Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

70 
 
62 yaşında vəfat etdi. 
Bu  qadın  “İnsan  Haqları”  çərçivəsi  içərisində  “Qadın  Haqları” 
üçün  mübarizə  aparmışdır.  1880-ci  ildə  bir  çox  maneələrə 
baxmayaraq  “PEC  LOJASI”  Böyük  Lojadan  ayrılaraq  müstəqil 
çalışmağa başlamış və Marianın aydmlanma (yüksək 
dərəcəyə  qalxmaq)  mərasimi  etmişdir.  Ancaq  kişilər  çoxluğunun 
verdiyi  qərarla  Pec  Loj  asının  müstəqil  çalışması  uzun  çəkməmiş, 
bilavasitə qadınların da həvəsləri arzu olaraq qalmışdır. 
Maria və dostları çəkinməmişlər. İsrarla işləyərək sonunda 4 aprel 
1893-cü ildə (Grand Loge Symbolique Ecossaise Mixte de France Le 
Droit Humaine) Lojasmı qurmuşdur. 
Obediyansın əsas prinsipi bu idi: 
“Uşaqlarımızı dünyaya gətirən və onları böyüdən qadınlar, kişinin 
dünənində bir mövqe tutub onun təbii vəziyyətində qaldıqca, ailədə nə 
görüş, nə cəsur birliyi, sonda nə də uşağın tərbiyəsində vəhdət təmini 
mümkün  olur.  Əgər  qadınlar  kişi  hüququnun  eynisinə  sahib 
olmazlarsa, ictimai tərəqqi ilə həmahəng ola bilməzlər”. 
Bütün səyinə rəğmən Maria istəyinə çatmış hesab olunmur. Ancaq, 
o,  ölüm  yatağında  da  ümidini  itirməmişdir.  Gözlərini  həyata 
bağlamazdan əvvəl son sözləri xanımlara bunlar olmuşdur: 
“Bəli,  zəfərə  inanıram.  Mənim  üçün  keçmişdir,  amma 
reallaşdırılması  uzun  olmayacaq  təsəllisi  ilə  gözlərimi  bağlayıram. 
Aranızdakı ipləri boşaltmayın. 
Birlik zəncirinin qopmamasına diqqət yetirin. Mənim ölümümlə bu 
zəncirin  əksiləcək  həlqəsi  zəiflik  təşkil  etməsin.  Yeni-yeni  həlqələrlə 
downloaded from KitabYurdu.org


daha da qüvvətlənin. 
Unutmayın ki, məbədinizin quruluşu qardaş və tibb bacılarına açıq 
qalmalıdır.  Bu  günə  qədər  tətbiq  olunan  Masonluq  keçmişə  aiddir. 
Əziz tibb bacılarım, sizlər gələcək Masonluğun əsl üzvləri olun. Sizə 
məbədinizi  tamamlamamış  buraxıram.  Bu  bitməmiş  məbədin 
sütunları  arasında  bütün  bəşəriyyət  və  qadınlıq  hüququnun  davasını 
aparın” - deyə vəsiyyət etmişdir. 
Budur qadınlara göstərilən qapı... Budur o qapının açarları... 
Zəhmət çəkib qapını açmaq qadınlara düşər... 
MASONLUĞUN TANIDILMASI 
Masonlar tərəfindən Masonluq lehinə təbliğat aparılmaz. Altından xətt 
çəkərək bu məsələsini aydınlaşdırmaq istəyirik. 
Masonluğa  həvəsli  insanların  Dərnəyə  girməkləri  üçün  verilən 
məlumatlar  təbliğat  sayılmaz.  Ayrıca  azad  Masonluğun  tarixi  və 
idealının açıqlanması da təbliğat deyildir. 
Müxtəlif  zamanlarda  fərqli  insanlar  fərqli  yollar  və  bəhanələrlə 
Masonluğu  kortəbii  tənqid  edərlər.  Bunlar  ümumilikdə  Masonlann 
sükutundan  cəsarət  alar  və  bu  sükutu  ittihamları  qəbul  etmək  kimi 
anlayarlar. Bu sükuta keçərli səbəb tapmaq çətindir əslində. Məsələn, 
bu sükutun səbəbini axtararkən belə fikirlə qarşılaşdıq: 
“Məlumu  bildirməkmi  lazım?  Masonlann  qulaqlan  düşmənlərinə 
qapalıdır. Çünki qarşı çıxanlann məqsədləri bəllidir” deyir əvvəlki bir 
dərnək üzvü 40. 
Masonluq  uzun  zamandır  bu  fikrin,  bu  anlayışın  zəif  qalxanı 
arxasında duruş gətirmişdir. Halbuki, gizliliyin 
downloaded from KitabYurdu.org


72 
 
Masonluğun  simvolu  olduğunu,  heç  də  utancverici  bir  əməl 
olmadığını,  dolayısı  ilə  söylənən  sözləri  cavablandırılmamaq  da 
acizlikdən  deyil,  Masonluğun  əsas  prinsiplərindən,  mehribanlıqdan 
irəli  gəldiyini  asanlıqla  söyləyə  bilərik.  Belə  isə,  bir  çox  qərb 
ölkələrində və Amerika Birləşmiş dövlətlərində olduğu kimi

Kasıblara yeməkxanalar açaraq

Yoxsul tələbələrə yurd salaraq

Gənclərə idman zalları açaraq, 

Oxumaq, yazmaq kurslan açaraq, 

Müəyyən yerlərdə kitabxanalar təşkil edərək, 

Kitab və jurnallar çap edərək, 

Nəşriyyatlarda məqalələr yazaraq, 
-  Radio və Televiziyalarda danışıqlar və açıq iclaslar edərək 
Və  ya  digər  bu  tipli  bənzər  işlərlə  ətraf  aləmin  marağının  cəlb 
edilməsi üçün Mason  əleyhdarlarının da  əsassız fikirlərinə son verilə 
bilər. 
Bunlardan  bir  qismini  yerinə  yetirməmək  mümkünsüzdü.  Ancaq 
yenə Masonluğun əsas prinsiplərindən biri: 
Alanı  utandırmaq,  verəni  məğrur  etməmək  naminə  olunan 
köməklər açıqlanmaz, gizli saxlanılardı. 
Məlum  olan  Masonluğun  məqsədinin  bütün  insanlar  arasında 
qardaşlıq bağlarının qurulmasına çalışmasıdır. 
İnsanlığın  azadlıq  və  ahəng  içində  inkişaf  edib  irəliləməsi  və 
həqiqətin araşdırılması əsas prinsiplərdəndir. 
Bunu tətbiq etmək üçün Masonluq: 
downloaded from KitabYurdu.org


-  Nümayəndələrinə,  hal  və  hərəkətlərilə,  sözlərilə,  yazılarıyla 
Masonluq düşüncələrini yaymağı. 
-  Xalqı  maarifləndirmək  və  məlumatlandırmaq  üçün  üzvlərinin 
bütün güclərini istifadə etməyi
-  Bütün  çətinliklərə  rəğmən,  işin  öhdəsindən  gəlməyi  əxlaqın 
təməli saymasını, 

Nur  və  ziya  ilə  parıldayan  gözlərin  aydınlatmasım  istər.  Nə  var 
ki, bunlann həyata keçirilməsinə mühit hələ hazır 
olmadığından  onlann  böyük  bir  hissəsi  reallaşdırılmır.  Görülən  işlər 
də yetərli aydın olmur. 28 Avqust 1972-ci ildə bu gün ikisi 
də rəhmətə getmiş qəzetçi Hörmətli Abdi İpəkçi Millət qəzetində (hər 
həftə  bir  söhbət)  səhifəsində  Masonluq  haqqında  hörmətli  Xeyrullah 
Ors  ilə  bir  danışığını  nəşr  etdirir.  Bu  danışıqda  Masonluqla  bağlı  bir 
çox  mövzulara  toxunulur,  anlaşılmayan,  ya  da  kifayət  qədər 
açıqlanmayan məsələlərə yer verilir. 
Bir susqunluq içində aradan uzun illər keçir. 
Nəhayət  13  oktyabr  1985-ci  il  tarixli  Nöqtə  jurnalında  Masonluq 
haqqında hərtərəfli, amma qısa bir açıqlama görürük. Bu da bir səhifə 
ilə  bitir  və  ətraf  aləmin  maraq  göstərdiyi  mövzulara  yetərincə 
açıqlama  gətirmir.  İnsani  münasibətlərdə  olanların  bir-birinə  qarşı 
tapşınqlan  vardır.  Bu  münasibət  və  tapşırıq  insanlar  arasında  olduğu 
qədər,  şəxslə  təşkilatlar  arasında  da  olur.  Rotary  Klubları,  Lionsa 
Klubları,  Soroptimist  dərnəkləri  kimi  Mason  dərnəklərinin  də 
cəmiyyət  arasında  bir  yeri  vardır.  Vardır.  Amma  cəmiyyətdə 
Masonluğun  və  Masonlann  aydın  tanıdılması,  müzakirəsi,  bu  gün 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə