Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

50 
 
qoyularsa,  üç  əsrə  yaxın  bir  keçmişi  olan  rəmzi  Masonluğun  özünə 
xas  prinsipləri  olmasaydı,  bu  günə  qədər  mövcud  ola  bilərdimi 
deyənlərə  qarşı,  elmə  və  fəlsəfəyə  dayanan  fikirləri  vardır 
Masonluğun... Ancaq Masonluğun elm və fəlsəfəsi dəyişməz deyildir. 
Məlum  olduğu  kimi,  elm  hələ  son  əsrdə  inkişaf  etmişdir.  Fəlsəfə  də 
eyni xüsusiyyətə malikdir. 
Buna  uyğun  bütün  insanlara  şamil,  sülh  və  səadət  yuvası  olacaq 
idealı  və  insanlıq  məbədini  qurmağı  düşünən,  özünə  gəlmək  üçün 
nəfsinə nəzarət edərək ruhunu təmizləyib, tərbiyə etməyi hədəfə alan, 
səhvləri  əvvəlcə  özündə  axtarıb  təlqin  edən,  fanatizm  və  batildən, 
xurafat  və  xəyallardan  azad  olmasının  vacibliyini  başda  tutan, 
səmimiyyət və təvazökarlığın səhvlərinin etirafım öndə tutan, elm və 
fənnə söykənərək təbiəti araşdırmağı, davamlı işləməyi tövsiyə edən, 
ağıl,  hikmət  və  təmkinlik  ilə  birləşdirən  gücü  məqbul  sayan, 
tolerantlıq,  xəbərdarlıq  və  tənqidə  yer  verən  Masonluq,  saysız-
hesabsız sistemlər və ya nəzəriyyələr və prinsiplər birliyidir. 
Masonluğun  işləri  sırasında  istifadə  etdikləri  Mərasimdəkilər 
(mərasim rəhbəri) bəzi ifadələrdə; 
“Ağıl bizə özümüzü tanıtsın”. 
“Burada həqiqət tam bir azadlıq içində araşdırılır və açıqlanır”. 
“Ağıl,  iradə  və  duyğular  ilə  bunları  ətraf  aləmlə  təmasa  gətirən 
duyğular  və  bizdən  əvvəlki  nəsillərin  öz  paylarını  verdikləri  elm  və 
sənət  sahələri,  bütün  bunların  hamısı  həqiqətə  çatmaq  üçün  bir 
pillədən ibarətdir”. 
“Ağıl bizə yol göstərsin”. 
downloaded from KitabYurdu.org


“İrəliləmənin birinci şərti özünü tanımaqdır”. 
“Mənliyə  hakimiyyət  ağılla  olur.  Nə  xoşbəxt  ağlını  özünə  lider 
seçənlərə” deyilir. 
Masonluqda simvollar üzərində açıqlamalar ilə əlaqədar sözlər çox 
açıq  və  aydın  şəkildə  özünəxas  bir  fəlsəfi  fikrin  yaranmasını 
vurğulayar. 

- Qarşılaşdırma 
Fəlsəfə ilə Masonluğun qarşılaşdınlmasında tətbiq olunacaq metod, 
Masonik fikirlərlə fəlsəfi düşüncənin ayırdetmə üsulu olmalıdır. 
“Özünü bil!” sözü Sokrata aid sözdür. Bunun Masonluqda qarşılığı 
isə  yetkinləşmə  və  ya  kamilləşmədir.  Çünki  Sokrata  görə  ancaq 
“məlumat  fəzilətdir”,  məlumatlı  şəxs  ləyaqətli  şəxsdir,  bunun  ən 
mükəmməl şəkli də özünü tanımaqdır. 
Həqiqət  anlayışı  ilə  varlıq  anlayışı  arasında  qarşılıqlı  bir  əlaqə 
vardır; çünki düşüncədə ortaya çıxan mücərrəd və konkret anlayışlar, 
obyektlərin  özünə  uyğunluğunu  qarşısına  məqsəd  qoyar.  Ümumi  bir 
təriflə  həqiqətin  araşdırılmasına  gedən  məlumatlar  vasitə  olur. 
Həqiqət  həm  fəlsəfə,  həm  də  Masonluqda  daima  bir  araşdırma 
mövzusu  olub,  hər  kəs  içində  də  əsla  çatılmayacaq  bir  nöqtədir.  Bu 
səbəblə  heç  bir  fəlsəfi  fikir  tam  və  mükəmməl  olmadığı  kimi, 
Masonluq peşəsində də kamala, mükəmməlliyə çatmaq olmaz. 
Düşüncə  fəlsəfədə  sərbəst  ola  bildiyi  halda,  Masonik  düşüncədə 
sərbəstliyin  asılı  bir  xüsusiyyəti  vardır.  Bu  baxımdan  Masonluqda, 
düşünməkdən çox qəbul edilən hadisələri anlamaq fikri hakimdir. 
“Anlamaq, bir şeyi, bir vəziyyəti, hər hansı bir niyyəti, bir sevinci, 
downloaded from KitabYurdu.org


52 
 
bir acını, hər hansı bir fəlsəfə mətnini bilavasitə 
bilməkdir”. 
“Sevmək üçün başa düşmək, başa düşmək üçün sevmək şərtdir”.38 
Masonlar  ayinlərindəki  məlumatlan  başa  düşmək  üçün  yol 
göstərər;  bunların  bəlli  hədlər  daxilində  şərh  olunmasında  Mason 
sərbəstdir. 
Albert  Pikenin  “insanlar  hər  gün  bir  az  daha  sərbəst  olur,  çünki 
insanın  azadlığı  onun  sağlam  düşüncəsindədir”  deyimi,  ağılla  aydın 
anlamaq ilə bərabər  anlamı ifadə edir. Bunun üçün Masonik həyatda 
həqiqətin araşdırılmasında ağıl daima yol göstərir. 
Bu  etibarla  fəlsəfədəki  həqiqət  olan  məlumatın  dəqiqliyinə  qarşı 
Masonik  düşüncədə  ”Mənə  görəlik”  hakimdir.  İndi  Masonluqdakı 
azadlıq  bu  “mənə  görəlik”  xüsusiyyətində  bir  müstəqillik  və 
tolerantlıq bu səbəblə Masonluğun əsas prinsiplərindəndir. 

- Nəticə 
Geniş  bir  bucaqdan  baxıldığında  fəlsəfi  düşüncə  ilə  Masonluğun 
sanki bir-birinə yaxın olduğu görünür. Fəqət bu 
fəlsəfənin  içində  Masonik  düşüncələrin  deyil,  ancaq  Masonik 
düşüncələr içində fəlsəfi fikirlərin varlığını göstərən bir yaxınlıqdır. 
Fəlsəfə  anlayışlar  şərhi  başa  düşüldüyü  kimi,  Masonluqda  da 
simvollar  şərh  edilir.  Bu  şərhlər  fəlsəfədə  olduğu  kimi  tam  azad 
formada  deyil,  ənənəvi  bir  formadadır.  Ancaq  informasiya  vacibliyi, 
ağlın  rəhbərliyi  və  həqiqətin  araşdırılması  ilə  yetkinləşərək  ideal  bir 
insan  yaratmaq  üçün  sıralanan  nəsihətlərə  görə  normativ  bir  quruluş 
formasmdakı  fəlsəfə  intizamlarının  daxilində  olan  əxlaq  fəlsəfəsi  ilə 
downloaded from KitabYurdu.org


əlaqəsi  daha  diqqətə  çarpandır.  Ümumiyyətlə,  fəlsəfədə  kainatı  və 
özünü  mühakimə  etmək  filosofun  xüsusiyyətidir.  Həm  də  mühakimə 
etməklə yanaşı, dəyişdirmək də onun məqsəddir. Masonluq sənətində, 
usta-şagird təlimində əsl mənada usta olan Mason çevrəsini və özünü 
hər zaman (din və siyasət xaricində) mühakimə edər. 
Ağılın bir məhsulu olan düşüncə və bunun ifadə olunan şəkli fikir 
və söz azadlığı, bu baxımdan Masonik işlərin icra edildiyi Lojalardakı 
qədər mükəmməl bir mühiti heç bir zaman
heç  bir  yerdə  tapmamışdır.  Düşüncə  tarixi  mühafizəkar  ətrafın,  batil 
fikirlərin,  sərbəst  düşüncə,  elmi  və  fəlsəfi  fikirlər  ilə  vuruşduğu  bir 
arena  olmasına  qarşı,  Masonluqda  “azad  fikirlərin  sərbəst  söylənə 
bildiyi yeganə mühit” mövcuddur. Bu mühit isə bilindiyi kimi sevgi, 
tolerantlıq  və  qardaşlıq  ilə  meydana  gəlir.  Sevgi,  tolerantlıq  və 
qardaşlığın gündəlik yaşamına fərdi təsir etməsi və özünü fərd olaraq 
buna  inandırması  baxımından  Masonluq  fəlsəfi  intizam,  fəlsəfi  bir 
nəzəriyyə  deyil,  bir  yaşam  tərzidir,  dünyaya  baxış  formasıdır.  İnsan 
gündəlik  həyatında  bu  yaşam  tərzini  bütün  fikir  və  hərəkətlərinə 
uyğunlaşdırdığı nisbətdə Mason olur. 
Nəticə olaraq, hər kəsin bildiyi kimi fəlsəfə elminin məşğul olduğu 
mövzular  arasında  Masonluq  yoxdur.  Ancaq  bəllidir  ki,  hər  insanın, 
hər quruluşun, hər birliyin özünəməxsus fəlsəfəsi vardır. Yəni, fəlsəfə 
elmində  Masonluq  yoxdur,  amma  Masonluğun  özünəməxsus  bir 
fəlsəfəsi vardır. 
37  Georges Politzer - Fəlsəfənin əsas prinsipləri 
38  Prof. Dr. Takiyəddin Mengüşoğlu - Fəlsəfəyə giri 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə