Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   22   23   24   25   26   27   28   29   30

110 
 
uyğun olaraq yetişməsini istəməsidir. 
Bilindiyi  qədər,  Türklər  çox  qədim  dövrlərdən  bəri  sənaye  və 
ticarətlə  məşğul  olmuşlar.  Çindən  başlayıb  Avropa  bazarlarına  çatan 
İPƏK  YOLU  deyilən  ticarət  yolunda  mallar,  ümumiyyətlə,  Türk 
karvanları  ilə  daşmırdı.  Əməvi  ərəbləri  (661-750-ci  illər  arasında) 
Qərbi  Türk  ölkəsini  işğal  edib  İslamı  yaymaqla  bərabər,  oralan  işğal 
edincə  Türk  ölkəsinin  nizam-  intizamını  da  pozdular.  Bundan  əlavə, 
mal  sahibləri  mal  və  canlarını  qorumaq  xüsusiyyətində  olan  bu 
təşkilata  QAZİYAN  adını  verdilər.  Gənc  və  cəsur  olan  bu  insanlar 
nizamsızlığı  aradan  qaldırdılar.  Nizamsızlıq  aradan  qaldırılınca  hər 
kəs təkrar öz peşələrinə döndü, ancaq bu birləşmənin faydasını 
görənlərin  qabaqcılları  öz  aralarında  biznes  təşkilatı  qurdular.  Bu 
hərəkat Türk Əxiliyinin yaranışıdır. Başlanğıcda qorumaq və müdafiə 
etmək  məqsədi  güdən  bu  təşkilat,  sonra  bir  yandan  mədəniyyət,  bir 
yandan  idman  və  təhsil  sahəsində  bu  gənclərin  sənət  və  ticarətlə 
məşğul olmaqlarını təmin etmiş, yaratdıqları bu quruluşlar nümunəvi 
bir  təhsil  yuvası  halına  gəlmişdilər.  O  tarixlərdə  bu  təşkilatlar  bir 
sənət atelyeləridir,59 bir mədəniyyət yuvalarıdır, bir idman klubudur, 
bir əsgər təlimgahıdır. Daha doğrusu, buralar Əxi təkkələridir. 
Başlanğıcda,  Əməvi  ərəblərinin  qayda  pozmaqlarına  qarşı 
qurulmuş  bu  təşkilat  yavaş-yavaş  Xorasandan  çıxaraq  bir  yandan 
Anadoluya, digər tərəfdən də Misirə uzanmışdır. Anadoluya gələnlər, 
özəlliklə, Ankara, Dənizli, Qeysəri, Konya, Sivas ətraflarına yayılmış, 
yerləşmiş və inkişaf etmişdir. 
Misirə  gedənlər,  1771-ci  ildə  bir  İslam  dövləti  qurmuş  olan 
downloaded from KitabYurdu.org


Səlahəddin  Əyyubinin  qorunmasını  boynuna  götürən  gözətçi  qitəsini 
təşkil etmişlər. 
Bunlar  3-cü  xaç  səfərində,  müharibə  sonunda  İngiltərə  kralı  aslan 
ürəkli Richard ilə Səlahəddin Eyyubinin özəl 
münasibətlərdə,  Richard  tərəfindən  görülüb  bəyənilmiş,  Richard  da 
Əxiliyin mənimsədiyi prinsiplərini öz ölkəsinə aparmışdır. 
Məşhur  səyyah  İbn  Batutanın  dediyinə  görə,  Əxilər  Anadolu 
ölkəsində,  Türkmən  tayfalarının  oturduğu  hər  el,  mahal,  qəsəbə  və 
kənddə  vardılar.  Bunların  əcnəbiləri  qarşılamalam,  yedirmələri  və 
içirmələri  ilə  quldurlan  təqib  və  yox  etməkdə,  xalqa  qarşı  qoymada 
bənzərləri yoxdur. 
Əxilik,  əxlaq  və  həmrəylik  prinsipləri  üzərində  qurulmuş  bir  işə 
sahib  idi.  Sirr,  Əxilikdə  başda  gələn  digər  bir  prinsip  idi.  Sirlər 
nəsildən-nəslə  keçilərək  mühafizə  edilirdi.  Əksər  hallarda  dərslər 
öyrədilməz, təhsil və ədəbi tamamlanan hekayə yolu ilə bənzətmələrlə 
sezdirilər, aşılanardı.60 
Əxilik  bir  biznes  təşkilatıdır.  Başlanğıcda  kuryerlərin,  qoşqu, 
yəhər,  dəri  və  s.  geyimləri  hazırlayan  və  satan  şəxslər,  eləcə  də 
ayaqqabı  düzəldən  və  satan  şəxslərin  təşkilatı  olaraq  görünsə  də, 
sonraları bütün biznesi əhatə edən bir ümumi quruluş şəklində inkişaf 
etmişdir. 
Evliya Çələbi gəzdiyi hər yerdə kuryerləri və qoşqu, yəhər, dəri və 
s.  geyimləri  hazırlayan  və  satan  şəxsləri  Əxi  Evran  nümayəndələri 
olaraq  göstərir.  Əxi  Evran,  Türk  iş  və  biznesinin  böyük  biixtiyar 
sahibidir. Moğolun işğalında Anadoluya köçmüş, 27 yaşında Konyaya 
downloaded from KitabYurdu.org


112 
 
gəlmiş,  3  il  fərqli  illərdə  dolaşmış  son  Gülşəhərdə  (Kırşəhər) 
yerləşmişdir.  Əxilər  ona  Sultan  Əxi  Evran  deyirlər.  Əxi 
Məhəmməddən  təhsil  almış,  zəka  və  çalışqanlığı  ilə  yüksəlmiş  olan 
Əxi  Evran,  Kırşəhərində  minlərcə  müridi  irşad  və  onları  məlumat, 
peşə  sahibi  etmişdir.  Hacı  Bekdaş  və  Şeyx  Ədəbalı  ilə  eyni  dövrdə 
yaşadığı  söylənən  Əxi  Evranm  93  yaşında  1329-cu  ildə  dünyasını 
dəyişdiyi söylənilir. 
Evlənməmiş  gənclərdən  ibarət  olan  sənət  sahibi  Əxilərin  toplanıb 
seçdikləri şəxsə  Əxi ata deyilir.  Göründüyü kimi, rəis  seçki ilə gəlir. 
Təşkilata  mənsub  olanlar  gündüzlər  işləyir,  qazanclarını  axşamlar 
rəislərinə  verirlər.  Bu  qazancla  Zaviyeninöı  hər  cür  ehtiyacı  aradan 
qaldırılır. Diyara gələn əcnəbilər bu Zaviyedə qonaq olur, gedincəyə 
qədər qulluq edirlər. 
Elmi və dini məlumatlann mədrəsələrdə yetərincə öyrədildiyi qəbul 
edilən  Əxi  təşkilatlannda  daha  çox  həmrəylik  və  sənətdə  yetişmək 
məsələlərinə diqqət verilmişdir. Başqa bir sözlə, lazımlı şərtlərə sahib 
olan  gənclər,  sənət  tərbiyəsini  ustadlarından  alırlar;  Zaviyedə,  bu 
gənclərin  hissi,  ədəbi  və  ümumi  təhsilləri  ilə  məşğul  olunur. 
Mədrəsələrdə  müdərris  deyilən  müəllimlər  ilə  lazımlı  yaxınlığı  tapa 
bilməyən gənclər, Zaviyelərdə bir yerdə olduqları müəllimləri ilə eyni 
şərtlərlə  həmhal  olar  və  mədrəsələrdə  edə  bilmədiyi  yaxınlıqları 
buralarda  qurardılar.  Bu  çox  maraqlı  bir  haldır.  Bu  gün 
universitetlərimizdə  professor  -  şagird  münasibətləri  bu  Zaviyelərdə 
yetəri  qədər  aradan  qaldırılır.  Könül  arzu  edər  ki,  bugünkü 
professorlarımız də şagird lojalannda şagirdləri ilə bir arada olsunlar. 
downloaded from KitabYurdu.org


Əxilikdə başda olan rəislərin xəbərdarlıq və əmrləri mütləq yerinə 
yetirilir.  Bunlar  o  qədər  hörmətli  şəxslərdir  ki,  Sultan  olmayan 
yerlərdə hökmdar kimi davranışlar, bu səbəblə rəislərin əmr etmələri, 
ata  minməkləri,  hər  cür  davranışları  eyni  olaraq  Hökmdara  bənzərdi. 
Böyük Səlcuq İmperatorluğunda 
özlərini  ətraflarına  sevdirməsini  bilən  Əxilər  işgüzarlıqları  və 
dürüstlüklərinə  görə  hökmdar  tərəfindən  qorunmuş,  buna  görə  də 
rahatlıqla  inkişaf  edib  genişlənmişdilər.  Səlcuqlu  səltənəti  yıxılıb 
yerinə  bəyliklər  qurulurkən,  Əxilər  özlərini  və  təşkilatlarını 
qorumuşdular. 
Osmanlı dövlətinin təşkilatında Əxilərin rolu böyük olmuşdur. Bir 
tərəfdə Hacı Bekdaşı Vəli, digər tərəfdə Əxi öndə gələnlərindən olan 
Şeyx  Edebalinin  təşkilata  böyük  yardımları  olmuşdur.  Osman  Qazi 
1299-cu  ildə  Osmanlı  dövlətini  qurub  suverenliyi  elan  etdiyi 
mərasimdə,  Əxi  Piri  Əxi  Evranın  Osman  Qazinin  belinə  kəmər 
bağladığı söylənilir. 
Əxilik  II  Muradın  dövrünə  qədər  davam  etmiş,  bundan  sonra  da 
Padşahların  Əxilikdən  qopduqları  söylənsə  də,  hamısının  bir  sənət 
sahibi olduğu deyilir. 
Fateh  dövründə  isə  Əxilik  geniş  bir  biznesin  rəhbəri  halına 
gəlmişdir. XVI əsrdən etibarən də Əxilik Dərnək olaraq inkişaf etdi. 
Əxiliyi  daha  çox  anlaya  bilmək  üçün  kimlərin  bu  təşkilata  girə 
bilməyəcəklərini sayaq: Söyənlər, ikiüzlü və ortalığı 
qarışdıranlar,  yalan  söyləyənlər,  sözünü  tutmayanlar,  qan  tökənlər, 
başqalanna tələ quranlar, satdığı malda ihtikar edənlər, qısaca birliyin 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə