Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə153/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   146   147   148   149   150   151   152   153   154

461 

 

Sofi: 



- Bjerklini necə tapacağıq? - soruşdu. 

- Axtarmalıyıq. Mayorun evindəki rəsm yadındadı? 

- Hə, tələsək. O gəlməmiş çatmaq istəyirəm. 

Maşınla  gah  dar  ara  küçələrdən,  gah  da  geniş  asfalt  yollardan 

keçdilər. Onu yaxşı bilirdilər ki, Bjerkli dəniz qırağındadı. Birdən Sofi 

qışqırdı: 

Tapdıq! Tapdıq! 



Məncə də. Amma nə olursa olsun, belə qışqırmamalısan. 

Yaxşı, amma onsuz da bizi heç kəs eşitmir. 



- Əziz Sofi. Belə uzun bir fəlsəfə kursundan sonra hələ də belə tez 

nəticə çıxarmağın açığı, məni təəccübləndirir. 

Amma... 


- Ətrafımızda  heç  bir  ədəbi  qəhrəman,  pəri,  meşə  nimfaları  və  s. 

olmadığına əminsən? 

Hə, haqlısan. Bağışla. 



Maşınla  bağın  qapısından  ötüb  evin  qarşısındakı  yoxuşu  ötdülər. 

Alberto  maşını  bağdakı  yelləncəyin  yanında  saxladı.  Yaxınlıqdakı 

masanın üzərində üç adamlıq süfrə açılmışdı. 

Onu görürəm! Yuxumdakı kimi sahildə oturub, - Sofi pıçıldadı. 

- Bu  bağın  sizin  Böyük  Mülklər  küçəsindəki  evinizin  bağına  necə 

oxşadığını görürsən? 

Hə. Yelləncək-filan. Olar yanına gedim? 



Olar. Mən burada otururam... 

Sofi  qaça-qaça  Hildenin  yanına  getdi.  Hildeni  qucaqlamaq  istədi, 

amma sadəcə yanında oturdu. Hilde bir qayığın ipiylə  oynayırdı. Sol 

əlində  bir  kağız  vardı.  Tez-tez  saatına  baxmağından  adam  gözlədiyi 

bilinirdi. 

Sofi onun çox gözəl olduğunu düşündü. Saçları qıvrım, gözləri yaşıl 

idi. Sarı sarafan geyinmişdi. Sofi onu bir az Coannaya bənzətdi. Xeyri 

olmayacağını bilsə də, dedi: 

Hilde! Mənəm - Sofi! 

Hilde heç bir reaksiya vermədi. Qulaqlarının içinə çığırdı: 

downloaded from KitabYurdu.org




462 

 

Məni eşidirsən? Korsan, karsan? 



Hilde gözlərini bir az geniş açdı, ya açmadı?! Bəlkə yavaş da olsa, 

səs eşitmişdi? 

Hilde  dönüb  ətrafa  baxdı,  sonra  başını  sağa  çevirib  Sofinin 

gözlərinin içinə baxdı. Baxışları Sofini görmür, sanki onu dəlib keçirdi. 

O  qədər  ucadan  çığırma,  Sofi!  -  deyə  Alberto  qırmızı  maşının 

içindən səsləndi. - İstəmirəm pərilər bağa dolsun. 

Bir azdan kişi səsi gəldi: 

Hilde! 


Bu,  uniformalı,  mavi  beretli  mayor  idi.  Bağın  yuxarı  başında  idi. 

Hilde ayağa qalxıb onun yanına yüyürdü. 

Yelləncəklə qırmızı maşının arasında görüşüb qucaqlaşdılar. 

*** 


Bayaqdan  Hilde  qayıqların  yanında  oturub  atasını  gözləyirdi. 

Kastrupa  enəndən  bəri  hər  beş  dəqiqədənbir  onu  düşünmüş,  harada 

olduğunu,  başına  gələnləri  necə  qarşıladığını  fikirləşmişdi.  Bütün 

saatları əlindəki kağıza qeyd etmişdi. 

Bəlkə  atası  hirslənib?  Amma  ola  bilməz  ki,  qızına  əsrarəngiz  bir 

kitab  yazsın,  sonra  da  hər  şey  əvvəlki  kimi  olsun.  Yenidən  saatına 

baxdı. İndi 11-ə on beş dəqiqə işləyirdi. Hər an çata bilərdi. 

Bu  nə  idi?  Eynilə  Sofini  gördüyü  yuxudakı  kimi,  kiminsə  xəfif 

nəfəsini duydu. Orada nə isə var idi. Amma nə? 

Bəlkə  yay  axşamının  təsiridi?  Bir  neçə  saniyəlik  qulağına  səslər 

gəlməsindən qorxdu. 

Hilde! 


Dönüb  səs  gələn  tərəfə  baxdı.  Atası  idi!  Bağın  yuxarı  başında 

dayanmışdı.  Qalxıb  atasının  yanına  yüyürdü.  Yelləncəyin  yanında 

görüşdülər.  Atası  onu  qucağına  götürüb  yuxarı  qaldırdı,  dəfələrcə 

havada fırlatdı. 

Hilde ağlamağa başlamış, atasının da gözləri dolmuşdu. 

-  Əməlli-başlı yetkinləşibsən, Hilde! 

-  Sən də əsl yazıçı olubsan! 

Hilde gözlərinin yaşını sildi: 

downloaded from KitabYurdu.org



463 

 

-  Əvəz-əvəz olduq deyə bilərik? 



-  Olduq. 

Masanın  arxasına  keçdilər.  Əvvəlcə  Hilde  Kastrupdan  bu  yana 

atasının  başına  gələnləri  dəqiqləşdirdi.  Atası  danışdıqca  şaqqanaq 

çəkdilər. 

-  Kafedəki məktubumu görmədin? 

- Oturub yeməyə imkan olmadı ki. Ay səni! Ona görə də indi acından 

ölürəm. 

Yazıq ata! 



Hinduşqa da uydurma idi? 

Yox-yox! Hər şey hazırdı. İndi anam gətirir. 



Sonra qovluğun üstünə gəldilər, Albertodan, Sofidən 

danışdılar. Çox keçməmiş anası hinduşqa, Valdorf salatı, bir şüşə ağ 

şərab və Hildenin bişirdiyi çörəyi gətirdilər. Atası Platon haqqında nə 

isə danışmağa başlayanda Hilde qəfildən onun sözünü kəsdi: 

Sss... 

Nə oldu? 



Eşitmədin? Nəsə ciyilti gəldi. 

Yoox. 


Amma mən aydın eşitdim. Yəqin siçan idi. 

Anası o biri şərabı gətirməyə gedəndə atası dedi: 

Amma fəlsəfə kursu hələ tam bitməyib. 

Bitməyib? 

Bu gecə sənə kainat haqqında danışacağam. 

Yeməyə başlamamış Albert arvadına dedi: “Hildenin daha dizimin 

üstündə oturmaq yaşı keçdi, böyüdü. Sənsə yox!” 

Mariti qolundan tutub dizinin üstündə oturtdu. Bir az belə keçdi. 

Qəribədi, tezliklə qırx yaşın olacaq... - Albert dedi. 

*** 


Hilde atasının yanına qaçanda Sofi gözlərinin dolduğunu hiss etdi. 

Əli Hildeyə heç vaxt çatmayacaqdı! Hildeyə qibtə elədi, çünki o, ətdən, 

qandan, sümükdən olan əsl insan idi. Hildeylə mayor masanın arxasına 

keçəndə Alberto maşının siqnalını basdı. 

downloaded from KitabYurdu.org



464 

 

Sofi yuxarı baxdı. Hilde də baxmadımı?! 



Sofi Albertonun yanına yüyürüb maşındakı yerinə tullandı. 

Bir az burada oturub baxaq görək nə olur, - Alberto dedi. 



Sofi başını tərpətdi. 

Ağlayırdın? 



Sofi yenə başını tərpətdi. 

Niyə, nə oldu ki? 

Hildenin  bəxti  gətirib,  əsl  insandı.  Böyüyüb  əsl  qadın  olacaq. 

Uşaqları da olacaq, əlbəttə... 

Nəvələri  də,  Sofi.  Amma  hər  şeyin  iki  tərəfi  var.  Kursumuz 

başlayanda sənə bunu öyrətməyə çalışmışdım. 

Nəyi? 

Onun bəxti gətirib, razıyam. Amma həyatın yarısı ölüm olduğundan 



həyatı yaşayan ölümü də yaşayacaq. 

Əsil  həyat  yaşayıb  ölmək  əməlli-başlı  yaşamayıb  heç  vaxt 

ölməməkdən daha yaxşı deyilmi? 

Biz Hilde kimi, mayor kimi yaşaya bilmərik. Amma o biri tərəfdən

biz heç vaxt ölməyəcəyik. Meşədəki qadının dedikləri yadında deyil? 

Biz gözəgörünməzlərik. Qadın iki yüz yaşı olduğunu demişdi. Orada 

mindən çox yaşı olan surətlər də vardı. 

Bəlkə də daha çox Hildenin sahib olduğu bu şeyə... bu ailə həyatına 

qibtə edirəm. 

Sənin də öz ailən var. Pişiyin, iki quşun, tısbağan var. 

Amma biz o gerçəkliyi tərk etməmişik? 

Yox! Bu gerçəkliyi tərk edən yalnız mayordu. O, nöqtəsini qoydu və 

bizi bir də tapa bilməyəcək. 

- Yəni geri dönə bilərik? 

-  İstədiyimiz  vaxt.  Amma  əvvəlcə  “Sinderella”  kafesinin 

arxasındakı yeni dostlarımızın yanına gedəcəyik. 

Moller  Knaq  ailəsi  yeməyə  başlamışdı.  Sofi  bir  anlıq  bu  yemək 

məclisinin  də  Böyük  Mülklər  küçəsindəki  fəlsəfi  şənlik  kimi 

olacağından qorxdu. Bir anlıq mayor Mariti qucağından salmaq kimi 

hərəkət etdi, amma yox, onu yenidən qucağında oturtdu. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə