Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

82 
 
orqan idi. 
Masonik adət, ənənə və üsullara əməl etməyən bu halın bir an öncə 
düzgün  bir  işin  gedişatma  çevrilib  həll  edilməsi  və  Türk 
Masonluğunun,  tam  bir  həmrəylik  içində  əsl  vəzifəsi  ilə  məşğul 
olması lazımdır. Bu lüzum 1955-ci ilin iyununda rəsmən elan edildi. 
Bu  arada  meydana  gələn  qarşıdurmalar  və  işlərlə  16  dekabr  1956-cı 
ildə  mərkəzi  Ankarada  olmaq  məqsədilə  rəmzi  dərəcələr  üçün,  tam 
səlahiyyətli, müstəqil Türkiyə Böyük Lojası quruldu. 
1  fevral  1957-ci  il  tarixində  verilən  sərəncamla  Türkiyə  Böyük 
Lojası  Azad  və  qəbul  edilmiş  Türk  Masonlarmın  Türkiyə  Böyük 
Lojasma çevrilmişdir. O tarixdən bu yana yalnız 1-3 rəmzi dərəcələrlə 
məşğul olan böyük Loja bu ad altında fəaliyyətini davam etdirir. 
Bu  gedişlə  daxilindəki  vəziyyətinə  bir  istiqamət  vermiş  olan 
Masonlar,  bundan  sonra  Türk  Masonlarmın  xarici  ölkələrlə  olan 
münasibətlərinin tənzimi ilə məşğul olmağa başlamışdılar. Həmçinin, 
qısa zamanda (36) böyük Loja ilə muhadənət 
zaminləri  mübadilə  edilərək  tanışma  təmin  edilmişdir.  Geri  qalanlar 
ilə  də  xəbərləşmələr  davam  etmiş,  qısa  zamanda,  bunlarla  da  lazımı 
münasibətlər qurulmuşdur. 
Hələ də Türkiyədə 1985-ci il dekabrdan başlayaraq Türkiyə böyük 
Lojasma bağlı İstanbul, Ankara, İzmir, Adana, Bursa kimi beş böyük 
şəhərdə cəmi 75 rəmzi Loja vardır. 
1961-ci  ildə  Ankarada  olan  Böyük  Loja  mərkəzi,  o  tarixdən 
etibarən  İstanbula  köçürülmüşdü.  Cəmi  beş  şəhərdə  fəaliyyətdə  olan 
bu 75 Lojanın təxminən 6000-ə yaxın üzvü vardır. 
downloaded from KitabYurdu.org


Rəmzi Lojalar xaricindəki işlərə gəlincə: 
Türkiyədə hələ də 5 Atelye, 4 Şapitr, 3 Areopaj ilə 31,32 və 33-cü 
dərəcələrə aid bir qol fəaliyyətdədir. 
Türkiyədə  həqiqətən  Mason  təşkilatı  tərəfindən  qurulub  idarə 
edilən başqa sosial təşkilatlar yoxdur. Ancaq Türk Masonları hələ çox 
sosial təşkilatın və xeyriyyə cəmiyyətinin idarəsində vəzifə almışlar. 
Başqa  ölkələrdə  olduğu  kimi,  Türkiyədə  də  Masonluğu  və 
Masonları  xoş  qarşılayanlar  olduğu  kimi,  əleyhinə  olanlar  da  vardır. 
Masonluğu bilməyənlərə, nə olduğunu bilmədən 
əleyhinə  olanlara,  hətta  anlamayanlara,  sıx-sıx  rast  gəlinir.  Mədəni 
şəxslərarasmda  da  olan  bu  insanların  ən  azından  maraq  faktoru  ilə 
Masonluğun  nə  olduğunu  öyrənməyə  çalışmaları;  eyni  zamanda  da 
Masonların  özlərini  tanıtmağa  çalışmaqları  lazımdır.  Bilindiyi  kimi, 
Masonluğun iki cəbhəsi vardır: 
-  Biri ictimai və məlum olan bəşəri həmrəylik, din, məzhəb və sair 
əqidələrdə sərbəst düşüncə üzrə yaranan, qayda-qanunlu bir müəssisə 
olduğunu göstərən xarici aləm. 
-  Digəri, hər kəsin bilmədiyi daxili aləm. 
Masonluq əleyhinə və lehinə olan bütün söylənənlər, 
iddialar və əfsanələr bu bilinməyən daxili aləmdən meydana gəlir. 
Dünya tarixində, Orta əsrlərdən bəri, Masonluq lehinə və əleyhinə 
bir  çox  hərəkətlər  olmuşdur.  Bu  hərəkətlər,  hər  yerdə  olduğu  kimi, 
Türkiyədə də mövcuddur. 
Türkiyədə Lojalar bir qapalı cəmiyyətdir.  Fəqət gizli bir cəmiyyət 
deyildir.  Bütün  Lojalar  Türkiyə  Böyük  Lojası  statusuna  tabe  olaraq 
downloaded from KitabYurdu.org


84 
 
çalışır. Bu status xarici aləmə 
açıqlanmaz.  Fəqət  Türkiyədə  Masonluq  hüququ  bir  cəmiyyət 
xüsusiyyətinə  sahibdir.  Nizamnaməsi,  qayəsi  və  üzvləri  ilə  İdarə 
Heyətləri  yerli  İdarə  Orqanları  tərəfindən  tanınır.  Yəni,  Türkiyədə 
Mason  cəmiyyəti  gizli  bir  cəmiyyət  deyildir.  Hökumət;  təşkilatın 
yerini, idarəçiləri bilir və Dərnəklər Qanuna görə də idarə və maliyyə 
müşahidəsini istədiyi zaman edə bilir. 
Türklər,  inanc  və  əqidələrinə  uyğun  gəldiyi  üçün  İskoç  (və  ya 
Skoç)  RİT-ini  qəbul  etmişdilər.  Uzun  zaman  bunu  belə  ifadə 
edilməklə  bərabər,  işlər  bir  müddət,  Fransız  və  Belçika  ritlərindən 
tərcümə  edilib  meydana  gətirilən  Fransız  riti  üsulu  ilə  olmuşdur. 
Ancaq,  Dünya  Mason  Təşkilatları  ilə  davam  edən  tanışma  işləri 
meydanında bu vəziyyət ələ alınmış və İskoç Riti zərurətləri 1966-cı 
ildə yerinə gətirilmişdir. 
Qısaca desək, Türk Masonlarma görə Türkiyədə Masonluq: 

İnsani bir təşəkkül və təkamül yoludur. 
-  Türk Masonluğu (Rite Ecossais Ancien et Accepte-ni) təqib edir. 
-  Lojalarda  nə  dini,  nə  də  siyasi  mövzuların  münaqişəsinə  icazə 
verilməz. 
-  Monoteistedir43. Ateisləri sinəsinə qəbul etməz. 
-  Lojalannda qadın olmaz. 
-  Türkiyədə  Mason  təşkilatı  müxtəlif  ölkələrdəki  Mason  təşkilatı 
ilə  qayədə  və  idealda  birləşmə  baxımından  universal,  fəqət  öz 
ölkəsinin quruluşunda tamamilə müstəqil və milli bir müəssisədir. 
42 Mason lojalannm böyüyü 
downloaded from KitabYurdu.org


43 Tək Allahlıq 
TANINMIŞ MASONLAR 
Masonluq zamanla bütün dünyada böyük əhəmiyyət qazanmışdır. Bir 
çox  tanınmış  şəxslər  Masonluğa  girmişdilər.  Özəlliklə  Fransada  və 
ABŞ-da  bəzi  dövrlərdə  bütün  dövlət  adamları  Masonluğun 
nümayəndələri olmuşdur. 
Mason Lojalarma girən, zamanlarının tanınmış şəxslərinin yanında 
səsləri  günümüzə  qədər  gələn  bir  çox  şəxslər  də  vardır.  Bu  məşhur 
şəxslərdən bəzi nümunələr verək: 
Vittorio  Emanuelle,  VII  və  VIII  Edward,  VI  George,  VI  Güstav, 
XVI  Lois  kimi  krallar;  Simon  Bolivar,  Guiseppe  Garibaldi,  Cavour, 
Guiseppe  Mazzino,  Marquis  Lafayette,  Earl  Warren,  Cromwell, 
Marat,  Mirabeau  kimi  siyasət  adamları  və  natiqlər;  Robert  Bunrs, 
Goethe,  Rudyard  Kipling,  Walter  Scott,  Puşkin,  Victor  Hugo, 
Diderot, Voltaire, Fichte, Salande, 
Herder,  Proudhon,  Benjamin  Franklin,  Dostoyevski  kimi  filosof  və 
yazıçılar;  Mozart,  Haydn,  Bethoven,  Lessing,  Franz  Lizst,  Paganini, 
Sibelius, Mussorgski, cecil B. De Mille, Eddie 
Cantor,  Harold  Lloyd  kimi  sənətkarlar;  Fleming,  Byrd,  Peary, 
Lindberg  kimi  ixtiraçı,  kəşf  və  qabaqcıllar;  Mac  Rrthur,  Lemnitzer, 
Omar  Bardley  kimi  əsgərlər;  Henry  Ford  kimi  sənayeçilər  həmişə 
Masonluğu 
mənimsəmişdilər. 
Özəlliklə 
Amerika 
Birləşmiş 
Dövlətlərində  siyasi  həyatın  yuxan  qatlanna  çıxmış  bir  çox  insanlar 
Masonluğa girmişdilər. 
Rufus King, Joseph Warren kimi Amerikan Azadlıq müharibəsində 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə