82
bolĢeviklər ilə Zaqafqaziya hökuməti və Seymdə olan erməni və gürcülər arasında
gizli bir məlumat axını olduğu da bilinirdi.
Hüseyn Rauf, Çenkeliyə göndərdiyi bir məktubda görüĢmələrin müsbət bir
nəticə verə bilməsi üçün Zaqafqaziya hökumətinin siyasi və idari baxımdan
təĢkilati quruluĢu, xarakteristikası və dövlətlərarası hüququn vacib gördüyü Ģərtləri
daĢıyıb-daĢımadığı kimi məsələlərin cavablandırılmasını istədi. Ancaq Çenkeli və
baĢqa nümayəndələr görüĢmələr boyu Zaqafqaziya hökumətinin müstəqilliyi və
təĢkilatının xüsusiyyəti kimi məsələlərə açıq və dürüst bir cavab verə bilmədilər.
Həqiqətən də Zaqafqaziya hökumətini yaradan gürcü, erməni və türklərdə
eyni dövlət içində, bir bayraq altında, bir və bərabər yaĢama iradəsi, əzmi və
mövcud ortaqlığı davam etdirmə arzusu yox idi. Bu üç millətin milli maraqları bir-
birinə zidd idi və aralarında da tarixi düĢmənçiliklər və dərin ayrılıqlar var idi. Hər
üç millətin təmsilçiləri və ziyalıları istiqballarını təmin edə bilmək üçün özlərinə
yaxın hesab etdikləri dövlətlərlə gizli və ya açıq münasibətə girmiĢdilər.
Zaqafqaziya hökuməti təmsilçiləri heyətində olan türklərdən alınan
məlumatlara görə, Çenkeli, Trabzona qəbul edilməsi mümkün olmayan istəklərlə
gəlmiĢdi. Seym Məclisinin istəkləri bu Ģəkildə xülasə edilə bilir:
1. Zaqafqaziya Seym Məclisi Osmanlı dövləti ilə sülh bağlanılması üçün
özünü səlahiyyətli bilir və sülhün imzalanması üçün lazım olan iradəni daĢıyır.
2.1914-cü ildəki sərhədlər imzalanacaq sülh müqaviləsinin əsasını təĢkil
edir.
3.Osmanlı dövləti sərhədləri daxilində muxtariyyət verilmiĢ bir "Türkiyə
Ermənistanı" təĢkil edilməsi üçün cəhd göstəriləcəkdir.
Çenkeli 14 mart günü rəsmi görüĢlər baĢlamadan əvvəl mətbuata verdiyi
açıqlamada hökumətinin Brest-Litovsk müqaviləsini tanımadığını bildirdi.
GörüĢmələrə təməl olmaq üçün Birinci Dünya müharibəsinin baĢlandığı tarix olan
1914-cü ildəki sərhədləri əsas alacaqlarını qeyd etdi.
Trabzon müzakirələri Seym Məclisi heyəti üzvləri arasındakı dərin görüĢ
ayrılıqlarının su üzünə çıxdığı Ģərtlər altında baĢladı. Çenkeli görüĢmələr sırasında
Batuminin onlara verilməsi halında erməni istəklərinin yüngülləĢdiriləcəyini
söylədi. Bundan sonra erməni əsilli üzv Xatisov, Hüseyn Raufa gizli bir mesaj
göndərdi. Xatisov ruslara yardım edən və cəbhənin çökməsi nəticəsində türk
ordusunun önündən Qafqaza qaçan 400 min erməninin evlərinə dönməsinə izin
verilməsinə qarĢılıq olaraq, Qars, Ərdahan və Batuminin Osmanlı dövlətinə
bağlanması görüĢünü dəstəklədiklərini bildirdi. Bu görüĢün qəbul edilməsi halında
gürcülərə bu məsələdə təzyiq göstərəcəklərini də qeyd etdi.
8
Osmanlı dövləti Brest-Litovsk müqaviləsi Ģərtlərinin tətbiq olunmasında
qərarlıydı. Osmanlı heyyəti gürcü və erməni nümayəndələrin irəli sürdüyü təklif və
görüĢlərin araĢdırılmasını belə vacib bilmədən rədd etdi.
83
Erməni və gürcü nümayəndələr, içində olduqları Ģərtləri qavramaqdan uzaq
bir davranıĢ sərgiləyirdilər. Davam etdirdikləri bu barıĢmaz və sərt davranıĢ,
görüĢmələri dayandırmıĢdı. Bu səbəbdən 3-cü Ordu Qars və Ərdahan üzərinə
hərəkət etdi. Türk əsgərinin irəli hərəkatı Tiflisdəki Zaqafqaziya hökumətində bəzi
dəyiĢikliklərə yol açdı. Hökumətdə yer alan erməni və gürcülər türklərə görə çox
əhəmiyyətli nazirlikləri ələ keçirmiĢdilər. Çenkeli sədrliyindəki heyət yeni
hökumətlə görüĢlər keçirmək məqsədiylə Tiflisə getdi. Bir müddət sonra Trabzona
dönən Qafqaz nümayəndələrinin, ikinci dəfə baĢlayan müzakirələrdə, fikirlərində
ciddi bir dəyiĢiklik olmadığı göründü. Seym Məclis heyəti Ərdahanı Osmanlılara
verir, Qars və Batumi haqqındakı görüĢlərində isə israr edirdilər.
Seym Məclisi heyəti türkləri boĢ yerə gözlədirdilər. Buna görə Hüseyn Rauf
6 aprel 1918-ci ildə Zaqafqaziya heyətinə bir ultimatum verdi. Rauf bəy
görüĢmələrin davam etdirilməsi üçün Zaqafqaziya hökumətinin Rusiyadan
ayrılaraq dərhal müstəqilliyini elan etməsini və Brest-Litovsk müqaviləsinin
Qafqazı maraqlandıran hökmlərini qeyd-Ģərtsiz qəbul etdiyini açıqlamasını istədi.
Ancaq bu Ģərtlərin qəbul edilməsi halında görüĢmələrin davam edə biləcəyini
bildirdi.
9
Zaqafqaziya təmsilçiləri bu səbəbdən müzakirələri yarıda kəsərək Tiflisə
döndü. Trabzon Konfransı mövzusunda görüĢmələr aparan Seym Məclisində
türklər, gürcülər və ermənilər arasında sərt mübahisələr yaĢandı.
10
Ermənilər və
gürcülər Osmanlı birliklərinin baĢlatdığı hərbi hərəkatı dayandırmaq üçün Ġngiltərə
və Almaniyanın dəstəyini almaqdan söz etdilər. Türklər isə bölgədə sülh, əmin-
amanlıq və sabitliyin təmin olunması üçün Osmanlı dövlətinin Brest-Litovsk
müqaviləsindən doğan istəklərinin qəbul edilməsinin vacibliyini bildirdilər.
3. Qars, Ərdahan və Batum Hərbi Hərəkatı:
Trabzon Konfransının çağırıldığı günlərdə hərbi nazir və baĢkomandan
vəkili Ənvər PaĢa 3-cü Ordu komandanı Vəhib PaĢaya göndərdiyi əmrdə, Brest-
Litovsk müqaviləsinin Qafqazı maraqlandıran hərbi mahiyyətdəki hökmlərinin
yerinə yetirilməsi üçün qəti təlimat verdi. Buna görə Qars, Ərdahan və Batuminin
həqiqətən ələ keçirilməsi lazım gəlirdi. Trabzonda təĢkil olunacaq görüĢmələrə
gedəcək türk heyətinə də Əlviyəi-Səlasə sancaqları barədə heç bir Ģəkildə güzəĢt
etməmələrini tapĢırdı. Ənvər paĢa və Osmanlı BaĢ Qərargahı Batuminin həm hərbi
və siyasi yöndən, həm də ticarət yönündən Qafqaz, Orta Asiya və Ġrana açılan
əhəmiyyətli bir qapı olduğunu düĢünürdü. Bu baxımdan Batuminin zəbti Osmanlı
dövləti üçün çox əhəmiyyətli idi. Ənvər paĢanın 3-cü Ordu komandanı Vəhib
paĢaya Batuminin alınması haqqında göndərdiyi əmr belə idi:
"Gürcüləri məmnun etmək üçün öz maraqlarımızı fəda edərək Batumini
gürcülərə heç bir Ģəkildə verə bilmərik. Brest-Litovsk müqaviləsinin hökumətimizə
verdiyi mövqelərdən ən əhəmiyyətlisi, yalnız Qafqazın deyil, bəlkə Ġran və ġərqi
Asiyada yaĢayan müsəlmanların yeganə limanını təĢkil edəcək olan Batumi,