Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

30 
 
dərnəklərdə  olduğu  kimi  onların  işlərinə  qatıla  bilməz.  Bu  işlərə 
qatılmamaq  Mason  dərnəyinə  xas  olan,  xüsusi  bir  vəziyyət  deyildir. 
Ümumilikdə bütün dərnəklər üçün bu xarakterikdir. 
Bir qrup tanınmış şəxslərin, əsl insani məqsədlərlə bir araya gəlib 
mədəni  bir  iş  ətrafında  toplaşmalanna  rəğmən,  Masonluq  yalnız  əsas 
qanunlara uyğun olan bir qapalılığına görə daim ətraf aləmin şübhəli 
nəzərini öz üzərinə almışdır. 
Masonlar,  şəxsiyyətlərini,  nizamnamələri  ətrafına  çıxmayan 
iclaslarını, işlərini elan etməyi  lazım  bilməzlər. Çünki hüquqi olaraq 
qurulmuş, qanunlara uyğunluğu təsdiqləmiş, Dərnəklərə qanuna görə 
üzvləri təyin olunmuş Masonluğun: 
-  Qapalılığı  gizlədəcək  bəzi  nüanslan  olduğundan  deyil,  sadəcə 
qapalılığı bir simvol hesab etməsindən
-  Özlərinə  yönəldilən  ittihamlara  susmaq  acizliklərindən  deyil, 
təvazökarlıqlarından irəli gəlir. 
Unutmaq  lazım  deyil  ki,  bir  dərnəyin  gizli  olması  üçün  onun 
yaranmasının  qanun  orqanları  tərəfindən  bilinməməsi,  üzvlərinin 
tanmmaması,  nizamnaməsinin  açıqlanmaması  lazımdır.  Bu  gün  artıq 
Masonluğun  qayəsi,  tarixi,  üzvlərinin  şəxsiyyətləri  gizli  deyildir. 
Masonluğun qapalılığı, işləri bir sirr deyildir. 
Masonluqda  sirr  -  Masonluğun  ağa  atası  olan  Əxilikdən,  peşə 
təşəkküllərindən,  korporasyon  və  loncalardan,  başqa  cür  desək, 
operativ  Masonluqdan  bugünkü  spekülyativ  Masonlara  qalan  bir 
mirasdır.  Şagird,  usta  köməkçisi,  ustadlıq  fərqlərini  ehtiva  edən, 
şagirdin  özünü  usta  köməkçisi,  usta  köməkçisinin  ustad  olaraq 
downloaded from KitabYurdu.org


tanıtmaması  və  bu  gedişlə  sənət  ənənə  və  şərəfin  qorunması  üçün 
təyin olunan rəmzlərin lazım olmayana bildirilməməsidir. 
Masonluğu sirr arxasında görənlərə bunu deyə bilərik: 
“Ən möhkəm və ən səmimi bağlar bir sirrin vücuda gətirdikləridir. 
Çünki sirlər kimsəyə anladılmamaq üçün 
verilmiş əmanətlərdir. 
Sirr  saxlamaq,  insan  iradəsi  və  mənliyinin  adətən  bir  imtahanıdır. 
Vacib  olan  saxlanan  sirr  deyil,  təmkinli  ola  bilmək,  sirri  saxlamağı 
bacara bilməkdir”.23 
22 Türkiyə  Mason  Böyük  Lojası  əsas  Nizamnaməsi  Cümhuriyyət 
qəzetinin  4.7.1956  tarixli  nüsxəsində  nəşr  edilmişdir.  Son  Dərnəklər 
Qanununa  görə  edilən  dəyişikliklərlə  bu  nizamnamə  “Günaydın” 
qəzetinin  29.06.1985  tarixli,  3939  saylı  nüsxəsində  nəşr  edilmişdir. 
Bu  iki  nəşr  göstərir  ki,  gizlilik  haqqındakı  fikirlər  heç  bir  əsasa 
söykənmir. 
23 Henri  Benazus.  Dünyada  və  Türkiyədə  Masonluq.  Faiq  Ülkü  - 
A.  Semih  Yazıçıoğlu.  Bu  işdə  S.Rəşad  Memaroğlunun  müxtəlif 
konfranslarından faydalanılmışdır. 
MASONLUQ VƏ DİN 
Ümumiyyətlə,  “Din”  müqəddəs  bir  dünya  ilə  bağlı  inanc  və  tətbiq 
sistemi kimi təsvir edilə bilər. 24 
Din,  Tanrının  qanunudur.  Bu  qanun,  insanlara  yaranmışların 
qayəsini  öyrədər;  iman  və  ibadət  yollarım  göstərər;  ağlı  başında 
olanları öz istəkləri ilə xeyrə və xeyirli işlərə sövq edər. 25 
Əxlaq,  böyük  dinlərin  ortaq  mənasını  meydana  gətirir.  2  6  Tanrı 
downloaded from KitabYurdu.org


32 
 
buyruğuna bağlı olmayan, qurucusu peyğəmbərlik mərtəbəsinə çatmış 
deyil  də,  gəlişi  gözəl,  özündə  rəhbərlik,  liderlik  görən  insanların 
fikrini  və  zikrini  bir  tərəfə  qoysaq,  kitaba  bağlı  dinlərin  yaranma 
sırasına görə ən vaciblərindən olan Müsəvilik, Xristianlıq və İslam bu 
gün də qarşımızda bəlli bir din olaraq dayanır. Müsəvilik 5000 min il 
bundan əvvəl Hz. Musa tərəfindən tanıdılmış, xristianlıq 2000 il əvvəl 
Hz. İsa ilə inkişaf etmiş, müsəlmanlıq 1400 il əvvəl Hz. Məhəmmədlə 
yayılmışdır. 
Bu  dünyada  yaşayan  3.3  milyard  insanın  0,6%-i  Hz.  Musanın, 
31%-i  Hz.  İsanın,  16%-i  Hz.  Məhəmmədin  yolu  ilə  gedir. 
Müsəlmanlığa  görə,  özlərindən  əvvəl  yaranmış  peyğəmbərlər 
möhtərəm,  kitablar  da  müqəddəsdir.  Müsəlmanlıq  bir  məcburiyyət 
sisteminə  söykənmir;  Qurani-  Kərimə  görə  Hz.  Məhəmməd  belə  bu 
dinin təbliğ edilməsində məmurdur. 27 
Eyni şəkildə, Qurani-Kərimdə Ulu Tanrı, “Mən sizlərə ağıl verdim 
və doğrunu yanlışı göstərdim, siz də ağlınızdan istifadə edərək yaxşını 
tapın” buyurmuşlar. 
Din  kitabları  insanların  bütün  həyat  səhifələrinə  xitab  edər. 
Bunlarda  hər  kəs  öz  maraq  dairəsinə  uyğun  mövzular  tapır.  Dinlərin 
qayələri  əxlaqdır,  fəzilətdir.  Din  kitabları  dürüst  və  təmiz  əxlaqı, 
dolğun  bir  insan  olaraq  dünya  həyatını  yaşamağı,  ruhun  yüksəlməsi 
ilə  çalışaraq  əbədi  səadəti  təmin  etməyi  öyrədirlər.  Bildiyin  kimi, 
keçmiş  zamanlarda  insan  birlikləri  çoxluğu  qədər  Tanrı  çeşidi  də 
vardır. 
Hər birlikdə  (cəmiyyətdə) bir Tanrı fikri vardı. Amma  onların hər 
downloaded from KitabYurdu.org


birində Tanrıya inam başqa idi. Təkallahlılıq fikrinə 
çatmaq  və  gerçək  Tanrıya  yönəlmək  arzusu  insanları,  birlikləri  bir-
birinə  yaxınlaşdırmış  və  nəticə  olaraq  primitiv  düşünmə  və  inamlar 
yerinə  ağlın  və  elmin  işığında  yeni  inanclar  meydana  gəlmişdir. 
Keçmişə nəzərən daha mükəmməl olmasına rəğmən yenə də müxtəlif 
inamlar insanların fərqli düşüncələrindən azad olmamışdır. Masonluq, 
heç  bir  inam  sahibi  olmayanı  qəbul  etməz.  Masonlar,  Tanrıya  və 
ruhun  gələcəyinə  inanar.  Ancaq  fanatizmin  hər  formasını  rədd  edər. 
Mənşəyi  və  qurucusu  möhtərəm  olan  hər  dinin  inananlanna  hörmət 
edər.  Mənşələri  bəlli,  təbliğ  edənləri  möhtərəm  olan  hər  növ  inanc 
sahibini  sinəsində  toplamaqla,  Masonluq  bir  növ  fərqli  inandan 
birləşdirib  tək  Tanrı  yolunda  və  önündə  toplamağa  çalışır.  Bunun 
üçündür  ki,  hər  fikir  və  inam  sahibi  asanlıqla  qəbul  edə  biləcəyi  bir 
yolu tapmış və müxtəlif inam sahibi olan nümayəndələrini “Kainatın 
Ulu  Yaradanına”  yönəltmişdir.28  Görünür  ki,  Masonluq  dinsizlik 
deyildir.  Masonluq  bir  dinin  təriqəti  də  deyildir.  Yaranmasına  görə 
Musəvilik, Xristianlıq və İslam təkallahlı dindir. Bu dinlərin tarixləri 
tədqiq edilərsə, təkallahlılığa çatmaq yolunda fikirlər 
müxtəlifdir.  Masonluq  Allahayönəlmə  yolunda  və  Allahı  duymaqla 
insanları birləşdirir. 
Qurani-Kərimin Bəqərə surəsinin 163-cü Ayəsində “Allahımız tək 
Allahdır. Ondan başqa Allah yoxdur. O mərhəmət edəndir, mərhəməti 
olandır”. 
164-cü Ayəsi isə “Göylərin və Yer üzünün yaranmasında, gecə və 
gündüzün  bir-birini  əvəzləməsində  şübhə  yoxdur  ki,  ağlı  olan  üçün 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə