Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

 
152
yazmağı bacaran hər kəs özünü jurnalist hesab edir. Hal-hazırda «jurnalistəm» deyən, qəzet 
redaktorları içərisində hansı  sənət sahibini desən taparsan. Hətta heç bir təhsili olmayan, orta 
məktəb skamyasından təzəcə duranları da bu sırada görmək olar. Bu sənətin belə ucuzlaşmasına 
baxmayaraq, bu gün də Azərbaycan jurnalistikasında sayılıb-seçilən, sənətinin kamil bilicisi olan, 
öz səsi, sözü ilə minlərin içində tanınan jurnalistlərimiz də var. Belə jurnalistlərdən biri-öz yazı 
üslubu ilə heç kəsə bənzəməyən Flora Xəlilzadədir. Hərdən deyirlər ki, filankəsin gözəl qələmi var. 
Məncə, bu deyim özünü o qədər də doğrultmur. «Filankəsin gözəl ürəyi, dərin hissiyyatı var» 
deyilsə daha doğru olar. Çünki o qələmi işə salan ürəkdir. Hər hansı bir məqaləni, kitabı oxuyarkən 
sətrin arasından sanki müəllifin siması, ürəyi boylanır. Bu sima, ürək oxucunu özünə əbədi bağlaya 
da bilər və ya əksinə. Flora xanımın ürəyi, qəlbi, duyğuları o qədər səmimi, isti və cəlbedicidir ki, 
ondan qopmaq o qədər də asan olmur. Hiss edirsən ki, o ürəkdən bağlanmadığı, qəlbən sevmədiyi 
mövzularda yazmır. Onun bütün sözləri ürəyindən su içir, qəlbində incələnir, dərin ağlı, zəkası ilə 
mirvaritək sapa düzülür. Flora xanımın  ən başlıca məziyyəti odur ki, oxucu ilə  səmimi ünsiyyət 
yarada bilir və bu ülfətin ömrü uzun olur. 
Flora xanımın yenicə oxuyub başa çatdirdığım «Məmməd Araza məktub» kitabında da böyük 
şairə sоnsuz məhəbbətlə döyünən bir ürək gördüm. Həm də hünərli bir ürək. Məncə Məmməd Arazı 
sevməyən, onun şerlərini su kimi içib, hava kimi ciyərlərinə çəkməyən insan yoxdur. Amma onun 
haqqında yazmaq hər kəsin hünəri deyil. Hər bir xalqın ədəbiyyatı оnun ruhunun, ürəyinin işığını, 
nurunu zamandan-zamana aparan ən gözəl vasitədir. M.Araz pоеziyası da məhz Azərbaycan 
xalqının ruhunu, ürəyini əks etdirən poeziyadır. Bu boyda ürəyi, ruhu əks etdirən poeziya haqqında 
söz demək də, elə o boyda ürək tələb edir. Mənə elə  gəlir ki, Flora xanıma bu kitabı yazdıran, 
ürəyinə güc gələn məhəbbətidir. Vətənə, xalqa, ədəbiyyata məhəbbəti. Çünki Məmməd Araz başdan 
ayağa vətəndir, xalqdır,  əsil  ədəbiyyatdır. Kitabda müəllifin müxtəlif illərdə M.Araza həsr etdiyi 
məqalələr toplanmışdır. Hiss olunur ki, məqalələrin ilkin formasına toxunulmamışdır. Bu çox 
gözəldir, çünki hər zamanın öz sözü var və onu dəyişdirmək o zamana, o zamanın özəlliklərinə 
xəyanət olardı. Bu bir kitablıq məqalələr M.Arazın həyatını, obrazını oxucuya dönə-dönə tanıtdırır, 
sevdirir. Hiss olunur ki, Flora xanım M.Araz poeziyasının dilini çox gözəl bilir, çoxlarından yaxşı 
anlayır və bizə  də anladır. Kitabın «Ömrün illəri» adlanan sonuncu bölümündə  şairin həyatı, 
yaradıcılığı ilə bağlı  əlamətdar hadisələr öz tarixi, təfərrüatı ilə verilmişdir. Bu da M.Araz 
tədqiqatçılarının çox gözəl yardımçısı olacaq. «Məmməd Araza məktublar» bölməsindəki şerlərdən 
Flora xanımın yeni bir məziyyətini aşkar edə bildik. Onun daxilində  həssas, zərif bir şair ürəyi 
döyündüyünü çoxdan hiss etmişdik. M.Arazın yubileyinə ərmağan edilmiş bu kitab bütün M.Araz 
sevənlərə gözəl töhfədir. El arasında belə məqamlarda dеyirlər ki, payın çox olsun, Allah ürəyinə 
görə vеrsin. 
 
«Yaddaş» qəzеti, 17 aprеl 2004-cü il, № 7-8 (11) 
 
 
 
TЕATRŞÜNASLIĞA LAYİQLİ TÖHFƏ 
 
Hər dəfə yeni bir kitab işıq üzü görəndə müəlliflə  bərabər, kitabxanaçı da sevinir. Ona 
görə ki, milli mənəvi sərvətimizin üzərinə bir inci də  əlavə olunur. Uzun illərin təcrübəsinə 
əsasən deyə bilərəm ki, oxucular əsasən doğma ana dilində  dərslik, elmi-tədqiqat, elmi-
məlumat ədəbiyyatının azlığından şikayətlənirlər. Bugünkü çap məhsullarının bolluğunda da 
bu problem tam həllini tapa bilməyib. Kitabxanaçı kitabxanaya daxil olan ədəbiyyatla ilkin 
tanışlıqdan onun oxucu marağına təsirini təyin edə bilir və kitabla oxucu arasında körpü olur. 
Ədalət Vəliyevin kitabxanamıza yeni daxil olmuş «Azərbaycan milli teatr prosesinin çağdaş 
təşkilatlanma problemləri» adlı monoqrafiyası ilə tanışlığın ilkin təəssüratı da məhz müsbət 
oldu. 


 
153
Müharibə  şəraitində yaşayan ölkəmiz üçün mədəniyyətin inkişafı çox vacibdir. Çünki 
mədəniyyətin inkişafı müharibə ilə mübarizənin  ən yaxşı vasitələrindən biridir. Milli 
mədəniyyətimizin ən təsirli və aparıcı qollarından biri isə teatrdır. Teatr insanların şüuruna, qəlbinə 
birbaşa nüfuz edə bilən vasitədir. Onun inkişafı, tərəqqisi cəmiyyətin inkişafı, tərəqqisi deməkdir. 
Bunun üçün o sahənin biliciləri, aparıcı mütəxəssisləri daim düşünməli, bilik və bacarıqlarını sərf 
etməlidirlər. Məşhur bir fılosofun dediyi kimi: «Bütün insanlar özlərinə aid olan işdə 
təcrübəlidirlər».  Ədalət Vəliyevin yazdığı bu monoqrafıya onun bu sahədə bişmiş, püxtələşmiş, 
bütün incəliklərinə  bələd bir mütəxəssis olduğunu sübut edir. Kitabın oxucuları  əsərin uzun və 
gərgin əməyin məhsulu olduğunu dərhal anlayacaqlar. Teatr ictimaiyyətinə, gənc mütəxəssislərə bu 
kitab öz işlərini günün tələbləri səviyyəsində qurmaqda, bazar iqtisadiyyatının, keçid dövrünün 
çətinliklərini dəf etməkdə  və inkişaf etmiş ölkələrin nəzəriyyə  və  təcrübəsindən səmərəli istifadə 
etməkdə gözəl bələdçi ola bilər. 
Bəzən milli xüsusiyyətləri nəzərə almadan, kor-koranə surətdə yad ölkələrin mədəniyyətlərini 
qədim və ulu mədəniyyətimizə calaq edərək, bayağı, eybəcər nəticələr əldə edir, çox vaxt bununla 
fəxr də edirlər. Unudurlar ki, mədəniyyətdə milliliyi qorumaq vətəni, xalqı qorumaq deməkdir. 
Ədalət Vəliyev öz tədqiqat  əsərində başqa ölkələrin mədəniyyətləri ilə qarşıhqlı  əməkdaşlıq 
yolunun mümkün variantlarını açıqlayır və teatr xadimlərini bu düzgün yola səsləyir. Bu kitab 
haqqında yəqin ki, teatrşünas alimlərimiz öz rəylərini bildirəcəklər. Bir kitabxanaçı kimi teatrla 
məşğul olan, milli teatrımızm tarixi, bu günü və sabahı ilə maraqlanan oxucuları bu kitabdan 
faydalanmağa çağırıram. Qətiyyətlə demək olar ki, kitab teatr işi sahəsində yeni və mükəmməl bir 
əsərdir. Yenilik insanlarm həmişə can atdığı, maraqla qarşıladığı bir hadisədir. Bu kitabın teatr 
ictimaiyyəti və oxucular arasında layiqli körpü olacağına əminik. 
 
«Xalq qəzеti», 12 mart 2004-cü il 
 
KİTABA, KİTABXANAYA ЕTİNASIZLIQ GƏLƏCƏYİMİZƏ ЕTİNASIZLIQDIR 
 
Zaman keçdikcə, dövran dəyişdikcə insanlar da, onların zövqü, tələbatı da dəyişir. Dəyişməyən 
isə öyrənmək, daha çox məlumat almaq istəyidir. Yaşadığımız  əsr informasiya əsri adlanır və 
deməli insanların məlumatlanmaq istəyi hər zamankından daha artıqdır. İnsanların daimi və artan 
tələbatını ödəyə biləcək ən qədim və dəqiq məlumat mənbəyi isə kitabdır. Kitab bir nəslin digərinə 
mənəvi vəsiyyəti, hər bir xalqın mənəviyyatını, mədəniyyətini, tarixini, məişətini  əks etdirən, 
əsrdən-əsrə, nəsildən-nəslə öt'ürən  ən gözəl vasitədir. Bəzən bircə  səhifəlik bir yazı, hətta bircə 
cümlə, söz də bütöv bir xalqın tarixi taleyini, milli müqəddəratını  həll etməkdə  əhəmiyyətli rol 
oynaya bilər. Milli-mənəvi sərvətimiz sayılan kitabları toplayan, təbliğ edən, oxucu istifadəsini 
təmin edən kitabxanalardır. Çox təəssüf ki, son illərin ictimai-siyasi hadisələri kitabxanaların da 
həyatında dəyişikliklər və problemlər yaradıb. Ən əsas və başlıca problem isə kitabxanaların yeni 
ədəbiyyatla təmin oluna bilməməsidir.  Əslində Azərbaycan Respublikasının «Kitabxana işi 
haqqında» 611-IQ saylı 29 dekabr 1998-ci il tarixli qanununun 15-ci maddəsinə əməl olunsa, belə 
bir problem yaranmaz. Sözü gedən qanunun bu maddəsində deyilir: «Milli kitabxana, 
qanunvericilik və müvafiq İcra hakimiyyəti orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi-
sahəvi kitabxanalar və Bakı Dövlət Universitetinin kitabxanası müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə  nəşr edilən çap məhsullarının məcburi nüsxələrini 
almaq hüququna malikdir. 
Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə  məşğul olan poliqrafiya 
müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından  Milli  Kitabxanaya      
4 pulsuz məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına, 
respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanalara, Azərbaycan Elmlər Akademiyasının Mərkəzi 
Elmi Kitabxanasına və Bakı Dövlət Universitetinin kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz 
məcburi nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları isə 2 
pulsuz məcburi nüsxə göndərməlidirlər». 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə