331
BarıĢıq üçün razılığa gəlinmiĢ, lakin yeri və tarixi müəyyənləĢdirilməmiĢ,
danıĢıqlar da baĢlamamıĢdı. BaĢ Komandanlıq Qərargah rəhbərliyi 21 oktyabr
1918-ci il tarixində bir əmr yaydı. Buna görə ġərq bölgəsindəki hərbi birliklər
yenidən qurulur və hərbi birliklərin Brest-Litovsk Müqaviləsində göstərilən yerlərə
çəkilməsi əmr edilirdi
6
.
b. Mudros barıĢığının imzalanması: Sədrəzəm və BaĢ Komandanlıq
Qərargah rəisi Əhməd Ġzzət paĢa, Ġstanbul Böyükadada əsir tutulan ingilis generalı
Thovsendin barıĢıq üçün vasitəçilik etməsini qəbul etdi. QarĢılıqlı təkliflər
nəticəsində barıĢıq danıĢıqlarının Adalar dənizindəki (Egey dənizi) Lemnos
adasında olan Mudros limanında keçirilməsi qərarlaĢdırıldı
7
. Türk heyətinə Dəniz
Qüvvələri Naziri albay Rauf (Orbay), Xarici ĠĢlər Naziri RəĢad Hikmət və
Ġzmirdəki 8-ci Ordu Qərargah rəisi yarbay Sədullah Bəylər və heyətin katibi olaraq
da Əli Fuad (Türkgəldi) daxil idi. Türk heyəti 26 oktyabr 1918-ci ildə Lemnos
adasına getdi və Mudros limanına çatdı
8
.
Xarici ĠĢlər və Hərbiyə Nazirliklərinin birlikdə hazırladığı və hökumətin də
təsdiq etdiyi səkkiz maddəlik bir sənəd Osmanlı Dövlətinin barıĢıq heyətinə
verilmiĢdi
9
. 27 oktyabrda zirehli Ġngilis gəmisi Agamemnonda baĢlayan və dörd
gün davam edən müzakirələrin sonunda 30 oktyabr 1918-ci ildə bir barıĢıq
imzalandı. Sədrəzəm və BaĢ Komandanlıq Qərargah rəisi Əhməd Ġzzət paĢa 31
oktyabr tarixli bir əmrlə barıĢıq imzalandığını ordulara bildirdi:
"Osmanlı dövləti təəssüf ki, müttəfiqləri ilə birlikdə məğlub vəziyyətə
düĢərək milli Ģərəf və namusumuza zidd olmayan Ģərtlərlə sülh tələb etdiyindən;
Osmanlı hökumətinin qayəsinin, bu acı siyasi vəziyyəti mümkün olduğu qədər o
hamılıqla səltənətin xeyrinə dəyiĢdirmək və yüngülləĢdirmək üçün çarələr
axtarmaq lazım olduğu və bu səbəbdən hər ehtimala qarĢı qonĢularla son dərəcə
yaxĢı münasibətdə olaraq, lazımsız hərəkətlərlə məmləkətimizin müqəddəs
dəyərlərinin gələcəyi üçün zərərli hərəkətlərə yol verilməməsi və barıĢıq Ģərtlərinə
qəti surətdə əməl olunması əmr edilməkdədir."
10
c) Mudros saziĢinin bəzi maddələri: SaziĢin Qafqazı əhatə edən bölmələri
müxtəsər olaraq bu Ģəkildə idi:
1.
Çanaqqala və Ġstanbul boğazları qalib dövlətlərə açılaraq, boğazlardakı
istehkamlar müttəfiqlər tərəfindən iĢğal ediləcək.
2.
Antanta Dövlətlərinə mənsub müharibə əsirləri ilə erməni məhbuslar
Ġstanbulda yığıĢacaq.
3.
Sərhədlərin və daxili sabitliyin qorunması üçün lazımi qədər əsgər
saxlanacaq və gerisi tərxis olunacaq.
4.
Sahil mühafizəsindən baĢqa, bütün gəmilər Antanta Dövlətlərinə
təslim ediləcək.
332
5.
Müttəfiqlər üçün hər hansı təhlükəli vəziyyətin yaranması halında,
müttəfiqlər
həmin bölgəni iĢğal edəcək.
6.
Toros tunelləri müttəfiqlərin nəzarətinə keçəcək.
7.
Ġran və Qafqazdakı Osmanlı qüvvələri, bölgəni boĢaldacaq və
müharibədən əvvəlki sərhədlərinə çəkiləcək.
8.
Cənubi Qafqaz da daxil olmaqla dəmir yollarının hamısı müttəfiqlərin
nəzarətinə keçəcək.
9.
Vilayəti-Sittədə (altı vilayət: Ərzurum, Van, Bitlis, Elazığ, Diyarbəkr,
Sivas) qarıĢıqlıq yaranarsa, bunların hər hansı hissəsini müttəfiqlər iĢğal edə
biləcək
11
.
Mudros saziĢi, Birinci Dünya müharibəsi boyunca imzalanan bəzi
müqavilələr kimi nəticəsi, təsiri və davamı baxımından keçici xarakterdə olmaqdan
bir xeyli uzaq idi. Ġmzalanan bu saziĢ Osmanlı Dövlətinin və türk millətinin
həyatında böyük acılara yol açan və qanlı hadisələrin yaĢanmasına zəmin
hazırlayan yeni bir dövrün baĢlanğıcı oldu. Bu acı və iztirabın, Milli Mübarizə və
Türkiyənin doğuĢu ilə nəticələnəcəyini qabaqcadan təyin etmək olduqca çətin idi
12
.
Türk ordusu Suriya və Ġraqda zəifləməsinə baxmayaraq, döyüĢ qabiliyyətini
saxlamıĢdı. 18 mart 1915-ci ildə Çanaqqalada Antanta Dövlətlərinə ağır itkilər
verdirərək onları geri çəkilməyə məcbur edən ordular və komandirlər də öz
vəzifələrinin baĢındaydılar
13
. Türk orduları ġimali Qafqazda Dərbənd və
Mahaçqala, Qara dəniz sahilində Batum, ġimali Azərbaycanda Bakı və Qarabağ,
Cənubi Azərbaycanda Təbriz və Urmiyə gölü və ətrafı olmaqla, çox əhəmiyyətli
mövqeləri əlində saxlayırdı. Buna rəğmən, Almaniya, Avstriya-Macarıstan və
Bolqarıstanın orduları tamamilə dağılmıĢdı. Antanta Dövlətləri üçün bu ölkələr
artıq təhlükə mənbəyi deyildi, ağır bir məğlubiyyətə uğramıĢdılar. Osmanlı Dövləti
və Türk ordusu haqqında isə belə bir məğlubiyyətdən danıĢmaq düzgün olmazdı
14
.
Bu Ģərtlər altında Antanta Dövlətlərinin tək hədəfi artıq Osmanlı Dövləti
idi. Osmanlı dövlətini parçalamağa dair, müharibə boyunca hazırladıqları gizli
razılaĢmaları həyata keçirmək üçün, aralarında yeni bir rəqabət baĢlamıĢdı. Bu
səbəbdən, Osmanlı Dövlətinə qarĢı "qeyd-Ģərtsiz təslim olma" kimi bir duyğunu
verəcək ifadələrdən qaçmağa çalıĢan bir saziĢ mətni də hazırlanmıĢdı. Türk
vətənini bölüĢdürmək üçün bəzi elastik və qəti olmayan ifadələrə yer verilmiĢdi
15
.
Sultan Məhmət Vahdəddin, Ġttihad və Tərəqqi Partiyası ilə Tələt paĢaya
müxalif idi. Ġstanbulda Əhməd Ġzzət paĢa kabinetinin qurulacağından söhbət
gedərkən, o günlərdə Ənvər paĢadan Xəlil paĢaya gizli bir teleqraf gəlmiĢdi. Ənvər
paĢa, Qafqaza gedəcəyini, Asiya türkləri arasında iĢləyəcəyini və Turançılıq
ideyasından əl çəkməyəcəyini bildirir və bu barədə Xəlil paĢanın fikrini
soruĢurdu
16
. Sədrəzəm Əhməd Ġzzət paĢa bir tərəfdən düĢmənlə barıĢığa gəlməyin