Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

74 
 
daha  qabarıq  şəkildə  gündəmə  gəlmişdir.  Ümid  edirik  əlinizdə 
tutduğunuz bu kitab Masonluğun tanıdılması üçün yetəcək 
məlumatları və biblioqrafiyam maraqlanan şəxslərə çatdıracaqdır. 
40 Türk Mason Jurnalı 3. il 10. ədəd (M.R.M) 
NEÇƏ NOV MASONLUQ VARDIR? 
Bilirsiniz ki, Masonluq çox qədim bir keçmişə malikdir. Dəqiq tarixi, 
başqa sözlə desək başlanğıcın tarixini tapmaq asan deyildir. Biz sizə 
burda  Masonluğun  tarixindən  söz  açmayacağıq.  Bir-iki  cümlə  ilə 
toxunacağımız  məsələ  təkamül  içində  mühafizə  edilən  “Öz”ü 
müəyyən etmək məqsədilə ərsəyə gətirilir. 
Masonluq tarixi üç səhifədə araşdırıla bilər. 
ı - Əfsanə dövrü: 
Bunun başlanğıcı yoxdur. Xəyal gücünün, ədəbi qabiliyyətin, ifadə 
və əminlik bacarığının apardığı yerə qədər uzanır bu dövr. 

- Orta əsrlər dövrü 
Bu  dövr  Masonluğun  əfsanələrdən  ayrılıb,  qərbdə,  kafedral  kilsə 
inşaatçılarının  qurduqları  birliklər  dövrüdür.  Bu  dövrdə  kafedral 
kilsələrdə işləyən işçilər Mason adlandırılırdılar. 

- Son dövr 
Bu  dövr,  cəsur  Masonluğun,  başqa  sözlə  desək  operativ 
Masonluğun spekulyativ, rəmzi, simvolik vəziyyətə dönməsidir. 
Masonluq yarandığı gündən indiyədək bir insansevərlik müəssisəsi 
olmuşdur. 
Keçirdiyi zamanlarda öncə sinifdən, sənətkarlardan başlayıb, sonra 
dünyanı  dolduran  insanlara  rəng,  milliyyət,  dil,  din  fərqi  qoymadan 
downloaded from KitabYurdu.org


açılan bir qapı olmuşdur Masonluq. 
Tətbiqetmədə  gəlib  keçmiş  fərqli  RİT-lər  vardır.  Bunlar  arasında 
xırda  ayrılıqlar  görülmüşdür.  Amma  əsasa  bağlı  olan,  Masonluğun 
təməlini sarsıdan ayrılıqlar yoxdur. 
Var  olduğu  qəbul  edilən  ayrılıqlar  bəzilərində,  yəni  bəzi 
Masonlarda  üzgünlük  yaratmışdır.  Bir  yandan  Masonluq  rəng, 
milliyyət,  dil,  din  fərqi  etmədən  bütün  insanlara  açılan  qapıdır 
deyəcəksiniz.  Digər  tərəfdən  xırda-xuruş  ayrılıqlar  səbəbilə  eyni 
mahiyyətdə olanları qəbul etməyəcəksiniz. İmkan verin fərqli 
RİT işlərini 
fikirlər belə çox zaman müstəsna imtiyazlar 
yaradır.  Uzağa  getməyə  ehtiyac  yoxdur.  Haqlı  və  ya  haqsız  olduğu 
üzərində durmadan bizdəki: 
Türkiyə  böyük  Lojası  ilə  Türkiyə  Böyük  Mason  Lojasını  nümunə 
göstərə bilərik. 
Belə  imtiyazlar  bu  günə  məxsus  deyil,  köhnədən  qalmışdır. 
İmtiyaza  qarşı  olanlara  İsveçrədə  bir  “Lique”  qurulmuşdur.  1905-ci 
ildə  fəaliyyətə  başlayan  “Lique”nin  məqsədi  qısaca  olaraq:  “Dünya 
Masonluğundakı  RİT  dəyişikliklərindən  meydana  gələn  ayrılıqları 
ardan  qaldırmaqdır”.  Eyni  ildə  “Lique”  bir  jurnal  nəşr  etməyə 
başlamışdır. Bu jurnalın adı: 
“Bulletin  d’Information  de  la  Ligue  Universelle  de  Franc- 
Maçon”dur. 
Masonluq  nədir,  nə  deyildir  mövzusundakı  araşdırmalarımızı 
apararkən, bu jurnalın 1968-ci il tarixli bir nömrəsi əlimizə keçdi. 
1905-ci  ildə  qurulması,  1967-ci  ilin  mövcudluğuna  aid  prinsipləri 
downloaded from KitabYurdu.org


76 
 
əhatə  etməsi,  Masonluğun  bu  günümüzdəki  qayəsini  əks  etdirməsi 
səbəbi  ilə  faydalı  hesab  etdiyimiz  VII  bölümdə,  40-cı  maddədə 
birləşən “Giovanni Bella” tərəfindən yığılan əsasları araşdırdıq. 1905-
ci ildə qurulan “Bulleten”in mülahizələrini əks etdirən fikirləri və bu 
günümüz üçün təqdim 
edilən  imtiyazları  aradan  qaldıraraq  bir  yerdə  birləşməyi  əmr  edən 
Landmarklarda  (Azad  Mason  Böyük  Lojasının  adı)  da  Sionizmin, 
dinsizliyin,  kökünün  çöldə  olmasının  nə  təlqinini  nə  də  izini  gördük. 
Məlum olduğu kimi, Masonluğun əsas sərhəd daşlan “Azad Masonlar 
Konstitusiyası - Anderson Nizamatıdır. Bu 40 Landmark əsasını Azad 
Masonlar  Konstitusiyasından  -  Anderson  Nizamatından  almaqda  və 
1923-cü  ildən  1967-ci  ilə  qədər  bu  konstitusiyanın  ruhundan  heç  bir 
şey əskilmədiyini göstərir. 
Belə olduğu təqdirdə aynlıqlar nəyə görə baş verir? 
Masonlar bir-birilərinə qardaş  ünvanını verər və bir- birilərini qan 
qardaşı  kimi  sevərlər.  Bu  hal,  bu  sevgi  özlərindən  başqa  xeyir  və 
yaxşılıq  sevənlər  üçün  də  keçərlidir.  “Xeyir  və  yaxşı  işlər  əhlini 
Mason  olmasalar  da  qardaş  kimi  qəbul  edib  o  yolda  sevməyə  bir 
maneə yoxdur” deyilişi əsl Mason prinsiplərindəndir. 
Elə  isə;  bir  qrup  (dəstə)  RİT  ayrılıqlarına  düşən  xarici  ölkələrdəki 
Masonları,  fikir  ayrılığı  səbəbi  ilə  bölünən  Türk  Masonlarım 
birləşdirməyə çağırmalıdır. “Masonlar tolerant 
sahibi və səbirli olurlar” deyilişi də yenə Masonluq prinsiplərindəndir. 
Tolerantlıq; Dözümlülük, mehriban olmaq, göz yummaq - hər şeyi 
görməmək - mülayimlik, şirin rəftar etmək, dözümlülük göstərməkdir. 
downloaded from KitabYurdu.org


O  halda  prinsip  olaraq  qəbul  edilən  tolerant  sahibi  olmaqdan, 
səbirli olmaqdan geri qalmayıb; 
“Sən  və  mən”dən  qurtulub  Türk  Masonluğunun  tək  RİT-də 
birləşməsinin yollan axtarılmalıdır. 
İnsansevərlik  müəssisəsi  dediyimiz  və  “yalnız  bizim  üçün  deyil, 
bütün insanlar və insanlıq xeyrinə bir ideal məbədi inşa etmək üçün” 
toplanıldığı  söylənərkən,  buna  daxilən  inanılırsa,  inanıldığı  kimi  də 
davranılmalıdır.  Çünki;  Bu  fərqli  düşünmə  və  anlayışın  işığı  altında 
nə  qədər  Masonluq  ola  biləcəyinə  baxın.  Görəcəksiz  ki,  bunların 
hamısı  bir  nöqtəyə  gəlib  birləşir.  Səbəbi  sadədir:  Masonluğun  çeşidi 
yoxdur, bir cür Masonluq vardır. 
Belə  düşünüldüyü  və  davranıldığı  üçündür  ki,  Masonluq  yüz  illər 
boyu prinsiplərindən heç bir şey itirmədən günümüzə gəlib çatmışdır. 
MASON TƏŞKİLATI 
Ümumiyyətlə,  Fran-Masonluq,  hər  biri  sövq  və  idarə  etmədə 
müstəqil, fikir və idealda bir olan birliklər məcmuəsidir. Nüanslardan 
biri,  idarəetmədə  ayrı  olan  Lojalardakı  Masonlarm  aralarında 
qardaşlıq münasibətlərinin davam etməsidir. Bu qardaşlıq bir nəticədir 
ki,  bir  Lojanın  iclasına  digər  Lojalardan,  hətta  xarici  ölkələr 
lojalanndan olanlar özlərini tanıtmaq məqsədilə qonaq sifəti ilə qatıla 
bilirlər. Mason olmayan şəxslər bir Masonun müşayiəti ilə lojala gələ 
bilsələr də, onlar rəsmi işlərə qatıla bilməzlər. 
Masonlarm  bir-birinə  bağlılığı  bir  nöqtəyə  qədərdir.  Yurd 
mənafelərinin  zədələndiyi  zaman  bu  bağ  qopar.  Dini  inanclar 
zədələndiyində  münasibətlər  kəsilər,  dostluq  münasibətləri  bitər. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə