150
ÖZ DÜNYASINA QOVUŞAN İNSAN
Deyirlər ölüm qaşla göz arasındadır. Bu deyim inandırıcı görünməsə də həqiqətdir. Bəzən deyə-
gülə ayrıldığın sapsağlam bir insanın bir neçə saatdan sonra ölüm xəbərini eşidəndə inanmırsan.
İnanmadığımız belə həqiqətlər qəlbimizdə ağrılı iz buraxır, ömrümüzə təsəllisiz kədər gətirir. Çünki
bilirik ki, bu nə əvvəlincidir, nə də axırıncı. İtiririk yaxınlarımızı, doğmalarımızı. Bu itkilərin
ağrıları ilə yaşamağa, işləməyə, yeni itkilərə hazır olmağa çalışırıq. Amma nə qədər hazır olsaq da,
bu itkilərdən sarsılrıq. Sevdiyimiz, hər gün ünsiyyətdə olduğumuz insanın birdən-birə yoxluğuna
inanmaq, bununla barışmaq çox çətin olur və uzun müddət barışa bilmirik. Uzun müddət barışa
bilməyəcəyimiz, siması gözümüzdən, səsi qulaqlarımızdan getməyəcək bir insanın itkisi ilə
göynəyə-göynəyə yazıram bu sətirləri. Azərbaycan kitabxana ictimaiyyətinə adı çox gözəl tanış
olan,
xoş üzlü, xoş simalı Fikrət Talıbov qəfıl dünyasını dəyişdi. Bütün rayonların kitabxanaçıları
bu adı və simanı uzun müddət unutmayacaq, xatirələrində əzizləyəcəklər. Onların hər birisi Fikrət
müəllimlə bilavasitə ünsiyyətdə olub, onun insanpərvərliyinin, əməksevərliyinin şahidi olub.
Fikrət müəllim əmək fəaliyyətinə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında
başlamışdır. Bir müddət Azərbaycan Mədəniyyət Nazirliyində kitabxana işi üzrə baş inspektor
vəzifəsində çalışmış, rayon kitabxanalarının işinin qurulmasında, düzgün fəaliyyətində əhəmiyyətli
rol oynamışdır. 1989-cu ildən isə doğma kollektivinə qayıtmış, «Ehtiyat mübadilə» şöbəsinə
rəhbərlik etmişdir. Respublikada kitab mübadiləsi sahəsində Fikrət müəllimin xüsusi xidmətləri
olduğunu bütün kitabxanaçılar təsdiq edə bilər. Son illərdə başqa ölkə kitabxanaları ilə pozulmuş
əlaqələrin bərpası sahəsində və respublika kitabxanalarının lazımi xarici ədəbiyyatla təmin olunması
sahəsində Fikrət müəllim əvəzsiz xidmət göstərmişdir Son illər Rusiya Federasiyasının
kitabxanaları ilə müntəzəm əlaqələrimizə, aparılan kitab mübadilələrinə görə Fikrət müəllimə
minnətdarıq. Mən həmişə Fikrət müəllimin işgüzarlığına, əməksevərliyinə heyran olmuşam.
Yaşının çoxluğu, ürəyinin xəstəliyi onun işinə, fəaliyyətinə mane ola bilmirdi.
Fikrət müəllimlə son
söhbətim məndə qəribə və unudulmaz duyğular oyadıb. Nədənsə dalğın idi və dalğınlığına
baxmayaraq zarafatından qalmadı. Ərkyana: - Qız niyə kefsizsən, çox fikirləşmə, yüz fikir bir
borcu ödəməz. Dünya belə gəlib, belə gedəcək. Bu dünya deyəsən bizlik deyil - dedi. Sonra
əzbərdən bir şer söylədi və əlavə etdi ki, bu şeri kitabxanaçı yazıb, çünki bu dünyada kitabxanaçı
hamıdan çox əzab çəkir. Şerin adı belə idi: «Dünya mənim dünyam deyil». Sanki Fikrət müəllim bu
dünya ilə cəmi bir neçə saat sonra vidalaşacağını və əbədi dünyasına qovuşacağını hiss etmişdi.
İnsan qəribə xislətli məxluqdur. Sanki çox şeyi əvvəlcədən duyur, ürəyinə olacaq olaylardan
damlalar damır. May ayınm 4-də Fikrət müəllim 70 yaşını tamamlayacaqdı.
Bu yaş həddi özünün
sözü olmasın ahıllıqdan qocalığa keçid idi. Keçə bilmədi bu keçidi. Amansız əcəl yol vermədi.
Ömürlə ölüm arasında hər an yol yoldaşımız olan əcəl hərəni bir məqamda haqlayır. Fikrət
müəllimi də gözəl bir yaz günündə haqladı və haqq dünyasına yola saldı. Bütün kitabxanaçılar və
doğma kollektivi adından Fikrət müəllimin əzizlərinə, doğmalarına dərin hüznlə başsağlığı verir və
ona haqq dünyasında əbədi rahatlıq, sonsuz rəhmətlər diləyirəm.
«Mədəniyyət» qəzеti, 4 may 2002-ci il
MƏDƏNİYYƏTİMİZİN İNKİŞAFINA ƏNGƏL ОLANLAR
Taleyi mətbuatla birbaşa bağlı insan cəmiyyətdə nələr baş verdiyini, nəyin düz, nəyin əyri
olduğunu daha yaxşı görür və ayırd edir. Çünki peşəsilə əlaqədar bütün mətbu orqanlarını istər-
istəməz izləməli olur və oxuduqlarının nə dərəcədə həqiqət olduğunu araşdırmaq istəyir. Allaha
şükür, indiki mətbuat da az qala hər bir evin məişət işlərinə də müdaxilə edir. Bir jurnalist kimi öz
151
həmkarlarıma çоx böyük hörmətim və həm də iradım var. Bəzən jurnalist fikir yürütdüyü məsələ
haqda heç bir əsaslı məlumata, bilgiyə malik olmadığını öz yazısı ilə açıq-aşkar bildirir. Tənqid
yaxşı şeydir. Tənqid olmayan yerdə inkişafdan, tərəqqidən danışmağa dəyməz.
Ancaq qərəzçilik,
mənafebazlıq bağışlanmazdır. Ələlxüsus cəmiyyətin güzgüsü sayılan mətbuat işçiləri üçün.
Son yaxtlar Mədəniyyət Nazirliyinin ünvanına yazılan yanlış, qərəzli yazıları oxuduqca təəssüf
və təəccüb hissi keçirməyə bilmirəm. Təəssüf edirəm ki, yaxşıların vaxtında qədrini bilmirik, yerli-
yersiz atmacalarla, söz-söhbətlə qanını qaraldıb, ömrünü baltalayırıq. Rəhmətlik şairimiz Cabir
Novruz demiş, sağlığında qiymət verə bilmədiklərimızə sonradan heykəl də qoysaq, faydasızdır.
Bəyəm yaxşının qədrini pisi görəndən sonra bilmək lazımdır?
Təəccüblənirəm ona görə ki, axı Mədəniyyət Nazirliyinin gördüyü işlər göz qabağındadır. Bu
nazirliyin gördüyü işlərə başqa nazirliklər həsəd apara bilər. Mən bu işləri sadalamaq fıkrində
deyiləm. Bu işlər haqda hər gün televiziyalar, mətbuat orqanları məlumat verir. Hətta qərəzli
yazıların içində də bu işlər haqda məlumatlar tapmaq olar. Amma bir deyim də var ki, «görülən iş
haqda çоx danışılar». Doğrudan da belədir.
inkişaf olan, çox işlər görülən sahədə söz-söhbət də çox
olar. Bu cür yazıların olmasında təbii bir qanunauyğunluq da var. Amma hərdən o qədər insafsızlıq
edirlər ki, dillənməyə bilmirsən. Mədəniyyət Nazirliyinin bütün ömrü yollarda, yad ölkələrdə,
ailədən, doğmalardan uzaqlarda, gərgin iş şəraitində keçən rəhbərlərinin özəl həyatı, sağlamlığı,
şəxsi qayğıları ilə məşğul olmağa vaxt və imkan tapmadıqlarını bilən varmı?
Müharibə gedən bir ölkədə mədəniyyətin inkişafı ən kəsərli silahdır. Bəzən siyasətçilərin kəsərli
dilinin anlada bilmədiyini mədəniyyətin zərif dili çox gözəl anladır. Azərbaycan dərdlərini, Qarabağ
həqiqətlərini bütün dünyaya çatdıranlardan bəlkə də birincilər mədəniyyəlçilərdir. Heç olmasa, bu
ağır zamanda vətəndaşlıq hissimiz şəxsi hisslərimizdən yüksəkdə dura bilsin,
mədəniyyətimizin
inkişafına mane olmayaq. Və bir də, bir sözü deyib, bir işi görəndə, keçmişə nəzər salaq, ulularımızı
xatırlayaq. Azərbaycan incəsənətini, musiqisini göylərin yeddinci qatına qaldırmış, vətənə minlərin,
milyonların verə biləcəyindən qat-qat artıq xeyir vermiş, əbədi şöhrət gətirmiş dahi Bülbülümüzün
ruhuna hörmət edək. Bizlərə əmanət etdiyi öyladına Bülbül saflığı ilə yanaşaq, insafla danışaq,
ədalətli olaq. Xaricdə kifayət
qədər düşmənlərimiz varsa, niyə özümüz-özümüzə düşmən olmalıyıq
axı?
Bizim ən böyük bəlalarımızdan biri də Azərbaycanın tarixində silinməz izlər qoymuş görkərmli
şəxsiyyətlərimizin arasında uzun müddət davam edən şəxsi intriqalar, incikliklərdir. Məncə, burda
da lap qədimdən bu günə qədər mahir bir düşmən əli gözə-görünməyən tor qurur, bu saf qəlbli,
dərin dünyagörüşə, ancaq uşaq sadəlövhlüyünə malik insanları bir-birinə qarşı qoyur. Birlikdə
xarüqələr yarada bilən insanları ayırmaqla, Azərbaycanı da parçalayır, gücdən salırlar.
İndi çox tez-tez işlədilən bir ifadə məni Qarabağ dərdi kimi yandırıb yaxır. Polad Bülbüloğlunun
Rəşid Behbudova qısqanclıq etdiyinə ölsəm də inanmaram. Ömrü boyu yaxşılıqlar, xeyirxahlıqlar
edən, istedadları üzə çıxarıb məhəbbətlə yetişdirən dahi Bülbülün ocağından köz götürən bir oğul
belə xırda hisslərlə yaşaya bilməz. Vaxtilə Bülbülün
kiçik qardaş qədər sevdiyi, köməkliklər
göstərdiyi Rəşid Behbudov kimi bir sənətkarı ancaq sevə və fəxr edə bilər. Bu cılız hissləri bayağı
kəlmələrə çevirənlər heç olmasa, əsir Şuşamıza, yaralı Qarabağımıza hörmət qoysunlar. Hər iki
sənətkarı bağlayan ən incə və möhkəm tellərdən biri də bu müqəddəs torpaqdır.
Qarabağ boyda dərdi olan, qızı-gəlini erməni əsirliyində işgəncə çəkən bir millətin belə dedi-
qodu, xırda qeybətlərlə məşğul olması ən azı cinayətdir.
«Еksprеss» qəzеti, 4 mart 2003-cü il
PAYIN ÇОX ОLSUN, FLОRA XANIM
Dünyanın məsuliyyətli və şərəfli peşələrindən sayılan jurnalistika çox təəssüf ki,
bu gün öz
acınacaqlı dövrünü yaşayır. İndi bu sənət ən asan və yüngül sənət hesab olunur. Cümlə qurub yazı