Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   2   3   4   5   6   7   8   9   ...   30


 
üçəmliyini  müəyyən  edən  oxşarlıqları  vardır.  Sirr  olaraq  tanınan  iş 
bunlardan biridir. Buna peşə sirri deyərlər. Bunların sənətə qatılacaq 
peşə  sahəsində  yetişmələri,  inkişaf  etməkləri  və  cəmiyyətə  yararlı 
olmaqları üçün məxsusi qaydaları vardır. 
Şagirdlik, usta köməkçisi və ustadlıq buna görə də nəzarətə alınmış 
(intizam altına alınmış, yəni - ciddi bir rejimdə saxlanılmış və ya ciddi 
nizam-intizama alınmış) və ciddi nizam- intizamlı davranış sayəsində 
illərdir  ki,  hələ  bu  gün  də  təriflədiyimiz  bir  təşkilat  meydana 
gəlmişdir.  Fütüv-  vətnamələrdəs,  Melameti  nümayəndələrində, 
Əxilərdə tətbiq 
olunan  kəmər  (şed)6  bağlama,  şagird  olmaq,  usta  köməkçisi  olmaq, 
Ustad  olmaq  deyimləri,  mərasimləri,  adətləri  hər  zaman  bu  ciddi 
nizamlı təşkilatın içərisindədir. 
Masonluğun  idealı  həqiqəti  axtarmaqdır.  Masonluq  heç  bir 
nəzəriyyəni son və qəti olaraq qəbul etməz. Səbəbi sadədir. Çünki hər 
araşdırmada  tapılanlar  həqiqətə  çatmağa  yardımçı  olur.  Bu  etibarla, 
yeni  işlərlə  yeni  fikirlərə  çatmaq  mümkündür.  Masonluğun  mənşəyi 
haqqında  ərz  edilən  nüanslar  geniş  bir  araşdırma  ilə  bərabər  şəxsi 
fikrimizi ifadə edir. 
İndi isə, keçmişlə  əlaqəli fikirləri kənara qoyub  Masonluq nədir  - 
nə deyil məsələsinə gələk... 
Masonluq Dinsizlik Deyildir 
Masonluğa  qəbul  olunacaq  namizədlər  haqqında  araşdırmalar 
apanlarkən, namizədin Allaha inancının tam olmasına, fikir və vicdan 
azadlığına sahib olmasına xüsusilə diqqət yetirilir. 
downloaded from KitabYurdu.org


Bu  xüsusiyyətlərə  sahib  olmayan  şəxsləri  Masonlar  öz  aralanna 
almazlar. Qəti olaraq söyləmək lazımdır ki, Allahı inkar edən şəxsləri 
Masonluq rədd edər. Çünki Masonlar fikir 
və  etiqad  sahibi  olmayan  şəxslərin  insanlığa  yararlı  olmayacaqlarına 
və ümumi həmrəyliyə qatılmayacaqlanna inanırlar. 
Dinlərin,  etiqadlann,  fikirlərin  hamısı  Masonluğun  tolerantlığı? 
daxilində  dəyərləndirilir.  Yetər  ki,  bunlarla  əxlaqa  zidd  bir  şey 
öyrədilməsin, onlar yaxşı niyyət sahibi olsunlar. 
Masonluq Milli Birlik Pozuculuğu Deyildir 
İstər  öz  yurdumuzda,  istərsə  də  kənarda,  heç  bir  dövrdə  heç  bir 
Mason 
mənsub 
olduğu  dövlətin  milli  birliyini  pozmağa 
çalışmamışdır.  Aparılan  araşdırmalar,  əksinə,  həqiqi  Masonlarm 
daima  milli  birliyi  yaratmaq,  yaşatmaq  və  gücləndirmək  sahəsində 
çalışdıqlarını  göstərir.  Məsələn,  Kayser  Wilhelm,  böyük  Frederick, 
Napoleon,  George  Washington,  Çan-Kay-Şek,  Bolivar,  Juarez,  Diaz 
kimi  dövlət  başçıları;  Danton,  La  Fayette,  Marat,  Mirabeau, 
Robespierre,  La  Rochefoucauld,  Talleyrand,  Churchill,  Amiral 
Nelson,  General  Wellington  kimi  dövlət  adamları  üçün  hər  hansı  bir 
şəxsin  onlara  milli  birliyi  pozan  deyəcəyini  sanmırıq.  Türkiyədə  isə, 
Padşah V. Murad, Sədrəzəm Qoca Mustafa Rəşid Paşa
Keçicizadə  Fuad  Paşa,  Əli  Paşa,  Mithat  Paşa,  Əhməd  Vefik  Paşa, 
Ethem  Paşa  və  Talat  Paşa,  Bəhriyyə  Naziri  Camal  Paşa,  Azadlıq 
qəhrəmanı  Resnəli  Niyazi,  Kazım  Özalp,  Şükrü  Qaya,  Qumbaracı 
Əhmət Paşa, Plevne qəhrəmanı Qazi Osman Paşa, Namiq Kamal, şair 
Ziya  Paşa,  Mehmed  Emin  Yurdakul,  Riza  Tevfik,  Ziya  Göyalp 
downloaded from KitabYurdu.org



 
vətənsevərlikləri,  fədakarlıqları  münaqişə  edilməyəcək  böyük 
şəxslərdir.  Amerika  Birləşmiş  dövlətlərində  azadlıq  bəyannaməsini 
imzalayan 56 nəfərdən 53-ü, ilk qurucu məclislərinin 55 üzvündən 50-
si,  ilk  qurulan  13  birləşmiş  dövlətlərin  qubernatorlarının  hamısı 
Masondur. 
Bildiyimiz kimi, Masonluğun əsas prinsiplərindən biri belədir: 
Masonlar  -  bir  Mason  və  bir  vətəndaş  olaraq,  ölkələrinin  qayda-
qanunlarına  riayət  etmək,  vətənlərinə  şərəflə  xidmət  etmək 
məcburiyyətindədirlər. 
Hər Mason vətəninə sədaqətlə bağlıdır. Onlar ölkəsinin faydalarını, 
müstəqillik  və  azadlıqlarını,  dirlik  və  nizamlılığım  (qanunlarını) 
qorumağı, müqəddəs bir vəzifə bilirlər. 
Masonluq Gizli Bir Təriqət Deyildir 
Masonluq  gizli  və  söz  mənasında  bir  təriqət  deyildir.  Türkiyədə 
Masonlar  Dövlətin  qanunlarına  uyğun  olaraq  qurulmuş  və 
qeydiyyatdan  keçən  dərnəyin  üzvləridir.  Masonluq  dini  məsələlərin 
müzakirə edilməsinə qanşmaz. Hər kəsin bəyəndiyi dini qənaətə sahib 
olmaqda  azadlıq  və  sərbəstlik  qəbul  edir.  Əgər  Masonluq  bir  təriqət 
olsaydı,  Şeyxülislam  Mustafa  Xeyri  və  Musa  Kazım  əfəndilər, 
Müdərris  Mahmud  Esat  əfəndi  Masonluğa  girərdimi,  tanınmış  türk 
Masonları arasında yer alardımı? 
Masonluq Kökü Bayırda Olan Bir Cəmiyyət də 
Deyildir 
Türkiyədə  Mason  dərnəyi,  digər  ölkələrdəki  Mason  dərnəkləri  ilə 
eyni qayə və idealla birləşir. Təşkilat bu səbəbdən universaldır. Ancaq 
downloaded from KitabYurdu.org


öz  ölkəsində  müstəqil  və  milli  müəssisədir.  Bu  universallığı  əsas 
götürərək  Masonluğun  kökü  bayırdadır  demək  səhv  olar:  Məsələn, 
başqa ölkələrdə bənzərləri var və eyni qayəni daşıyırlar deyə heç Qızıl 
Ayparanın  kökü  kənardadır  deyə  bilərikmi?  Aynca,  Türkiyədəki 
Mason dərnəyinin xarici ölkələrdəki Mason dərnəkləri ilə əlaqəsinin 
Daxili  İşlər  Nazirliyinin  icazəsi  ilə  aparıldığı  məlumdur. 
Universallıqları,  Masonlann  heç  bir  yerdə  öz  məmləkətlərinin 
iddiasına  və  milli  qanunlanna  xəyanətə  sövq  edəcək  mənasında 
deyildir. 
O Halda Masonluq Nədir? 
Bir  sənəti  olan,  operativ  Masonlann  arasına  qatılan  və  gedərək 
operativ sənəti ilə əlaqəsi qalmayan spekulyaktiv Masonluq: 

Bir-birini qardaş sayan, təmiz əxlaqlı insanlar birliyidir. 
- Aralannda  səmimiyyət,  sevgi,  qarşılıqlı  inam  və  dözümlülük 
(səbir edənlərin) hökm edənlərin birliyidir. 
- Milliyyətdən,  irqdən,  dindən  və  təriqətdən  asılı  olmayaraq 
dünyanın hər tərəfinə yayılmış insansevərlik müəssisəsidir. 
-  Azadlıq  və  ədalətin  insanlıq  aləminin  təməli  olmasını,  sosial 
həyatda  ideal  reallaşmanı,  şəxsi  həyatın  çalışmağa  və  şərəfə 
əsaslanaraq davam etdirilməsini istəyənlərin; bir araya gələrək mədəni 
bir iş ətrafında toplananların yeridir. 
Qayəsi: 
Azad  Masonluğun  məqsədi,  bütün  insanlar  arasında  qardaşlıq 
bağlarının  qurulması,  bunun  azadlıq  və  ahəngdar  şəkildə  inkişafı  və 
həqiqətin araşdırılmasıdır. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə