147
hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına
yönəldilmiş tədbirlər haqqında» 1970-ci il Paris Konvensiyası, «Ümumdünya
mədəni və təbii insan
mühafizəsi haqqında» YUNESKO-nun 1972-ci il Paris Konvensiyası və s. kimi beynəlxalq
konvensiyalara Azərbaycan da qoşulmuş və bu qanunlardan irəli gələn müddəalara həmişə əməl
edir. Ermənistan da bu konvensiyaların üzvüdür, ancaq beynəlxalq qanunları kobudcasına pozur,
heç bir hüquqi normalara məhəl qoymayaraq Azərbaycan abidələrini dağıdır. XXI əsrdə bütün
bəşəriyyətin gözü qarşısında bu cür özbaşınalıq hökm sürür və təəssüf ki, dünya susur.
Bu yaxınlarda «Armen press» dövlət informasiya agentliyi «Şuşa fondu» adlanan erməni
təşkilatı tərəfindən Şuşa şəhərinin ətrafındakı bürünc əsrindən qalmış 200-ə yaxın qəbirüstü
abidələrdə arxeoloji qazıntılar aparılacağı xəbərini yaymışdı. Bu xəbər Azərbaycan xalqı və
hökuməti tərəfindən hiddətlə qarşılandı. Azərbaycan Mədəniyyət Nazirliyi çox kəskin və qəti
bəyanatla YUNESKO təşkilatının direktoruna, Avropa Şurasının
Mədəniyyət Komitəsinə,
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə və bir sıra beynəlxalq təşkilatlara müraciət edərək
ermənilərin Şuşada arxeoloji qazıntılara başlamasının cinayət kimi qiymətləndirilrnəsini tələb etdi.
DAK Qadınlar Şurası da YUNESKO-ya, Avropa Şurasının Mədəniyyət Komitəsinə və bir sıra
təşkilatlara məktub göndərmiş, bütün dünyanın azərbaycanlı anaları, qadınları adından ermənilərin
azğınlığının qarşısının alınmasını tələb etmişdir.
Bu, adi məsələ deyil. Damarında azərbaycanlı qanı axan hər kəs bu haqda ciddi düşünməli,
əlindən gələni əsirgəməməlidir. Bu bir həqiqətdir ki, dağılmış kəndləri, şəhərləri bərpa etmək,
maddi ziyanı ödəmək olar, amma itirilmiş mədəniyyəti, yaralanmış mənəviyyatı qaytarmaq,
sağaltmaq mümkün olmur. Allahın köməyi ilə işğal olunmuş torpaqlarımızı yaxın gələcəkdə azad
edəcəyik,
amma tariximizi, mədəniyyətimizi yaşadan, əks etdirən maddi-mənəvi abidələrimizin
taleyini hər an düşünməliyik. Haqq səsimizi dünyaya car çəkərək milli-mənəvi sərvətlərimizə sahib
çıxmalıyıq.
«Azərbaycan» qəzеti, 12 iyun 2005-ci il
BİR ОRDUYA BƏRABƏR ОLAN PОЕZİYA
Mən ədəbiyyatçı deyiləm, sadə oxucu, adi bir kitabxanaçıyam. Məmməd Arazın poeziyasının
təhlilini vermək, onun haqqında fikir yürütmək gücüm, iqtidarım xaricindədir. Bir kitabxanaçı kimi
demək istəyirəm ki, Məmməd Araz bizim ən müntəzəm oxunan şairimizdir. Kitaba, mütaliəyə
marağın azaldığı indiki zamanda da onun kitabları axtarılır, şerləri oxunur. Bu bir həqiqətdir ki, hər
yazılan əsərin, çap olunan kitabın taleyini oxucu təyin edir. Əgər kitab
oxucu tərəfindən tez-tez
tələb olunursa, oxunursa, deməli, ədəbiyyat tarixində yeri və izi qalacaq. Məhz Məmməd Araz belə
şairlərdəndir.
Məmməd Araz poeziyasının başlıca üstünlüyü insanları mübarizəyə ruhlandırmasındadır. Onun
şerlərini oxuyanda içində bir titrəyiş, təlatüm hiss edir, vətəni köksünə sıxmaq, xalqı bağrına
basmaq istəyirsən. Şairin əbədı mövzusu vətəndir, torpaqdır, xalqdır, millətdir.
Hər səhər işə gələndə Bakının «Azadlıq» prospektində «16 mərtəbə» kimi tanınan binanın
başında iri hərflərlə yazılmış xarici bir firmanın adını oxuyanda qəlbimdən sızıltılı bir arzu keçir.
Deyirəm kaş onun yerinə Məmməd Arazın:
Azərbaycan! Mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan! Deyiləndə ayağa dur ki,
Füzulinin
ürəyinə toxuna bilər.
- misraları yazılmış olaydı. Səhər evindən çıxıb işə tələsən hər kəs şəhərin
yüksək nöqtəsindən
səslənən bu misraların ovqatı ilə köklənəydi. Ən soyuqqanlı, biganə insanın da damarlarında qanı
qaynayardı. Bakının küçələrində, metrolarda nəyin istəsən reklamını görə bilərsən, təkcə vətəndən
148
başqa. Bu, torpaqlarının 20 faizdən çoxunu itirmiş, müharibə şəraitində yaşayan bir xalqa yaraşan
hal deyil.
Küçələrdə, dayanacaqlarda, metroda, gənclərin daha çox yığışdığı yerlərdə Məmməd
Arazın misralarını reklam plakatlarında vermək çox yaxşı olardı. «Səninləyəm, Azərbaycan!»
səsləyən, «Vətən mənə oğul desə nə dərdim» deyən şairin qəlbinin bu sevgi səsinə yüzlərlə səs
qoşulacağına, alovuna yüzlərlə ürək alışacağına əminəm. Çünki bu poeziyanın gücü bir
ordunun gücünə bərabərdir. Ürək düşmənə nifrətlə, vətənə məhəbbətlə alışmasa nə dizdə
taqət olar, nə də qolda qlivvət.
«Azərbaycan» qəzеti
GƏNC ALİMLƏRƏ MЕYDAN VЕRƏK
Mən təbiətən paxıl adam deyiləm. Buna görə Tanrıma minnətdaram, çünki paxıllıq insana
əzab verən bir hissdir. Amma başqa millətə, xalqa mənsub olan istedadlı, savadlı, ağıllı
adamları görəndə qibtə hissi keçirirəm. Öz millətimi, xalqımı belə görmək arzusu məndə bu
hissi yaradır. Amma öz xalqımın istedadlı, ağıllı övladlarını görəndə fərəhdən ürəyim sinəmə
darlıq eləyir. İşimin xüsusiyyəti elədir ki, hər gün gənclərlə, tələbələrlə ünsiyyətdə oluram və
çox şükür ki, belə fərəh hissini tez-tez keçirməli oluram. Savadına, dünyagörüşünə, ağlına
heyran olduğum, ana öz balası ilə necə fəxr edərsə, eləcə fəxr etdiyim bir azərbaycanlı oğlu
tanıyıram. Təxminən 4 il əvvəl «Ekspress» qəzetində tanış olduğum, sonralar tez-tez
gördüyüm və dərindən tanıdığım, bələd olduğum gənc ədəbiyyatşünas-tənqidçi Əsəd
Cahangir doğrudan da sevilməli, fəxr edilməli oğuldur.
Cəmiyyətin həyatında, inkişafında ədəbiyyatın rolu necədirsə, ədəbiyyatın inkişafında tənqidin
rolu da elədir. Tənqid ədəbiyyatın güzgüsüdür, onu saflaşdırır. Tənqid yazıçını oxucuya
yaxınlaşdırır, oxucuda zövq və qabiliyyəti inkişaf etdirir. Məncə tənqidçi olmaq, yazıçı olmaqdan
qat-qat çətindir. Söz haqqında söz demək daha böyük məsuliyyət və qabiliyyət tələb edir. Yazıçı
tənqidçiyə həmişə minnətdar olmalıdır, ən əvvəl ona görə ki, onun daimi və diqqətli oxucusudur.
Bəzən tənqidçi yazıçının xatirinə dəyməli olur, amma düşünmək lazımdır ki, bu tənqid yazıçının
yaradıcılığında əsaslı və müsbət dönüş yarada bilər. Yersiz tərifdənsə, haqlı tənqid yaxşıdır. Bəzən
yersiz təriflər ürək bulandırır, insanda ikrah hissi yaradır. Yersiz tərif ürək bulandırdığı kimi haqsız
tənqid də ürək ağrıdır. Hər ikisi düzgün və ədalətli olmalıdır. Bu məsuliyyət də ədəbiyyatşünas
tənqidçilərin üzərinə düşür. Azərbaycan ədəbiyyatının həmişə görkəmli yazıçı, şairləri olduğu kimi,
tənqidçiləri də olub və indi də var. Əkrəm Cəfər,
Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan və
onlarla bu kimi ədəbiyyatşünas tənqidçilərin yaradıcılığından bəhrələnmiş, sanballı köklərdən su
içmiş gənc tənqidçilər bu gün öz sələflərinin ənənələrini ləyaqətlə davam etdirirlər. Onlardan biri də
Əsəd Cahangirdir. Mən onun mətbuat səhifələrindəki elmi-tənqidi məqalələrini izləyirəm və
gələcəyinə böyük ümid bəsləyirəm. Çox böyük hörmət bəslədiyim, sanballı alim kimi tanıdığım
Bəkir Nəbiyevin bir çıxışında Əsəd haqda dedikləri mənim bu qənaətimin əsassız olmadığını bir
daha sübut etdi. Hər halda adi oxucu fikri, alim fikri ola bilməz. Əgər bu fikirlər üst-üstə düşürsə,
deməli, yanılmamışam və buna çox sevinirəm. Mən Əsədin adi bir şer, adi bir yazı haqda
dediyi
fikirlərə, sözlərə dəfələrlə qulaq asmışam və o şer, o yazı haqda təsəvvürlərim o qədər aydınlaşıb,
dəqiqləşib ki, özüm də mat qalmışam. Yazıçı, şair bəzən öz yazısı haqda heç özü də yazarkən
düşünmədiyi, duymadığı fikirləri tənqidçidən eşidərkən təəccüblənir. Məncə
nə
təəccüblənməməlidir, nə də inciməməlidir. Əsəd hələ çox gəncdir. Gənc olmasına baxmayaraq çox
iş görüb və görəcəyinə də əminəm. Layiq görüldüyü prezident təqaüdü anasınm südü kimi ona
halaldır. Mənə elə gəlir ki, savadlı, qabiliyyətli gənclərimizi yersiz ittihamlarla, haqsız iradlarla
sındırmamalıyıq, həvəsdən salmamalıyıq. Əksinə, onlara dayaq olmalı, geniş imkanlar yaratmalı,
meydan verməliyik. Kök, gövdə, təzə pöhrələnmiş qol-budaqların inkişafı, böyüməsi üçün nəyi var
əsirgəməməlidir.