333
yollarını axtardığı halda, digər
tərəfdən də Sultan Vahdəddinin əmrinə əsasən
Ġttihadçıların tutulub, müharibə günahkarı olaraq Divani-Hərbə verilmələri haqda
düĢünürdü. Saray ilə Sədrəzəm arasında müzakirə edilən bu fikirdən xəbər tutan
Ġttihad və Tərəqqi Partiyası üzvləri, ölkəni tərk etmək qərarına gəlmiĢdilər. Mudros
saziĢinin imzalanmasından iki gün sonra, 1918-ci il noyabr ayının ikisindən üçünə
keçən gecə bəzi liderlər gizlicə ölkəni tərk etdi. Ölkədən gedənlər arasında
Sədrəzəm Tələt paĢa, Hərbiyə Naziri Ənvər paĢa, Bəhriyyə Naziri Camal paĢa,
Hərbi Ləvazim rəisi Topal Ġsmayıl Haqqı paĢa, Polis BaĢ Müdürlüyü ilə Hələb və
Beyrut valiliyi vəzifələrində olmuĢ Bədri və Əzmi bəylər, Ġttihad və Tərəqqi
Partiyasının Ġdarə Heyəti üzvlərindən Doktor Nazim və Doktor Bahəddin ġakir
bəylər var idi.
17
Qara Kamal bu liderlərin ölkədən kənara qaçması üçün lazımi
təĢkilati iĢləri görmüĢ və kömək etmiĢdi
18
.
Ənvər paĢa "Birinci Dünya müharibəsində qalib gəlsəydik, Çarlıq süqut
etmiĢ, Böyük Turan qurulmuĢ olacaqdı. Nə edək ki, tale üzümüzə gülmədi. Buna
müvəffəq olmadıq. Viran olduq". demiĢdi. Sabiq Hərbiyə Naziri Ənvər paĢa Böyük
Turan ideyasını gerçəkləĢdirmək üçün getdiyi Türküstanda, Pamir dağlarının
ətəyində, 1922-ci ildə ruslara qarĢı hücumların birində, at belində ən ön sıralarda
vuruĢarkən Ģəhid oldu
19
.
Tələt, Ənvər və Camal paĢalar ölkədən getdikdən sonra, haqlarında bir çox
araĢdırmalar aparıldı, xatirələr yazıldı, məqalələr qələmə alındı. Yazılanlar
arasında bu liderlərin bilgisizliyini, bacarıqsızlığını, siyasi və hərbi liderliklərini və
səhvlərini də dilə gətirənlər oldu. Ancaq bu liderlərin, Türk millətinə sadiq və Türk
Dövlətinə bağlı olmadıqları, xəyanət etdikləri, Ģəxsi sərvət toplamaq üçün
xəzinənin pulunu və xalqın malını çapıb-taladıqları, əqidəsizlik, oğurluq və s. bu
kimi suçlamaları heç kimsə yazmadı. Bu barədə heç bir məlumat və sənəd
tapılmadı.
Əhməd Ġzzət paĢa Mudros saziĢinin imzalanmasından doqquz gün sonra
vəzifəsindən istefa verdi
20
. Yerinə 11 noyabrda Tofiq paĢa gətirildi. Çünki, Əhməd
Ġzzət paĢa kabinetinin ölkə daxilindəki problemləri həll edə bilməyəcəyi
əvvəlcədən məlum idi. DüĢmən qüvvələri, ehtiyac olmadığı halda və heç bir səbəb
də göstərmədən, 11 noyabr 1918-ci ildə Ġstanbula qoĢun yeritdilər. Beləliklə,
saziĢin Ģərtlərini pozdular. Osmanlı Dövlətinin bölüĢdürülməsi ilə əlaqədar Sykes-
Picot Müqaviləsinin əsasları çərçivəsində və Paris Sülh Konfransı qərarlarına
əsasən, Mudros saziĢi Ģərtlərini öz anlayıĢlarına uyğun həyata keçirməyə
baĢladılar.
2. Mudros saziĢinin Qafqazdakı əks-sədası
Əhməd Ġzzət paĢa hökuməti elan etdikdən sonra, ermənilərin Ġstanbuldakı
təmsilçisi onun yanına gedərək, türk əsgərlərinin Bakıda 30 min ermənini qətlə
yetirdiyini
21
, Qarabağda isə hərbi hərəkatın davam etdiyini iddia edərək, bölgədə
334
daha çox insanın ölməsinin qarĢısını almağı xahiĢ etdi. Bu və buna bənzər
Ģikayətlər əsasında Əhməd Ġzzət paĢa 23 oktyabrda Nuru paĢaya bu teleqramı
göndərdi:
1.
Ermənilərin Ġstanbuldakı təmsilçisinin dediyinə görə, Osmanlı hərbi
birliklərinin Qarabağda ġuĢaya girdiyi məlum oldu. Bu hərəkət qarĢılıqlı qətliama
yol aça biləcəyindən, Qarabağa hərəkət edən hərbi hissələrimiz varsa, dərhal geri
çəkiləcək və geri çəkilmə barədə BaĢ Qərargaha məlumat veriləcəkdir. Qarabağa
heç bir əsgərimiz girməyəcəkdir.
2.
Bakının zəbti zamanı 30 min erməni öldürüldüyü və mallarının talan
edildiyi, talanlarda bizim əsgərlərimizin də iĢtirak etdiyi, indi də bir çox
ermənilərin təqib olunduğu bildirilmiĢdir. Bu söylənənlər doğru isə, buna səbəb
olanlar və bununla əlaqəsi olanların aĢkara çıxarılıb cəzalandırılmaları və ya
tərəfimizə bildirilməsi lazımdır.
3.
Bakıda həbs olunan ermənilər dərhal azadlığa buraxılacaq və onların
təqib olunması qətiyyətlə qadağan ediləcəkdir. Bakıda olan ermənilərdən Ģəhərdən
kənara çıxmaq və ya Ermənistana getmək istəyənlərə heç bir maneə olmayacaq,
lazımi köməklik göstəriləcəkdir. Azərbaycan ilə Ermənistan arasındakı sərhəd
münaqiĢələri, siyasi konfranslar və danıĢıqlar yolu ilə həll ediləcəyindən, silahlı
birliklərin bu kimi hallara müdaxilə etməsini qəti surətdə qadağan edirəm. Əksinə,
əsgəri qüvvələrimiz olduqları yerlərdə asayiĢi təmin etməklə məĢğul olmalıdır."
Erməni təmsilçilərin Osmanlı BaĢ Nazirinə verdikləri məlumatın bölgədəki
həqiqətlərlə heç bir əlaqəsi yox idi. Ermənilərin hadisələri və sayları ĢiĢirdərək,
dəyiĢdirərək və içinə yalan və yanlıĢ olan bir çox məlumatlar da qataraq, dünya
ictimaiyyətini öz tərəflərinə çəkməkdə mahir olduqları hamıya bəllidir. Bakı
hadisələrində də eyni cür hərəkət etmiĢdilər. Nuru paĢa Sədrəzəm Əhməd Ġzzət
paĢaya 27 oktyabrda göndərdiyi raportda bunları qeyd etdi:
1. Qarabağ bölgəsinin düzlük ərazisində yaĢayanların hamısı türkdür.
Bunlar isti yay günlərində yaylaqlara gedirlər. ġuĢanın üçdə ikisi türk və
müsəlmandır. Ermənilər uzun müddətdir ġuĢa Ģəhərini mühasirədə saxlayırlar,
Ģəhərdə yaĢayan müsəlmanlar isə aclıqdan tələf olmaq üzrədirlər. Bunun qarĢısını
almaq üçün 08.10.1918 tarixində Azərbaycan hərbi birlikləri ilə bizim əsgərlərimiz
tərəfindən Ģəhər iĢğal edilmiĢ və Ağdam ilə əlaqəsi təmin edilmiĢdir. Bu irəliləmə
əsnasında ilk gün bir neçə yüz erməni buna mane olmaq istəmiĢsə də bunlar geri
oturdulmuĢ və asayiĢi pozacaq heç bir hadisə olmamıĢdır. Əsasən Bakının
qüvvətləndirilməsi məqsədilə Qarabağdakı hissələrimiz geri çəkilmiĢ və ġuĢada
yalnız Azərbaycan hərbi birləĢmələri qalmıĢdır. Qarabağ Azərbaycanın ayrılmaz
hissəsidir, onsuz yaĢaya bilməz.
2. Bakının Osmanlı qüvvələri tərəfindən zəbti ilə düĢmən tərəfindən tərk
edilməsi və evakuasiyası arasındakı müddət ərzində, 31 mart qırğınının intiqamını