Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   40   41   42   43   44   45   46   47   ...   60

 
147
hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması  və qarşısının alınmasına 
yönəldilmiş tədbirlər haqqında» 1970-ci il Paris Konvensiyası, «Ümumdünya mədəni və təbii insan 
mühafizəsi haqqında» YUNESKO-nun 1972-ci il Paris Konvensiyası  və s. kimi beynəlxalq 
konvensiyalara Azərbaycan da qoşulmuş  və bu qanunlardan irəli gələn müddəalara həmişə  əməl 
edir. Ermənistan da bu konvensiyaların üzvüdür, ancaq beynəlxalq qanunları kobudcasına pozur, 
heç bir hüquqi normalara məhəl qoymayaraq Azərbaycan abidələrini dağıdır. XXI əsrdə bütün 
bəşəriyyətin gözü qarşısında bu cür özbaşınalıq hökm sürür və təəssüf ki, dünya susur. 
Bu yaxınlarda «Armen press» dövlət informasiya agentliyi «Şuşa fondu» adlanan erməni 
təşkilatı  tərəfindən  Şuşa  şəhərinin  ətrafındakı bürünc əsrindən qalmış 200-ə yaxın qəbirüstü 
abidələrdə arxeoloji qazıntılar aparılacağı  xəbərini yaymışdı. Bu xəbər Azərbaycan xalqı  və 
hökuməti tərəfindən hiddətlə qarşılandı. Azərbaycan Mədəniyyət Nazirliyi çox kəskin və  qəti 
bəyanatla YUNESKO təşkilatının direktoruna, Avropa Şurasının Mədəniyyət Komitəsinə
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə  və bir sıra beynəlxalq təşkilatlara müraciət edərək 
ermənilərin Şuşada arxeoloji qazıntılara başlamasının cinayət kimi qiymətləndirilrnəsini tələb etdi. 
DAK Qadınlar  Şurası da YUNESKO-ya, Avropa Şurasının Mədəniyyət Komitəsinə  və bir sıra 
təşkilatlara məktub göndərmiş, bütün dünyanın azərbaycanlı anaları, qadınları adından ermənilərin 
azğınlığının qarşısının alınmasını tələb etmişdir. 
Bu, adi məsələ deyil. Damarında azərbaycanlı qanı axan hər kəs bu haqda ciddi düşünməli, 
əlindən gələni  əsirgəməməlidir. Bu bir həqiqətdir ki, dağılmış  kəndləri,  şəhərləri bərpa etmək, 
maddi ziyanı ödəmək olar, amma itirilmiş  mədəniyyəti, yaralanmış  mənəviyyatı qaytarmaq, 
sağaltmaq mümkün olmur. Allahın köməyi ilə işğal olunmuş torpaqlarımızı yaxın gələcəkdə azad 
edəcəyik, amma tariximizi, mədəniyyətimizi yaşadan,  əks etdirən maddi-mənəvi abidələrimizin 
taleyini hər an düşünməliyik. Haqq səsimizi dünyaya car çəkərək milli-mənəvi sərvətlərimizə sahib 
çıxmalıyıq. 
 
«Azərbaycan» qəzеti, 12 iyun 2005-ci il  
 
 
 
BİR ОRDUYA BƏRABƏR ОLAN PОЕZİYA 
 
Mən  ədəbiyyatçı deyiləm, sadə oxucu, adi bir kitabxanaçıyam. Məmməd Arazın poeziyasının 
təhlilini vermək, onun haqqında fikir yürütmək gücüm, iqtidarım xaricindədir. Bir kitabxanaçı kimi 
demək istəyirəm ki, Məmməd Araz bizim ən müntəzəm oxunan şairimizdir. Kitaba, mütaliəyə 
marağın azaldığı indiki zamanda da onun kitabları axtarılır, şerləri oxunur. Bu bir həqiqətdir ki, hər 
yazılan  əsərin, çap olunan kitabın taleyini oxucu təyin edir. Əgər kitab oxucu tərəfindən tez-tez 
tələb olunursa, oxunursa, deməli, ədəbiyyat tarixində yeri və izi qalacaq. Məhz Məmməd Araz belə 
şairlərdəndir. 
Məmməd Araz poeziyasının başlıca üstünlüyü insanları mübarizəyə ruhlandırmasındadır. Onun 
şerlərini oxuyanda içində bir titrəyiş, təlatüm hiss edir, vətəni köksünə  sıxmaq, xalqı bağrına 
basmaq istəyirsən. Şairin əbədı mövzusu vətəndir, torpaqdır, xalqdır, millətdir. 
Hər səhər işə  gələndə Bakının «Azadlıq» prospektində «16 mərtəbə» kimi tanınan binanın 
başında iri hərflərlə yazılmış xarici bir firmanın adını oxuyanda qəlbimdən sızıltılı bir arzu keçir. 
Deyirəm kaş onun yerinə Məmməd Arazın: 
   
Azərbaycan! Mayası nur, qayəsi nur ki,  
 
 
 
Hər daşından alov dilli ox ola bilər.  
   
Azərbaycan! Deyiləndə ayağa dur ki,  
   
Füzulinin 
ürəyinə toxuna bilər. 
- misraları yazılmış olaydı. Səhər evindən çıxıb işə tələsən hər kəs şəhərin yüksək nöqtəsindən 
səslənən bu misraların ovqatı ilə köklənəydi. Ən soyuqqanlı, biganə insanın da damarlarında qanı 
qaynayardı. Bakının küçələrində, metrolarda nəyin istəsən reklamını görə bilərsən, təkcə vətəndən 


 
148
başqa. Bu, torpaqlarının 20 faizdən çoxunu itirmiş, müharibə şəraitində yaşayan bir xalqa yaraşan 
hal deyil. 
Küçələrdə, dayanacaqlarda, metroda, gənclərin daha çox yığışdığı yerlərdə  Məmməd 
Arazın misralarını reklam plakatlarında vermək çox yaxşı olardı. «Səninləyəm, Azərbaycan!» 
səsləyən, «Vətən mənə oğul desə nə dərdim» deyən şairin qəlbinin bu sevgi səsinə yüzlərlə səs 
qoşulacağına, alovuna yüzlərlə ürək alışacağına  əminəm. Çünki bu poeziyanın gücü bir 
ordunun gücünə  bərabərdir. Ürək düşmənə nifrətlə, vətənə  məhəbbətlə alışmasa nə dizdə 
taqət olar, nə də qolda qlivvət. 
«Azərbaycan» qəzеti 
 
 
GƏNC ALİMLƏRƏ MЕYDAN VЕRƏK 
 
Mən təbiətən paxıl adam deyiləm. Buna görə Tanrıma minnətdaram, çünki paxıllıq insana 
əzab verən bir hissdir. Amma başqa millətə, xalqa mənsub olan istedadlı, savadlı, ağıllı 
adamları görəndə qibtə hissi keçirirəm. Öz millətimi, xalqımı belə görmək arzusu məndə bu 
hissi yaradır. Amma öz xalqımın istedadlı, ağıllı övladlarını görəndə fərəhdən ürəyim sinəmə 
darlıq eləyir. İşimin xüsusiyyəti elədir ki, hər gün gənclərlə, tələbələrlə ünsiyyətdə oluram və 
çox  şükür ki, belə  fərəh hissini tez-tez keçirməli oluram. Savadına, dünyagörüşünə, ağlına 
heyran olduğum, ana öz balası ilə necə fəxr edərsə, eləcə fəxr etdiyim bir azərbaycanlı oğlu 
tanıyıram. Təxminən 4 il əvvəl «Ekspress» qəzetində tanış olduğum, sonralar tez-tez 
gördüyüm və  dərindən tanıdığım, bələd olduğum gənc  ədəbiyyatşünas-tənqidçi  Əsəd 
Cahangir doğrudan da sevilməli, fəxr edilməli oğuldur. 
Cəmiyyətin həyatında, inkişafında ədəbiyyatın rolu necədirsə, ədəbiyyatın inkişafında tənqidin 
rolu da elədir. Tənqid  ədəbiyyatın güzgüsüdür, onu saflaşdırır. Tənqid yazıçını oxucuya 
yaxınlaşdırır, oxucuda zövq və qabiliyyəti inkişaf etdirir. Məncə tənqidçi olmaq, yazıçı olmaqdan 
qat-qat çətindir. Söz haqqında söz demək daha böyük məsuliyyət və qabiliyyət tələb edir. Yazıçı 
tənqidçiyə həmişə minnətdar olmalıdır, ən əvvəl ona görə ki, onun daimi və diqqətli oxucusudur. 
Bəzən tənqidçi yazıçının xatirinə  dəyməli olur, amma düşünmək lazımdır ki, bu tənqid yazıçının 
yaradıcılığında əsaslı və müsbət dönüş yarada bilər. Yersiz tərifdənsə, haqlı tənqid yaxşıdır. Bəzən 
yersiz təriflər ürək bulandırır, insanda ikrah hissi yaradır. Yersiz tərif ürək bulandırdığı kimi haqsız 
tənqid də ürək ağrıdır. Hər ikisi düzgün və  ədalətli olmalıdır. Bu məsuliyyət də  ədəbiyyatşünas 
tənqidçilərin üzərinə düşür. Azərbaycan ədəbiyyatının həmişə görkəmli yazıçı, şairləri olduğu kimi, 
tənqidçiləri də olub və indi də var. Əkrəm Cəfər, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan və 
onlarla bu kimi ədəbiyyatşünas tənqidçilərin yaradıcılığından bəhrələnmiş, sanballı köklərdən su 
içmiş gənc tənqidçilər bu gün öz sələflərinin ənənələrini ləyaqətlə davam etdirirlər. Onlardan biri də 
Əsəd Cahangirdir. Mən onun mətbuat səhifələrindəki elmi-tənqidi məqalələrini izləyirəm və 
gələcəyinə böyük ümid bəsləyirəm. Çox böyük hörmət bəslədiyim, sanballı alim kimi tanıdığım 
Bəkir Nəbiyevin bir çıxışında  Əsəd haqda dedikləri mənim bu qənaətimin  əsassız olmadığını bir 
daha sübut etdi. Hər halda adi oxucu fikri, alim fikri ola bilməz. Əgər bu fikirlər üst-üstə düşürsə, 
deməli, yanılmamışam və buna çox sevinirəm. Mən  Əsədin adi bir şer, adi bir yazı haqda dediyi 
fikirlərə, sözlərə dəfələrlə qulaq asmışam və o şer, o yazı haqda təsəvvürlərim o qədər aydınlaşıb, 
dəqiqləşib ki, özüm də mat qalmışam. Yazıçı,  şair bəzən öz yazısı haqda heç özü də yazarkən 
düşünmədiyi, duymadığı fikirləri tənqidçidən eşidərkən təəccüblənir. Məncə 
nə 
təəccüblənməməlidir, nə də inciməməlidir. Əsəd hələ çox gəncdir. Gənc olmasına baxmayaraq çox 
iş görüb və görəcəyinə  də  əminəm. Layiq görüldüyü prezident təqaüdü anasınm südü kimi ona 
halaldır. Mənə elə  gəlir ki, savadlı, qabiliyyətli gənclərimizi yersiz ittihamlarla, haqsız iradlarla 
sındırmamalıyıq, həvəsdən salmamalıyıq.  Əksinə, onlara dayaq olmalı, geniş imkanlar yaratmalı, 
meydan verməliyik. Kök, gövdə, təzə pöhrələnmiş qol-budaqların inkişafı, böyüməsi üçün nəyi var 
əsirgəməməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə