142
tariximizdə əbədiləşmiş Anatoli Banişevski, unudulmaz
tarzən Bəhram Mansurov, azadlıq mücahidi
Əbülfəz Elçibəy və müasirimiz, ancaq dəyərini lazımınca anlamadığımız, qiymətini layiqincə
vermədiyimiz muğam fədaisi Alim Qasımov bu kitabda xalqa olduğu kimi, yəni bizim
təsəvvürümüzə belə gətirmədiyimiz həqiqi ştrixlərlə, çalarla çatdırılır.
Böyük həcmli bu kitab, əks etdirdiyi insan taleləri ilə 10 qat artıq böyüyür. Kitabın qurtarmasını
istəmirsən və qurtaranda hələ doymadığını hiss edirsən. Bəlkə də illərdən bəri ruhumuzun belə
kitablara aclığıdır buna səbəb.
İndi kitab oxumağa meylin azlığından gileylənirik. Bəlkə də oxucu marağına
səbəb olan, oxucu
tələbini ödəyən kitabların azlığıdır bu meyli yaradan. Mən kitabxanaçıyam və bilirəm ki, maraqlı
kitabların oxucusu həmişə var. Kitab ilk əvvəl müəllifin özü üçün yazılır, sonra oxunduqca
özününkülükdən çıxaraq, xalqın malına çevrilir. Rəfael Hüseynovun «Millətin zərrəsi» kitabı
kitabxanaya daxil olandan bircə gün də rəfdə qalmayıb. Oxucular növbəyə düzülüblər. Bu, bir
tərəfdən müəllifin xoşbəxtliyidirsə, digər tərəfdən biz kitabxanaçıların xoşbəxtliyidir. Oxucu
yanında utanmırıq, fondumuzda belə gözəl kitablar olduğu üçün fəxr edirik.
«Azərbaycan XXI əsr» qəzеti
YAXŞI MÜTƏXƏSSİS HƏM DƏ YAXŞI VƏTƏNDAŞDIR
Hər bir xalqın, dövlətin xüsusi qoruduğu milli-mədəni sərvətlərdən biri və bəlkə də
birincisi kitabxana fondları və arxivlərdir. Dünənimizi bu günə gətirmiş, bu günümüzü
sabaha aparacaq mədəni-mənəvi dəyərlərimizi qoruyub saxlayan kitabxana fondlarının
mühafizəsi hamımızın müqəddəs vətəndaşlıq borcudur. Lakin bu vacib məsələyə lazımi
səviyyədə fikir verilmir.
Mən tam məsuliyyət və iftixarla demək istəyirəm ki, kitabxanaçılar cəmiyyətə ən azı həkimlər,
müəllimlər qədər lazım olan mütəxəssislərdir. Əgər həkimlər cəmiyyətin fiziki sağlamlığına,
müəllimlər şüurun, idrakın,
elmi təfəkkürün, dünyagörüşün formalaşmasına xidmət edirlərsə,
kilabxanaçılar cəmiyyətin mənəvi saflığını qoruyur və inkişaf etdirirlər. Kilabxanaçılar xalqın
həyatında, tarixində əvəzsiz, qiymətsiz rolu olan bir xəzinədardılar. Bu sənəti qorumaq, onu gələcək
nəslə itkisiz çatdırmaq çox şərəfli və məsuliyyətli bir vəzifədir. Dünyanın bütün ölkələrində bütün
xalqlar üçün bu önəmli və dövlət əhəmiyyətli bir məsələdir. 2001-ci il noyabrın 20-dən 23-dək
Moskva şəhərində «Kitabxana fondlarının mühafizəsi və əlaqəlı əməkdaşlıq» mövzusunda
keçirilmiş beynəlxalq elmi-praktik konfrans bu fikri bir daha təsdiqlədi.
Konfransın təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Avrasiya Kilabxana
Assambleyası, Rusiya Kitabxanaçılıq Assosiasiyası, Rusiya Dövlət Kitabxanası,
Rusiya Milli
Kitabxanası və M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kilabxanası idi.
Konfransa 22 ölkədən 95 nümayəndə gəlmişdi. Uzaq və yaxın xarici dövlətlərdən, Rusiyanın
müxtəlif bölgələrindən gəlmiş nümayəndələr arasında Azərbaycan kitabxanaçılarını mən təmsil
edirdim. Yeri gəlmişkən, bu mühüm və mötəbər məclisdə iştirak etmək üçün bizə dəstək olmuş
Azərbaycan Mədəniyyət Nazirliyinə və Açıq Cəmiyyət İnstitutuna bütün kitabxanaçılar adından
dərin təşəkkürümü bildirirəm.
Yüksək texnika, güclü kompüter əsrində yaşadığımıız hamıya məlumdur və bu dövrün, zamanın
tələblərinə cavab verə biləcək texniki savad və biliyimizin kifayət qədər olmadığı da məlum
həqiqətdir. İnsan dünyanı dərk edən andan son anadək həmişə öyrənməyə, daha çox məlumat
almağa can atır. Bu günə qədər öyrəndiyimiz, aldığımız məlumatların daşıyıcıları kitab, qəzet,
jurnal və başqa çap məhsulları idi. Müasir dövrün tələbi ilə bu məlumat daşıyıcılarının
dəyişdirilməsi və genişlənməsi prosesi başlanmışdır.
Oxucuların tələblərinə müasir
səviyyədə cavab vermək, öz milli-mənəvi dəyərlərimizi əks
etdirən məlumatlarla dünya arenasına çıxmaq və kitabxana fondlarının mühafizəsini təmin etmək
baxımından bu proses çox əhəmiyyətlidir. Ölkənin tarixini, ictimai-siyasi həyatını, milli-mədəni
dəyərlərini əks etdirən məlumatların müasir daşıyıcılara, maqnit və optik disklərə köçürülməsi
143
böyük diqqət, qayğı və maddi vəsait tələb edən bir prosеsdir. Bu işi yüksək keyfiyyətlə, beynəlxalq
standartlara uyğun şəkildə aparmaq üçün uzun illərin təcrübəsinə malik olan ölkə kitabxanaları ilə
əlaqə saxlamaq, fikir və təcrübə mübadilələri aparmaq çox vacibdir. Sözu gedən konfransın əsas
vəzifələrindən biri də məhz bu əlaqələrin yaradılması və inkişaf etdirilməsi idi. Amerikalı,
ingiltərəli, almaniyalı, polşalı, sloveniyalı, rusiyalı həmkarlarımız konfransda öz iş təcrübələrindən
danışdılar, və əməkdaşlıq üçün həmişə hazır olduqlarını bildirdilər. Bu işdə bütün dünya
kitabxanaçılarının marağı və düşüncələrinin üst-üstə düşduyü aydın idi.
Ədəbiyyatın müasir daşıyıcılara keçirilməsi işinin mükəmməl və yüksək keyfiyyətlə aparılması
üçün mühüm şərtlərdən biri də onların fiziki və mənəvi cəhətdən sağlam və bütöv olmasıdır. Əks
halda, müvəffəqiyyətli əməliyyatdan söhbət bеlə gedə bilməz. Bu sahədə ciddi
problemlər hər yerdə
mövcuddur. Konfransdakı çıxışların dеmək olar ki, əksəriyyəti bu problemlər və onların həlli yolu
haqda idi. Həmin problеmin yeganə həlli ehtiyacı olan ədəbiyyatın bərpasıdır. Bu işi həyata
keçirmək üçün lazımi vəsait və mütəxəssislərlə təmin olunmuş bərpaetmə və çürüməkdən
mühafizəetmə mərkəzləri yaradılmalıdır. Məncə, ən ümdə şərt bu mərkəzlərdə mütəxəssis kadrların
olmasıdır. Çox təəssüf ki, belə bir ixtisas var, mütəxəssis isə yox dərəcəsindədir. Ancaq bu
problemin də həlli yolları var. Artıq moskvalı həmkarlarımız bu problemi çox müvəffəqiyyətlə həll
ediblər. Xarici ölkələrdə təcrübə keçmiş mütəxəssislərlə və texniki vəsaitlə təmin olunmuş bu cür
mərkəzlər fəaliyyət göstərir.
Biz Rusiya Dövlət Kitabxanasının və M.
İ.Rudomino adına
Ümumrusiya Dövlət Xarici
Ədəbiyyat Kitabxanasının nəzdində fəaliyyət göstərən mərkəzlərdə iş prosesləri ilə tanış olduq. Bu
iş prosesləri yüksək səviyyədə təşkil edilmişdir. Belə bir mərkəzin bizdə də yaranmasını bütün
qəlbimlə arzuladım.
Onu da deyim ki, bu mərkəzlərdə kurslar fəaliyyət göstərir və arzu edənlər bu kurslarda
konservator, restavrator ixtisaslarına yiyələnə bilərlər. Bizim respublikamızda da belə
mütəxəssislərin olması labüddür və səlahiyyətli orqanların bu haqda düşünəcəklərinə əminəm.
İtirmək üzrə olduğumuz bir çox qiymətli və nadir kitabların taleyini düşünmək, onlara yeni həyat
vermək vətən, xalq qarşısında vətəndaşlıq borcunu ləyaqətlə ödəmək deməkdir. Bu özü bir
xoşbəxtlikdir və bu xoşbəxtliyi itirmək olmaz.
Bir kitabxanaçı kimi məni duşündürən və konfransda xüsusi vurğulanan bir məsələ haqda da bir
neçə kəlmə demək istəyirəm. Hamıya məlumdur ki, kitabxana fоndları üçün
təhlükə yaradan ilkin
amillərdən biri kitab çapına sərf olunan materialların keyfiyyətsizliyidir. Çox təəssüf ki, indi
kitabların çoxu keyfiyyətsiz matеrialda başdansovdu çap olunur. Əsasən də kağız və kardоnun
tərkibində turşunun faizi
çox olanda kitablar bioloji və kimyəvi dağıntıya məruz qalır. Bunun
qarşısını almaq üçün nəşriyyat işində kilabxanaçı rəyini nəzərə almaq, onların fikri ilə hеsablaşmaq
lazımdır. Koreyalı həmkarlarımız öz çıxışında qeyd eldi ki, bunun qarşısını almaq məqsədi ilə
onların ölkəsində 2001-ci ildə nəşriyyatlar arasında konkurs keçirilmişdir. Keyfiyyətli kağız və
turşusuz kardonlarda kitab çap edən nəşriyyatları üzə çıxarmaq və fərqləndirmək üçün keçirilmiş bu
konkurs öz müsbət nəticələrini verir. Əslində respublikada Milli Mühafizə Mərkəzi fəaliyyət
göstərməlidir və bu
Mərkəz bir çox səlahiyyətlərə, еləcə də nəşriyyat işində materialların
keyfiyyətinə nəzarət etmək səlahiyyətinə malik olmalıdır. Rusiya Federasiyasının Elmlər
Akademiyasının Kitabxanası 1989-cu ildən Amerika Birləşmiş Ştatlarının Konqres kitabxanası ilə
müqavilə bağlayaraq turşusuz kardon almışdır.
Kitabların bir qismi oxucular tərəfindən mexaniki zərbə alaraq dağılır. Bir çox oxucuların
kitabxana və kitabxanadan istifadə qaydaları haqda məlumatı olmur. Ona görə də bir çox ölkələrdə
kitabxana işi haqda xüsusi kurs keçməyən oxucular kitabxanaya qəbul olunmur. Kitabxanaya gələn
oxucuların 80%-ni tələbələr təşkil edir. Məncə, bütün ali və orta ixtisas məktəblərinin ilk kursunda
bu haqda tələbələrə məlumat verilməlidir. Bu həm kitabxanaçıların işini yüngülləşdirər, həm də
kitablar çox zərər çəkməz. Zənnimcə bu mümkünsüz problem deyil. Əgər kitabxanalar kurs
keçməmiş tələbələri qəbul etməsələr Təhsil Nazirliyi bu problemi həll etmək məcburiyyətində
qalacaq.