140
prоblеmi, mənəviyyat məsələləri öndə durmalıdır. Kеçən əsrin əvvəllərində qadın azadlığı məsələsi
başlıca
məsələ idisə, indiki əsrin əvvəlində isə qadınların ifrat açıq-saçıqlığı, mənəvi tərbiyəsi
prоblеm məsələ kimi narahatçılıq yaradır.
«Mоlla Nəsrəddin» jurnalının əsas və daimi mövzularından biri də ana dilinin varlığı, təmizliyi
uğrunda mübarizə idi. İlk nömrəsindən, hətta «Sizi dеyib gəlmişəm» adlı məşhur məqaləsindən
başlayaraq, jurnal Azərbaycan dilini yad təsirlərə uğratmaq istəyənlərə qarşı çıxdı. «Mоlla
Nəsrəddin» jurnalı və оnun əməkdaşları əcnəbi dillərin öyrənilməsi əleyhinə deyildilər, onlar
əcnəbi təsirinə uyub, ana dilinə etinasızlıq edənlərə, onu bəyənməyən,
yad kəlmələri yerli-yersiz
işlətməklə dili eybəcərləşdirənlərə zidd idilər. Jurnalın 1906-cı il 38-ci nömrəsində «Azərbaycan
türkü»nü yerə yıxıb dilini kəsən, bir sıra əcnəbi dilləri ona zorla qəbul etdirmək istəyənlərin
karikaturası çəkilmiş və altda yazılmışdı: «Ay qardaşlar, mən ki, dilsiz xəlq olunmamışam, bu
dilləri ağzıma soxursunuz». Azərbaycan dilini ərəb, fars, osmanlı kəlmələri ilə dolduran, bu dilin
sənət və ədəbiyyata yaramadığını iddia edənlərə qarşı kəskin mübarizə aparan «Molla Nəsrəddin»
bu gün yaşasaydı, inanıram ki, yenə də bu işdə dönməz mövqe tutar, daha amansız olardı.
Çünki bu
gün də bu ürək ağrıdan problem mövcuddur.
Mollanəsrəddinçilər elmdən, mədəniyyətdən və mətbuatdan qaçan, vəhşi əməllərə qurşanan daş
ürəkli nadanların güclü olduğu bir mühitdə yazıb-yaradır, mübarizə aparırdılar. Müstəqillik
qazanmış bir ölkədə, elmin, texnikanın yüksək inkişaf еtdiyi bir dövrdə, hər kəsin hər şeyi yazıb,
deyə biləcəyi bir şəraitdə, mədəniyyətə, mətbuata qiymət verilən bir zamanda xalqın kifayət qədər
itkiləri, ağrıları ola-ola niyə dərdlərini, problemlərini
öz dilində özünə anladan, yaralarına məlhəm
olan bir mətbu orqan yoxdur? Əslində indi mətbuat bоlluğunda üzürük, amma «Molla Nəsrəddin»
yolunu davam etdirən, ənənələrini yaşadan yoxdur. Bəlkə bunun üçün yeni bir Cəlil
Məmmədquluzadə doğulmalıdır? Bəlkə də. C.Məmmədquluzadə XX əsrin inqilablar dövrünün
Molla Nəsrəddini idi, XXI əsrin mübarizələr dövrünün Molla Nəsrəddini bəs nə vaxt zühur edəcək?
Dahi Üzeyir bəyin vaxtilə dediyi bir sözə inanmaq istəyirəm: ««Molla Nəsrəddin»i öldürmək
mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz».
«Еksprеss» qəzеti, 11 dеkabr 2002-ci il.
141
«MİLLƏTİN ZƏRRƏSİ»NDƏN SÜZÜLƏN İŞIQ
Dünyada elə şairlər, elə yazıçılar var ki, əsərlərinin altında
imza qoymasalar da seçilir, tanınır.
Oxucu bu əsərlərin hər cümləsində, hər sətrində müəlüflə üz-üzə gəlir, həmsöhbət olur. Müəllif
«mən»i ilə, oxucu «mən»i arasındakı bu səmimi ünsiyyət uzun müddət unudulmur. Heç kəsə
bənzəməyən, hamıdan seçilən, xüsusi üsluba malik yazılarda sanki bir səs daim pıçıldayır: «Bu
mənəm, bu mənim fikrimdir, tanı məni, sev məni». Mənə elə gəlir ki, əsl yazıçı odur ki, oxucu ilə
həmsöhbət ola bilir. Belə yazıçılar tarixdə əbədilik qazanır və onların əsərləri bütün dövrlərdə
aktual olur, sevilir, oxunur.
Millət vəkili, professor Rəfael Hüseynov məhz belə yazıçılardandır.
Onu tanımaq istəyənlər kitablarını oxusun, çünki bu kitablardan millətini sevən, tanıyan və onun
xoşbəxtliyi yolunda hər şeyə hazır olan bir vətəndaş, Rəfael Hüseynov özü boylanır. Rəfael
müəllimi dünyanın məşhur romançılarından fərqləndirən bir cəhət var. Əgər romançılar öz
təxəyyüllərinin məhsulu olan insan talelərini qələmə alırlarsa, Rəfael müəllim isə adi romanlara
sığmayan həqiqi, tarixi insan talelərini, həyatlarını qələmə alır. Bu insanlar adi insanlar deyil, bu
talelər də adi deyil.
Adi roman yazmağa nə var ki, heç kəs səni nəyisə düz deməməkdə, nəyisə
unutmaqda ittiham edə bilməz. Yaşanmış, tarixdə qalmış insan talelərini qələmə almaq çox çətin və
məsuliyyətli işdir. Xırda bir səhv hər şeyi alt-üst edə bilər. Burda yazıçılıqla bərabər, həssas, dəqiq
tədqiqatçılıq da lazımdır, vacibdir.
Yəqin ki, oxuculara R.Hüseynovun «Vaxtdan uca», «Məhsəti necə varsa», «Min ikinci gecə»,
«Rəfibəylilər» kitabları tanışdır. Bu siyahıya bir ad da bu yaxınlarda qoşulub: «Millətin zərrəsi».
Rəfael müəllim bütün kitablarında ümumilikdə millətin nur topasını yaradan zərrələr haqda söhbət
açır, onların talelərini şirin və təsirli bir dillə oxucularına çatdırır. Onun qələmə aldığı ömür
sahiblərinin çoxunu yaxşı tanımırıq, çoxu haqda az məlumatımız var, halbuki bu insanlar haqda hər
şeyi bilməliyik, onları tanımalıyıq. Çünki xalqımızın tarixi inkişafında onların müstəsna rolu var,
tariximizin məhək daşı, məhz onlardır. «Millətin zərrəsi» kitabında hansı talelərdən söhbət açılır,
hansı ömürlərə güzgü tutulur? Payına çox qısa
bir ömür düşmüş, lakin bu qısa ömürdə Azərbaycan
ədəbiyyatına unudulmaz və işıqlı səhifələr yazmış Mikayıl Müşfiq taleyinin heç kəsə bəlli olmayan
çox maraqlı bir səhifəsini bu kitabda oxuya bilərsiniz. Məşhur «Yenə o bağ olaydı» şerinin heç
demə qəribə bir sirri-sehri varmış.
Yanıqlı səsi, şirin zəngulələri qulaqlarımızdan getməmiş, mərhum Rübabə Muradovanın bir
mahnısının, «Qaragilə»-nin yaranması, yazılması əməlli-başlı tarix imiş. Bu tarixi hadisəni bu
kitabdan öyrənə bilərsiniz və həm də mahnının tam mətni ilə bərabər.
Azərbaycan rəssamlığında möhtəşəm yeri olan Bəhruz Kəngərlinin adı hamıya tanışdır.
İnanıram ki, Rəfael müəllimin kitabını oxuyandan sonra onu tanımadığınızı etiraf etməli
olacaqsınız, bunun üçün təəssüf hissi də keçirəcəksiniz.
Acı taleyini, keçməkeşli həyatını məhz R.Hüseynovun «Vaxtdan uca» kitabından öyrəndiyimiz,
Azarbaycan ədəbiyyatı tarixində təkrarsız izi olan Hüseyn Cavid dühasının hələ açılmamış qatları
var imiş. «Millətin zərrəsi» kitabında da Rəfael müəllim Cavid ömrünün yazılmamış səhifələrini
vərəqləmiş, Rəsizadələr ailəsinin taleyini bir daha araşdıraraq, oxucularına açıqlamışdır.
Azərbaycanın azadlıq tarixini öz qanları ilə yazmış tarixin bağrında sağalmayan yara kimi daim
sızlayan cümhuriyyətçilərin kimliyini, hansı əzablı yollardan keçdiyini
təəssüf ki, hələ də bilmirik.
Amma bilməliyik, bunu bilməsək işıqlı gələcəkdən söz açmağa dəyməz. Azərbaycan Demokratik
hərəkatının aparıcı simalarından olan Həsən bəy Ağayev və onun ailəsi haqda müfəssəl və ürək
göynədən bilgiləri bu kitabdan ala bilərsiniz. Həsən bəy Ağayevin nəvəsi, Əhməd bəy Pepinovun
qızı Sevda xanımın bu yaxınlarda vəfat etdiyini eşitdim. Həsrətli-nisgilli bir ömür yaşamış Sevda
xanıma ömrünün son günlərində Rəfael müəllim gözəl bir hədiyyə bəxş etdi. Bu kitabda atasının,
babasının şərəfli ömür yoluna verilən qiymət, illərdən bəri qəlbini göynədən nisgili bir az soyutdu.
Neyləmək ki, heç kəs öz qiymətini vaxtında ala bilmir. Qızıl barmaqlı gözəl pianoçu Xədicə
Qayıbova, Aşıq Mirzə Bilal,
Aleksandr Tuqanov, Əkrəm Cəfər, Maestro Niyazi, gözəl alim
Məmmədağa Sultanov, muğam sənətimizin dahilərindən biri olan Zülfü Adıgözəlov, vətəndən
uzaqlarda vətəni yaşadan Turxan Gənceyi, musiqimizin mələyi Şövkət Ələkbərova, idman