136
QARABAĞ ÜZÜNTÜLƏRİNDƏN SƏTİRLƏR
Ədəbiyyat hər bir xalqın məişətini,
mədəniyyətini, mənəviyyatını, tarixini əks etdirən, gələcəyə
aparan ən gözəl vasitədir. Ədəbiyyat insanlar arasında əlaqə yaratmalı, onların hisslərni oyatmalı və
düşündürməyi bacarmalıdır. Aqillərdən biri deyib ki, bəşəriyyətin sosial problemləri haqda
düşünən, narahat olan insanlar ədəbiyyatla məşğul olmalı, yazmalıdır. Ədəbiyyatın əbədiliyi onu
yaradandan çox asılıdır. Hər bir əsər bir nəslin digər nəslə vəsiyyətidir. Oxucu oxuduğu əsərdə
özünü, öz tarixini, mədəniyyətini, mənəviyyatını görməlidir və öyrənməlidir. Ədəbiyyat ən gözəl
tərbiyəçi və müəllim olmalıdır. Ədəbiyyatın bir vəzifəsi də mənsub olduğu xalqın tarixini
yaratmaqdır.
Çox qəribədir ki, tarix kitablarında, dərsliklərdə oxuduğumuz tarixi hadisələr o qədər
çox yadımızda qalmır, amma bədii əsərlərdə oxuduğumuz hadisələr bizə daha çox təsir edir və
yadda qalır.
Taleyinin ən təlatümlü anlarını yaşayan Azərbaycanımızın bu günkü tarixini tarixçilərlə bərabər
ədəbiyyatçılar da yazmalıdır, yaratmalıdır. Gələcək nəsil bu günün acı həqiqətlərini, xalqımızın
yaşadığı müsibətli taleyi yazılan əsərlərdən, kitablardan, öyrənməlidir. Keçmişini bilməyən nəsil
gələcəyini yarada bilməz. Bəzən deyirlər ki, tarixi hadisələr haqda müəyyən bir dövr keçdikdən
sonra yazmaq lazımdır, məncə bu yanlış fikirdir. Yaraların ağrısı səngimədən, korşalmadan bu
günün tarixini elə bu gün yaratmaq lazımdır. Çağdaş ədəbiyyatımızdan gileylər, narazılıqlar
olsa da
müəyyən işlər görülür, bu səpgidə əsərlər yazılır. Bu yaxınlarda kitabxanamıza daxil olmuş yeni
kitabların içərisində biri diqqətimi çəkdi. Kitabın adı qəlbimin ağrılı nöqtəsini sızlatdı və mən
oxumağa başladım. Kitabı oxuduqca 1994-cü ilin 3 iyulunda Bakı Metropoliteninin «28 May»
və «Gənclik» stansiyaları arasında baş vermiş terror aktını və bu faciədə tanıdığım, bildiyim neçə
ailənin çəkdiyi müsibətləri dönə-dönə xatırladım, düşmənə nifrət hissim birə-beş artdı. Söhbət gözəl
şair, alleqorik əsərlər müəllifi kimi tanıdığım və hörmət etdiyim Mərkəz Qacarın «Metroda terror»
sənədli povesti haqqındadır. Kitabda faciənin baş vеrmə səbəbləri, onu törədənlər haqda dəqiq
məlumatlarla bərabər, bu hadisənin açılmasında, günahkarların üzə çıxarılmasında müstəsna əməyi
olan hüquq mühafızə işçiləri haqda da məhəbbətlə yazılıb. Çox vaxt hadisə və günahkarlar haqda
hamı bilir, ancaq bu işdə əmək qoyub, ömür sərf edənlər haqda heç kəs heç nə bilmir.
Bu isə bir
qədər ədalətsizlik olur. Povestin qəhrəmanı Azərbaycan Respublikası Prokurorluğunun müstəntiqi
Namiq Həsənov belə insanların ümumiləşmiş obrazıdır və ən təsirlisi odur ki, bu obraz, müəllifin
təxəyyülünün məhsulu deyil, hər gün rastlaşdığımız, təmasda olduğumuz müasirimizdir. Əsərdə
insanın qəlbini titrədən, düşündürən dərin psixoloji məqamlar çoxdur. Sanki son illərdə xalqımızın
yaşadığı bütün bəlaların kökünü görürük və ayıq-sayıq olmağa daxili ehtiyac duyuruq. Sözün həqiqi
mənasında böyük vətəndaş yanğısı ilə yazılmış əsər öz oxucusunu da bu ruhda kökləyir. Əsərin ən
maraqlı yerlərindən biri böyük səriştəyə malik olan müstəntiq Namiq Həsənovun, elə istintaqın ilk
anlarından, zərərçəkmiş Hüseyn Həsənovu dindirməyi, onun ifadəsinə əsasən təxribatçının
rəssam
vasitəsi ilə şəklini çəkdirməyi və həmin şəklin əsasında təxribatçının fotorobotunun hazırlanması,
cəld surətdə Respublikanın və xarici dövlətlərin hüquq mühafizə orqanlarına göndərməsi, sоnralar
həmin cinayət işinin açılmasında və çinayətkarın ifşa еdilməsində böyük rоl оynayıb. Müstəntiq
Namiq Həsənovun 1996-cı ildə еrməni əsirliyindən azad edilmiş 7 nəfərlə apardığı iş zamanı, yəni
həmin şəxslərin dindirilməsi zamanı, təxribatçının fotorobotunu onlara təqdim edib, onlardan Famil
Əliyev adlı şəxs, fotorobotdakı şəxsin onunla birlikdə Xankəndində əsir olan və həbsxanada bir
kamerada yatan, milliyyətcə ləzgi, Aslanov Azər Salman oğlu olduğunu göstərmişdir. F.Əliyev
həmçinin göstərib ki, A.Aslanov Ermənistan və Dağlıq Qarabağ xüsusi xidmət orqanlarının
əməkdaşları ilə sıx əlaqə yaradıb, onların tapşırıqlarını canla-başla yerinə yetirib.
Demək olar ki,
işin açılmasında yeganə açar rolu oynamış fotorobotun hazırlanması müstəntiq Namiq Həsənovun
kriminalistika elminin nailiyyətlərindən bacarıqla istifadə etməsinin nəticəsidir.
Müəllif əsərdə həmçinin erməni xislətini, onların tarixən dünya xalqlarına vurduqları qanlı
zərbələri bir daha böyük ustalıqla oxuculara çatdırır.
Bu yazıçının ən böyük uğurudur. Əslində yazıçının məqsədi öz hiss və düşüncələrini oxucusuna
təlqin etmək, onu öz duyğularının təsirinə salmaqdır. Məqsədinə çatan yazıçı xoşbəxtdir. Kitab
137
yazmaq, nəşr etdirmək işin bir hissəsidir, oxucuya çatdırmaq, oxucunun malı etmək isə işin əsas
hissəsidir. Mən bu mənada Mərkəz müəllimi xoşbəxt yazıçı sayıram və onunla fəxr edirəm. Mərkəz
müəllim çox məhsuldar və hərtərəfli şairdir-yazıçıdır. Onun yaradıcılığı haqda əsas sözü
ədəbiyyatşünaslar deyəcəklər. Mən sadə bir оxucu-kitabxanaçı fikrimi bildirməklə vətəndaşlıq
borcunu yerinə yetirməyə çalışdım. Mərkəz müəllimin bir çox müəlliflərə örnək ola biləcək bir
xüsusiyyətini də demək istəyirəm. О çap olunmuş bütün əsərlərinin ilkin nüsxələrindən
M.F.Axundov adına Milli kitabxanaya birinci göndərir.
Bu onun əsl ziyalı olduğuna dəlalət edir. Biz kitabxanaçılar da onun əsərlərini sevə-sevə təbliğ
edirik. Mərkəz müəllimə çoxşaxəli yaradıcılıq yollarında yeni-yeni uğurlar və can sağlığı
arzulayırıq.
Qəlbinin səsi ilə, ürəyinin işığında yazdığı gözəl-gözəl əsərlərinin yolunu gözləyirik.
«525-ci qəzеt», 30 iyul 2004-cü il
AZƏRBAYCANDAN UZAQDA AZƏRBAYCAN OLAN OĞUL
Son vaxtlar gənclərimizdə vətənpərvərlik və milli qeyrət hissinin azlığından gileylənir,
narahatlıq keçiririk. Əlbəttə, bu, narahat olmalı, düşünməli məsələdir və hardasa bu cür
düşünməkdə bir qədər haqlıyıq. İşğal altında qalan torpaqlar, mübarizlik əhval-hiyyəsinin azlığı,
özümüzün-özümüzdən narazı olmağımıza haqq verir. Ancaq nə yaxşı ki, vətən, xalq mənafeyini
həmişə, hər yerdə qorumağı bacaran, ürəyi milli qeyrət hissi ilə çırpınan gənclərimiz bü gün də var.
Amerika kimi nəhəng bir ölkədə Azərbaycan adını, Azərbaycan bayrağını zirvələrə qaldıran 19
yaşlı Ramil Babayev bunu bir daha sübut etdi.
Ramil ABŞ Dövlət Departamentinin maliyyəsi ilə Azadlığa Dəstək Proqramı çərçivəsində
Beynəlxalq Mübadilələr və Tədqiqatlar Şurası tərəfindən idarə olunan tələbə mübadiləsi proqramı
üzrə Corciya Universftetində təhsil ahr. Universitetdə hər il ənənəvi «Beynəlxalq gün» adlı tədbir
keçirilir. Həmin tədbirdə müxtəlif ölkələrdən gəlmiş tələbələr öz ölkələri haqqında universitet
ictimaiyyətinə, şəhər əhalisinə məlumat verirlər. Tədbir zamanı tələbələrin mənsub olduqları
ölkələrin bayraqları universitetin qarşısından asılır. Bu tədbirdə Ramil də çıxış etməli, Azərbaycan
haqqında tələbə dostlarına məlumat verməli idi. Tədbirdən bir gün qabaq bayraqlar arasında
Azərbaycan bayrağını görməyən Ramil gərhal tələbələrin fəaliyyətini əlaqələndirməklə məşğul olan
«İnternational Оffise» gedib bunun səbəbi ilə maraqlanır.
Bayrağın sifariş olunduğunu və hələ gəlib çıxmadığını desələr də, Ramil qətiyyətlə: «Mənim
ölkəmin bayrağı ordan asılmasa, mən çıxış etməyəcəm» - deyə etirazını bildirir. Onun bu qətiyyəti
qarşısında aciz qalan təşkilat ertəsi gün bayrağı təyin olunan yerdən asmalı olur. Ramil tədbirdə
«Koroğlu» uverturası sədaları altında ingilis dilində Azərbaycanın himnini səsləndirir və çıxışının
sonunda diz çökərək 4 dəfə bayrağımızı öpərək gözünün üstünə qoyur.
Tədbir iştirakçıları bu gənc azərbaycanlının
milli qeyrət, fədakarlıq hissini qibtə və həsədlə
alqışlayıblar. Ramilin bu tədbirdə hamıdan seçilməsi Corciya ştatının yerli telekanallarından birini
maraqlandırıb və ona xüsusi veriliş həsr edib. Bu veriliş təkcə Ramilə həsr olunmuş veriliş deyil,
bütöv Azərbaycana həsr edilmiş verilişdir. Bir xalqı, bir ölkəni özündə, öz davranışında əks etdirə
bilən oğulun atası, anası olmaq səadəti hər kəsə nəsib olmur. Amma bu səadət təkcə Avtandil
müəllimə, Vəfa xanıma deyil, hamımıza aiddir və Ramil hamımızın övladıdır. Köksümüzü iftixarla
qabardan, gözümüzü sevinc yaşları ilə dolduran oğullarla bütün xalq fəxr edir. Ramilin ABŞ
mətbuatında Azərbaycanımızla bağlı məqalələr dərc etdirməsi də təqdirəlayiqdir.
Gürcüstanın
Marneuli rayonunda doğulan, Bakıda orta təhsil alan, Amerikada ali ixtisasa
yiyələnən Ramilin xoş sorağını hələ çox eşidəcəyik. Ramil valideynlərini, həyatı qədər çox sevdiyi
xalqını hələ çox sevindirəcək. Hələ çox deyəcəyik: «Üzün ağ olsun ata, ana, üzün ağ olsun vətən,
belə oğullar böyütdüyünə görə».