Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

58 
 
və  zamanı  çox  yaxşı  təyin  etmək  məcburiyyəti  var.  Buna  qarşılıq 
özündən  kömək  istəyənin  də  insanlığa  və  Masonluğa  yaraşan  bir 
davranışda  olması  lazımdır.  Qanunsuz,  yersiz  və  sırasız  yardım 
istəmək  necə  Masonluq  prinsiplərinə  ziddirsə,  imkan  daxilində  olan 
bir  marağı  və  köməyi  əsirgəmək  də  Masonluq  prinsiplərində  yer 
almayan bir davranışdır. 
Kömək  edəni  məğrur,  alanı  da  utandırmamaq  baxımından  edilən 
yardımın  daima  gizli  qalması  da  ən  önəmli  bir  Masonik  prinsipdir. 
Ancaq bu maddi yardımlar üçündür. Masonik işlər 
sırasında,  işin  sonunda  Lojada  bir  kisə  dolaşdırılır  və  buna  “pul 
kisəsi” deyilir. Hər Mason, bu kisəyə pul atmaq və ya ehtiyacı varsa 
müəyyən miqdar almaq haqqına sahibdir. Bu gizlilik mühiti içərisində 
kisəyə  əl  salınırsa,  nə  atılan  pul,  nə  də  alınan  pul  açıqlanmaz.  Bu 
davranış  Masonluğun  insan  şərəfinə  verdiyi  dəyərin  bir  simvolik 
ifadəsidir.  Lojalarda,  Masonlann  topladıqları  bu  pullar,  fərqli  yardım 
və  xeyir  işlərində  istifadə  olunur.  Hansı  işdə  istifadə  olunursa, 
yuxanda  müəyyən  olunan  “Kömək  edəni  məğrur,  alanı  da 
utandırmamaq”  prinsipinə  əsasən  gizli  saxlanılır.  Bu,  sadəcə  olaraq 
vəzifəlilər  tərəfindən  bilinir.  Masonlar  elə  də  çox  xeyir  işinə 
qatıldıqları,  yardım  etdikləri  halda,  xalq  bu  köməyi  kimin  etdiyini 
bilməz, hələ bunu Masonlann etmiş olduğunu ağlına belə gətirməz. 
Yardımlaşma və yaxşılıq etmək, Masonluqda fəlsəfi və təməl bəzi 
inanclara  istinad  edir.  Zəngin  olmaq  istəyi  yaxşı  hissləri  boğur, 
dostluq  duyğusunu  yox  edir.  Zənginlik  hərisliyi,  insanlar  arasındakı 
yaxşı  münasibətləri pozar, qarşılıqlı inamı sarsıdar, qayğılar yaradar, 
downloaded from KitabYurdu.org


fikir  etməyi  gücləndirər.  Fəqət  insanlara  qarşı  duyulan  sevgi 
eqoistlikdən güclü olarsa, 
zənginlik  bir  səadət  qaynağı  ola  bilər.  Xeyirli  işlərə,  cəmiyyətin 
xeyrinə sərf və xidmət edilirsə bəxtiyarlığı zəruriləşdirər. Bu səbəblə, 
heç  kəs  pisə  istifadə  etməyə  mane  olacaq  bir  mədəniyyətə  sahib 
deyilsə,  zəngin  olmağı  istəməməlidir.  Çünki  sərvətin  yaxşı  istifadə 
olunması ancaq mədəniyyətlə ola bilər. 
Bu  baxımdan  yardımsevərlik,  nəfsin  təmizlənməsi,  xam  daşın 
yondurulmasmda  irəliləməyi  təmin  edir.  Bu  mövzuda  Masonluq  iki 
prinsip  qəbul  edir:  “Heç  kimsə,  yaxşıya  istifadə  etmək  iqtidarını 
özündə  görmədikcə,  yüksək  yer  istəməməlidir.”  “Heç  kimsə, 
mötədilliyi  (təmkinliyi)  təmin  edəcək  nəfis  hakimiyyətinə  malik 
olmadıqca, güc və qüdrət sahibi olmağı istəməməlidir”. Masonluğun, 
sadəcə  Masonlar  arasında  bir  köməkləşmə  sistemi  olduğu  və 
Masonluğun  hər  nə  olursa-olsun  bir-birlərini  tutduqları  daimi  olaraq 
bildirilir.  O  qədər  ki,  ədalət  və  ləyaqət  prinsipləri  xaricində  haqsız 
himayələrin edildiyi irəli sürülür. Masonlar bu iddianı rədd edərlər. 
MASONLUQ VƏ SİYASƏT 
Mason  Dərnəyində  hər  şey  danışılır,  müzakirə  olunur.  Amma  əsas 
prinsiplərdən  biri  olaraq  siyasi  danışıq  və  müzakirələr  istisna 
olunmaqla. Bunun səbəbi ilk növbədə Mason dərnəklərinin siyasi bir 
məqsəd 
güdməməsidir. 
Dərnəklər 
Qanunun  qadağan  etdiyi 
fəaliyyətlərdən  heç  biri  ilə  maraqlanmazlar.  Zamanla  xarici  ölkələr 
Mason dərnəkləri ilə təmaslar, həm daima siyasi mövzular xaricində, 
sosial  və  Masonluğu  maraqlandıran  mövzularda  olur,  həm  də  bu  cür 
downloaded from KitabYurdu.org


60 
 
əlaqələr Daxili İşlər Nazirliyinin icazəsi alındıqdan sonra edilir. 
Dərnəkdə  siyasi  mülahizələr  və  müzakirələr  edilməz.  Ancaq  bu, 
Masonların tək-tək, fərd olaraq siyasətlə məşğul olmadıqları mənasına 
gəlməz.  Belə  ki,  Mason  siyasətlə  məşğul  ola  bilər.  Amma  Masonluq 
siyasətlə  məşğul  olmaz,  ola  bilməz.  Masonluğun  siyasətlə  məşğul 
olması  həm  Dərnəklər  Qanununa  görə,  həm  də  Masonluğun  əsas 
prinsiplərinə görə qadağandır. 
Heç  bir  Mason,  Masonluğu  və  Masonluğunu  siyasətə  vasitəçi  olaraq 
əlində alətə çevirə bilməz. 
Siyasət hər vətəndaşın haqqı olduğu qədər Masonların da vətəndaş 
haqlanndandır. Ancaq necə xalqlan təşkil edən fərdlər heç bir zaman 
eyni  fikirdə  olmadığı  kimi,  şübhəsiz,  Masonlar  da  eyni  siyasi  fikir 
birliyi içində ola bilməzlər və olmaq məcburiyyətində deyillər. Fərqli 
siyasi  fikirdə  olanların  bu  çətir  altında  siyasi  mövzulara  girmələri, 
öncə fikir ayrılıqlarına, sonra müzakirələrə yol aça bilər. 
Masonluqda  insanların  siyasi  fikir  ayrılıqları  tolerantlıqla 
qarşılanırsa  da,  bəzən  fikirlərin  bu  ziddiyyəti  müzakirələrə  yol  aça 
bilər.  Masonluqda  din  müzakirələri  aparılmadığı  kimi,  Masonların 
işlərində  siyasi  müzakirələrə  qətiyyən  yol  verilməz.  Bu  prinsip, 
incikliklərin  yaranmamasında  faydalıdır.  Hər  nə  qədər  səbir, 
Masonluqda yenə ən başda gələn bir davranışdısa da, tolerantlığın da 
bir  həddi  olduğunu  unutmamaq  lazımdır.  Bu,  Mason  Dərnəklərində 
düşüncə və fikir azadlığının yoxluğu mənasına gəlməməlidir. 
Sərbəst  fikir  azadlığının  qadağan  olunduğu  vaxtlarda,  məsələn 
Rusiyada,  nasist  Almaniyada,  Mussolini  İtaliyasında,  Franco 
downloaded from KitabYurdu.org


İspaniyasında,  Salazar  Portekizində  olduğu  kimi,  özəlliklə  II 
Abdülhəmidin dövründə Türkiyədə də vətən və azadlıq üçün görülən 
işlər ağır cəzalara məruz qalmaqla nəticələnirdi. Bu səbəblə zamanın 
bir  xüsusiyyəti  olaraq,  Monarxiya  idarəsindən  qanuni  bir  rəhbərliyə 
qovuşmaq  üçün,  zamanın  vətənsevərlərinin  despotizmdən  və  yarım-
müdafiəçilərin  təqibindən  qorumaq  üçün,  Selanikdə  qurulmuş  əcnəbi 
obediyanslara  bağlı  Mason  lojalarından  istifadə  etdikləri  bir  faktdır. 
Ancaq  bu  o  zamana  məxsus  bir  istisnadır.  Mason  obediyanslanna 
bağlı lojaların hamısına aid edilməz. 
Mason obediyanslarmın siyasətlə məşğul olmaması prinsipinin çox 
az  da  olsa  pozulduğu  görülməmiş  deyil.  Misal  üçün,  Kipr 
mövzusunda  Yunan  obediyansı,  1954-cü  ildə  dünya  obediyanslanna 
bir  məlumat  göndərmiş  və  bunun  bir  nüsxəsini  də  Türk  Mason 
Dərnəyinə  yollayaraq  Kiprin  Yunanıstana  birləşdirmə  mövzusundakı 
Yunan  müddəasının  Birləşmiş  Millətlər  nəzdində  dəstəklənməsini 
istəmişdir. 
Yunan  obediyansının,  Masonluğun  əsas  prinsiplərinə  xəyanət 
edərək  yolladığı  bu  imza  sənədlərinin  əslini  bütün  araşdırmalarımıza 
rəğmən  tapmadıq,  bir  nüsxəsində  əldə  edə  bilmədik.  Ancaq  Türk 
Masonluğunun  verdiyi  cavab,  bunun  mahiyyətini  aydın  şəkildə 
müəyyən edir. 
Türk Mason Dərnəyi bu imza sənədlərinə (24 avqust 1954- cü ildə 
cavab  vermiş,  cavabın  bir  nüsxəsini  də  bütün  dünya  Mason 
obediyanslanna  göndərmişdir.  Bu  nüsxəni  də  Xarici  İşlər  Nazirliyinə 
təqdim edilən bu cavabı, xülasə şəklində versək fayda görərik: 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə