan deyil!
Paltarındakı qaşlarla işıl-işıl parıldayan xanım İngebritsen
yaxınlaşaraq:
- Ola bilər, amma əzizim, bu, sadəcə bəzək kimi də istifadə oluna
bilər, - deyə cavab verdi.
Sofi vəziyyəti yumşaltmağa çalışaraq dedi:
- Çox sağ olun! Artıq mən də Barbi gəlinciyi kolleksiyası yığaram.
Qonaqlar artıq masanın ətrafına yığışmağa başlamışdılar. Səsindəki
təlaşı gizlətməyə çalışan Sofinin anası dedi:
-
Təkcə Alberto qaldı.
Bu xüsusi qonağın şöhrəti qonaqlar arasında çoxdan yayılmışdı.
-
Gələcəyəm deyibsə, gələcək, - Sofi dilləndi.
-
O gəlməmiş əyləşə bilmərik?..
-
Təbii ki, bilərsiniz. Buyurun!
Elen Amundsen qonaqları bir-bir masadakı yerlərinə ötürməyə
başladı. Sofiylə özünün arasında bir boş stul saxladı. Yemək haqqında,
gözəl hava haqqında və Sofinin artıq gənc xanım olması haqqında
sözlər dedi.
Masada yarım saata yaxın oturmuşdular ki, Böyük Mülklər
küçəsindən çıxıb bağın darvazasından içəri qara top saqqallı, başında
beret olan, orta yaşlı bir adam girdi. Əlində on beş qızılgüldən ibarət
buket vardı.
Alberto!
Sofi masadan qalxıb Albertonun qabağına yüyürdü. Boynuna sarıldı
və buketi aldı. O da bu qarşılanma mərasiminə cavab olaraq, ciblərini
axtarırdı; axırda cibindən bir neçə fişəng çıxarıb ətrafına atdı. Masaya
yaxınlaşanda 24 laylı ad günü tortunun üstünə ulduz kimi qığılcımlar
saçan bir fişəng yerləşdirdi və Sofiylə anasının arasındakı boş stulda
oturdu.
Burada olduğuma görə, çox xoşbəxtəm, - dedi.
Qonaqlar çaşıb qalmışdılar. Xanım İngebriqtsen mənalı- mənalı
ərinə baxdı. Sofinin anası isə Albertonun ortalığa çıxmasına elə şad idi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |