E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   77

 
97
     5-ci pillə - istismar kəşfiyyatı. 
I mərhələdə müxtəlif tip yeraltı suların resurslarının 
formalaşmasının regional qanunauyğunluqlarının və  şəraitinin 
analizi, o cümlədən onların regional qiymətləndirilməsi həyata 
keçirilir. Geoloji tədqiqatların  II  və  III mərhələləri  yeraltı su 
yataqlarının sənaye istismarı  və mineral-xammal bazasının təkrar 
istehsalı məqsədilə onların ayrılması, öyrənilməsi və geoloji-iqtisadi 
cəhətdən qiymətləndirilməsi məsələlərini özündə birləşdirir. 
I mərhələdəki  (1- ci pillə) işlərin  istiqaməti onları - yer 
təkinin regional öyrənilməsindən, xüsusilə,  ərazinin geoloji-
hidrogeoloji  şəraitinin (yeraltı suların istifadə imkanları daxil 
olmaqla) və onun ayrı-ayrı spesifik xüsusiyyətlərinin nisbətən 
bərabər sahəvi öyrənilməsi, konditsion və (və ya) xüsusi hidrogeoloji 
xəritələrin tərtibi məqsədilə aparılan 1:200 000 və 1:50 000 miqyaslı 
hidrogeoloji planalmadan fərqləndirir. Bu planalmalar yeraltı su 
yataqlarının axtarışı, kəşfiyyatı  və qiymətləndirilməsində olduğu 
kimi, proqnoz resurslarının qiymətləndirilməsi məqsədilə yer təkinin 
regional öyrənilməsinə nisbətən kifayət qədər geniş  əhatə dairəsinə 
malikdir. Lakin  o  da istisna deyildir ki, planalmaların aparılması 
nəticəsində yeraltı suların proqnoz resurslarının regional 
qiymətldəndirilməsində olduğu kimi, axtarış-qiymətləndirmə 
işlərində  də  müxtəlif məsələlər həll oluna bilər və bunları da 
ərazinin regional hidrogeoloji öyrənilməsi üzrə 
işlərin 
layihələndirilməsi və aparılması zamanı nəzərə almaq vacibdir. 
Hər bir pillədə geoloji-kəşfiyyat işlərinin nəticəsi yeraltı 
suların proqnoz resurslarının və ayrı-ayrı kateqoriyalar üzrə istismar 
ehtiyatının qiymətləndirilməsi və bu suların istifadəsi üzrə layihə 
sənədlərinin işlənib hazırlanması üçün son məlumatların alınması 
hesab olunur. Hər bir pillənin işinin nəticələri, eyni zamanda 
gələcəkdə yer təkindən istifadənin icazəsi üçün əsas hesab edilir, o 
cümlədən layihələndirmənin ayrı-ayrı 
mərhələlərinin son 
məlumatları kimi istifadə olunur. Yeraltı suların proqnoz resursları 
və istismar ehtiyatlarının mərhələ  və pillələri, o cümlədən 
layihələndirmənin mərhələləri arasındakı münasibət 5-ci cədvəldə 
verilir. 
 


 
98
 
Cədvəl 5 
Yeraltı suların axtarış-kəşfiyyat işlərinin mərhələləri, yerin 
təkindən istifadənin növləri, proqnoz resursları və istismar 
ehtiyatları, layihə-axtarış işlərinin mərhələləri arasında əlaqə 
 
 
 
Axtarış-
kəşfiyyat 
işlərinin 
mərhələləri 
İşə başlamazdan 
əvvəl yeraltı 
suların proqnoz 
resurslarının və 
istismar 
ehtiyatlarının 
öyrənilmə 
dərəcəsi 
Yeraltı 
suların 
proqnoz 
resursla-
rının və 
istismar 
ehtiyat-
larının 
kateqo-
riyaları 
 
Yerin 
təkindən 
istifadənin 
növləri 
 
 
Layihəqabağı və layihə 
sənədlərinin işlənməsi 
mərhələləri 
1 2 3 


Yeraltı  su- 
ların proq- 
noz resurs- 
larının re-
gional qiy-
mətləndi-
rilməsi 
-------------- 
Axtarış iş- 
ləri 
 
 
 
 
 
 
 
 
 
 
 
-------------- 
Yatağın 
qiymətlən- 
dirilməsi 
 
 
-------------- 
Proqnoz resurs- 
ları qiymətlən- 
dirilməmişdir və 
onların yenidən 
qiymətləndiril- 
məsi tələb olu- 
nur 
--------------------- 
P  kateqoriyası- 
nın  proqnoz re- 
sursları 
 
 
 
 
 
 
 
 
 
 
--------------------- 
C
2
 kateqoriyası- 
nın istismar eh- 
tiyatları 
 
 
--------------------- 

 
 
 
 
 
 
------------
C

 
 
 
 
 
 
 
 
 
 
 
 
------------ 
C

 
 
 
 
------------ 
Yerin təki-
nin geoloji 
öyrənilməsi 
 
 
 
 
------------- 
Yatağın kəş-
fiyyatı daxil 
olmaqla ye- 
raltı suların 
geoloji öyrə-
nilməsi (ya-
tağın qiy-
mətləndi- 
rilməsi) və 
ya onların 
(suların) 
çıxarılması 
 
---------------- 
Yatağın kəş- 
fiyyatı daxil 
olmaqla ye- 
raltı suların 
çıxarılması 
------------- 
Su resurslarının komp-
leks  istifadəsi və mü-
hafizəsi sxemlərinin 
hidrogeoloji 
əsaslan-
dırılması 
 
 
--------------------------- 
Yeraltı suların kom- 
pleks istifadəsi və 
mühafizəsi sxemləri 
 
 
 
 
 
 
 
 
 
 
--------------------------- 
Kapital qoyuluşu 
texniki-iqtisadi hesa- 
batı (TİH); ayrı-ayrı 
hallarda sugötürücü- 
nün tikilməsi TİH 
-------------------------- 
 


 
99
 
 
5-ci cədvəlin ardı 
 
1 2 



Yatağın    
kəşfiyyatı 
 
 
---------------- 
İstismar 
kəşfiyyatı 
C
1
 kateqoriya-
sının istismar 
ehtiyatları 
 
--------------------- 
B (B və  C
1

kateqoriyasının 
istismar 
ehtiyatları 

 
 
 
----------- 

Yeraltı su-
ıarın çıxarıl- 
ması 
 
---------------- 
Yeraltı sula- 
rın çıxarıl-
ması 
TİH və sugötürücünün 
tikilməsi layihəsi 
 
 
--------------------------- 
Sugötürücünün rekon-
struksiyası (yenidən 
qurulması)  və geniş-
ləndirilməsi  layihəsi 
 
 
Konkret  şəraitdən, hər  şeydən  əvvəl, müxtəlif tədqiqatlar 
nəticəsində obyektin öyrənilmə  dərəcəsindən, suya olan təlabat-dan 
asılı olaraq, ayrı-ayrı  mərhələlər (pillələr) ümumi axtarış-kəşfiyyat 
prosesində ixtisar oluna və ya digər mərhələ və pillələrlə birləşdirilə 
bilər. 
Geoloji-kəşfiyyat işlərinin  ayrı-ayrı  mərhələ  və pillələr üzrə 
aparılmasının zəruriliyinin, müxtəlif mərhələ  və pillələrinin ixtisarı 
və birləşdirilməsinin məqsədəuyğunluğunun qiymətlən-dirilməsi 
üçün ümumi meyar-əvvəlki tədqiqatların materiallarına görə  həmin 
mərhələnin son məqsədini ifadə edən məsələnin həlli üçün (xüsusi 
işlərin aparılması  və ya aparılmaması  şərti ilə) materialların kifayət 
həcmi və ya tədqiqatın ilkin mərhələsində növbəti mərhələnin 
məsələsinin həlli üçün bütün zəruri materialları (eyni zamanda) əldə 
etmək imkanı hesab olunur. 
Hər bir mərhələdə aparılan geoloji-kəşfiyyat işlərinin müxtəlif 
növlərinin tərkibi və  məzmunu, onların ardıcıllığı  və  səmərəli 
kompleksləşdirilməsi mərhələnin  məqsədindən, suya olan 
təlabatdan, yeraltı su yatağının tipindən və hidrogeoloji mürəkkəblik 
dərəcəsindən, o cümlədən yeraltı suların istismarının intensivliyindən 
və  iş aparılan rayonun (və ya sahənin) təbii iqtisadi və ekoloji 
şəraitindən asılı olaraq təyin edilir. 
Yeraltı suların miqdarına, keyfiyyətinə və onların istismarının 
ekoloji nəticələrinə 
təsir göstərən istismar ehtiyatının 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə