144
Mən iştirak etdiyim konfrans və müzakirə olunan məsələlər haqda həmkarlarımı
məlumatlandırmağı özümə borc bildiyim üçün bu məqaləni yazdım. Həmkarlarıma onu
da demək
istəyirəm ki, konfransın materialları Avrasiya Assambleyasının xəbərlərində çap olunacaq.
Ümidvaram ki, bu gün kitabxanasına və həyatına həsəd apardığımız ölkələrin səviyyəsinə biz də
yüksələcəyik. Bunu biz özümüz etməliyik. Öz potensial imkanlarımızı, bilik və təcrübəmizi
toplayaraq irəliləməliyik.
Yaxşı mütəxəssis olmaq yaxşı vətəndaş olmaq deməkdir. Gəlin yaxşı vətəndaş olaq.
«Mədəniyyət» qəzеti, 2 fеvral 2002-ci il
145
QARABAĞIN İŞĞAL ОLUNMUŞ ƏRAZİLƏRİNDƏ
QALAN ABİDƏLƏRİMİZ
Dünyanın görkəmli alimləri Azərbaycanı təbii muzey adlandırmışlar. Bu muzeyin ən
unikal mərkəzi Qarabağdır. Kür və Araz çaylarının bərəkətli aralığında yerləşən Qarabağın
tarixi kökləri çox qədimlərə gedib çıxır. Elmi dəlil və əsaslarla deyə bilərik ki, insanlığın ilk
vətənlərindən biri də Qarabağdır. Məhz burada, Azıx mağarasında insan həyatının və
fəaliyyətinin qədim izləri aşkara çıxarılmışdır. Azıxda 350-400 min il əvvəl yaşamış insan
çənəsinin bir hissəsi tapılmışdır. Qarabağ öz gözəlliyi, yeraltı, yerüstü sərvətləri ilə zaman-
zaman yadellilərin diqqətini cəlb etmiş, bu gözəl diyar qanlı hərb meydanına çevrilmişdir. Ac
qurdlar süfrəsində yağlı tikə olan Qarabağ bütün əsrlərdə didilmiş, əzilmiş, amma sınmamış,
öz əzəməti, vüqarı ilə düşmənlərə meydan oxumuşdur. Böyük imperiyaların çirkin
siyasətlərinin qurbanı olan füsunkar Qarabağ artıq 15 ildir ki, düşmən tapdağındadır.
Azərbaycanın təbii konservatoriyası adlandırılan, əfsanəvi gözəlliyə malik Şuşa, qədim
muğam musiqimizin beşiyi Ağdam, şəfalı İstisuyu, qızıl yataqları ilə məşhur Kəlbəcər, zaman-
zaman düşmən gülləsinə sinəsini sipər etmiş qəhrəman Laçın, çiçəklər diyarı Cəbrayıl,
qüdrətdən səngərli Qubadlı, Zəngilan, əsrin ən böyük faciəsini yaşamış, qan içində boğulmuş
Xocalı bu gün ən ağrılı günlərini yaşayır. Öz təbii gözəlliyi, təmiz iqlimi ilə Qafqazın yaraşığı
olan Qarabağ həm də müalicə ocağıdır. Təbii iqlim şəraitinə görə mütəxəssislər Şuşa
kurortunun iqlimini Abastumanı və Kislovodskdan, hətta dünyanın məşhur İsveçrə kurortu
Davosdan üstün hesab edirlər.
Qarabağın, Şuşanın füsunkar gözəlliyi vaxtilə Azərbaycanda olmuş böyük rus şairi
M.Lermontovun, məşhur fransız ədibi A.Dümanın, istedadlı rus rəssamı Vereşaginin, lirika ustası
S.Yeseninin də diqqətini cəlb etmişdir. V.Vereşagin Şuşanın gözəlliyini tablolarda vermiş,
səyyah
və tarixçi Potto Şuşanın təsvirinə belə başlamışdır: «Sıldırım dağlar və qayalar arasında yerləşən
Şuşa qalası buludlara qədər yüksəlmişdir». S.Yesenin isə fıkrini bir cümlə ilə ifadə etmişdir: «Kim
oxumursa, o, şuşalı deyil». Bəli, Şuşa dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş bir
diyardır. Dünya korifeyləri siyahısına adını yazmış Üzeyir Hacıbəyov, Bülbül, Rəşid Behbudov
məhz şuşalı idilər. Şuşa bütövlükdə mədəniyyətimizin, musiqimizin beşiyidir. Təkcə XIX əsrdə
balaca bir şəhər olan Şuşada 95 şair, 22 musiqiçi, 38 xanəndə-müğənni, 16 rəssam, 5 astronom, 18
arxitektor, 16 həkim yetişmişdi. Bütün Şərqdə əsrin ən böyük universal-elmi
ensiklopedik biliyə
malik alimi Mirmöhsün Nəvvab da şuşalı idi. Şuşa həm də milli memarlıq abidələrinin ən çox və ən
yaxşı qorunub saxlandığı bir məkan idi. Abidələr məskəni Şuşa təsadüfi deyil ki, 1977-ci ildə
Azərbaycan hökuməti tərəfindən tarix-memarlıq qoruğu elan olunub. Şuşa şəhəri bütünlükdə dünya
əhəmiyyətli tarix-mədəniyyət abidəsidir.
Əfsuslar olsun ki, 1988-ci ildən Ermənistan Respublikasının Azərbaycana hərbi təcavüzü
nəticəsində ərazimizin 20 faizi ilə bərabər qiymətli mədəni sərvətlərimizi də itirdik. Bir milyondan
artıq soydaşımız öz yurd-yuvalarından qaçqın düşmüşdür. Qədim Azərbaycan torpaqları olan indiki
Ermənistan ərazisində artıq maddi mədəniyyət nümunələrimiz qalmamışdır. Təsadüf üzündən məhv
edilməmiş abidələr isə İran və ya türkmən mədəniyyəti abidələri kimi təqdim olunur. Hamıya yaxşı
məlumdur ki, indiki Ermənistan erməni etnosunun vətəni deyildir.
Tarix göstərir ki, erməni tayfaları
Ermənistandan çox uzaqlarda yaşamışdır. XIX əsrin erməni tədqiqatçıları belə hesab ediriər ki,
ermənilər qaraçılardan, daha dəqiq «qəddar ürəkli» - ayk (xayk) adlandırılan köçəri tayfadan əmələ
gəliblər. Bəzi Avropa tarixçilərinin dediklərinə görə, onların ilk vətəni balkanlar olub ki, onlar
xristianlığı da məhz orada qəbul ediblər. Tarix boyu təcavüzkar və hiyləgər ermənilər özlərini
məzlum xalq kimi qələmə verərək dünyanın diqqətini çəkmək istəyiblər. Lakin həqiqəti gizlətmək,
pərdələmək o qədər də asan deyil. Ermənilərin təcavüzkarlığı bir çox alimlərin, o cümlədən
Strabonun da diqqətindən yayınmamışdır, O, əvvəllər kiçik bir ölkə olan Ermənistanın işğalçı
müharibələr hesabına böyüdüyü faktını elmi dəlillərlə öz əsərlərində qeyd etmişdir.
Ermənilər işğal
etdikləri ərazilərdə bir qayda olaraq o xalqın mədəniyyət abidələrini ya yox edir, ya da «qazıntılar»
apararaq əsil yazıları dəyişir və erməniləşdirir. Bu haqda məşhur gürcü şairi İlya Çavçavadze də
146
yazmışdı: «Ermənilər tərəfindən gürcü kilsələrində gürcü yazılarının pozulması, tikinti daşlarının
çıxarılıb əvəzinə erməni yazıları olan daşların qoyulması haqda sübut olunmuş bir çox faktlar var».
Məşhur rus tarixçi-alimi V.Veliçkonun kitabında da ermənilərin gürcü və alban abidələrində əsil
yazıların pozulması və dəyişdirilərək mənimsənilməsi faktları verilir. Beləliklə, o yazır ki, erməni
himayədarları Ermənistanın yeni tarixini yazmaq və kiçik xalqını yüksəltmək üçün öz tarixi
nailiyyətlərini şişirdərək yüksəklərə qaldırıb, qonşu xalqların daha zəngin tarixinə kölgə salmaq
istəyirlər.
Köhnə tarix bu gün də təkrar olunur. Təkcə Şuşa şəhərindəki 199 memarlıq abidəsindən çoxu, o
cümlədən Yuxarı və Aşağı Gövhər
Ağa məscidləri, Saatlı məscidi, böyük Azərbaycan şairi
M.P.Vaqifin türbəsi, XVIII-XIX əsrlərə aid yaşayış evləri və s. abidələr dağıdılmışdır. 1992-ci ilin
may ayında işğal olunmuş Şuşa şəhərinə ermənilər köçürülmüş və tarixi keçmişimizin
erməniləşməsi davam etdirilir. İşğala qədər bu şəhərin əhalisinin 95 faizini azərbaycanlılar təşkil
edirdi. Tunc dövrünə aid Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin ən xarakterik arealı olan Xocalı
şəhərində ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə misli görünməmiş vəhşiliklər törətmişlər.
Bir gecənin içində şəhər yerlə-yeksan edilərək xəritədən silinmişdir.
Yaxın və Orta Şərqin ən qədim insan məskənlərindən biri olan Azıx və Tağlar mağaraları,
Aluen məbədi, Qandzasar monastırı, Qaraköpək, Üzərliktəpə və s. abidələr hərbi məqsədlər üçün
istifadə edilir. Xocalıda kurqan düzü, Ağdam, Ağdərə, Fizuli və Cəbrayıl rayonlarındakı kurqanlar
talan edilmişdir. Şübhəsiz ki, zəbt edilmiş muzey fondlarından və qanunsuz arxeoloji qazıntılardan
əldə edilmiş materiallar gələcəkdə Azərbaycan tarixinə və mədəniyyətinə qarşı çevriləcək. Son
illərdə Avropanın və Amerikanın auksionlarında, antikvar mağazalarında erməni adı ilə satılan
Azərbaycan mənşəli xalça və xalça məmulatlarının sayı artmışdır. Başqa xalqların mədəniyyətləri
bazasında özlərinə tarix yaradan ermənilər tərəfindən təqribi hesablamalara görə 300 minə yaxın
xalça qarət olunmuşdur. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan
ərazisində 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə və 149 yerli əhəmiyyətli memarlıq
abidəsi, 205
arxeoloji abidə, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument,
22 muzey, 4 şəkil qalereyası, 10 mədəniyyət və istirahət bağı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi
dağıdılmış, yandırılmış və ya qarət edilmişdir.
Ümumdünya əhəmiyyətinə malik 40 minə yaxın qiymətli və nadir XI-XIX əsrlərin muzey
əşyası, dünya əhəmiyyətli Kəlbəcər tarix diyarşünaslıq muzeyi, nadir eksponatlara malik Şuşa
şəhəri, Qarabağın tarixi muzeyləri, dünyada ikinci olan Ağdam çörək muzeyi, Zəngilandakı daş
heykəllər muzeyi erməni vəhşiləri tərəfindən yerlə-yeksan olunmuşdur.
Erməni təcavüzkarları tərəfindən işğal edilmiş ərazilərdəki muzeylərdən Azərbaycan xalqının
tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri,
dünya şöhrətli
Azərbaycan xalçaları, dekorativ-tətbiqi sənət nümunələri, əlyazmalar, arxiv sənədləri, Azərbaycanın
görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar qarət edilmişdir.
Şuşa şəhərində dünya şöhrətli Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın ev muzeyləri qarət
olunmuş, bununla kifayətlənməyən ermənilər hər üç korifeyin heykəllərini gülləbaran etmişlər.
Ümumilikdə, işğal olunmuş ərazilərə dəyən zərər 6 milyard 71 milyon ABŞ dolları
həcmindədir. Mənəvi zərərin məbləğini isə hazırda mövcud olan heç bir ölçü cihazi təyin etmək
iqtidarında deyil.
Ermənilər bununla kifayətlənməyərək milli musiqimizə, mətbəximizə də sahib çıxmağa
başlayıblar. Çünki erməni azğınlığının qarşısı vaxtında alınmayıb. Dağlıq Qarabağ ətrafında olan
münaqişə haqqında Avropa Şurasının 1416 saylı bəyannaməsində Azərbaycanın Şuşa şəhəri də
daxil olmaqla 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, separatçı qüvvələrin
hələ də bu regionu nəzarət altında saxladığı faktı təsdiq olunub. Hər bir xalqın tarixi irsi
bəşəriyyətin nailiyyətidir və bu irsi qorumaq bəşəriyyətin ali vəzifəsidir. Bu məqsədlə bir sıra
beynəlxalq hüquqi aktlar, konvensiyalar qəbul olunmuşdur.
«Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında» 1954-cü
il Haaqa
Konvensiyası, «Arxeoloji abidələrin mühafızəsi haqqında» - 1992-ci il Avropa Konvensiyası,
«Mədəni dəyərlərin qanunsuz оlaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət